Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   ...   83

 
9
fənninin  tədrisinə  daha  ciddi  hazırlaşmalı  və  sinif  müəlliminin  fəaliyyətinin 
incəliklərini öz tələbələrinə aşılamalı olur. Fərqi başa düşən tələbələr isə yəqin 
edirlər  ki,  I-IV  siniflərdə  dərs  demək,  sinif  müəllimi  olamaq  nə  qədər 
çətindirsə,  bir  o  qədər  də  şərəfli  işdir.  Çünki,  sinif  müəllimi  Azərbaycan 
Respublikası  üçün  əsil,  fəal  vətəndaş  yetişdirməyin  möhkəm  bünövrəsini 
qoyur. 
 
3.Tətbiqi pedaqogika fənninin strukturunu bilməyin tələbə üçün əhəmiyyəti. 
Tətbiqi  pedaqogika  fənninin  hazırkı  strukturunun  xüsusiyyətlərini  başa 
düşmək iki cəhətdən tələbələr üçün faydalıdır: həm tələbə kimi, həm də gələcək 
sinif  müəllimi  kimi.  Fənnin  struktur  xüsusiyyətlərini,  onun  məntiqini,  daxili 
əlaqələrini  əvvəlcədən  aydın  təsəvvür  edən  tələbənin  gözü  açılır,  öyrənilən  hər 
yeni  mövzunun  əvvəlki  mövzu  ilə  bağlılığına  diqqət  yetirməli  olur.  Nəticədə 
fənn  haqqında,  onun  əhəmiyyətinə  dair  tələbədə  aydın  anlayış  formalaşır; 
fənnin  ayrı-ayrı  müddəaları  və  tələblərini  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 
mənimsəyən  tələbədə  məntiqi    təfəkkür,  diqqət,  iradə  kimi  vacib  psixoloji 
qüvvələrin  intensif  inkişafı  üçün  münasib  şərait  yaranmış  olur.  Tətbiqi 
pedaqogika fənninin tədrisi təcrübəsindən qazandığı təəssüratı yadda saxlayan 
tələbə sinif müəllimi kimi işləyən zaman öz ali məktəb təəssüratını xatırlayır və 
yeni şəraitdə onu işə salır. 
Etiraf  edilməlidir  ki,  tətbiqi  pedaqogika  fənninin  strukturu  barədə  son 
dərəcə  faydalı  həyat  təcrübəsi  tələbədə  öz-özünə,  mexaniki  şəkildə 
formalaşmır.  Bu  işdə  həmin  fənni  tədris  edən  müəllimin  məqsədyönlü 
fəaliyyətinin  rolunu  xüsusi  qeyd  etmək  lazım  gəlir.  Məsələ  burasındadır  ki, 
fənnin  strukтuruna  müəllimin  toxunmadığı  hallarda  tələbənin  təəssüratı  tam 
deyil, pərakəndə olur və unutma hallarına şərait yaranır. 
Fənnin  öyrənilməsinə  başlamazdaн  əvvəl  tələbə  tətbiqi  pedaqogika 
fənninin  bölmələrinin  adlarını  nəzərdən  keçirir.  Yəqin  edir  ki,  “Tətbiqi 
pedaqogika,  pedaqoji  proses  və  cəmiyyət”  adlanan  birinci  bölmədəki  ümumi 
praktik  məsələlər  sonrakı  bölmələrdə  getdikcə  konkretləşdirilir  və  “Pedaqoji 
prosesə xidmət təcrübəsi” adlanan VIII bölmədə yekunlaşdırılır. Tələbə II, III, 


 
10
IV,  V,  VI,  VII  bölmələrin  başlıqlarına  diqqət  yetirir,  əvvəlcə  I      bölmə    ilə 
sonuncu bölmə  arasındakı      əlaqəyə      baxır, sonra ortadakı         bölməlярин 
bir-birini  tamamladığını  yəqin  edir.  Müəllimin  növbəti  şərhindən  tələbələrə 
aydın olur ki, real təcrübədə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf bir-birini 
tamamlasa  da,  vahid  pedaqoji  prosesi  əmələ  gətirsə  də,  onlar  nisbi  mənada 
müstəqilliyini itirmir. Bu səbəbdən də fənnin birinci bölməsində təlim, tərbiyə, 
təhsil  və  psixoloji  inkişaf  təcrübəsinin  ümumi  cəhətləri,  ondan  sonra  gələn 
bölmələrin  hərəsində  həmin  tərkib  hissələrin  hər  birinin  təcrübəsi  əks  olunur. 
Təlimə,  tərbiyəyə,  təhsil  və  psixoloji  inkişafa,  bütövlükdə  pedaqoji  prosesə 
xidmət  göstərən  müəllimlərin  təkmilləşdirilməsi,  ixtisaslarınын  artırılması, 
müəllimin  elmi  axtarışları  və  məktəbə  rəhbərlik  təcrübəsi  sonuncu  bölmənin 
məzmunu təşkil edir. 
Tələbə  diqqətini  ümumi  şəkildə  olsa  da  ayrı-ayrı  bölmələrdəki  fəsillər 
arasında  əlaqələrə  yönəldir.  Məsələn,  ilk  bölmə  üzrə  yerləşdirilmiş  fəsillər 
arasındakı daxili əlaqədən sonra aydın olur ki, “Pedaqoji proses və cəmiyyət” 
adlı  ikinci  fəsil  “Tətbiqi  pedaqogika  fənni  haqqında”  adlanan  birinci  fəsilin 
başlıca  praktik  cəhətlərini  də  əhatə  edir:  təlim,  tərbiyə  və  təhsil  məsələlərinin 
cəmiyyətlə, sosial-iqitsadi həyatla qarşılıqlı əlaqəsi tələbələr qarşısında açılır. 
Digər  bölmələrdəki  fəsillər  arasında  daxili  əlaqələrin  mövcudluğu  da 
beləcə aydınlaşır. 
Fənnin  strukturuna  dair  tələbələrdə  ümumi  təsəvvür  yaranandan  sonra 
fəsillər ardıcıl olaraq öyrənilir. 
 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  Tətbiqi pedaqogika fənninin yaxın məqsədi və strateji məqsədini necə 
başa düşürsünüz? 
2.  Tətbiqi  pedaqogika  fənni  tədrisinin  yaxın  məqsədi  ilə  yanaşı  uzaq 
məqsədinin də olduğunu bilmək nə üçün zəruridir? 
3.  Tətbiqi  pedaqogika  fənni  tədrisinin  məqsədini  bilmək  tələbəyə  nə 
verir? 
4.  Tətbiqi 
pedaqogika 
fənni 
hansı 
cəhətlərinə 
görə 
ənənəvi 
pedaqogikadan  fərqlənir?  Sizcə,  bu  fərqi  bilən  tələbə  ilə  bilməyən 
tələbənin hazırlıq səviyyəsində fərq nədən ibarət ola bilər? 
5.  Tətbiqi  pedaqogika  fənninin  strukrturunu  əvvəlcədən  bilməyin 
vacibliyini əsaslandırın. 


 
11
 
 
FƏSİL 2.
 
PEDAQOJİ PROSES VƏ CƏMİYYƏT. 
 
1.Pedaqoji proses təlimин, tərbiyəнин, təhsil və psixoloji qüvvələrin vəhdəti 
kimi. 
Sinif  müəllimi  olmağa  hazırlaşan  tələbə  öyrənir  ki,  onun  ali  məktəbdə 
aldığı  təlimдя  tərbiyə  вя  təhsil  də,  I-IV  siniflərdə  verəcəyi  təlimдя,  tərbiyə  və 
təhsil də  bu və ya digər dərəcədə   vəhdət təşkil edir. Onların  vəhdətdə olması 
nə  deməkdir?  Bu,  o  deməkdir  ki,  əvvəla,  təlim,  tərbiyə  və  təhsil 
kateqoriyalarından  hər  birinin  əlamətləri  müəyyən  dərəcədə  digərində  iştirak 
edir.  İkincisi,  adları  çəkilən  kateqoriyalar,  real  həyatda,  az  da  olsa,  bir  birini 
tamamlayır. 
Birinci  cəhətə  diqqət  yetirək.  Unutmayaq  ki,  təlimin  bəzi  əlamətləri 
təhsildə,  təhsilin  bəzi  əlamətləri  də  təlim  prosesində  iştirak  edir.  Təlim 
kateqoriyasına nəzər salaq. Hamıya aydındır ki, tələbələr müəllimin rəhbərliyi 
altında  hər  hansı  fənn  üzrə  müəyyən  bilikləri,  bacarıq  və  vərdişləri 
mənimsəyirlər;  lakin  özləri  hiss  etmədən  onlar  müəyyən  dərəcədə  həm  tərbiyə 
olunurlar, həm də psixoloji cəhətdən inkişaf edirlər. Deməli, belə başa düşülən 
təlim  hadisəsində  təhsil  əlamətləri  də,  tərbiyə  əlamətləri  də,  psixoloji  inkişaf 
əlamətləri də olur. 
Təhsil  kateqoriyası  üçün  aparıcı  əlamət  fənn  üzrə  müvafiq  biliklər, 
bacarıq  və  vərdişlərdir;  tərbiyə  kateqoriyası  üçün  başlıca  göstərici  mənəvi 
keyfiyyətlərdir;  psixoloji  inkişaf  üçün  –  diqqət,  iradə,  təfəkkür,  hafizə  kimi 
psixoloji qüvvələrdir. Bunların hamısını təhsil hadisəsində sezmək olur. 
Təlim  kateqoriyasının  mahiyyətini  sinif  müəllimi  olacaq  tələbəyə 
xatırladaq:  ümumən  təlim  deyendə  müəllimin  rəhbərliyi  altında  hər  hansı  fənn 
üzrə  biliklərin,  bacarıq  və  vərdişlərin  şagirdlər  tərəfindən  mənimsənilməsi  və  bu 
zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən inkişaf etmələri başa 
düşülür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə