Нуряддин казымов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/83
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48998
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 
28
respublikamızda  təhsilin  insanpərvər  səciyyə  daşıdığını  yəqin  edirlər;  öz 
övladlarının hansı təhsil formasını seçəcəyi barədə düşünürlər və s. 
3.İbtidai təhsilin məzmunu və bunu bilməyin tələbə üçün əhəmiyyəti. 
Tətbiqi pedaqogika  fənnini tədris edən  müəllim tələblərə  müraciətlə  deyir  ki, 
bütün  növ təhsilin, o cümlədən  ibtidai təhsilin  məzmunu əsas üç dövlət sənədində 
əks  olunur.  Bu  sənədlərin  birincisi  tədris  planı  adlanır.  Gəlin  ibtidai  məktəbin  (I-
IV  siniflərin)  tədris  planı  nümunəsində  onun  nə  demək  olduğunu  öyrənək.  (Bax: 
səh.66). 
Müəllim  həmin  tədris  planını  nümayiş  etdirir  və  tələbələrin  birinə  sənədin 
üstündəki imzanın  və möhürün kimə məxsus olduğunu oxutdurur. Tələbə oxuyur: 
-  İmza  və möhür təhsil nazirliyinindir. 
Buna əsaslanan müəllim deyir: 
-  Deməli, tədris planı dövlət sənədi hesab edilir. 
Müəllim başqa bir tələbədən tədris planının solundakı söзləri oxudur: 
-  Azərbaycan  dili,  riyaziyyat,  xarici  dil,  həyat  bilgisi,  müsiqi  və  nəğmə, 
təsviri incəsənət, fiziki tərbiyə, əmək hazlığı və s. 
Müəllim  tələbələrə  müraciət  edir  və  həmin  adların  nə  demək  olduğunu 
soruşur. 
Onlardan biri cavab verir: 
-  Həmin sözlər I-IV siniflərdə öyrənilməli fənlərin adlarıdır. 
Müəllim  tələbəlяrin  diqqətini  tədris  planının  sağında  qrafadakı  rəqəmlərə 
yönəldir və deyir:  
-  Qrafaların  yuxarısında  sinifləri,  qrafadakı  rəqəmlər  isə  fənlərə  verilmiş 
həftəlik  saatların  miqdarını  göstərir.  Baxın,  I  sinifdə  həftədə  Azərbaycan  dilinə  9 
saat, yaxud riyaziyyata 4 saat verilir. 
   
Ali  məktəblərin  tədris  planları  bir  qədər  mürəkkəb  olsa  da  həmin 
göstəricilər orada da olur. İndi deyin görək: tədris planı nə deməkdir? 
   
Tələbələr  müəllimin  yönəldici  sualları  əsasında  belə  bir  ümumi  rəyə 
gəlirlər:  Bu  və  ya  digər  tədris  müəssisəsində  öyrənilməli  fənlərin  adlarını,  hər 
fənnə  ayrılan  həftəlik  saatların  miqdarını,  habelə  siniflər  üzrə  fənlərin  tədrisi 
ardıcıllığını göstərən dövlət sənədinə tədris planı deyilir. Onu da yadda saxlamaq 


 
29
faydalıdır  ki,  hər  hansı  tədris  müəssisəsinin  çoxşaxəli  təlim-tərbiyə  işlərinin 
mərkəzində tədris planı durur. Bu sənəd məktəbdə bir nömrəli sənəd hesab edilir. 
   
Yuxarıda  qeyd  edildiyi  kimi,  təhsilin,  o  cümlədən  ibtidai  təhsilin 
məzmunuну əks etdirən ikinci dövlət sənədi tədris proqramıdır. Tədris proqramı da 
dövlət sənədi щесаб едилир. Çünki onuda təhsil nazirliyi əmrlə təsdiq edir. 
   
Müəllim,  məsələn,  ibtidai  məktəb  üçün  riyaziyyatdan  tədris  proqramını 
əlində tutaraq, onu səciyyələndirən başlıca əlamətləri sadalamağa başlayır:  
   
-Birinci  əlaməti.  Tədris  proqramı  tədris  planına  uyğun  tərtib  edilir.  Bu 
zaman  şagirdlərin  yaş  xüsusiyyətləri  və  tədris  planında  riyaziyyata  ayrılmış 
saatların  ümumi  miqdarı  nəzərə  alınır.  Tədris  proqramının  ikinci  əlaməti.  Tədris 
proqrmında  fənnin  əhatə  etdiyi  bölmələrin  və  mövzuların  adları  yazılır.  Üçüncü 
əlaməti.  Tədris  proqramındakı  hər  mövzunun  altında  öyrənilməli  məsələlər 
sadalanır. Dörüncü əlaməti. Proqramda ayrı-ayrı mövzuların öyrənilməsinə yardım 
edən çalışmalar göstərilir. 
   
Müəllim  əlindəki  tədris  proqramının  əlamətlərini  birər-birər  göstərdikdən 
sonra tələbələrə sual verir: 
   
-  Kim  sadaladığımız  əlamətlərini  nəzərə  alaraq  tədris  proqramının 
mahiyyətinə tərif verər? 
   
Bir neçə tələbənin söylədiyi fikirləri müəllim belə yekunlaşdırır: 
   
-  Tədris  planındakı  fənnin  əhatə  etdiyi  mövzuları,  hər  mövzunun 
məzmununu  açan  məsələləri,  bu  məsələlərin  möhkəm  mənimsənilməsinə 
yardımçı olan  dövlət sənədinə tədris proqramı deyilir. 
   
Deməli,  tədris  zamanı  müəllimin  əsas  götürdüyü  başlıca  sənədlərdən  biri 
də fənn üzrə təsdiq edilmiş tədris proqramıdır. 
   
Fənn  müəlliminin  təlim  zamanı  istifadə  etdiyi  üçüncü  sənəd  həmin  fənn 
üzrə tərtib edilmiş dərslikdir. 
   
Müəllim 
dərsliyin 
xüsusiyyətlərini 
tələbələrin 
gözü 
qarşısında 
canlandırmaq məqsədi ilə riyaziyyat dərsliyini onlara göstərir və deyir: 
   
-  Hörmətli  tələbələr!  Hər  bir  dərsliyin,  o  cümlədən  ibtidai  siniflər  üçün 
yazılmış  riyaziyyat  dərsliyinin  xüsusiyyətlərindən  biri  onun  tədris  proqramına 
uyğun tərtib edilməsidir. Baxın, dərslikdəki mövzular proqrama uyğun yazılmışdır. 


 
30
Dərsliyin  digər  xüsusiyyəti  yadda  saxlanmalı  fikirlərin,  orada  fərqli  hərflərlə 
çapıdır.  Üçüncü  xüsusiyyəti.  Tədris  proqramında  mövzular  üzrə  sadalanan 
məsələlər  dərslikdə  izah  edilir.  Dördüncü  xüsusiyyəti.  Çətin  başa  düşülən 
məsələlər,  adətən,  dərslikdə  мцвафиг  шякиллярля  müşaiyət  edilir.  Beşinci 
xüsusiyyəti.  Hər  mövzunun  sonunda,  adətən,  müxtəlif  növ  çalışmalar,  sual  və  ya 
tapşırıqlar verilir. 
   
Dərsliyin  xüsusiyyətlərini    konkret  dərslik  nümunəsində  açan  müəllim 
üzünü tələbələrə tutub deyir: 
   
- Sadaladığımız xüsusiyyətlərini nəzərə alaraq kim dərsliyə tərif verə bilər? 
   
Bir  neçə  tələbə  təşəbbüs  göstərib  sualı  cavablandırmaq  istəyir.  Lakin 
müəllimin ürəyincə alınmır. Müəllim köməyə gəlir: 
   
Tədris proqramı əsasında yazılan, tədris proqramının əhatə  etdiyi  ayrı-
ayrı  mövzuların  məzmununu  şərh  edən,  zəruri  fikirləri  fərqli  şriftlərlə  verən, 
mövzuların sonuna oxucunu düşünməyə  və işləməyə yönəldən çalışmalar verən 
kitaba dərslik deyilir. 
   
Tədris  planı,  tədris  proqramı  və  dərslik  haqqında  danışmazdan  əvvəl 
müəllim  tələbələr  arasında  kiçik  sorğu-sual  aparыр,  həmin  məfhumlar  haqqında 
onların  anlayışlarının  səviyyəsini  öyrənmək  istəйир.  Məlum  oldu  ki,  onların 
anlayışları  yox  dərəcəsindədir.  Vəziyyəti  nəzərə  alan  müəllim  tələbələrdə 
anlayışları konkretləşdirmək üçün söhbəti həmin sənədlərin nümunəsində quruр. 
   
Əminik ki, konkret nümunələr əsasında tədris planı, tədris proqрamları və 
dərsliklər  haqqında  əldə  edilən  biliklərdən  tələbə  özü  bəhrələnəcək  və  sinif 
müəllimi kimi işləyən zaman şagirdlərinə də öyrətməyə çalışacaq. 
 
 
4.İbtidai  təhsilin  peдаqogikası  və  metodikası  üzrə  dövlət  standartı 
haqqında. 
   
Müəllim  məsələnin  öyrənilməsini  standart  sözünün  mənasını  tələbələrin 
necə  başa  düşdüklərini  müəyyənləşdirməkdən  başlayır.Məlum  olur  ki,  tələbələrdə 
anlayış  qənaətbəxş  deyil.  Odur  ki,  müəllim  həmin  sözün  mənasını  tələbələrə  başa 
salмаьа чалышыр: 
   
- Standart ingilis sözündəndir;  mənası nümunə,  model, гялиф deməkdir. О, 
щər  hansı  əşyanı,  məhsulu  istehsal  etmək,  düzəltmək  üçün  əvvəlcədən  həmin 
əşyanın, məhsulun keyfiyyət göstəricilərinə verilən tələblər, qoyulan normalar kimi 
başa düşülür.  
   
Təhsil  sahəsində  də  müvafiq  dövlət  standartları  müəyyənləşdirilib  tətbiq 
edilir.  Şagirdlərin,  yaxud  tələbələrin  təhsili  üzrə  də  dövlət  standartları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə