Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   2   3   4   5   6   7   8   9   10   ...   83

 
22
ibtidai  təhsilin  uzaq  (strateji)  məqsədidir.  I-IV  siniflər  üçün  nəzərdə  tutulmuş 
fənlərin  yüksək  səviyyədə  tədrisi,  habelə  dərsdənkənar  təşkil  edilən  rəngarəng 
tədbirlər həmin uzaq (strateji) məqsədə doğru aparan real yollardır. 
Öz  fəaliyyətinin  məqsədini,  onun  ölkəmiz  üçün,  xalqımız  və  dövlətimiz 
üçün siyasi və ideoloji əhəmiyyətini dərk edən, bu məqsədi  həyata keçirməyin 
pedaqoji  yollarını  aydın  təsəvvür  edən  sinif  müəlliminin  uğur  qazanacağına 
şübhə yeri qalmır. 
3.İbtidai təhsilin tərbiyədən ayrılmaz olması və bunu bilməyin müəllim üçün 
əhəmiyyəti. 
Təhsilin  tərbiyədən  ayrılmaz  olması  üç  cəhətdən  açılır:  biri  digərində 
иштирак  edir,  bir-birinə  dayaq  olur  və  ayrılıqda  həyata  keçirilmə  просесində 
reallaşır. 
Birinci  cəhətə  diqqət  yetirdikdə  məlum  olur  ki,  təhsilin  mahiyyətində 
tərbiyə  imkanları  var.  Bu  cəhətdən  tələbə  ibtidai  təhsil  alnayışını  xatırlamalı 
olur;  ibtidai  təhsil-sosial-iqtisadi  həyatın  tərkib  hissəsi  olub,  ibtidai  məktəbdə 
dörd  il  ərzində  öyrənilən,  tərbiyə  və  psixoloji  inkişaf  imkanları  olan,  təlimin  bir 
halda zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsi kimi özünü göstərən 
biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur. 
Bu anlamdan məlum olur ki, ibtidai təhsilin məzmununa təsadüfi biliklər 
daxil edilmir; biliklər götür-qoy edilir, məhz strateji məqsədə xidmət edən milli 
və  ümumbəşəri  dəyərlər  seçilir,  tərbiyə  imkanları  olan  bilklər,  bacarıq  və 
vərdişlər  dərsliklərə  daxil  edilir.  Bu  bilik  və  bacarıqlar  şagirdlərdə  istənilən 
keyfiyyətləri  mexaniki  şəkildə  formalaşdırmır.  Burada  müəllimin  əvəzedilməz 
rolu  meydana  çıxır.  Məhz  müəllim  dərsliklərdə  вя  дярслярдя  olan  tərbiyə 
imkanlarını tədris zamanı reallaşdırır. 
Məsələn, aşağı sinif dərsliklərindən birinə “Zəhmət, Ağıl, Bəxt” adlı nağıl 
daxil edilmişdir. Nağılın məzmununda şagirdlərə ağıl və əməklə əlaqədar olan 
mənəvi  keyfiyyətlərin  aşılanması  nəzərdə  tutulur.  Həmin  nağıl  əsasında 
yaradılacaq  tərbiyəliliyin səviyyəsi isə müəllimin səriştəliлиk səviyyəsindən asыlı 
olur. 
İbtidai təhsilin tərbiyədən ayrılmaz olmsının ikinci cəhяti onların işdə bir-
birinə  dayağ  olmasıdır.  Sinif  müəllimi  bilməlidir  ki,  onun  dərs  zamanı 
şagirdlərə  aşıladığı  mənəvi  dəyərlər  və  dərsdənkənar  təşkil  etdiyi  müxtəlif 
forma  və  məzmunlu  tədbirlərdə  formalaşdıрдыğı  mənəvi  keyfiyyətlər  başqa-


 
23
başqa  məqsədlərə  deyil,  eyni  məqsədə  xidmət  edir,  biri  digərinə  dayağ  olur, 
birи  digərini  tamamlayır.  Məsələn,  IV  sinfin  dərsliyində  “Oğullar”  adlı  şeиr 
parçası vardır. Şeиr peşələrə həsr edilmişdir. Şeиr dərsdə müəllimin rəhbərliyi ilə 
təhlil  edilir  ,  ayrı-ayrı  söz  və  ifadələrin  mahiyyəti  açılır.  Böyük  tənəffüsdə  şeиr 
səhnələşdirilir,  peşələrə  dair  atanın  və  altı  oğlun  fikirlərini  yeddi  şagird  əzbər 
deyir  və  nəticə  çıxarırlar  ki,  peşənin  pisi  yoxdur;  bütün  peşələr  cəmiyyət  üçün 
faydalıdır. 
  İbtidai təhsilin tərbiyədən ayrılmaz olduğunu sübut edən üçüncü cəhət dərsin 
imkanları  ilə  əlaqədardır.  I-IV  siniflərdə  təşkil  edilən  dərslərin  təhlili  göstərir 
ki, onların olduqca geniş tərbiyəvi imkanları vardır. Məsələn, şagirdlərin dərsə 
davamiyyətində,  dərsdə  müəllimin  sualına  şagirdlərin  cavabında,  danışan 
şagirdə  digərlərinin  münasibətində,  müəllimin  şərhini  şagirdlərin  dinləmək 
dərəcəsində,  ev  tapşırıqlarının  icra  vəziyyətində,  şagirdlərin  dərs  zamanı 
oturuş tərzlərində, onların gigiyena qaydalarına əməl etmək vəziyyətində və s. 
cəhətlərdə  nümunəvi  hallara  da,  nöqsanlı  hallara  da  rast  gəlirik.  Bu  cür 
hallarda tərbiyəvi imkanların olduğunu bilən və onlardan məqsədyönlü şəkildə 
istifadə  edən  müəllimlərlə  yanaşı,  həmin  imkanlardan  xəbərsiz  olan  və  ya 
xəbəri  olub  ona  məna  verməyən  müəllimlərimiz  də  var.  Birinci  qrup 
müəllimlərin  şagirdlərində  həm  təhsillilik  səviyyəsi,  həm  də  tərbiyəlilik 
səviyyəsi  ikinci  qrup  müəllimlərin  şagirdlərindəki  təhsillilik  və  tərbiyəlilik 
səviyyəsindən üstün olur. Odur ki, sinif müəllimliyinə hazırlaşan tələbə hər bir 
dərsin  geniş  tərbiyəvi  imkanlarının  nədən  ibarət  olduğunu  bilməli  və  öz 
gələcək  fəaliyyəti  zamanı  həmin  imkanların  reallığa  çevrilməsinə  çalışmalı 
олур.  Yadda  saxlamalıdır  ki,  dərsin  tərbiyəvi  imkanlarının  olduğunu  bilib 
nəzərə  alan  müəllimlərin  şagirdlərində  təhsillilik  və  tərbiyəlilik  səviyyəsi 
yüksəlirsə,  həmin  imkanlardan  istifadə  etməyən  müəllimlərin  şagidlərində 
təhsillilik və tərbiyəlilik səviyyəsi o qədər də artmır. 
4.İbtidai  təhsilin  təlimdən  ayrılmaz  olması  və  bunu  bilməyin  müəllim  üçün 
əhəmiyyəti. 
İbtidai məktəb təcrübəsinin təhlili göstərir ki, üç amilə görə təhsil təlimdən 
ayrılmazdır.  Təhsilin  mahiyyətinə  dair  yuxarıda  göstərdiyimiz  anlamdan 
göründüyü  kimi,  birinci  göstərici  təhsilin  məzmununun  təlim  üçün  ilkin  zəruri 


 
24
şərt olmasıdır. Bu şərtin nədən ibarət olduğunu tələbə bilməlidir. Bilməlidir ki, 
məsələn,  ali  məktəbdə  və  ya  ibtidai  məktəbdə  təlim  işinə  başlamaq  üçün  ilkin 
zəruri şərt müvafiq tədris planının, tədris planı əsasında tədris proqramlarının 
və  tədris  proqramlarına  uyğun  dərsliklərin  tərtib  olunmasıdır.  Təhsilin 
məzmununu  təşkil  edən  həmin  dövlət  sənədləri,  yəni  tədris  planı,  tədris 
proqramları və dərslikələr hazırlandıqdan sonra təlim işinə başlamaq мцмкцн 
olur. Başqa sözlə, təhsilin məzmunu təlimin təşkili üçün vacib şərtdir. 
İbtidai  təhsilin  təlimdən  ayrılmaz  olduğunun  ikinci  göstəricisi  təhsilin 
hərəkətə  gəlməsidir.  Ali  məktəbdə  müəllim  hazırlığı  üçün  və  ya  ibtidai 
məktəbдя  тящсил  üçün  tərtib  edilmiş  tədris  planları,  tədris  proqramları  və 
dərslikər  həyata  keçirildikdə,  yəni  hərəkətə  gətirildikdə  təlim  başlayır.  Başqa 
sözlə deyilsə, təhsil təlim vasitəsi ilə həyata keçirilir; yəni təlimə təhsilin həyata 
keçirilməsi prosesi kimi də baxmaq olur. 
Təhsilin  təlimdən  ayrılmazlığını  sübut  edən  üçüncü  göstərici  təlimin  sonu 
ilə  bağlıdır.  Tələbə  bilməlidir  ki,  dörd  il  ərzində  bakalavr  pilləsi  üzrə 
müəllimlik  ixtisasına  dair  müxtəlif  fənlərdən  təlim  keçən  şəxs  ali  pedaqoji 
təhsilli  mütəxəsсis  olur;  yaxud,  ibtidai  məktəbin  tədris  planı  üzrə  bütün 
fənlərdən təlimi başa vuran şəxs ibtidai təhsilli şəxs hesab edilir. 
Göründüyü  kimi,  təhsil  bütün  hallarda  bir-birini  əvəz  edən,  bir-birini 
davam  etdirən  üç  mərhələdən  ibarət  olur:  ilk  mərhələdə  təlimin  zəruri  şərti 
olan  təhsilin  məzmunu  hazırlanır;  ikinci  mərhələdə  təhsilin  məzmunu  təlim 
formasında  reallaşır  və,  nəhayət,  təlim  vasitəsi  ilə  həyata  keçirilən  təhsil, 
gətirdiyimiz  misallardan  birində  tələbələrin,  digərində  isə  şagirdlərin  malına 
çevrilir. 
Təhsilin  təlimdən  ayrılmaz  olduğunu  bilməyиn  tələbə  üçün  iki  cəhətdən 
əhəmiyyəti  vardır.  O,  həm  aldığı  ali  pedaqoji  təhsilin  inkişaf  dinamikasını 
dərindən  başa  düşmək  imkanı  qazanır;  həm  də  öz  gələcək  pedaqoji 
fəaliyyətində ibtidai təhsilin hərəkət dinamikasına aldığı ali təhsil baxımından 
yanaşa bilir.  
5. İbtidai  təhsilin psixoloji qüvvələrdən ayrılmaz olması və bunu anlаmağın 
tələbə üçün əhəmiyyəti. 
Təhsil  psixoloji  qüvvələrdən  də  ayrılmazdır.  Psixoloji  qüvvələrdən 
kənarda,  onlarsız  təhsil  həyata  keçirmək  mümkün  deyil.  Psixoloji  qüvvələr 
deyəndə  bir  qədər  əvvəl  qeyd  edildiyi  kimi,  duyğular,  qavrayış,  təsəvvür, 
təxəyyül,  təfəkkür,  diqqət,  iradə,  hafizə,  maraq,  motiv  və  s.  nəzərdə  tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə