O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   2   3   4   5   6   7   8   9   ...   28

açıqsöz 

17 


pasport alarkən "Cavid Sabit" familiyasının yazılışına müvəffəq oldum. Vətəndaşlıq pasportu 

aldıqdan sonra tibbi təhsil üzrə diplomlarımızın təsdiqi üçün Tehrana müraciət etdim. Məşhəddə 

Bikəxanıma müraciət edənlərin sayı gündəngünə artırdı. Tehrana gedib orada yaşayıb və işləmək 

üçün bizə pul gərək olduğundan çox vaxt mən balaca Azadla qalır, ona qulluq etməli olurdum. 

Başqa çarə yox idi... 

Məşhəddə köhnə tanışlarımın yaşadığını bilirdim. Əvvəl onlarla məktub vasitəsi ilə əlaqə 

saxlayırdım, sonra bilavasitə görüşdük. Bunlardan biri Bakıdan tanıdığım Sərtibpur idi. Onun 

Mahafəridə adlı xanımı Bikəxanıma tez isinişdi, xüsusi ehtiram və səmimiyyət göstərdi. İkinci 

tanışım vaxtilə Bakıda əczaçılıqda oxuyan Peymani idi. Peymani Bakıda tələbəm olduğundan 

mənə qarşı hörmətini daha yüksək qatda göstər di. O, xanımını Bikəxanımla tanış etdi. Çox 

alicənab və son dərəcə mehriban insan idi. Məşhəddə qaldığımız bir neçə ay ərzində Bikəxanım 

azmaz farsca danışmağı və fıkrini başa salmağı öyrənmişdi. Axı biz türklər farscanı çox tez 

öyrənmək məharətinə malik insanlarıq. 

Biz üç aya qədər Məşhəddə yaşadıq. Tibbi fəaliyyətə icazə almaq məqsədi ilə Tehrana getmək 

zəruri oldu. Tehrana köçməyimizi mənim ictimai fəaliyyətim də tələb edildi. O zaman Məşhəddən 

Tehrana müntəzəm nəqlıyyat işləmədiyindən bir neçə nəfərlə birlikdə bir süvari (minik) maşınını 

kirayə etdik və bir neçə gündən sonra  1930cu ilin bir payız günü gəlib Tehrana çatdıq. 

 

 

QORXULU TEHRAN 

Tehran o vaxt azadlıqsevər insanlar üçün getdikcə qorxulu bir şəhərə dönmüşdü. Riza xan öz qara 

diktaturasını xalqın qəzəbindən qorumaq üçün amansız cəza maşınını işə salmışdı. Mən isə 

yaşamaq və ictimai borcuma əməl etmək üçün qərib bir gəlini körpə uşağı ilə bu müdhiş mühitə 

gətirmişdim. Qabaqda məni nələr gözlədiyini hələ çox da aydın dərk etmirdim. Tehranda ilk günlər 

mehmanxanada yaşadıq. Sonra köhnə dostlarımdan Yusif Tacbəxşi, Dadizadəni, Şəki bani və 

başqalarını gördüm. Bu adamlar mənim ictimai fəaliyyətimlə əlaqədar yoldaşlar idi. Nə Bakıda, nə 

Məşhəddə, nə də Tehranda mənim ictimai fəaliyyətimdən Bikəxanım tam xəbərsiz idi. İctimai iş 

dalınca gedərkən mən Bikəxanımın nəzər  diqqətini şəxsi işimlə bağlı istiqamətə yönəldirdim. 



açıqsöz 

18 


Tehranda ilk axtardığım adam S.C.Pişəvəri idi. O, bizim İran mühitində siyasi fəaliyyətimizi 

istiqamətləndirən və həqiqi vəziyyətlə bizi tanış edən əsas şəxsiyyət idi. Mən Pişəvərini Bakıdan 

tanıyırdım. Onun Tehranda olması xəbəri məni çox sevindirdi. Pişəvərinin Şimranda Qazizadə adlı 

dostumuzun bağında olduğunu öyrəndim və vaxt itirmədən Dadizadə ilə onun görüşünə getdik. Bu 

görüşdə Pişəvəri mənı ilk dəfə gördüyüm yeni yoldaşlarla tanış etdi. Pişəvəri vəziyyətimlə ətraflı 

tanış olduqdan sonra mənə ehtiyatlı olmağı və hələlik köhnə dostum Yusif Dadbəxşin evində 

yaşamağı məsləhət gördü. Yusif Dadbəxş köhnə azadixahlardan idi. Xanımı Bakıda Bikəxanımla 

bir oxumuş və bizim evdə yaşamışdılar. Onun İrana qayıtmağına əhəmiyyətli köməyim dəymişdi. 

İrana gəldikdən sonra Abadanda məskunlaşmışlar. Sonra siyasi fəaliyyəti Riza xan xəfiyyələri 

tərəfindən izlənilmiş, Abadandan mərkəzə    Tehrana təbid (sürgün) olunmuşdu. Tehranda bacısı 

və bacısı qızı ilə birlikdə bir həyətdə ev icarə etmişdilər. Həmin həyətdə iki otağı bizim 

ixtiyarımıza verdiklərindən mehmanxanadan ora köçdük. Bu, bizim Tehranda ilk ailə komamız ıdi. 

Yeməyimizin xərcini birlikdə çəkirdik və hamımız bir qazandan qidalanırdıq. Mənim yaşayış 

yerimi bilən yoldaşlar ora qonaq gəlir, məsləhətləşir, fikir və mülahizələrimizi bölüşdürürdük. 

Bikəxanım tədricən bu yeni mühitə uyğunlaşır və farsca lüğət ehtiyatını artırırdı. Tehrana gələndən 

23 ay sonra mən də, Bikəxanım da Maarif Nazirliyindən tibb üzrə diplomlarımızın təsdiqini aldıq 

və beləliklə, öz ixtisasımız üzrə işləməyimizə icazə verildi. Nəfəsimiz bir qədər açıldı. İxtisas üzrə 

işləmək üçün ümid yarandı. Yaşamaq və mətəb açmaq üçün qonaq qaldığımız iki otaq bizə kifayət 

etmədiyindən, 3 otaqlı və münasib həyəti olan bir evi icarəyə götürdük. 2 otağı özümüz, 1 otağı isə 

mətəb üçün ayırdıq və evin qabağına tablomuzu vurduq. Ev bir qədər gözədəyimli yerdə 

olmadığından əvvəlcə xəstələrin sayı çox az idi, lakin tədricən artmağa başladı. Mənim başım 

siyasi fəaliyyətə qarışdığından çox vaxt mətəbdə xəstələri Bikəxanım qəbul edirdi. Azadla və ev 

işləri ilə qulluqçu məşğul idi. Mətəbdən gələn gəlir dolanışığımıza yetirdi. Diplomlarımızın 

təsdiqində və mətəbin açılışında bizə kömək edənlərə bir qonaqlıq da verdik ki, onların yaxşılığı 

müqabilində xəcalətdə qalmayaq. 

1931ci ilin yay ayı idi. Dostum Yusif Tacbəxşin ailəsi ilə Tehran ətrafına gəzintiyə getdik, 

əyləndik, istirahət etdik. Bakım tərk edəndən bu, Bikəxanımla ilk istirahətimiz idi. Mən ürəyimdə 

Allaha yalvarırdım ki, bu cür istirahət və gəzinti çox olsun, bununla da Bikəxanım qəribliyi 

unutsun. Deyir" sən saydığını say, gör fələk nə sayır ". 

 



açıqsöz 

19 


RIZA ŞAH XƏFİYYƏSİ AZADİXAHLARIN OVUNDA 

Riza şah ölkədə, əyalət mərkəzlərində və xüsusən Tehranda elə bir mühit yaratmışdı ki, polis və 

hərbi orqan məmurlarından əlavə gizli xəfiyyə əlindən nəfəs almaq mümkün deyildi. Mənə xəbər 

verdilər ki, dostlarımızdan bir neçə nəfər, o cümlədən yaxşı tanıdığım Şəkiba və Əli Şərqi həbsə 

alınıb. Bu xəbər eyni səngərin əsgəri kimi, təbii olaraq məni sarsıtdı. Mən özümün o qədər də hiss 

etmədiyim kefı qaçmış və fikirli halda evə gəldim. Vəziyyətimi sezən Bikəxanım nə üçün bikef 

olduğumu soruşduqda, özümü ələ alıb zarafatla "niyə bikef olmayım, daha mənə qapını yanınla 

açırsan" deməklə onun fikrini başqa istiqamətə döndərməyə çalışdım. O, həssas və ağı qaradan tez 

seçməyi bacaran bir insan olduğundan, yəqin ki, zarafatıma inanmadı və onun da çöhrəsində fikrə 

dalmaq cizgiləri göründü. Yuxanda qeyd etdiyim kimi, Bikəxanım mənim siyasi fəaliyyətimdən

mübarizə məramım dan tam xəbərsiz idi. Mən onun xəbərsiz qalmasına çox çalışırdım, ona əlavə 

bir qayğı yaratmaq istəmirdim, həm də mənim tutduğum yolun prinsipi hər bir azadixahdan, o 

cümlədən məndən də belə hərəkət etməyi tələb edirdi. 

 

 



PİŞƏVRƏİNİN HƏBSƏ ALINMASI 

Gizli fəaliyyətdə böyük məharətə malik olmasına baxmayaraq Riza şah xəfiyyəsi Pişəvərinin də 

izinə düşə bilmişdi. Pişəvəri özü bu təhlükəni hiss etdiyindən bir hadisə baş verən təqdirdə nə 

etməyi, siyasi işi necə, kimlə və hansı istiqamətdə aparmağı mənə və onunla həmməslək olanlara 

demişdi. Bir neçə gün çəkmədi ki, Pişəvərini həbsə aldılar. İşin ağırlığı mənim üzərimə düşdü. İndi 

nəinki mətəbdə işləməyə, heç evə getməyə belə vaxt tapmırdım. Bəzən gecələr belə evə gələ 

bilmədiyimdən Bikə külfətlə qalmalı olurdu. Vəziyyət mübarizəni dərin qatlara, xəfiyyəni 

çaşdırmaq istiqamətlərinə keçirməyi tələb edirdi. Bunun üçün işləməkdən, fəaliyyətin sürətini 

artırmaqdan başqa yol yox idi. Bəzi məsələlər haqda Pişəvərinin xanımına müraciət etmək lazım 

olanda belə mən xəfıyyənin şübhələnmədiyi adamlar vasitəsi ilə bu işi edirdim. Bir gün Pişəvərinin 

xanımının mənə göndərdiyi sifariş, mənim də xəfıyyə caynağına keçməyimdən xəbər verdi. Mən 

neçə vaxt əvvəl ağaye Pişəvəriyə öz adım və imzamla bir qəbz (çek) vermişdim. Pişəvərini xəfıyyə 

məmurları qəflətən yaxalayarkən çeki məhv etmək onun yadından çıxır (və ya onda belə bir çekin 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə