Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   ...   83

 
18
və  bunu  bilmədiyindən  nəzərə  almayan  sinif  müəlliminин  işində  səmərililk  necə 
olar? 
3.  Pedaqoji  proseslə  cəmiyyət  arasında  qarşılıqlı  asыlılığın  olduğunu  bilən 
müəllimin,  tələbənin  və  şagirdin  fəaliyyəti  ilə  bu  asыlılığın  olduğunu  bilməyən 
müəllimin, tələbənin və şagirdin fəaliyyəti arasında nə kimi fərq ola bilər? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
19
 
İKİNCİ BÖLMƏ 
İBTİDAİ TƏHSİLİN ƏMƏLİ MƏSƏLƏLƏRİ 
FƏSİL 3. 
İBTİDAİ TƏHSİLİN BAŞLICA XÜSUSİYYƏTLƏRİ VƏ BUNU BİLMƏYİN 
TƏLƏBƏ ÜÇÜN ƏHƏMİYYƏTİ 
 
1.İbtidai təhsilin əsas istiqamətləri və bunu bilməyin praktik əhəmiyyəti. 
Özünü  gələcək  sinif  müəllimliyinə  hazırlayan  tələbə  dərs  deyəcəyi  I-IV 
siniflərdə  həyata  keçirilən  ibtidai  təhsilin  mahiyətindən  məlumatlı  olmalıdır. 
Bilməlidir ki, həmin siniflərdə təhsilin məzmunu dövlət sənədi olan tədris planı ilə 
müəyyənləşdirilir. Tədris planında sadalan fənlər və nəzərdə tutulan iş formalarının 
mahiyyəti  altı  cəhətdən  səciyyələndirilir:  təhsilin  ümumiliyi,  təhsilin  vahidliyi, 
təhsilin  əmək  istiqamətli  olması,  təhsilin  məzmununda  politexnik  əlamətlərin 
olması, təhsilin  milli dəyərlərdən qidalanması, təhsildə fərdi qabiliyyətlərin nəzərə 
alınması. 
İbtidai təhsilin ümumiliyi. Azərbaycan Respublikasında ibtidai təhsil də, əsas 
təhsil  (natamam  orta  təhsil)  də,  ЫX-  XЫ  sinifləri  əhatə  edən  təhsil  də  ümumidir. 
Tələbə  bilməlidir  ki,  ölkəmizdə  milliyyətindən,  dilindən,  mənşəyindən,  sosial 
vəziyyətindən,  yaşayış  yerindən  asыlı  olmayaraq  bütün  məktəbyaşlı  oğlan  və 
qızları  əhatə  edən  təhsil  ümumi  təhsil  adlanır.  Bu  o  deməkdir  ki,  öyrənilən 
bilikləriн,  bacarıq  və  vərdişlərin,  habelə  davranışla  əlaqədar  olan  mənəvi 
keyfiyyətlərin  hamısı  həmin  uşaqların  malına  çevrilir.  Ümumi  təhsil  imkan  verir 
ki,  uşaqların  hamısı  gələcək  peşəsindən  asılı  olmayaraq  normal  inkişaf  etsin, 
cəmiyyətdə bərabər mövqe tuta bilsin, bir sahədən digər sahəyə sərbəst keçə bilsin. 
İbtidai təhsilin vahidliyi. Gələcəkdə I-IV siniflərdə fəaliyyət göstərəcək indiki 
tələbə unutmamalıdır ki, ibtidai təhsilin vahidliyi onun ümumiliyindən ayrılmazdır. 
Təhsilin vahidliyi o deməkdir ki, milliyətindən, dilindən, dinindən, mənşəyindən, 
sosial  vəziyyətindən,  yaşadığı  kənddən,  qəsəbədən,  şəhərdən  asılı  olmayaraq 
ölkədə məktəbyaşlı oğlan və qızların hamısına insan fəaliyyətinin bütün sahələri 


 
20
üçün zəruri sayılan eyni biliklər, bacarıq və vərdişlər, habelə mənəvi keyfiyyətlər 
aşılanır. 
İbtidai  təhsilin  əmək  istiqamətli  olması.  Aşağı    siniflərdə  təhsilin  əmək 
istiqamətli olması iki cəhətdən təmin edilir: İlkin əmək vərdişlərinin aşılanması 
və  əmək  tərbiyəsi  yolu  ilə.  I-IV  sinif  şagirdləri  müxtəlif    materiallar  üzərində 
ilkin müstəqil işləmək bacarıqlarına yiyələnirlər. 
İlkin  əmək  hazırlığı  ilə  yanaşı,  I-IV  sinif  şagirdlərində  həm  əmək 
adamlarına  hörmət,  həm  də  insan  əməyinə  hörmət  hissi  formalaşdırılır. 
Şagirdlər xalqımızın görkəmli əmək adamlarının fəaliyyətlərini öyrənirlər. 
İbtidai  təhsilin  məzmununda  politexnik  əlamətlərin  olması.  İbtidai  sinif 
şagirdləri sosial-iqtisadi həyatın müxtəlif sahələrində aparılan quruculuq işləri 
ilə  tanış  olur,  orada  istifadə  olunan  çeşidli  maşınların,  qurğuların  adlarını 
öyrənir, imkan düşdükcə onların işini müşahidə edirlər; fizikи, kimyəvi, bioloji 
qanunların  kənd  təsərrüfatında,  inşaatda  tətbiqinə  dair  ilkin  məlumatlar  əldə 
edirlər.  Müxtəlif  fəaliyyət  sahəsində  işlədilən  ölçmə,  nişanlama,  hesablama, 
qrafika və s. üzrə məlumatları da deyilənlərə əlavə etmək lazımdır. 
İbtidai  təhsilin  milli  dəyərlərdən  qidalanması.  Unutmaq  olmaz  ki,  milli 
mənlik  şüurumuzun  möhkəm  bünövrəsi  məhz  ibtidai  siniflərdə  qoyulur. 
Burada  Azərbaycan  dilinin,  tarixinin,  musiqisinin,  təsviri  və  tətbiqi 
incəsənətinin,  ədəbiyyatının,  elminin,  şifahi  xalq  yaradıcılığının,  adət  və 
ənənələrinin  öyrənilməsinə  üstünlük  verilir;  ümumbəşəri  dəyərlər,  digər 
xalqların mədəniyyəti milli incilərimiz zəmиnində daha şüurlu mənimsənilir. 
İbtidai təhsildə fərdi qabiliyyətlərin nəzərə alınması. , I-IV siniflərə aid olan 
tədris  planı  şagirdlərə  imkan  verir  ki,  onlar  öz  qabiliyyətlərini  istədikləri 
sahədə:  dildə,  riyaziyyatda,  musiqidə,  təsviri  incəsənətdə,  tətbiqi  incəsənətdə, 
idmanda,  ədəbi  yarаdıcılıqda,  texniki  yarаdıcılıqda,  və  s.  və  i.a.  sahələrdə 
inkişaf  etdirsinlər.  Bundan  əlavə,  aşağı  sinif  şagirdləri  üçün  dərsdənkənar 
müxtəlif  fəaliyyət  formaları  da  təşkil  edilir.  Sinif  müəllimi  şagirdlərin  meyl  və 
maraqlarını  nəzərə  alaraq  onların  dərsdənkənar  fəaliyyətlərinə  istiqamət  verə 
bilir. 
İbtidai təhsil fiziki və ya əqli cəhətdən qüsurlu uşaqları da əhatə edir. 


 
21
Göründüyü  kimi,  sinif  müəllimi  olacaq  indiki  tələbə  bilməlidir  ki, 
ölkəmizdə məktяbyaşlı  uşaqlara  ümumi,  vahid,  əmək  istiqamətli,  politexnik 
сяъиййяli, milli dəyərlərdən qidalanan və fərdi qabiliyyətlərin inkişafına imkan 
verən ibtidai təhsili həyata keçirməyə hazırlaşır. 
İbtidai  təhsilin  nədən  ibarət  olduğunu,  onun  başlıca  xüsusiyyətlərini 
əvvəlcədən  öyrənən  tələbədə  məsuliyyət  xeyli  artır,  ölkəmizin,  xalqımızın 
gələcəyi üçün ibtidai təhsilin nə qədər əhəmiyyətli olduğunu aydın dərk edir və 
daha  böyük  əzmlə  özünü  hazırlayır.  Sual  olunur:  İbtidai  təhsil  hansı  məqsədə 
xidmət etməlidir? 
 
2.İbtidai təhsilin uzaq (strateji) məqsədi və bunu bilməyin əhəmiyyəti. 
 
Tətbiqi  pedaqogika  fənninin  tədrisində  yaxın  və  uzaq  məqsəd  ilə  ibtidai 
təhsilin  məqsədi  arasında  oxşarlığın  olması  təbiidir.  Çünki  bunların  ikisi  də 
aşağı  siniflərdə  həyata  keçirilən  təhsillə  bağlıdır.  Lakin  bu  oxşarlıqla  yanşı, 
onların  fərqini  unutmaq  da  yolverilməzdir.  Adını  çəkdiyimiz  fənnin  ali 
məktəbdə tədris edildiyi, ibtidai təhsilin əhatə etdiyi fənlərin isə I-IV siniflərdə 
tədris  edildiyi  nəzərdə  tutulur.  Birincilər  tələbələrə,  ikincilər  şagirdlərə  aiddir. 
Hər  ikisi  respublikamızda  həyata  keçirilən  təhsillə  bağlı  olduğundan  uzaq 
məqsədləri eyni, həyata keçirilmə yolları isə fərqlidir. Bu cəhəti nəzərə almaqla 
ibtidai  təhsilin  uzaq  məqsədinin  spesifik  yollarla  reallaşdırdığına  aydınlıq 
gətirilməlidir. 
Sinif  müəllimi  yadda  saxlayır  ki,  ibtidai  təhsilin  uzaq  məqsədi-aşağı 
siniflərdə  tədris  olunan  fənlər  üzrə  biliklərin,  bacarıq  və  vərdişlərin,  habelə 
mənəvi  keyfiyyətlərin  şagirdlərə  aşılanması  yolu  ilə  respublikamızın  ərazi 
bütövlüyünü,  sərhədlərinинин  toxunulmazlığını,  dövlət  müstəqiliyini  qorumağa, 
ölkəmizi  inkişaf  etmiş  demokratik  dövlətlər  səviyyəsinə  qaldırmağa  qadir  olan 
fəal vətəнdaşlar yetişdirməyin bünövrəsini qoymaqdan ibarətdir. 
Belə başa düşülən anlamda uzaq məqsəd də, bu məqsədə çatmağın yolları 
da  sinif  müəllimi  kimi  fəaliyyət  göstərən  şəxsə  aydın  olur.  Vətənimizin  ərazi 
bütövlüyünü,  sərhədlərinin  toxunulmazlığını,  dövlət  müstəqilliyini  qorumaq, 
ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmaq vəzifələrinin 
öhdəsindən  gələ  biləcək  vətəndaşların  hazırlanmasının  bünövrəsini  qoymaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə