O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

açıqsöz 

23 


Bikəxanımla görüşlərimin birində (bütün görüşlər nəzarətçinin iştirakı ilə olurdu) evdə tək 

qalmaqdan xoflandığını dedi. Mən icazə ilə Xalxalda yaşayan bacım Xoşqədəmə bir məktub 

yazdım. Əmim oğlu Bilaldan isə Bikəxanıma imkan daxilində maddi köməklik etməyi xahiş etdim. 

Bacım gəldi, Bikəxanım təklikdən qurtardı. O, mənə yemək gətirər kən ixtisası üzrə işləmək üçün 

dövlət orqanlarına müraciət etməyi məsləhət gördüm. O, bununla bağlı yazdığı ərizəni polis rəisi 

Ayrım vasitəsilə Dərbarda (şah sarayında) belə işlərə baxan Teymurtaşa ünvanlamış, o da öz 

növbəsində Səhiyyə Nazirliyinə bu haqda göstəriş verdiyindən Bikəxanım ayda 25 tümən (o vaxt 

bu çox da pis maaş deyildi) məvaciblə dövlət xəttilə öz ixtisası üzrə polis xəstəxanasında işə düzələ 

bildi. Bu, bacımla Bikəxanımın dolanması üçün kifayət edirdi. Bikəxanım 18 tümənə kirayə 

etdiyimiz evdən çıxıb, daha ucuz olan 2 otaqlı mənzilə köçməklə ailə büdcəsindəki çətinliyi aradan 

qaldıra bildi. 

Zindan otağının ağır şəraiti, havasızlıq məni tədricən əldən salırdı. Mən Bikə ilə görüşəndə özümü 

süni olsa da şax, gümrah, əhvalruhiyyəsi yaxşı olan bir adam kimi göstərməyə çalışırdım ki, 

dərdinin üstünə dərd qoymayım. Demə, o, mənim hərəkətimdəki süniliyi duymuş və zəifləməyim 

bir tibb işçisi kimi onun diqqətini çəkib, narahat etmişdi. O, mənim xəbərim olmadan zindan 

rəisinə ərizə ilə müraciətində zindan vəziyyətimi bir qədər yüngülləşdirməyi xahiş etmişdi. 93 

gündən sonra gündə bir saat mənim yatdığım otağın qapısının açıq qalmasına icazə verildi. Bu, 

mənim sağlamlığımı saxla maq və darıxmağımı qismən azaltmaq üçün pis imkan deyildi. Mən 

yatdığım şöbədə xeyli tiryəki, araqxor, qumarbaz və s. pozğun məhbuslar var idi. Yüz minnət və 

yalvarışdan sonra qapımın 24 saat ərzində cəmi 2 saat açıq qoyulmasına icazə verildiyi halda, 

pozğun məhbusların qapısı 23, bəzən saatlarla açıq qala bilirdi. Mənə kimsə ilə danışmaq, adi söz 

soruşmaq belə qadağan olduğu halda, tüfeyli məhbuslar birbiri ilə istədikləri qədər danışır, hətta 

zarafatlaşa da bilirdilər. Mənim qapımın 2 saatlıq açıqlığı uzun çəkmədi. Məhbuslardan 

milliyyətcə erməni olan Qazar Simoniyan adlı birisi (onunla söhbətdən heç xoşum gəlmirdi) 

başımı lazımsız söhbətə tutub, heç gərəyim olmayan müxtəlif məzmunlu məlumatlar verirdi. 

Demə, növbətçi polis bizə göz qoyurmuş. Mənim Simoniyanla söhbət etdiyimi Mirzə Hüseynə 

çatdırdığından 2 saat qapımın açıq qoyulması ləğv edildi. Erməni ilə nə mövzuda danışmağıma aid 

istintaqda çoxlu suallara cavab verməli oldum. Bikəxanımın zindan rəisinə təkrar ərizə ilə müraciət 

etməsini və erməni Simoniyanla söhbətimin heç bir siyasi məzmun daşımasını nəzərə alıb bir 

gündən sonra qapımın 2 saat əvəzinə 1 saat açıq qalmasına icazə verildi. 




açıqsöz 

24 


AZADI GÖRMƏK İSTƏDİM... 

Zindanda yatarkən, gəzərkən, bəzən də xırda hava keşdən bayıra boylanarkən hey Azad gözümün 

önünə gəlirdi. Övladlar valideyn üçün eyni istəyə malikdir. Lakin ilk övladın valideyn tərəfındən 

daha çox sevildiyini deməyə bəlkə ehtiyac da yoxdur. Artıq 2 ilə yaxındır mən Azadı görmürəm. 

Onun isti, məsum və mənim üçün əziz olan çöhrəsini qaranlıq zindanda yatar kən ara bir yuxularda 

görürdüm. 

Azad üçün yaman darıxmışam! Bu haqda fıkrimi Bikəxanım zindana növbəti dəfə yemək 

gətirərkən dedim və xahiş etdim ki, çətin də olsa Azadı zindana    mənimlə görüşə gətirsin. Bikə 

mənə bu haqda nə hə, nə də yox cavabı verdi, ancaq gözlərindən axan yaş onun sifətində dayanıb, 

muncuqlandı. Mən Azad haqda söhbət açmağıma peşman oldum, axı onsuz da Bikənin dərdi ağır 

idi və bu dərdi mən yaratmışdım, üstəlik ona yeni dərd verirdim. Bikəxanım haqda yazanda, 

danışanda mən bu həqiqəti dönə dönə qeyd etmişəm və edəcəyəm: Bikə qeyrətli, namuslu və ailəsi 

yolunda ağır məşəqqətlərə tab gətirən və bu haqda heç vaxt zarımayan, şikayətlənməyən müqəddəs 

bir insan idi. Bu cəhətdən o, türk qadınlığına bəlkə də örnək ola bilər. Bəzən elə düşünürəm ki, o, 

insan cildində yerə gələn və mənim qismətimə çıxan əzabkeş, pak mələk idi (əstəğfürullah). 

Növbəti dəfə zindanın keşikçisi məni görüş otağına çağırdı. Başa düşdüm ki, Bikə yenə yemək 

gətirib. Mən Bikəxanımı, yanında yaraşıqlı və təzə paltar geymiş 23 yaşlı Azadı görcək bütün 

əzablarımı unutdum. Kövrəldim, ağlamaq istədim. Özümü Azada tərəf atdım. Uşaq məni saqqalı 

və zindan paltarında gördüyündən, bir qədər də yəqin unutduğundan qorxub nərə çəkdi və özünü 

anasının üstünə atdı. Nə qədər dilə tutub nəvaziş, yalvarış etdimsə bir nəticə alınmadı. Azad, necə 

deyərlər, dəvə nalbəndə baxan kimi mənə tərstərs baxır və vahiməli şəkildə özünü anasının 

qucağına bacardıqca bərkbərk sıxırdı. 

Oğlumla, körpə Azadla zindandakı görüşüm bax belə kədərli sonluqla başa çatdı. Bikəxanım və 

Azad evə, mən isə qaranlıq zindana yollandım. 

Mənim qaldığım 1 nömrəli koridor adlanırdı. 1ci mərtəbədə yerləşdiyindən qaranlıqdan əlavə çox 

kəsif və nəmli idi. Qapı açılarkən içərinin ağır havası daha tez hiss olunurdu. 2 nömrəli koridordakı 

zindan otaqları bizimkindən bir qədər yaxşı idi. Bir gün mənə çatdırdılar ki, 2ci koridordakı siyasi 

məhbuslardan Camal Şirinlu və Həsən Həsənzadi 2ci koridorun 1ci otağından şərti azadlığa 




açıqsöz 

25 


buraxılıb, Pişəvəri və Firuzi isə 3cıi otaqdan QəsrQacara köçürülüblər. Mən vəziyyəti Bikəxanıma 

söylədim. O öz növbəsində mənim səhhətimin pisləşməsi ilə bağlı 1ci koridordan 2ci koridora 

köçürülməyimi zindan rəisindən xahiş etdi. 13 gündən sonra məni 2ci koridora köçürdülər. 

 

 



QƏSR QACAR 

Riza şah dövründə, Tehranın ətrafında siyasi məhbuslar və ağır dövləti cinayət etmişlər üçün 

tikilmiş bu zindan tikilən gündən özünün müthişliyi və dəhşətləri ilə İranda məşhurdur. Cəhənnəm 

və bəzən də gedərgəlməz evi adlandırılan bu qazamat çox zorakılıqların, məhkəməsizsübutsuz 

edamların, ağlagəlməz işgəncə, əzab və cinayətlərin şahidi olub. Onun dörd divarları arasında 

neçəneçə azadlıq istəyən insan, siyasi şəxsiyyətlər səssizsədasız qətlə yetirilmiş, haqqı, ədaləti 

istəyənlərin nəfəsi xəfələnmişdi. Qəsr Qacar zindanındakı daşların, divarların dili olsaydı Riza 

şahın qanlı rejiminin cinayətlərindən nələr danışardı... Qəsr Qacar o vaxt Tehranın ucqarında ona 

görə tikilmişdi ki, burada yatan məhbusların yaxınları ora çətin gəlibgedə bilsinlər. Zindana ancaq 

fayton, at və ulaqla (o vaxt başqa nəqliyyat vasitəsi, demək olar ki, yox idi) getmək mümkün idi. 

Piyada getmək böyük əzab idi. Bütün bunları nəzərə alaraq Bikəxanım mənim Qəsr Qacar 

zindanına aparılmamağıma çalışır və bununla əlaqədar gümanı gələn dövlət orqanlarının qapılarını 

açsa da, saysız müraciətlər etsə də bunlar hamısı nəticəsiz qaldı. Günlərin bir günü, axşamçağı 

məni zindan maşınına mindirib Qəsr Qacara gətirdilər. Qəsr Qacara o vaxt "Zendane mərkəzi" də 

(mərkəzi zindan) deyilirdi. Zindan müxtəlif koridorlara bölünürdü. Hər koridorda təqribən 2024 

otaq var idi. Siyasi məhbuslar zindan cəzasinı təktək birotaqlı kameralarda, oğru, quldur və qatillər 

isə 78 nəfərlik iri kamerada çəkirdilər. Mən sakinlər i siyasi məhbuslardan ibarət olan 7ci koridora 

düşdüm. Koridorda rastlaşanda və həyətə havaya çıxardılanda məhbusların birbiri ilə danışmağına 

icazə verilirdi. Mən tanıdıqlarımdan Rəhim Həmdad və Yusif İftixarı burada gördüm. Ötəri 

söhbətləşdik. İki gündən sonra əzabkeş Bikə paypiyadə mənə yemək və dəyişək gətirib gəldi. Mən 

ona hər gün gəlməsini məsləhət görmədim. Həftədə iki dəfə gəlməsinə onun təkidi ilə razılıq 

verdim. 


Bikəxanım işlədiyi xəstəxanada cərrah doktor Xarrati adlı şəxsin o ağır günlərdə ailəmə göstərdiyi 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə