O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   2   3   4   5   6   7   8   9   ...   28

açıqsöz 



ÖVLADLARIMA XİTAB 



Əziz oğlanlarım! 

Mən bu xatirələrimi yazıb başa çatdırarkən yaşım artıq 68i keçmışdi. Yəqin ki, bu dünyanın bir 

neçə illik qonağıyam. Sizə nə bir vardövlət, nə də sərvət qoya bilmədim. Mən və ananız 35 ildən 

çox təbabət sahəsində çalışsaq da var dövlətimiz 1326cı ıldə (1947) 21 min tümənə aldığımız evdir. 

Bu evi alarkən dosttanışlardan aldığım borcu bir təhər ödəyə bildim. Allahdan başqa bir kimsəyə 

borcum qalmayıb. 50 il xalqımın azadlığı yolunda əlləşdim və buna peşman deyiləm. Sizə qoyub 

gedəcəyim sərvət bu xatirələrimdir. Oğlanlarım, ümid edirəm ki, bu xatirələr sizin əlinizə çatacaq 

və siz də onun nəşrinə səy edəcəksiniz. Xatirələrin nəşri atanızı kiməsə tanıtdırmaq üçün deyil, 

olubkeçənləri olduğu kimi millətə, məxsusən cavanlara çatdırmaqdır. Qoy bilsinlər ki, onlardan 

əvvəlki nəsil vətənin, xalqın taleyinə biganə olmamışdır. Mənim yazdığım xatirələr, eyni zamanda 

ananız Bikəxanımın qırx il müddətində mənim yolumda çəkdiyi zəhmətin, əzab əziyyətin bir 

parçasıdır. 

Xatirələri indiki İran mühitinə uyğun yazdığımdan bəzi məsələlərin üstündən keçdim, bəzisinə isə 

geniş izahat verməyə lüzum görmədim. Hər şeyi qısa və mühitə uyğun yazdım. Yəqin ki, məni başa 

düşəcəksiniz... 

İrandakı mühitə uyğun ona görə yazdım ki, bəlkə burada təkmil və təshih etdikdən sonra çap etdirə 

biləm. Buna müvəffəq olmasam ömrümün 50 illik bir dövrünü əhatə edən bu qeydləri çap 

etdirməyə çalışın. İstəyirəm biləsiniz ki, sizin ananız 40 il müddətində mənim ictimai fəaliyyətimin 

dəstəyi, sizin tərbiyəçiniz, əvəzsiz insan olub. Onun qədrini bilin, rahatlığına çalışın. Xatirələrimdə 

onun adını teztez çəkməyimin səbəbi onun mənim yolumdakı əzablarmı və fədakarlıqlarmı yad 

etmək xatirinədir. 

Üzünə 21 il həsrət qaldığım əzizim Azad! Bizim ürəyimiz səni görmək üçün necə çırpınırsa, yəqin 

ki, sən də öz valideynlərini, doğmalarını görmək həsrəti ilə yaşayırsan. Mən səni oxumağa yola 

salanda bilməzdim ki, belə aynlıq, belə həsrət olacaq. Nə edək? Dözməliyik, bu da bir qismətdir. 

Azad, sənin salamat olmağını arzulayırıq. Güman edirəm ki, yaxşı həkim olacaqsan. Xanımından, 

uşaqlarından müğayat ol. Uşaqların yaxşı təhsil alması və baədəb olması üçün çox çalış. 




açıqsöz 

Ümidvarıq ki, hər şey yaxşı olacaq, darıxma! 



Əziz oğlum, Nikzad, sənin tərəqqi etməyin və müvəffəqiyyətin bizi xoşhal edir. Bundan artıq 

yüksəliş və uğurlar arzulayıram. Sevgili xanımının rahatlığına çalış, ataananı da unutma. Biz 

həmişə sizinlə nəfəs alırıq. 

Əzizim Behzad, ümidvaram aldığın ixtisası müvəffəqiyyətlə mənimsəyəcəksən. Bilikli, xalqa 

yarayan mütəxəssis olacaqsan. Sənətini təkmil öyrənməyə səy et. 

Oğullarım! Sənət üzrə bilik və təcrübənizi artırmaqdan heç vaxt əl çəkməyin. Böyük Nizaminin 

sözlərini yadda saxlayın: 

"Kamil bir palançı olsa da insan Yaxşıdır yarımçıq papaqçılıqdan". 

İnsanlara kömək etməyə çalışın. Sizə pislik edənə də yaxşılıq edin. Unutmayın ki, atalar deyib: 

"Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir". Bağışlamağı bacaran 

olun! Sizə salamatlıq və uğurlar arzusu ilə atanız: 

Salamulla Cavid. 

 

 



HƏYATIMDAN LÖVHOLƏR 

Mənim keçdiyim həyat yoluna aid çoxlu qeydlərim. olsa da xatirə yazmaq və b)i xatirələrlə özümü 

kiməsə tanıtdırmaq fıkrindən uzaq olmuşam. Lakin həyatım kəşməkeşli hadisələrlə dolu 

olduğundan, hələ sağlığımda ikən mənə böhtan deyilib, şər atıldığını görüb, bu eybəcərliklərin 

gerçəklikdən uzaq olduğunu və şəxsi münasibətlərə bağlılığını nəzərə alıb həqıqətləri olduğu kimi 

söyləməyi vacib saydım. Qeydlərimi və hafizəmdəkiləri nizamlayıb "Xatirələrimi yazmaq qərarına 

gəldim. Qeydlərimi farsca 19, türkcə 15 məktəbli dəftərinə köçürüb, çox böyük çətinliklə İran 

sərhəddindən kənara  böyük oğlum Azada çatdıra bildim. Özümün makinada çap etdirdiyim xatirə 

qeydlərimi, şah dövrünə və ondan əvvəl milli nehzət zamanına aid yazılarımı da Bakıya, Azada 

yolladım. 




açıqsöz 

Əslində xatirələr üçün əsas olan qeydləri mən Riza şahın QəsrQacar zindanında həbsdə, sonra isə 



Kaşanda sürgün həyatı keçirərkən, daha sonra Tehranda və Təbrizdə siyasi işlərdə çalışarkən, 21 

Azər nehzətindən sonra bir müddət ev dustağı və sonra həbsə alınarkən "cızmaqara" etmişdim. İndi 

bu yazıda mən onları səflə qələmə gətirirəm. Bu işi görməyə məni sövq edən bir cəhət də var: 

Tarixə çevrilmişləri sonrakı nəslə çatdırmaq, keçdiyim ömür yolunun uğur və uğursuzluqları ilə 

onları tanış etməkdir. 

Böyük Allahın adı ilə xatirələrimi qələmə alıram 

Mən Salamulla Molla Haşım oğlu Cavid I900cu ildə Güney Azərbaycanın Xalxal bölgəsinin Nirov 

kəndində kasıb bir ailədə anadan olmuşam. Atam Haşım qismən savadlı olduğundan ona Molla 

ləqəbi vermişlər (o zaman qismən savadlılar çox vaxt belə adlandırılırdı). Mən ana nəvazişindən 

erkən məhrum olmuşam. Dayım arvadı mənə analıq eləmiş, hətta onun südü ilə böyümüşəm. 

Gözümü açandan dayımın xanımı Dürrəni gördüyümdən onu doğma ana kimi tanıyıb, ana qədər 

sevirdim və həmişə (hətta indi də) özümü bir övlad kimi ona borclu sayıram. Dayımın xanımı 

Dürrəni "Ənnə" deyə çağırırdım. O mənə qarşı qayğıkeş, diqqətli və mərhəmətli olmuşdur. 

Allahdan ona rəhmət diləyirəm. 

 

 

UŞAQLIQ İLLƏRİ, İLK TƏHSİLİM 



İlk təhsilim "Quran" dərsi olmuşdur. Dayım arvadı Dürrə (bundan sonra xatirələrimdə onu həmişə 

çağırdığım kimi "Ənnə" yazacam) 6 yaşım olarolmaz öz qardaşı arvadı Canımbalanın yanına 

"Quran" dərsi keçməyə qoymuşdur. Mən bir müddət burada qızlarla birlikdə "Quran"ı öyrənməyə 

başladım. Sonra Molla Hüseyn adlanan bir şəxsin mədrəsəsinə getdim və burada "Quran"ı 

oxumağı başa çatdırdım. 

Məni öz övladı kimi böyüdən dayım Məhərrəm Nəsrulla oğlu siyasi görüşlərinə, hökumət əleyhinə 

olduğuna və bunun üçün də təqib edildiyinə görə biz gizli şəkildə Quzey Azərbaycana  Bakıya 

köçməli olduq. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə