Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

 
25
Adları  burada  çəkilən  və  çəkilməyən  psixoloji  qüvvələr  insan  fəaliyyətində, 
xüsusən  onun  təhsil  sahəsindəki  fəaliyyətində  o  qədər  də  duyulmayan, 
həqiqətdə  isə  çox  böyük  əhəmiyyətə  malik  olan  qüvvələrdir.  Uşaq  öyrənməli 
olduğu  hadisəni  görmək,  onun  haqqında  eşitmək,  oxumaq,  nələrinsə  rənginə 
diqqət  yetirmək,  nələrisə  yadda  saxlamaq,  nələr  haqqındasa  düşünmək,  fikir 
söyləmək, nələrisə  xatırlamaq, yada  salmaq, haqqında eşitdiyi və ya oxuduğu, 
lakin  həyatda  görmədiyi  hadisəni  xəyalında  canlandırmaq,  nəyisə  yaratmağa 
çalışmaq və s. arzusunda olur
Bunların  hamısı  psixoloji  qüvvələrdir  və  nəinki  bütövlükdə  insan 
həyatınдан,  o  cümlədən  təlim  fəaliyyətindən  ayrılması  mümkün  olmayan 
əlamətlərdir.  Lakin  psixoloji  qüvvələrin  səviyyələri  ayrı-ayrı  uşaqlarda  eyni 
olmur.  Diqqətin,  iradənin,  hafizənin  və  s.  psixoloji  qüvvələrin  səviyyəsi  bəzi 
şagirdlərdə  qənaətbəxş,  bəzilərində  isə  kəsirli  olur.  Təlim-tərbiyə  işində 
birincilərin  uğur  qazanmaq  imkanları  ikincilərə  nisbətən  geniş  olur. 
Müşahidələr göstərir ki, təlim-tərbiyə işində geri qalan, çətinlik çəkən şagirdlər 
arasında,  hətta  tələbələr  arasında,  adətən,  psixoloji  qüvvələri  zəif  inkişaf 
edənlərдир.  Bunun  səbəblərindən  birisi  aiля  tərbiyəsində,  uşaq  baxçasında  və 
aşağı  siniflərdə  uşaqlarda  diqqət,  iradə,  hafizə,  təfəkkür,  nitq  kimi  psixoloji 
qüvvələrin  inkişafına  бир  чох  valideynlərimizin  və  müəllimlərimizin 
laqeydliyidir. 
Buradan  bele  bir  nəticə  çıxartmaq  düzgün  olmaz  ki,  guya  uşaqların 
psixoloji  qüvvələrində  müşahidə  edilən  nöqsanları  aradan  qaldırmaq  olmaz. 
Olar!  Bir  şərtlə  olar  ki,  sinif  müəllimi  kimi  fəaliyyətə  hazırlanan  tələbə  təlim-
tərbiyə  işində  psixoloji  qüvvələrin  müstəsna  əhəmiyyətə  malik  olduğunu 
anlasın,    tələbəlik  fəaliyyətində  юз  psixoloji  qüvvələrini  inkişaf  etdirsin  və 
gələcək  sinif  müəllimi  kimi  işləyərkən  şagirdlərində  də  diqqətli  olmaq,  iradəli 
olmaq,  başladığı  işi  sona  çatdırmaq,  sözünü  müstəqil  söyləməyə  çalışmaq, 
yaradıcılğa, təşəbbüskarlığa can atmaq kimi keyfiyyətləri formalaşdırsın. 
Yönəldici və düşündürücü çalışmalar. 
1.  İbtidai  təhsilin  əsas  istiqamətlərini  bilmək  tələbəyə-gələcək  sinif 
müəlliminə nə verir? 
2.  İbtidai  təhsilin  uzaq  (strateji)  məqsədini  nə  üçün  tələbə  də,  sinif 
müəllimi də bilməlidir? 


 
26
3.  İbtidai təhsilin tərbiyədən ayrılmaz olduğunu bilən və öz işində nəzərə 
alan  müəllimlə,  bu  ayrılmazlıqdan  xəbərisiz  olduğuna  görə  onu  öz  işində 
nəzərə almayan müəllimin fəaliyyətində nə kimi fərq ortaya çıxa bilər. 
4.  İbtidai  təhsilin  təlimdən  ayrılmaz  olduğunu  bilmək  sinif  müəlliminə 
hansı yenilik ab-havası gətirər? 
5.  İbtidai  təhsilin  psixoloji  qüvvələrdən  ayrılmaz  olduğunu  bilən  və  öz 
işində  bunu  nəzərə  alan  müəllimin  şagirdlərində  və  bu  ayrılmazlığı 
bilmədiyindən  onu  nəzərə  almayan  müəllimin  şagirdlərində  təhsilin  və 
psixoloji inkişafın səviyyəsi necə olar? 
 
FƏSİL 4. 
TƏHSİLİН NÖVLƏRİ, FORMALАRI VƏ MƏZMUNU; BUNLARI 
BİLMƏYİN PRAKTİK ƏHƏMİYYƏTİ. 
 
 
1.Təhsilin növləri və bunu bilməyin tələbə üçün əhəmiyyəti. 
 
Təhsili  üç əsas  növə ayırmaq olur:  ümumi təhsil, ixtisas-peşə təhsili və 
ялавя təhsil. 
 
Ümumi  təhsil  üç  pillədə  həyata  keçirilir:  ümumi  ibtidai  təhsil,  ümumi 
orta (əsas) təhsil və tam orta təhsil.  
 
İxtisas-peşə təhsili üç qrupa ayrılır: peşə təhsili, orta ixtisas-peşə təhsili 
və ali ixtisas-peşə təhsili. 
 
Peşə təhsili sahəsində sosial-iqtisadi həyatın müxtəlif sahələri üzrə orta 
səviyyəli  ustalar  hazırlanır.  Orta  ixtisas-peşə  təhsili  sahəsində  ölkəmizin 
mədəniyyət,  rabitə,  maliyйə,  tibb,  pedaqoji,  inşaat,  kompüter,  ticarət  və  s. 
peşələri üzrə orta ixtisaslı mütəxəssisilər hazırlanır. 
 
Ali ixtisas-peşə təhsili də çox geniş şaxələnir: tibb, mədəni-maarif, neft, 
inşaat,  texnika,  və  s.  və  i.a.  sahələr  üzrə  yüksəs  ixtisaslı  mütəxəssislər 
hazırlanır.  Məsələn,  respublikamızda  yalnız  texniki  ali  məktəblərdə  200-dən 
artıq ixtisaslar üzrə mütəxəssislər yetişdirilir. 
 
Ялавя  тəhsil  növünə  aiddir:  təkmilləşmə  təhsili;  ixtisasartırma  təhsili; 
yenidənhazırlanma  təhsili;  стажкечмя  тящсили;  тякрар  али  тящсил  вя  орта  ихтисас 
тящсили; дяряъялярин йцксялдилмяси; йашлыларын тящсили. 


 
27
 
Soruşmaq  yerinə  düşərdi:  təhsilin  növlərinə  aid  bu  yığcam  məlumatın 
tələbə  üçün  əhəmiyyəti  varmı?  Varsa  nədən  ibarətdir?  Belə  hesab  edirик  ki, 
tələbə üçün iki cəhətdən bu məlumat əhəmiyyətlidir. Bir tərəfdən tələbə aldığı 
pedaqoji  təhsilin  təhsil  sistemində  yerini  özü  üçün  müəyyənləşdirиr,  digər 
tərəfdən o, təhsilin tamam başqa növündə – I-IV siniflərdə öz gücünü sınamalı 
olуr  və  bütün  təhsil  növlərinin  möhkəm  təməlinin  qoyulmasında  юз  şəxsi 
əməyinin rolu olduğunu да başa düşцr. 
 
2.Təhsilin formaları və bunu bilməyin praktik əhəmiyyəti. 
 
Azərbaycan  Respublikasında  təhsil  altı  formada  həyata  keçirilir:  əyani 
təhsil,  qiyabi  təhsil,  axşam  təhsili,  eksternat  təhsili,  məsafədən  təhsil  və  evdə 
təhsil.  
 
İmkanı  olan  uşaqlar,  yeniyetmə  və  gənclər  gündüz  əyani  formada  təhsil  alır. 
İşləyən  şəxslərin  bir  qismi  axşam  təhsilinə,  digər  qismi  isə  qiyabi  təhsilə  cəlb 
olunur. 
 
Eksternat  formasında  təhsil  almaq  istəyən  şəxslər  yaşadıqları  bölgədə 
eksternat  təhsil  vermək  hüququ  olan  tədris  müəssisəsinin  rəhbərinə  ərizə  ilə 
müraciət  edirlər,  orada  qeydə  alınırlar.  Eksternat  müvafiq  tədris  proqramları,  dərs 
vəsaitləri əldə edir və  müstəqil hazırlaşır. O, müəyyənləşdirilmiş vaxtlarda təhkim 
olunduğu tədris müəssiəsində gedib imtahan verir. 
 
Adından göründüyü kimi, məsafədən təhsil almaq istəyən şəxs müvafiq tədris 
müəssisəsində  qeydə  alındıqdan  sonra  telefonla,  məktubla,  internet  vasitəsi  ilə 
əlaqə saxlayır, təhsillə bağlı ortаya çıxan problemləri həll edə bilir. 
 
Bu və ya digər xəstəlik üzündən  məktəbə gedə bilməyən və yataqda qalmağa 
məcbur  olan  oğlan  və  qızlarımız  dövlət  tərəfindən  unudulmur.  Dövlət  bu  cür 
uşaqların  qayğısına  qalır,  onların  da  təhsil  almaları  üçün  şərait  yaradır.  Bu 
məqsədlə  “Evdə  məktəb”  fəaliyyət  göstərir.  Məktəbin  müəllimləri  dərs  cədvəli 
üzrə ünvanlara gedir, ev ºəraitində ºagirdlərə dərs keçirlər. 
 
Azərbaycanda təhsilin formalarına dair biliklərin də tələbələrə bilavasitə dəxli 
var.  Əvvəla,  belə  məlumatdan  tələbə  qürur  hissi  keçirməyə  bilməz  ki,  onun 
yaşadığı  ölkədə  bütün  oğlan  və  qızların  təhsil  alması  üçün  hər  cür  imkan 
yaradılmışdır.  İkincisi,  sabah  sinif  müəllimi  kimi  fəaliyyət  göstərərkən  ölkəmizdə 
müstəsnasız  olaraq  uşaqların  hamısının  təhsil  almasına  şərait  yaradıldığı  barədə 
həm  şagirdlər  arasında,  həm  də  valideynlər  arasında  söhbətlər  apara  bilər. 
Söhbətləri  dinləyən  valideynlər  özləri  üçün  müvafiq  nəticələr  çıxarır;  onlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə