Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   ...   83

 
12
Görüнdüyü kimi, təlim hadisəsində təhsil əlamətləri (bilik və bacarıqlar) 
də,  tərbiyə  əlamətləri  (mənəvi  keyfiyyətlər)  də,  psixoloji  inkişaf  əlamətləri 
(diqqət, iradə, hafizə, təfəkkür və s.) də müəyyən dərəcədə müşahidə olunur. 
Burada tərbiyə istisnalıq təşkil etmir. Bir qədər diqqətli olan tələbə yəqin 
edir ki, tərbiyə davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin müəyyən mühitdə  
admlara tərbiyəçi tərəfindən məqsədyönlü və planlı surətdə aşılanması prosesidir. 
Aydındır  ki,  hər    hansı  mənəvi  keyfiyyət  üzrə  (məsələn,  əməksevərlik  üzrə) 
aparılan  tərbiyəvi  tədbirlər  sözlə  də  müşayiət  olunur;  hələ  bu,  azdır.  Həyata 
keçirilən  tərbiyəvi  tədbirdə  uşaqların  iradə,  diqqət,  təxəyyül,  təfəkkür,  hafizə 
və s. kimi psixoloji qüvvələri də bu və ya digər səviyyədə iştirak  edir. Deməli, 
tərbiyə  zamanı  tərbiyə  olunanlar  nəinki  müəyyən  mənəvi  keyfiyyətləri 
mənimsəyirlər,  bununla  yanaşı,  həm  müəyyən  bilik  və  bacarıq  sahibi  olurlar, 
həm də psixoloji cəhətdən inkişaf imkanı əldə edirlər. 
Təlim,  tərbiyə  və  təhsil  hadisələrinin  vəhdətdə  olmasında  psixoloji 
inkişafın  müstəsna  rolu  ayrıca  qeyd  edilməlidir.  Təkcə  ona  görə  yox  ki, 
psixoloji  qüvvələr  təlim  və  tərbiyə  hadisələrinin  hamısında  iştirak  edir;  ən 
vacibi həm də odur ki, təlim-tərbiyə işində şagirdlərin uğuru xeyli dərəcədə öz 
psixoloji  qüvvələrinin  (diqqətin,  iradənin,  təfəkкürün,  hafizənin  və  s.)  inkişaf 
səviyyəsindən asılı olur. 
Təlim,  tərbiyə,  təhsil  və  psixoloji  inkişafın  iş  zamanı  qovuşması  təhsil 
təcrübəsində  də  aydın  müşahidə  olunur.  Bundan  ötrü  təhsil  kateqoriyasının 
mahiyyətinə diqqət yetirmək kifayətdir. Onun mahiyyəti belədir: Təhsil-sosial-
iqtisadi  həyatın  təрkib  hissəsi  olub,  müvafiq  tədriс  müəssisəsində  müəyyən 
müddətə  öyrənilən,  tərbiyə  və  psixoloji  inkişaf  imkanlarına  malik  olan,  təlimin 
bir  halda  zəruri  şərti,  digər  halda  эедиши,  цчцнъц  щалда  ися  nəticəsi  kimi  özünü 
göstərən biliklərin, bacarıq və vərdişlərin məcmusudur. 
 
Göründüyü  kimi,  təhsilin  mahiyyətində  təlim,  tərbiyə  və  psixoloji 
inkişaf cəhətləri bir-biri ilə üzvi şəkildə culğalaşır. 
 
Gətirdiyimiz  faktlardan  məlum  olur  ki,  adlarını  çəkdiyimiz  dörd 
kateqoriyadan  hər  biri  digərində  özünü  göstərir.  Bundan  əlavə,  real  pedaqoji 
təcrübədə,  yuxarda  qeyd  etdiyimiz  kimi,  təlim,  tərbiyə,  təhsil  və  psixoloji 


 
13
inkişaf  bir-birinə  dayaq  olur,  biri  digərini  tamamlayır,  biri  digərinin  təsir 
gücünü artırır. 
 
Beləliklə, burada gətirilən анлайышlardan irəli gələn nəticə belədir: təlim, 
tərbiyə,  təhsil  və  psixoloji  inkişaf  hadisələrindən  hər  biri  digərində    iştirak 
etdiyindən  və  bir-birini  tamamladığından  vəhdətdə  olur  və  vahid  pedaqoji 
porses yaradır. Lakin,burada bir sirr  var. Müəllim  də, tələbə də bilməlidir ki, 
vahid  olan  pedaqoji  prosesdə  tərbiyəлилик,  təhsilлилик  və  psixoloji  qüvvələrin  
iştirak  səviyyələri  ayrı-ayrı  adamlarda  müxtəlif  olur.  Müxtəliflik  isə  daha  çox 
müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. 
 
Bu problemdən xəbəri olmayan müəllimlərimizin təcrübəsində, adətən, 
təhsillilik диггят мяркязиндя сахланылыр, tərbiyə və  psixoloji qüvvələrin hərəkətə 
gətirilməsi ися kölgədə qalır. Belə müəllimlərin şagirdlərində, bir qayda olaraq, 
yaxşı  halda  təfəkkürə,  iradəyə,  diqqətə  deyil,  hafizəyə  üstünlük  verilir. 
Müəllimlərimiz 
unudur 
ki, 
diqqəti, 
iradəsi, 
təfəkkürü, 
təxəyyülü, 
təşəbbüskarlığı,  işgüzarlığı  zəif  olan  şagird  təhsildə  uğur  qazana  bilmir,  daim 
acizlik  göstərir.  Bu  həyat  həqiqətini  müəllimlərimiz  daim  yadda  saxlamalı,  öz 
şagirdlərinə və tələbələrinə başa salmalıdır. 
 
2.Təlimin,  tərbiyənin,  təhsil  və  psixoloji  qüvvələrin  vəhdətdə  oluğunu 
bilməyin və təcrübədə nəzərə almağın gələcək müəllimlər üçün əhəmiyyəti. 
 
Fənni  öyrənərkən  tələbə  belə  bir  sual  verə  bilər:  təlimin,  tərbiyənin, 
təhsil  və  psixoloji  inkişafın  vəhdətdə  olduğunu,  onların  bir-birinə  dayaг 
olduğunu  bilmək tələbəyə nə verir? Bu biliyin tələbə üçün iki cəhətdən faydası 
vardır. Həmin bilikdən həm tələbəlik fəaliyyətində, həm də gələcək müəllimlik 
fəaliyyətində faydalanmaq mümkün олур. 
 
Təlimin  təşkili  formaları,  hər  bir  dərs,  hər  bir  məşğələ  geniş  tərbiyəvi 
imkanlarа  malikdir.  Dərsdə  öyrədilən  mövzunun  məzmunu,  onun  öyrənilmə 
üsulları,  müəllimin  nitqi,  irəli  sürdüyü  fikrin  sübut  tərzi,  müəllimin  necə 
geyindiyi,  dərsdə  özünü  necə  aparдыьы,  şagirdlərə,  tələbələrə  münasibətiнin 
xarakteri kimi dərsin saysız hesabsız cəhətləri onların nəinki bilik səviyyəsinə, 
nəinki  onların  tərbiyəlilik  səviyyəsinə,  hətta  psixoloji  qüvvələrinin  inkişaf  
səviyyəsinə  bu  və  ya  digər  dərəcədə  təsir  göstərir.  Bütün  bu  rəngarəng  təsirlər 


 
14
hansı  hallarda  öyrənənlərin  təhsillilik,  tərbiyəlilik  və  psixoloji  inkişaf 
səviyyələrinin  artmasına,  hansı  hallarda  isə  -  eyni  səviyyədə  qalmasına  səbəb 
olur?  Bunların  hamısı  мцяллимин  рящбярлийи  алтында,  şagirdlərin  və  tələbələrin 
bilavasitə  iştirakı  ilə  onların  gözü  qarşısında  cərəyan  edir.  Təlim  zamanı 
tələbələrə  göstərilən pedaqoji və psixoloji təsirlərin  düzgün,  faydalı   məcraya  
yönəldilməsi  isə  müəllimin  pedaqoji  səriştəliliyindən  çox  aslı  olur.  Fikrimizi 
təcrübədən alınmış bir neçə faktda konkretləşdirək. 
Müəllim  tələbələrdən  xahiş  edir  ki,  məşğələ  zamanı  danışan  yoldaşa 
diqqətlə  qulaq  assınlar;  deyilmiş  fikirlərə  münasibətlərini  bildirsinlər, 
unudulan  məsələlər  olarsa  əlavə  etsinlər,  qeyri  dəqiqlik  olarsa  düzəlişlər 
versinlər. Məşğələnin gedişində müəllim arxada əyləşən iki tələbənin bir-biri ilə 
söhbət etdiyini görür. 
O,  tələbənin  çıxışını  saxlayır,  diqqətləri  yayınmış  tələbələrdən  birinə, 
sonra  digərinə  müraciətlə  yoldaşının  fikrini  təkrarlamağı  xahiş  edir.  Həmin 
tələbələrdən  heç  biri  cavab  verə  bilmir.  Müəllim  üzünü  auditoriyaya  tutub 
soruşur: 
-Kim danışan yoldaşınızın fikrini təkrar edər? 
Tələbələrin  böyük  əksəriyyəti  əllərini  qaldırır.  Müəllim  bu  tələbələrə  öz 
minnətdarlığını  bildirir  və  üzünü  bayaqdan  ayaq  üstə  dayanan  iki  tələbəyə 
çevirərək onlardan soruşur: 
-Yoldaşınızın fikrini təkrar edə bilmədiyinizin səbəbi nə idi? 
-Diqqətsizlik! Başımız qarışmışdı. Цзр истяйирик. 
Müəllim: 
-Əyləşin  və  unutmayın  ki,  əvvəla,  ümumiyyətlə  həyatda  diqqətli  olmaq, 
xüsusən  təhsildə,  elm  öyrənməkdə  diqqətli  olmaq  vacib  şərtdir.  Axı,  diqqət 
biliyin  qapısıdır.  Bu  qapı  bağlanarsa  bilik  haradan  beynimizə  daxil  olar?! 
İkincisi, diqqətin zəifliyi iradə zəifliyi ilə də bağlı ola bilir. İradəsi zəif olan adam 
özünü  ələ  almaqda,  özünü  idarə  etməkdə  çətinlik  çəkir.  Deməli,  diqqəti  inkişaf 
etdirməklə yanaşı, iradəni də möhkəmləndirməyə ehtiyac var! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə