O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   2   3   4   5   6   7   8   9   ...   28

açıqsöz 

14 


oxuduğu məktəbin qızları Qara dənizə ekskursiyaya (səyahətə), anası Kübra xanım isə Təbrizə 

getməli oldu. Mən Bikəxanımı tələbə dəstəsi ilə səyahətə yola saldıqdan sonra Kübra xanımı da 

özümlə Naxçıvana apardım. O, Culfa yolu ilə Təbrizə getdi. İki ay Naxçıvanda "ictimai işlər üzrə 

tapşırığı" yerinə yetirib, Bakıya döndüm və təhsilimi davam etdirdim. 

Təbiətən mən qonaq getməkdən çox, qonaq qəbul etməyi xoşladığımdan evimiz qonaqqarasız 

olmurdu. Qonaqlara layiqli xidmət göstərməkdə Ənnəmin və Bikəxanımın xüsusi zəhmətləri 

olurdu. Bikə cavan olsa da, anası və böyük nənəsi ona evdarlıq işlərini, ləzzətli yemək hazırlamağı 

yaxşı aşıladıqlarından mənim bu cəhətdən heç vaxt narahatlığım olmamışdı. Qədim 

azadixahlardan çoxu, o cümlədən Heydər Əmoğludan tutmuş Mirzə Axundzadəyə qədər 

güneylilərin çoxu bizim ocağın əziz qonaqları olmuşlar. 

1929cu il ailəmizin həyatında uğurlu il sayıla bilər. Həmin il ilk övladım  oğlum dünyaya göz 

açdı. Vətənim və xalqım haqda arzu və istəyimə uyğun olaraq oğlumun adını Azad qoydum və 

onun xalqına, millətinə, yurduna yararlı insan olmağını arzuladım. 

Azad dünyaya gələndən sonra mən tibb institutunu, Bikəxanım isə mamalıq şöbəsini bitirdi. 

Bikəxanım bir müddət dövlət təyinatı ilə Bakı ətrafında, Pirşağı kəndində işləməli oldu. Mən tibbi 

sahədə biliyimi artırmaq və bəzi "ictimai işlərlə" bağlı Moskvaya getməli oldum. Artıq bu zaman 

Bikə xanım öz sənəti üzrə Bakıda işə düzəlmişdi. 

Mən Moskvaya getmək ərəfəsində ƏnnəmDürrə Hacı Şərif qızı, dayım Məhərrəmin vəfalı həyat 

yoldaşı, doğma ana qədər sevdiyim bir insan qəflətən xəstələndi. Onun müalicəsi ilə müntəzəm 

məşğul olub, sağlamlığını bir qədər bərpa etdikdən 

"Xatirələr"də "ictimai iş" siyasi fəaliyyətə işarədir, işin məzmunu açıqlanmır (tərtibçiredaktor). 

sonra Moskvaya yola düşdüm. İkicə ay Moskvada qalmışdım ki, Ənnəmin vəfatı xəbəri gəldi. 

Dünyalar qədər sevdiyim və ehtiram qail olduğum bir insanı itirmək məni çox sarsıtdı. Mən Bakıya 

dönənədək qohumlar, dostlar, İran Maarif Cəmiyyəti Ənnəmi böyük izzət və hörmətlə torpağa 

tapşırmışlar. Ənnəmin məzarı üstündəki gül qalağı dəfn mərasiminin dərin təşəkkürlərə layiq 

səviyyədə keçdiyindən xəbər verirdi. 

 



açıqsöz 

15 


BİZ İRANA KÖÇMƏLİ OLDUQ 

Arazın o tayından hər gün müxtəlif məzmunlu xəbərlər gəlirdi. Bu xəbərlər sırasında Riza xan 

hakimiyyətinin getdikcə qəddarlaşması, zor və zopanın işə düşdüyü haqda sözsöhbət daha çox idi. 

Vətən səmasını qara buludlar  Riza xan diktaturasının vahiməsi bürüməkdə idi. Belə bir vaxtda 

vətəndəki həmfıkirlərim məni İrana gəlməyə, mübarizəyə qoşulmağa çağırdılar. Bu haqda, demək 

olar ki, hər gün, hər həftə Təbrizdən mənə sifarışlər gəlirdi. 

İrana dönmək işində çətinliklərim var idi. Əvvələn, təzə ailə qurmağım, körpə uşaq, Bikəxanımın 

farsca heç bilməməsi, ən başlıcası ataanasından ayrı düşməsi və s. İrana köçməyi çətinləşdirirdi. 

İrandakı siyasi mühitin mənim üçün xoş olmayacağını, təqib olunacağımı və həbslərə düşəcəyimi 

də təsəvvürümə gətirirdim. Bunlar məni qorxutmurdu. Nigarançılığım Bikəxanım və Azaddan idi. 

Əslində biz vətənə getsək də ora Bikə üçün qürbət və tamamilə yeni mühit idi, Bakıdan sonra ... 

Getmək, vətənə dönmək, xalqın dərdinə, ehtiyacına yaramaq    bu fikirlərlə yaşayırdım və İrana 

köçməyi tam qərarlaşdırdım, bu haqda fikrimi Bikəxanıma, onun valideynlərinə bildirdim. İrana 

köçməyimiz reallaşdı. Bakıdakı evimizi Bikəxanımın valideynlərinin ixtiyarında qoyduq. 

Bikəxanımla Moskvada olarkən mən "ictimai işlərim" lə yanaşı həkimlik fəaliyyətimə aid 

sənədləri də səhmana salıb, İrana köçmək haqda vizanı da əldə etmişdim. Bakıda son gecəmizi 

xətrini çox istədiyim, gənclik və mübarizə dostum Mirzağa Vəlizadəgildə (İranda o, doktor 

Behbud ləqəbi ilə tanınırdı) keçirməli olduq. Mən Mirzağa ilə bir otaqda yatdım, səhər açılanadək 

dərdləşib, gələcəyimizin üfüqlərini müəyyənləşdirməyə çalışırdıq. Mirzağanın mərhəmətli anası 

Ənnəm qədər mənə mehriban və əziz idi. 

Səhər açıldı, biz Bakı ilə, qohuməqrəba, dost və tanışlarla vidalaşdıq. Ailəmiz gəmi ilə İrana doğru 

yollandı. Gəmi sahildən uzaqlaşdıqca Bakı mənə daha doğma və əzəmətli görünürdü. Mənim 

uşaqlığım, gəncliyim bu şəhərdə keçmişdi. Orta və ali təhsili bu şəhərdə almışdım. Azadlığın 

mübarizə qazanına burada duşmuşdum. İlk sevgimi, ailəmi və ilk övladımı Bakıda tapmışdım. 

Bakı o zaman, indi də, yəqin ki, gələcəkdə də biz türklər üçün əvəzolunmaz bir məkan, cazibə 

mərkəzi, əziz və doğma diyar olacaqdır. 

Bizə göstərdiyin qayğıya görə həmişə var ol, Bakı! Əlvida, Bakı! 

Türkmənistana doğru istiqamətlənən gəminin göyərtəsindən Bakının görüntüsü gözümüzdən itənə 




açıqsöz 

16 


qədər ona həsrətlə baxdıq. Artıq Bakı görünmürdü. Bikəxanımın gözlərindən axan yaş

yanaqlarında sanki donub qalmışdı. Mən Bikəni heç vaxt belə kədərli, məzlum və məhzun 

görməmişdim... 

 

 



YOLUMUZ İMAM RİZA ŞƏHƏRİNƏDİR 

Biz artıq Aşqabad şəhərindəyik, buradakı dostlarımın evində bir neçə gün qaldıqdan sonra 1930cu 

ilin payızında (oktyabrın 14də) İran sərhəddini keçib müqəddəs Məşhəd şəhərinə daxil olduq. Mən 

İrana gedərkən daxilən nigarançılıq keçirirdim və bu haqda Bikəxanıma bir söz demirdim. Bakıda 

olarkən "İttihad" məktəbinə məxsus pulun bir qismini mənimsədiyinə və aramızda ciddi fıkir 

ayrılığı olduğuna görə Yəminəlmülk İsfəndiyan adlı şəxslə ciddi ixtilafımız var idi. O, artıq İranda 

idi. Mən zənn edirdim ki, o, məni İranın dövlət orqanlarına "təhlükəli adam" kimi tanıtdıracaq. 

Həbs olunmağımdan daha çox qürbətdə olan Bikəxanımın və Azadın taleyi məni narahat edirdi. 

Xoşbəxtlikdən heç bir hadisə baş vermədi. Biz Məşhəddəki dostların evində bir neçə gün qaldıqdan 

sonra özümüzə müvəqqəti də olsa mənzil kirayə etdik. 

Məşhəddə o vaxt yeganə həkim olan ağaye doktor Müazed orta səviyyəli bir cərrah idi. O, 

Bikəxanımın təhsil almış və təcrübəsi olan bir mama olduğunu eşidib, bizə gəldi və Bikə xanıma 

onun çalışdığı xəstəxanada işləməyi təklif etdi. Təklif qəbul olundu və Bikə xanım mamalıq üzrə 

işə başladı. Az müddətdə çox xəstə müraciət etdiyindən işi xeyli ağır idi və çox vaxt aparırdı. Lakin 

məvacib də pis deyildi, 45 günə 75 tümən məvacib vermişdilər. Bu Bikə xanımın İranda aldığı ilk 

əmək haqqı idi. 

Bizim Məşhəddə qalmağımızın əsas səbəbi tibbi diplomlarımızın təsdiqi ilə bağlı idi. Əvvəllər bu 

təsdiqi əyalət səhiyyə şöbəsi edilmiş. İndi bu səlahiyyət ancaq Tehrana verildiyindən biz ora 

getməyə hazırlaşdıq. 

Tehrana getməmişdən əvvəl bizə Məşhəddə vətəndaşlıq pasportu verilməli idi. Mən özümə və 

xanımıma pasport götürər kən "Cavid Sabit" familini təklif etdikdə qarşı tərəf (pasport verən) 

"Cavid Sales" yazılmasını "məsləhət" gördü. Mən əlacsız qalıb, mübahisə açmadım. Tehranda 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə