O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   2   3   4   5   6   7   8   9   ...   28

açıqsöz 

11 


kişi ilə hər hansı sevda haqda söhbəti daha asan olur. 

Bir gün Bikəxanım anası ilə bizə gəlmişdi. Mən də yadımda deyil hansısa sənədi götürmək üçün 

evimizə getdim, lakin onu görərkən evə nə üçün gəlməyim də yadımdan çıxdı. Pis iş görmüş adam 

kimi Bikəni və anası Kübra xanımı görərkən qıpqırmızı oldum, elə bil bədənimdən bərq (elektrik) 

keçdi, özümü ələ aldım, salamlaşdım. Başını aşağı salmış Bikəyə baxmaqdan doymasam da, 

abırhəya xatirinə baxışlarımı, zorla da olsa başqa istiqamətə yönəltdim. Mənim kef əhvalımı çox 

böyük nəzakətlə soruşan Kübra xanım işlərimin necə getdiyi ilə maraqlandı. Təsadüfi olan bu 

görüşdən çox ürəkləndim. Bikə haqqında fikrimi Ənnəmə söyləyəcəyimi həmin günün sabahı 

qərarlaşdırdım. Özümdə cəsarət tapıb ana qədər sevdiyim Ənnəmə vaxtı ilə dayımın Məmmədəli 

əmiyə Bikə ilə mənim haqqımda dediyi sözü xatırlatdım və bu sözün əmələ çevrilməsi vaxtının 

artıq çatdığını dedim. Ənnəmin mənə zillənmiş baxışlarındakı sevinci sözlə demək çətindir. 

Ənnəm bu sözü məndən çoxdan gözləyirmiş kimi, Kübra xanımgilə yola düşdü. O, axşamçağı ora 

getdi ki, hamı evdə olsun. Ənnəm söhbəti açarkən, Məmmədəli onu dayımla neçə illər əvvəl 

sövdələşməsinə sadiq qaldığını, Kübra xanım Salamulla ilə qohum olmağa etiraz etmədiyini və 

Abacı (Kübra xanımın anası) xeyirdua verməklə bu qohumluğun baş tutduğunu bildirdilər. O vaxt 

mən Tibb İnstitutunun, Bikəxanım isə mamalıq məktəbinin tələbəsi idik. Bikəxanımla ailə 

izdivacımız az sonra başladı. Toy mərasimi düzəldi. O vaxt Bakıda minik avtomobilləri çox az idi 

və olan maşınlar da ali dövlət idarələrində işləyənlər üçün idi, taksi, filan, ümumiyyətlə, yox idi. 

Hüseynəli adlı bir dostum gəlini gətirmək üçün maşın söz versə də baş tutmadı. Belə olan təqdirdə 

əslən güneyli olan Hacı müəllim və Mirzəağa Vəlizadə (Behbud) gəlin üçün kareta, mənə və 

dostlarıma isə bir fayton tutdu. Musiqi sədaları altında biz gəlini evə gətirdik və toy məclisi 

keçirtdik. 

Beləliklə, mən Bikəxanımla ailə həyatı qurdum. Bu ailə həyatının gələcək günlərdə Bikəxanım 

üçün nə qədər çətin, qorxulu, maddi və mənəvi sarsıntılı, nisgilli və iztirablı olacağını bilsəydi 

bəlkə də o, bu izdivaca getməzdi. Mənim siyasi fəaliyyətimlə bağlı ailəmin üzləşdiyi çətinliklər və 

müsibətlərlə, oxucu, sən sonrakı səhifələrdə tanış olacaqsan. 

S. Cavid ailə qurmağın prinsipləri haqda 

Doktor Salamulla Cavidin xatirələrində həddibüluğa çatmış cavanların ailə qurmaq və birgə 

yaşayışı haqda fikirləri maraqlıdır. S.Cavid xatirələrində sevibsevilən gənclərin ailə qurmaq 



açıqsöz 

12 


təşəbbüsündə aşağıdakı cəhətləri ön plana çəkir: 

Salamulla Cavid valideynlərin oğlanın və ya qızın var dövlətinə tamah salıb, ailə həyatını bunun 

hesabına qurmasını nadanlıq sayır və vardövləti, pulu, sərvəti həyatın əl çirki hesab edir. S.Cavid 

tamah prinsipi üzərində qurulan ailələrdə həqiqi məhəbbət, qarşılıqlı hörməti, biribirini başa 

düşmək kimi ülvi hisslərin çox nadir hallarda olduğunu yazır. 

S.Cavidin dediyi budur ki, "ailə qurmaq istəyən hər bir gənc hər şeydən əvvəl və hamıdan qabaq 

özünə güvənməlidir. Qurmaq istədiyi ailəni, uşaqları öz zəhməti, gəliri ilə saxlaya biləcəkmi? Bu 

suala tam olmasa da, nisbi müsbət cavab aldıqdan sonra o, ailə qurmaq təşəbbüsünə əl ata bilər. 

Ailə qurmaqda hər bir kəsin milliyyətinin, milli xüsusiyyətinin, adət ənənəsinin, əxlaq və tərbiyə 

meyarlarının çox böyük önəmi vardır. Ancaq hisslərə qapanıb ailə quran, istədiyi şəxsin əxlaqını 

yaxşı düşünmədən, milliyyətini, məzhəbini. nəzərə almadan yalnız zahiri ilə maraqlanıb evlənənlər 

haqda dünya talaq statistikasına nəzər salsaq görərik ki, bu cür nikahların çoxu axıra qədər 

yaşamır". 

S.Cavid həkim olduğundan nikaha girməmişdən əvvəl tərəflərin birbirinin sağlamlığını ətraflı 

öyrənməyi, evlənmə ərəfəsində hətta tibbi yoxlamadan keçməyi tövsiyə edir. "İdeal nikah həqiqi, 

təmənnasız, ülvi məhəbbətə əsaslanan, əxlaq, ailə, savad və dünyagörüşü cəhətdən biridigərinə 

azçox mütənasib olan nikahdır. Bu ölçünü övladlarımıza, qohum, tanış və dostlarımıza aşılamağa 

çalışmalıyıq". 

S.Cavid öz xatirələrində yeni ailə quranlara başqalarının, ən əvvəl qohum və dostların, elobanın 

maddi kömək göstərməsi üzərində dayanır və bu işin ulu babalarımızdan bizə keçib gələn dəyərli 

bir adət olduğunu qeyd edir. Doktor S.Cavid yeni ailə quranların aşağıdakı şərtlərə əməl etmələrini 

vacib sayır: 

Yeni ailə qurmaq istəyən gənc (oğlan və ya qız) kim ilə həyat quracağını özü 

müəyyənləşdirməlidir. Bu işdə valideynlərin və yaxın qohuməqrəbanın məsləhətini də nəzərə 

almaq gərəkdir; 

Maddi imkan cəhətdən qızın ailəsi ilə oğlanın ailəsi arasında fərq çox olmamalıdır. 

Ümumi məlumat, səviyyə, dünyagörüşü və savad dərəcəsində, eləcə də xasiyyətdə yaxınlıq 



açıqsöz 

13 


olmalıdır; 

Sağlamlıq və yaş xüsusiyyəti mütləq amillərdəndir. 

Öz şəxsi həyatını yuxarıdakı prinsiplər əsasında quran   

Salamulla Cavid həyat yoldaşı Bikəxanımla qurduğu aılədən razı qaldığını xatirələrində dönədönə 

qeyd edir. "təmiz və təmənnasiz sevgi üzərində qurulan ailələr üçün həyatda heç nə müşkül yarada 

bilməz. ailədəki sevgi bütün çətinliklərə qalib gələn qüvvədir", S.Cavidin bu fıkri onun qurduğu 

ailənin timsalında inkarolunmaz həqiqətdır. 

 

 



AİLƏ HƏYATIMIN İLK GÜNLƏRİ 

Mənim cavanlığım, ümumiyyətlə, həyatım qaynar, maddi, siyasi və mənəvi müşküllərlə dolu olub. 

Həyatda ən xoşbəxt, asudə və qayğısız günlərim ailə qurduğum ilk günlər olub desəm yanılmaram. 

İnsan təkcə o vaxt xöşbəxtdir ki, sevdiyin, seçdiyin və istədiyin adamla həyat qurursan. Bu mənada 

mən də dünyanın xoşbəxt adamlarından sayıla bilərəm. Ailə həyatımızın ilk günlərində konsert və 

tamaşalara getməyə, yaxın dostlarla vaxt keçirməyə, şənlənməyə, birgə fikirləşməyə, kədər və 

sevincimizi bölməyə vaxt tapırdıq. 1917ci ildə Rusiyada, xüsusən Volqa çayı ətrafında baş vermiş 

şiddətli aclıq nəticəsində Qafqaza, xüsusən Qafqazda o vaxt sənaye və mədəniyyət mərkəzi olan 

Bakıya çoxlu rus ailələri pənah gətirmişdi. Elə ailə üzvlərindən olan ortayaşlı qadın ev işlərində 

Ənnəmə köməklik etdiyindən, Bikəxanım demək olar ki, ancaq təhsilini davam etdirməklə məşğul 

idi. 

Ailə həyatımızın ilk günlərindəki "cavanlıq dövrü" çox da uzun çəkmədi. Vətən dərdi, millətimin 



azadlığı Bakıda təhsil alan və işləyən güneyli gənclər sırasında getdikcə məni də düşündürməyə, 

narahat etməyə başladı. Necə deyərlər, xəbərim olmadan azadlıq yolunun burulğanına düşdüyümü 

gördüm. Bu burulğanlı mübarizə yolu nə qədər çətin, məşəqqətli və iztirablı olsa da, azadlığa və 

qurtuluşa olan inam bu yolu sənin üçün tilsimli bir cazibə qüvvəsinə çevirir. Ailə qurduğum ilin ilk 

yayında "ictimai iş üçün"1 mən Naxçıvana getməli idim. Xoşbəxtlikdən həmin yay Bikəxanımın 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə