O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
  1   2   3   4   5   6   7   8   9   ...   28


açıqsöz 

Doktor Salamullah Cavid   



 

O Günün Həsrətiylə 

(Xatirələr) 

 

Bu kitab atam doktor Salam Ullah Cavidin və onun mübariz 



yoldaşlarının əziz xatirəsinə ithaf olunur        Azad Cavid 

 

 


açıqsöz 



Başlıqlar: 

Övlad borcu. 

Tərtihçi-redaktordan. 

Övladlarıma xitab 

Həyatımdan lövhələr 

Böyük Allahın adı ilə xatirələrimi qələmə alıram 

Uşaqlıq illərim, ilk təhsilim 

Sevəndə gərək ürəkdən sevəsən 

İzdivac 


S.Cavid ailə qurmağın prinsipləri haqda 

Ailə həyatımın ilk günləri 

Biz İrana köçməli olduq 

Yolumuz İmam Riza şəhərinədir 

Qorxulu Tehran 

Riza şah xəfiyyəsi azadixahların ovunda 

Pişəvərinin həbsə alınması 

Azadlığın son günü 

Zindanda ilk günlərim 

Azadı görmək istədim 

Qəsr-Qacar 

Qəsr-Qacardakılar aclıq elan edir 

Kaşana getməyə hazırhq 

Salam, Kaşan! 

Pişəvəri Kaşanda 

Azadlıq böyük nemətdir 

Azərbaycan Milli Nehzətindən 

Vətən çağırır məni 

12 Şəhrivər-firqənin yaranması 

Azərbaycan Milli Hökumətində fəaliyyətim 

Şeytani əməl pozdu işləri 

Tehrandakı görüşlərim 

Məmmədriza şahla üz-üzə 

Tehrana növbəti səfərim 

Qoşun Təbrizə gəlir 

Yenə təqib, yenə zindan 

Xalqıma bəraət istəyi ilə 

Sevinməyim əbəs imiş 

Yenə müttəhim kürsüsündə 

Yaxşılığı unutmaq olmaz 

Görüşlər, ədəbi məclislər 

Ustad Şəhriyarla görüşüm 

Öz yazılarım barəsində bir neçə söz 

Doktor Salamulla Cavidin çap olunmuş əsərləri 

Xatirələrimdən 

Qələm düşmən əlindədor 

Doktor Cavidin vəsiyyətnaməsindən 



açıqsöz 



 



Övlad Borcu   

Atam haqqında qəlbimdə böyük nisgilim vardır. Bir oğul kimi mən onun ağır və 

əzablı günlərində yanında olmamışam. Dünyasını diyşəndə son sözlərini , arzu və 

istəklərini eşitməmişəm , onun tabutundan tutub son mənzilə yola salmamışam... 

Bunlar məni həmişə kövrldən , narahat edən fikir və düşünc lərdi. Azərbaycan Mili 

Hökuməti dövründə ( 1945 - 1946 - ci illər ) təhsil almaq üçün Bakıya gəldiyimdən , 

17 - 18 yaşımda ikən valideyənlərimdən , qardaşlarımdan , qohum - əqrbamdan

vətəndən ayrıldım. Hicranın bu qədər çəkəcəyini , doğmalarıma həsrət qalacağımı o 

vaxt heç ağlıma belə gətirmirdim. Nə etmə li ? Bu da bir qismətdir , bir taledir , 

yüzlərlə həmvətənim kimi mənim də ömür payıma düşdü. Atam 1986 - cı ildə 

dünyasını diyşərkən ondan bizə iki kiçik otaqlı mənzil , xeyli mıqdarda kitablar və 

bir də öz əlı ilə yazdığı xatirələr miras qalmışdı. Evi analığıma , kitabları Təbrizdə ki 

M. Tərbiyət adına mili kitabxanaya verdik. Xatirələr isə mənim dönə - dönə 

oxuduğum və atamın nəfəsini saralmış varaqlarında axtardığım ən qiymətli sərvət 

oldu. Mən bu xatirələrdə atamın mənsiz keçən ömrünün əziyətli , əzablı , təqib və 

zindanlarda keçən günləri ilə tanış olduqca sarsılıram , kövrəlirəm , ağlayıram. Mənə 

atamdan ayrı düşmkdən daha ağır gələn onun haqqında bəzi vicdansız , üzdən iraq " 

müəlliflərin " yazdıqları , dedikləri yalan , böhtan və iftiralarıdır. Dözülməz cəhət 

budur ki , bəzən atam haqda həqiqətdən uzaq olan uydurmaları atamın " dostları " , 

mübarizə və səngər " yoldaşları " dilə gətirirlər. Doktor s. Cavidin Xatirələri onun 

haqqında yazılmış yalan və böhtanları əsaslı rəd etdiyindən mən bu haqda bəhs 

açmağa əhtiyac duymuram. Atam Salamulla Cavid son nəfsində dostu və yaxın 

qonşusu şair Savalana demişdir: "Mən övladlarıma həsrət qalaraq dünyanı tərk 

edirəm. Kitablarımdan və bir də "Xatirələr "imdən başqa sərvətim yoxdur. Əlin 

Azada çatsa , de ki , mümkün olsa , zaman və məkan imkan versə " xatirələr " imi çap 

etdirsin , qoy mənim keçdiyim mübarizə yolunu hamı bilsin " . Mən böyük allahdan 

çox razıyam ki , yaşımın 8 - ci on illiyə yaxınlaşdığı bir dövrdə atamın arzusunu və 

övladlıq borcumu yerinə yetirirəm. Bu işdə göstrdiyi kömkliyə görə tədqıqatçı - alim 

, dostum Əkrəm Mişovdağlıya , Sabır Tafteiyə , Yədulla Nəminliyə , elcə də atam 

haqqda xatirələr təqdim etmiş həmvətənlərimə doktor Cavidin övladları adından 

təşəkkürümü bildirirəm.  

Azad Salamulla Oğlu Cavid Bakı 20 sentiabr 2003 - cü il 

 



açıqsöz 



TƏRTİBÇIREDAKTORDAN 

Oxuculara təqdim olunan "O günün həsrəti ilə..." adlı kitab həyatının 50 ildən çoxunu Güney Azərbaycanın 

milli azadlıq və demokratik hərəkatına həsr etmiş bir insanın  Sallamulla Cavidin keçdiyi həyat və 

mübarizə yolundan bəhs edir. Kitabın əsasını doktor S.Cavidin yazdığı xatirələr təşkil etsə də, onu yaxından 

tanıyanların, oğlu Azad Cavidin qeydləri, həmçinin kitab tərtibçisinin bəzı şərhləri də xatirələrin əlavəsində 

verilmişdir. Bundan başqa, tarixi və bədii ədəbiyyatda, eləcə də dövrü mətbuatda S.Cavidə aid parçalardan 

da iqtibas gətirilmişdir. 

Xatirələrin üzərində işlərkən onların məzmununa, Cavidin olaylara və şəxsiyyətlərə olan münasibətinə, 

verilmiş şərhlərə toxunulmamış, onun yazı stili və üsulunun qorunmasına səy edilmişdi. Xatirələrdə bəhs 

edilən dövrlə bağlı ara sıra bəzi məsələlərə tam aydınlıq gətirmək məqsədi ilə tərtibçi redaktor o dövrün 

tədqiqatçısı kimi öz köməkliyini əsirgəməmişdir. Bu köməklik Cavidin yazılarının əsas məzmununa 

toxunulmadan, məsələyə tam aydınlıq gətirmək xatirinə edilmişdir. 

Doktor Salamulla Cavid XX əsr Güney Azərbaycandakı milliazadlıq və demokratiya uğrunda xalq 

hərakatının yetişdirdiyi liderlərdəndir. Onun keçdiyi mübarizə yolu və həyatı öyrənilməyə layiqdir. Onun 

intellekt səviyyəsi, sadəlik, əxlaqimənəvi təmizlik, humanistlik, ən başlıcası vətənə, xalqa bağlılıq bütün bu 

insani keyfıyyətlər doktor Cavidə xas olan xüsusiyyətlərdir. Bunu onun xatirələrindən və haqqındakı 

yazılardan bir daha aydın görmək olur. 

Tariximiz üçün gərəkli olan bir sıra faktları özündə əks etdirən S.Cavidin xatirələri və onu tanıyanların 

Cavidlə bağlı fıkirləri həm İranda, həm də keçmiş SSRİdə hökm sürən rejimlərin senzurasının təzyiqi 

altında uzun illər işıq üzü görə bilməmişdir. Bağlı arxivlərin açıldığı, həqiqətlərin yazıldığı indiki şəraitdə 

keçmişimizə aid bir sıra qaranlıq məsələlərə işıq salmağa imkan yaranmışdır. Bu imkandan faydalanaraq 50 

dən artıq "ev dustağı" olmuş S.Cavidin xatirələri oxucuya təqdim olunmaq imkanı əldə etmişdir. Oxucu, 

görkəmli siyasi ictimai xadim, həkim, folklorşünas tədqiqatçı alim doktor Salamulla Cavidin "Xatirələr"i 

əsasında onun keçdiyi ömür yolu ilə müxtəsər olsa da tanış olacaqdır. 

Doktor S.Cavidə rəhmət, oxucuya isə bu kövrək Xatirələr" i diqqətlə oxumaqda səbir diləmək arzusu ilə: 

Əkrəm MİŞOVDAĞLI 

 

 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə