O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

açıqsöz 

26 


yaxşılığı heç vaxt unuda bilmərik. Rejim tərəfindən ailəmizin başına gətirilən faciədən xəbərdar 

olan doktor Xarrati müalicə və əməl vaxtı xəstələrdən aldığı puldan Bikəxanıma da pay verirdi. 

Bikənin aldığı məvacib və əlavə gəlir onların dolanmasına, həftədə iki dəfə mənə yemək 

gətirməsinə zorla çatırdı. 

Bacım Xalxaldakı ailə vəziyyəti ilə əlaqədar Bikəxanımı tək qoyub getməli olduqda məsləhətimlə 

Bikəxanım Bakıdakı böyük nənəsini (ona Abacı deyərdik) yanına göndərməyi valideynlərinə 

yazdı. Çox çəkmədi ki, Abacı Tehrana gəldi və mən Bikənin təklik və köməksizlik fikrindən 

qismən azad oldum. Evimizin yaxınlığında yenicə açılmış uşaq bağçasına Azadın verilməsi 

Bikənin işini və üzərinə düşən ailə yükünü xeyli yüngülləşdirdi. Mənim tutulmağım, ev və ailə ilə 

bağlı xərclər evimizdə gözə dəyən və pula gedən nə varsa hamısının satılıb qurtarması ilə 

nəticələnmişdi. Bikəxanım deməsə də mən hiss edirdim ki, ailəm maddi cəhətdən çətinlik çəkir. 

Mən həbsə alınandan sonra qeyrətli dostların yardımı və köməkliyi olmasaydı yəqin ki, ailəm 

maddi cəhətdən faciələrlə üzləşməli olacaqdı. Hazırkı vəziyyətdə evimizdə pula gedən bir fərş 

qalmışdı ki, o da dostum Riza Rustanın idi. Bu alicənab insana böyük ərkim çatdığından mən fərşin 

satılmasını və pulunun heç olmasa yarısının R.Rustaya verilməsini Bikəxanıma tapşırdım. Rusta 

vəziyyəti nəzərə alıb heç pulun yarısını da almamış, xanımı utandırmamaq üçün o fərşi çoxdan 

yaddan çıxartdığını demişdi. 

 

 



QƏSR QACARDAKILAR ACLIQ ELAN EDİR 

Yuxarıda dediyim kimi, QəsrQacar zindanı koridorlara bölünürdü. Ədalət firqəsinə rəhbərlikdə və 

üzvlükdə suçla nanlar 2ci və 7ci koridorda saxlanılırdı. Onların sayı o vaxt 100 nəfərə yaxın idı və 

demək olar ki, hamısı əsasən azərbaycanlılardan ibarət idi (Təbriz, Ərdəbil, Astara və s.). Xaricdən 

İrana gəlib və burada həbs olunanlara yerli siyasi məhbuslara nisbətən bir qədər az kobudluq 

göstərilirdi. Buna baxmayaraq, siyasi məhbuslara qarşı zindan məmurlarının zorakılığı, təhqir və 

özbaşınalığı gündəngünə artırdı. Məhbuslara verilən yeməyin keyfiyyəti o qədər aşağı salınmışdı 

ki, bu yeməyi yeməkdən yeməmək yaxşı idi. Dəfələrlə olan etiraz və narazılığa baxmayaraq 

yeməyin keyfiyyəti düzəlmədi ki, düzəlmədi. Mədə pozğunluğu məhbusları əldən salmışdı. 



açıqsöz 

27 


Əlacsız qalan məhbuslar aclıq aksiyası keçirmək qərarına gəldilər. Bu aksiyaya Pişəvəri başda 

olmaqla mən və bir neçə nəfər fəal yoldaşımız  Rəhim, Həmdad, Kərimi, Yusif İftixar, Pursərtib 

və b. başçılıq edirdi. 2ci koridor ilə 7ci koridorda yaşayan məhbuslar arasında çətin də olsa əlaqə 

yarada bildik. Aclıq aksiyasının günü, vaxtı və müddəti haqda ümumi razılıq olduqdan sonra 

aksiyaya başladıq. Əvvəl səhər yeməyindən, sonra günorta və axşam yeməyindən tam imtina etdik 

və əlavə olaraq aşağıdakı tələblərimizi zindan rəisliyinə və yuxarılara çatdırdıq: 

Siyasi məhbusların təklifıni bir ayadək müəyyənləşdirmək. 

Siyasi məhbuslara verilən yeməyin keyfiyyətini və kalorisini yüksəltmək. 

Məhbusların birbiri ilə təmasına və söhbət etməsinə icazə vermək. 

Aclıq aksiyasının birinci günü zindan rəisi gəlib tələblərimizlə tanış olsa da onlara əhəmiyyət 

verməyib getdi. 2 ci gün yenə gəldı, bu dəfə biriki şirin söz işlədib yenə getdi. 3 cü gün məsələ 

böyüdü və yuxarıların diqqətini cəlb etdi, Baş Polis İdarəsindən və səhiyyə şöbəsindən adamlar 

gəlib bizi aksiyanı dayandırmağa və yeməyə təşviq etsələr də, yenə onlar üçün istənilən nəticə hasil 

olmadı. 4cü gün artıq aclıq aksiyası xəbəri şəhərə, ailələrə və sıravi vətəndaşlara çatdığından, bu 

haqda söhbətin genişlənməsindən və yayılmasından qorxan rejim nümayəndələri bizi sakitləşdirə 

bilən tədbirlərə əl atmağa məcbur oldular. Aclıq aksiyası ilə bir neçə məhbusun öldüyü haqda 

yayılan şayiə siyasi məhbus ailələrini, qohumqardaşı narahat etdiyindən məhbuslarla görüşə 

gələnlərin sayı çoxaldı. Bikəxanım da bu gələnlərin içərisində idi. Hadisənin çərçivə dən çıxıb 

dövlətə problem yarada biləcəyindən çəkinən rejim başçıları aclığın 5ci günü Baş Polis İdarəsi 

həkimi Ələm dövləni, təhlükəsizlik orqanından general Ayrımı və polis idarəsinin xüsusi 

nümayəndəsini zindana göndərdilər. Gələnlər məhbuslarla söhbət apararkən onların öz tələblərini 

yerinə yetirməkdə israrlı olduqlarını görüb bu tələbləri qəbul etdiklərini və icrası üçün günü 

sabahdan əməli tədbirlər görüləcəyini bildirdilər. Bundan sonra aclıq aksiyasının dayandırılmasını 

qərarlaşdırdıq. Həqiqətən siyasi məhbusların yeməyində dəyişiklik oldu, keyfiyyət və çeşidə bir 

qədər əhəmiyyət verildi. Səhərlər yumurta, süd, günorta plov və s. verildi, lakin bu "xoşbəxtlik" 

uzun sürmədi. 

Aclıqla bağlı mən bərk xəstələndim, zindanın xəstəxanasında neçə gün yatmalı oldum. Mənim 

peşə etibari ilə həkim olduğumu bilən xəstəxananın həkimi ağaye doktor Firuzeş sağaldıqdan sonra 




açıqsöz 

28 


zindan xəstəxanasında qalıb ona kömək etməyi təklif etdi. Mən müxtəlif səbəblər (hər şeydən əvvəl 

koridorları birbiri ilə əlaqələndirmək, məhbus yoldaşlarıma kömək etmək) üzündən bu təklifi qəbul 

etdim və xəstəxanada qalıb işlədim. 

Zindan xəstəxanasında həkimlik fəaliyyətim çox çəkmədi. Bir gün köhnə "ədalətçi" dostum 

Pursərtiblə xəstəxana koridorunda söhbət edib, dərdləşərkən Naib Hüseynxan gördü. Bu haqda 

dərhal zindan rəisinə xəbər apardı, məni səhəri gün xəstəxanadan uzaqlaşdırıb, əvvəlki koridora 

köçürdülər. Bir müddət ayrı düşdüyüm yoldaşlarla yenidən görüşməyimdən xoşhal idim. 

Günlər keçdikcə zindanda siyasi məhbuslara verilən yeməyin keyfiyyət və kəmiyyəti azalmağa 

başlayırdı. Mən Bikəxanıma zindana yemək gətirməməsini demişdim. Vəziyyət yenidən 

pisləşdikdən sonra həftədə bir dəfə yemək gətirməsini elə dedim ki, o, ac qalmağımdan xəbərdar 

ola bilmədi. Həftədə bir dəfə gətirilən ev xörəyini xəstə və bədəncə zəif düşmüş Məmmədbağır 

Ərdəbili adlı çoxdan tanıdığım zindan yoldaşıma yedizdirirdim Məmmədbağırın səhhəti məni çox 

narahat edirdi. O, gözəl insan, vəfalı dost idi. Mən onunla Bakıda Ədalət firqəsi sıralarından tanış 

idim. Vətənini, millətini sevən bir adam çox təəssübkeş və namuslu yoldaş idi. Məmmədbağırın 

xəstəliyi şiddətləndiyindən onu xəstəxanada yatırmalı oldular. Xəstəxananın həkimi və mənə bir 

həmkar kimi hörmət qail olan doktor Firuzeş evə getməyə hazırlaşırdı ki, Məmmədbağır mənim 

qucağımda qan qusdu, onu xilas eləmək, ölümün pəncəsindən qoparmaq mümkün olmadı. O, Riza 

şahın baş zindanında  Qəsr Qacarın xəstəxanasında gözünü əbədi olaraq yumdu. Bu Ədalət 

firqəsinin QəsrQacarda ilk itkisi idi. 

Pişəvəri və zindandakı dostlarımız Məmmədbağıra yas məclisi düzəltdilər. Mübarizəmizdə 

içdiyimiz andı təzələdik. 

Ərdəbil və Astarada tutulan 2 nəfər siyasi məhbus qəflətən azad edildi. Biz güman etdik ki, azad 

olmaq günü bizə də qismət olacaq və mən bu haqda Bikəxanım zindana yemək gətirərkən ona da 

demişdim. O, bu xəbərdən çox sevindiyini gizlədə bilmədi. Onun gözlərindən axan yaşı mən bu 

dəfə sevinc yaşı adlandırardım. Lakin... Deyir sən saydığım say, gör Riza şah nə sayır! Bu bayram 

o bayrama, o bayram o birisinə calandı, biz QəsrQacar zindanından yaxa qurtara bilmədik ki, 

bilmədik. 

Azadixahları zindana saldıqdan sonra Riza şah dövlət dəstgahında işləyənləri, ona az rəğbət 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə