Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   ...   83

 
6
diqqətliliyi,  iradəliliyi,  müstəqilliyi,  təşəbbüskarlığı,  öyrənməyə  daim  can 
atmağı  və  digər  keyfiyyətləri  formalaşdırmaq  tətbiqi  pedqogika  fənni 
tədrisinin yaxın məqsədidir. 
Yuxarıda  deyildiyi  kimi,  tətbiqi  pedaqogika  fənninin  uzaq  (strateji) 
məqsədinin  olduğunu  da  indiki  tələbələrimiz  bilməlidir.  Bilməlidir  ki,  orta 
ümumi təhsilin də, ixtisas-peşə təhsilinin də bünövrəsi ibtidai məktəblərimizdə 
qoyulur.  Uşaqlarımız  I-IV  siniflərdə  müəllimlərin  məqsədyönlü,  planlı  və 
mütəşəkkil  rəhbərliyi  altında  nə  qədər  uğurla  tərbiyə  olunarsa,  diqqətləri, 
hafizələri,  iradələri,  təxəyyülləri,  təffəkkürləri,  qabiliyyətləri  və  digər  psixoloji 
qüvvələri nə qədər uğurla inkişaf edərsə yuxarı siniflərdə və ali məktəblərdə bir 
o  qədər  uğurla  təhsil  alarlar.  Bu  o  deməkdir  ki,  həmin  şəxslər  həyatda  da, 
istehsalatda da məhsuldar fəaliyyət göstərərlər. 
Deyilənlərə  bir  qədər  ciddi  diqqət  yetirdikdə  məlum  olur  ki,  tətbiqi 
pedaqogika fənninin tədrisi əsasında formalaşan tələbəyə-gələcək müəllimə adi 
müəllim kimi baxılmamalıdır. Belə müəllim ölçüb-biçilmiş bilikləri, bacarıq və 
vərdişləri  gənc  nəslə  məqsədyönlü  aşılamaq  yolu  ilə  cəmiyyətimizin  sonrakı 
inkişafına 
güclü 
təkan 
verən 
pedaqoji 
təhsilлi 
mütəxəssis 
kimi 
dəyərləndirilməlidir.  Bu  müəllimin  təlim  və  tərbiyəsində  formalaşan  şagirdlər 
isə  sistemləşdirilmiş  bilikləri,  bacarıq  və  vərdişləri  onun  məqsədyönlü 
rəhbərliyi  altında  mənimsəmək  yolu  ilə  müstəqil  fəaliyyətə  hazırlanan  şəxslər 
kimi qiymətləndirilməlidir. 
Göründüyü  kimi,  tətbiqi  pedaqogika  fənnini  tədris  edən  müəllim  aydın 
şəkildə  dərk  etməli  olur  ki,  onun  fəaliyyəti  Azərbaycan  xalqının  gələcəyi  ilə 
bağlıdır;  o,  xalqın  umidi  olan  gənc  nəslin  təlim-tərbiyəsi  ilə  əməli  şəkildə 
məşğul  olacaq  yeni  müəllimlər  ordusunun  formalaşdırılması  ilə  məşğul  olur. 
Odur  ki,  ümumi  orta  təhsilin  aşağı  pilləsindəki  şagirdlərdə  xalqın  görmək 
istədiyi  bacarıq  və  qabiliyyətlər  əvvəlcə  həmin  pillədə  işləyəcək  tələbələrdə-
gələcək  müəllimlərdə  formalaşmalıdır.  Bu  müəllimlər  öz  şagirdləri  üçün  hər 
cəhətdən, o cümlədən yaradıcılıq, işgüzarlıq, qayğıkeşlik, diqqətlilik, iradəlilik, 
ünsiyyət  saxlamaq,  ehtiyacı  olanlara  yardım  etmək  və  s.  cəhətlərdən  nümunə 
olmağı bacarmalıdır. 
Başqa  sözlə  desək,  gündəlik  təlim-tərbiyə  işi  zamanı  şagirdlərdə 
formalaşdırılan  müstəqil  düşünmək,  müstəqil  fikir  söyləmək,  təşəbbüskar 
olmaq,  həyatda  fəal  mövqe  tutmaq,  daim  öyrənməyə  can  atmaq  yolu  ilə 


 
7
xaqlımıza,  müstəqil  respublikamıza  onların  yararlı  vətəndaşlar  kimi 
böyümələrinə  və  fəaliyyət  göstərmələrinə  yardımçı  olmaq  tətbiqi  pedaqogikanın 
uzaq (strateji) məqsədidir. 
2.Tətbiqi  pedaqogikanın  ənənəvi  pedaqogikadan  fərqi;  fərqi  bilməyin 
əhəmiyyəti. 
Fərqin  mahiyyətinи  açmazdan  əvvəl  müəllim  tələbələrə  belə  bir  sualla 
müraciət edir: 
–Kim deyər: tətbiqi pedaqogika nədir? Nəzəri pedaqogika nədir? 
Tələbələrin  bəziləri  etiraf  edir  ki,  həmin  məfhumları  birinci  dəfədir 
eşidir. 
Bir neçə tələbə suala cavab verməyə çalışsa da konkret fikir söyləməkdə 
çətinlik çəkir. 
Tələbələrin çətinlik çəkdiyini görən müəllim qoyduğu suala özü aydınlıq 
gətirir. O, deyir: 
–Adlarından  görüнdüyü  kimi,  onların  arasında  oxşarlıqla  yanaşı,  xeyli 
fərq  də  möвcuddur.  Əvvəla,  tətbiqi  pedaqogikada  üstünlük  pedaqoji  elmin 
praktik məsələlərinə, nəzəri pedaqogikada isə üstünlük pedaqoji elmin ümumi 
nəzəri  məsələlərinə  verilir.  İkincisi,  tətbiqi  pedaqogikada  təlim,  tərbiyə,  təhsil 
və  psixoloji  inkişaf  məsələləri  hər  dəfə  konkret  praktik  faktlar  əsasında 
öyrənilir;  nəzəri  pedaqogikada  isə  təlim-tərbiyənin  bütün  məsələləri 
ümumiləşmələr  və  anlayışlar  səviyyəsində  müzakirə  edilir;  zərurət  yarananda, 
ümumi  nəzəri  fikrin  başa  düşülməsini  asanlaşdırmaq  xətrinə  təlim-tərbiyə 
təcrübəsindən 
misal 
gətirməyə 
ehtiyac 
yaranır. 
Üçüncüsü, 
tətbiqi 
pedaqogikadan  mühazirə  və  seminar  məşğələləri  aparan  müəllim  qarşısındakı 
tələbələrin  diqqətini  ikiqat  təcrübəyə  yönəltməli  olur.  Müəllimin  təklifi  və 
istiqamətinə  uyğun  olaraq  tələbə  gələcək  müəllim  kimi  həm  öz  praktik 
fəaliyyətini, həm də dərs deyəcəyi şagirdlərin praktik fəaliyyətini tənzimləmək 
üzərində  düşünməli,  işləməli  olur;  nəzəri  pedaqogikada  isə  bu  cəhətdən 
vəziyyət  bir  qədər  fərqlidir;  nəzəri  pedaqogika  məşğələляrində  iştirak  edən 
tələbənin  başlıca  qayğısı  nəzəri  biliklərin  mahiyyətini  dərk  etməyə  və  yadda 
saxlamağa yönəlir. O, daim xatırlamalı olur ki, nəzəriyyə elmi cəhətdən ətraflı 


 
8
ümumiləşdirilmiş  praktikadır.  Dördüncüsü,  tətbiqi  pedaqogika  və  nəzəri 
pedaqogika  arasındakı  fərq  onların  əhatə  dairəsi  ilə  əlaqədardır.  Tətbiqi 
pedaqogikanın  əhatə  dairəsi  ibtidai  məktəbdir,  I-IV  siniflərdə  aparılan  təlim-
tərbiyə işidir. Nəzəri pedaqogikanın əhatə dairəsi xeyli genişdir; buraya nəinki 
I-IV  siniflərdə,  nəinki  IX,  nəinki  X-XI-ci  siniflərdə,  hətta  ali  və  orta  ixtisas 
məktəblərində aparılan təlim-tərbiyə işləri daxildir. 
Bu  fərqdə  digər  spesиfik  cəhət  də  vardır.  Tətbiqi  pedaqogika  üzrə 
məşğələ aparan müəllim yadda saxlamalı olur ki, onun tələbələri gələcəkdə  I-
IV  siniflərdə  dərs  deyəcək  sinif  müəllimləridir.  Gələcəyin  sinif  müəllimləri 
olacaq  bugünki    tələbələr  I-IV  siniflərin  tədris  planı  ilə  yaxınдан  tanış  olmalı 
və  özünü  orada  nəzərdə  tutulan  bütün  fənlərin  tədrisinə  hazır  olmalıdırlar. 
Çünki  sinif müəllimləri şagirdlərin təlim-tərbiyəsi ilə I sinifdən məşğul olur və 
onları, IV sinif də daxil olmaqla, V sinfə qədər aparır; hətta məktəbdə musiqi, 
rəsm  və  s.  fənlər  üzrə  müəyyən  ixtisasçı  müəllim  olmadıqda  sinif  müəllimi 
həmin  fənləri  də  özü  tədris  edir.  Bu  cür  spesifik  məsələlərin  tələbələrə 
çatdırılması  da  tətbiqi  pedaqogika  fənnini  tədris  edən  müəllimin  öhdəsinə 
düşür. 
Nəzəri  pedaqogikada  vəziyyət  bu  cəhətdən  bir  qədər  fərqlidir.  Həmin 
fəndən  məşğələ  aparan  müəllimin  qarşısında  hər  dəfə  bir  fənn  (fizika, 
riyaziyyat,  tarix  və  s.)  üzrə  müəllimliyə  hazırlaşan  tələbələr  əyləşirlər.  Onlar 
gələcəkdə  daha  çox  sinif  müəllimləri  ilə  deyil,  sinif  rəhbərləri  ilə  işləməli 
olurlar.  Beşincisi,  nəzəri  pedaqogika  fənninin    tədrisində  müəllim  daha  fəal 
olur, məsələni şərh edir, təhlil aparır, ümumiləşdirir. Bu zaman tələbələr əsasən 
dinləməli,  müəllimin  fikirlərini  eşitməli  və  yadda  saxlamalı  olurlar.  Tətbiqi 
pedaqogika fənnini tədris edən müəllim isə hər dəfə mövzu ətrafında tələbələri 
düşündürməli,  işlətməli,  onların  öyrənmə  fəaliyyətini  təşkil  etməli,  onlara 
istiqamət  verməli,  idarə  etməli  olur;  Həm  də  düşünür  ki,  tətbiqi  pedaqogika 
fənninin  tədrisi  zamanı  qazandıqları  iş  tərzlərini  tələbələr  gələcəkdə  sinif 
müəllimi kimi fəaliyyət göstərəndə tətbiq etsin. 
Tətbiqi  pedaqogikanın  nəzəri  pedaqogikadan  fərqini  bilmək  gələcək 
baxımından  həm  bu  fənni  tədris  edən  müəllim  üçün,  həm  də  onun  tələbələri 
üçün  əhəmiyyətlidir.  Fərqdən  ətraflı  agah  olan  müəllim  tətbiqi  pedaqogika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə