«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır»



Yüklə 151,9 Kb.
səhifə2/3
tarix02.12.2017
ölçüsü151,9 Kb.
#13557
1   2   3

2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. Çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: «Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr» (Ta Ha ayə 81)

3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: «Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin» (Mumtəhənə ayə 13)

Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. Çünki Allah və Rəsulu Fatimənin qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər. Həzrət Fatimənin narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar. Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi? Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi? Deməli Fatimənin müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib. O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən narahat olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun? İndiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?



Üçüncü fəsl:-Əhli sünnətin Əlinin (ə) beyət etməsi haqqında iddiaları

Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar. onlar iddia edirlər ki, Ömər ibn Xəttab Əlinin evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi. Əlidən beyt almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtandan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:



1. “əl-İmamətu vəs-siyasət” 1/13, İbn Quteybə yazır:- “...Ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. Ömər qapını taqqıldatdı. Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin Ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar. Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər:- Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”

2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: ...Əbu Bəkr Öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi: Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”

3- “İsbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi: Heç vaxt beyət etməyəcəyəm. Onlar dedilər: Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız. Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən zorla Əbu Bəkrin əlini ona çəkdilər”

4- “Şərhu nəhcil bəlağə” 2/21, İbn Əbil Hədid Mötəzili yazır:“Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. Şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər. Əlini zorla evdən çıxartdılar” Sonra İbn Əbil Hədid yazır: “Deyirlər ki, Ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra Ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”

5- “Şərhu nəhcil bəlağə” 6/48 Cövhəridən nəql edilir: “...sonra Ömər evə girib Əliyə dedi: Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi. Ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi...Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”

6- “Sirətun-nəbəviyyə” 4/495, İbn Kəsir yazır: “...Əbu Bəkr mənbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu: Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”

7-“əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır:“Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”

8- “əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “ Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ....Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”

İbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər. Demək lazımdır ki, İslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. Çünki qabaqkı xəlifələr Peyğəmbər əhli beytinə o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə göndərdiyi məktubda ona tənə vurub yazır: “.... Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər” Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. İstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz(Şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)

Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.

Dördüncü fəsl:- Əlinin evi yandırılanda etdiyi səbrin səbəbləri və şübhələrə cavablar:

Baxmayaraq ki, baş vermiş faciənin hamısı əhli sünnətin kitablarından nəql olunub, amma bir dəstə bu barədə daim şübhə icad etməklə əsl məsələni inkar etməyə cəhd edirlər. Həmin şübhələrdən biri də budur: Niyə Əli evdə olduğu halda qapını Fatimə açdı? Əlinin cihadlarda göstərdiyi şücaətləri olduğu halda necə olur ki, yoldaşı Fatimə gözləri önündə təhqir olunub vurulanda o sakit durub?



Cavab:- Rəsulullahın (s) yanında Fatimənin nə dərəcədə əzəmətli və şərafətli olması bütün əhli sünnətə bəllidir. Yaxşı olar ki, onların bir neçəsinə işarə edək.

Rəsulullah(s)Fatimənin əlindən tutub buyurdu:“Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, Mənim canımın bir parasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib”

Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onun razılığına görə razı olar” (“Fatiməye Zəhra” Əllamə Əmini səh 94) Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim İsfəhani.....

İbn Əbil Hədid “Şərhu nəhcil bəlağə”də 9/193 yazır: “Rəsulullah (s) Fatiməni camaatın güman etdiyindən artıq dərəcədə sevirdi. Rəsulullah Fatiməyə camatın qızlarına etdikləri ehtiramdan daha artıq dərəcədə ehtiram edirdi. Hətta o dərəcə də idi ki, ataların övladlarına olan məhəbbətin hududundan xaric idi. Rəsulullah (s) dəfələrlə, dəfələrlə müxtəlif yerlərdə umumi və xüsusi yerlərdə buyurub: “Fatiməni incidən məni incidib, Fatiməni qəzəbləndirən məni qəzəbləndirib” Bütün bunları biləndən sonra deyə bilərik ki, Fatimə ümmət arasında olan məqamı onların azğınlaşmış gözlərinə çəkmək istəyibdir. Bəlkə onlar Fatimənin evini yandırmaq fikrindən əl çəksinlər. Bəli həmin faciəni nəql edən tarixçilər deyirlər ki, hücum çəkənlərin bir dəstəsi Fatimənin səsini eşitcək geri qayıtdılar. Ömər və başqa bir dəstə əl çəkmədilər.

Əhli sünnətin bəziləri etiraf edirlər ki, Rəsulullah (s) ondan sonra baş verəcək hadisələr haqqında Əliyə xəbər vermişdi və baş verəcək bütün bəlaların müqabilində səbr etməsi haqqında Ondan peyman almışdı. “Mənaqib” səh. 146 hədis. 171 Xorəzmi, “Fəraidus-səmteyn” 1/270 kitablarında buna dəlalət edən rəvayətlər mövcuddur.

Hücum çəkənlərin qəsdi bu idi əgər Əli qapını özü açıb beyət etməkdən boyun qaçırsa onlar Həzrəti vura vura məscidə aparacaqdılar. Sonralar məsələni təhrif edib əllərində olan qüdrət və nüfuzdan istifadə edərək deyərdilər; biz Fatiməyə Atasının vəfatına görə baş sağlığı verməyə getmişdik. Əli əvvəl xəlifəlikdən imtina etmişdi, amma indi peşiman olub ona görə də bizimlə müxalifət edir. Biz özümüzü müdafiə edib ümumi müsəlmanların məsləhətinə görə bu işi gördük. Nəticədə tarixdə onlara haqq qazandıracaqdılar. Gələcək nəsil bu macəradan xəbərsiz qalıb onu təhlil edə bilməyəcəkdi. Amma Əlinin sükutu və Fatimənin onların qabağına çıxması onların bütün planlarını puç etdi. Fatimənin bu hərəkəti gələcək nəsil üçün hadisəni təhqiq etməyə fürsət yaratdı. Söylədiyimiz cavabın haqq olduğuna dair tarixi dəlillər mövcuddur.

Əhli sünnətin bəzi alimləri deyirlər, bəli biz qəbul edirik ki, bəzi rəvayətlərdə bu hadisəyə işarə olunub. Rəvayətlərdə odunun gətirilməsinə və evdəkilərin evdən çıxmadıqları halda hədələnməsinə işarə olunub. Evin odlanmasına aşkar dəlalət edən rəvayət yoxdur?

Əvvəla: Birinci fəsildə göstərdiyimiz Məsudinin və Nəzzamın nəql etdikləri rəvayətlərdə Fatimənin evinin odlanmasına açıq şəkildə işarə olunmuşdur. Burada məsələni qarışdırmaq üçün təzədən şübhə və sualı yaratmağa çıxış yolu yoxdur. Çünki əhli sünnətin bu mövzuya aid hətta bir rəvayəti belə bizim üçün kifayətdir.

İkinci: Sağlam ağla malik olan insan hər hansı bir məsələ ilə əlaqədar Quranda ona dair sübüt olsa onu təhqiq edəndə vicdanı və insafını hakim qərar verib sonra hökm etməlidir. İndi üzümüzü sizə tutub deyirik siz də bu məsələdə vicdanınızın səsinə hay verib insafla hökm edin: Bəzi rəvayətlərdə deyilir, Əbu Bəkr dedi: Əgər beyət etməkdə müxalifət etsələr onlarla vuruşun. Bəzi rəvayətlərdə aşikar surətdə onların Fatiməni evin içindəkilərlə bir yerdə yandıracaqları ilə hədələdikləri göstərilir.

Bəzi rəvayətlərdə deyilir: Ömər evdəkilərin çıxmayacaqları halda evi yandıracağına and içdi. Bəzi rəvayətlərdə deyilir ki, onlar evdən çıxmaqdan imtina etdilər. Bəzi rəvayətlərdə Ömərin əmri ilə qapının arxasında odlamaq üçün odun yığdıqlarına işarə olunur. Bəzi rəvayətlərdə deyilir ki, Ömər evi odlamaq üçün ora gələnlərin üstünə çığırıdı. Fatimənin vəsiyyətinə əsasən şeyxlərin onun dəfnində iştirakına razı olmayıb gecə vaxtı dəfn edilməsi və indiyə qədər qəbrinin məxfi qalmasını əhli sünnətin mütəvatir hədislərinə əsasən nəql etdik. Onların törətdikləri cinayətlər haqqında bu qədər sübut və dəlil olduğu halda necə ola bilər ki, insan yəqinə çatmasın. Deməli kimlərsə ya nadanlıqdan və ya inadcıllıqdan bu inkarda maraqlıdır. Bəli biz bunu qəbul edirik ki, ev içindəkiləri ilə bir yerdə yandırılmadı, amma onlar evi yandırmaq istəyirdilər. çünki bacarmadılar. Yalnız evin qapısını yandırdılar.



Üçüncü: Tarix boyu ravilər gözləri ilə gördükləri hadisələri nəql ediblər. Məxsusən izdihamla baş vermiş hadisələri. Hər bir ravi hadisəni nəql edəndə mümkündür onun bəzi epizodunu nəql etsin. Hadisənin bir hissəsini nəql etmək digər bir qismətinin rəddinə dəlalət etmir. Fatimənin evinə hucum edilib yandırılması, bətnindəki uşağın siqt olunması, Əlinin zorla məscidə aparılması kimi nəql olunan rəvayətlər buna misaldır.

Dördüncü: Əgər baş verilmiş faciə eyni ilə nəql olunsaydı o zaman onu törədənlərə böyük bir ar olacaqdı. Hadisəni törədənlər və baş vermiş hadisəni təhrif etməyə çalışanlar daha böyük zillətə məruz qaldılar. Çünki bəziləri yalnız evin odla yandırılması ilə hədələndiyinə işarə ediblər. Bəziləri odunun gətirildiyini təsdiq edib, amma yandırılmasını inkar edib. Elə bu qədər etiraf etmələri onların nə qədər dəhşətli bir əmələ əl atdıqlarından xəbər verir. Bu işi görənlər heç vaxt Peyğəmbərin əhli beyti olan evi yandırmaqdan çəkinməzlər.

Ev nə ev! Bu ev Allah-taalanın ehtiramını vacib edib ali məqama layiq etdiyi evlər zümrəsindədir. “Allah-taala onun ucaldılmasına izn verib. (Bununla da şeytanların və nəfslərinə tabe olanların fitnələrindən amanda qalsınlar) Elə evlərdir ki, orada Allahın adı səhər axşam zikr olunur, Onun şəninə təqdislər deyilir” (Nur. ayə 36)

Evin sakinləri kim idi? Onlar Rəsulullahın əhli beyti, behişt cavanları idi. Əllamə Cəfər Sübhaninin ayənin təfsirində söylədiyi haqq sözünə diqqət edin: Evin şərafəti onun sakinlərinin əzəmətilə ölçülür. Nə qədər ki, evin əhli gecə və gündüz Allahın zikri ilə məşğuldurlar bu şərafət və əzəmət günbəgün aliləşir. Kim Peyğəmbər Əhli beytinin şərafətini inkar etməyə cürət edər? Bəli imanı olmayalar bu evə qarşı hücum çəkib Rəsulullahın vəsiyyətinə xəyanət edər. Allah-taala Quranida bizə xəbərdarlıq edir:- “Ey iman gətirənlər! Peyğəmbər sizə evinə icazə verməmiş daxil olmayın.” (Əhzab. ayə 53)

Bəs onda Fatimənin evinə hücum edənlər kimin icazəsi ilə bu faciəni törədib onları odla hədələdilər? Onlar bilirdilər ki, evin içindəkilər kimlərdir və onlar zikr əhlidirlər. Onların behişt əhli olduqlarını bildikləri halda nə haqla icazəsiz evə daxil olub sakinləri zorla çölə çıxartdılar? Onlar qəzəbi Allahın qəzəbi və razılığı Allahın razılığı olan şəxsi qorxutduqlarına görə məhkum deyillərmi? Atasının əzasında sinəsi dağlanmış insanın musibətinə məhəl qoymadan ona bir daha əzab vermək necə də dəhşətdir! Deyirlər: Fatimə Əbu Bəkri və Öməri bağışladı. Allah bağışlayan və mehribandır. Əgər onlar günah ediblərsə xırda bir günah olub və onlardan üz döndərməyə səbəb olmamalıdır. (Şərhu nəhcil bəlağə İbn Əbil Hədid)

Burada belə bir sual yaranır ki, bunu deyən hardan bilir ki, Fatimə onları bağışlayıb? Həzrət (s.ə) onları necə bağışlayıb ki, əhli sünnətin alimləri özləri iddia edirlər ki, Fatimə dünyadan gedəndə onlara qarşı qəzəbli idi. Necə iddia edirlər ki, Allah və Rəsulu (s) onları bağışlayıb? Bunu sübut etmək lazımdır. Allahın və Rəsulullahın razı olmasının şərti Fatimənin razılığı olduğu haqda rəvayətləri oxuduq. Dediyimiz kimi Fatimənin azar və əziyyəti eynən Allahın və Rəsulullahın azar və əziyyətidir. Quran ayəsi bü əziyyəti rəva görənlərin dünya və axirətdə əbədi lənətə layiq olub ən şiddətli əzabla cəzalanmasını təkid edir. Əbədi lənətə və əzaba layiq olan əməl bağışlanıb kiçik sayıla bilərmi. Fatiməni incidib qəzəbə gətirəndən üz döndərmək lazımdır çünki bu Rəsulullahın (s) sünnətidir. “Allaha və axirət gününə iman gətirən heç bir tayfanın Allahın və Onun Peyğəmbərinin düşmənləri ilə dostluq etdiyini görməzsən. hərçənd bu düşmənlər onların ataları, övladları, qardaşları və yaxın qohumları olsalar belə” (Mucadilə ayə 22) Quranın hökmünə əsasən dostluq və düşmənçilik qarışdırılmamalıdır. Rəsulullahın və Fatimənin dostu onların dostları ilə dost düşmənləri ilə düşmən olmalıdır. Fatiməni incidib Onu və Rəsulullahı qəzəbləndirən, Fatimənin qüssəli və qəzəbli halda dünyadan getməsinə səbəb olanlar şübhəsiz Rəsulullahın və Fatimənin düşmənləridirlər. Rəsulullahın və Fatimənin düşməni ilə dost olmaq olmaz.

Şübhələrin hər dəfə müxtəlif şəkillərdə meydana gətirilməsi tarixi həqiqətləri qəbul etməkdən boyun qaçırıb təhrif etmək üçündür. Bu təzə bir metod deyil, xəlifələrin zamanından davam edir. Şeyx Nəsiruddin Tusi Seyyid Murtəzanın “Kitabuşşafi” əsərinə yazdığı “Təlxisuşşafi” kitabında 3/76 yazır: “ Əvvəllər hədis yazanlar Rəsulullahın qizına qarşı edilən hörmətsizlikləri nəql etməkdən imtina etmirdilər. Onlar bu kimi həqiqətləri “Xəlifənin məmuru Fatiməni üstünə qapını çırpıdı ....... bətnində olan uşağı düşdü. Qunfuzun Ömərin əmrilə Fatiməni qamçı ilə vurmağa başladı ki, Əlidən əl çəksin” rahat nəql edirdilər” Sonralar başa düşdülər ki, bütün bunlar xəlifənin məqamına uyğun gəlmir ona görə də daha onları nəql etməkdən imtina etdilər. İbrahim ibn Səyyarın (Nəzzam ləqəbi ilə məşhurdur) “əl-Miləlu vənnihəl” kitabında 1/57 (Beyrut çapı) dedikləri buna sübutdur: “Beyət alan gün Ömər Fatimənin evinə hücum edib qapını onun üstünə çırpdı. Fatimənin bətnindəki uşaq siqt oldu. Ömər əmr etdi, evi içindəkiləri ilə bir yerdə odlasınlar. Bir halda ki, evdə Əli Fatimə Həsən və Hüseyndən başqa kimsə yox idi”.

Bütün bu söylədiklərimizdən başqa tarixdə şiə və digər firqələrin böyük alimləri (İsmailiyyə firqəsi kimi) tərəfindən nəql olunmuş etibarlı sənədlər mövcuddur. Onların hamısında Rəsulullahın əhli-beytinin faciəsi və evin odlanması təsdiq olunur.

İsmailiyyə məzhəbindən Qazi Nöman bu faciəni şerə çəkib yazır:- “Ömər ətrafındakılarla Fatimənin evinin qapısına yetişdilər. Fatimə onların əlindən narahat olmuşdu qapının arxasında durdu ki, onları evə soxulmaqdan dayandırsın. Amma onların sərkərdəsi (Ömər) qapını sındırdı hücum çəkənlər evin içinə töküldülər. Fatimə fəryad etdi. Sonra onu elə vurdular ki, qarnındakı uçaq siqt oldu” Daha sonra Fatimənin gecə dəfn olunmasına işarə edib yazır:- “Allah ona salavat və rəhmət göndərirdi, amma O, ümmətdən narazı dünyadan getdi” (Urcuzətulmuxtarə səh. 188)

İslamın əvvəl günlərindən şairlər Fatimənin məzlumiyyətini qələmə alıblar. Bu şairlərin bəziləri imamlarla həməsr olublar və bəziləri imamların əsrlərinə yaxın zamanda yaşayıblar. Tarixçilər şerin tarixi bir sənəd olduğuna etiraf edirlər və şerin məzmunu ravilərin nəql etdikləri hədislərdən daha təkidlidir.

Seyyid Himyəri (vəfat 173-cü hicri ili) imam Sadiq və imam Museye Kazim (ə)-la bir əsrdə yaşayıb. Şerlərində həzrət Fatimənin necə incidilməsini aşikar qələmə alıb. (Siratul-mustəqim 3/13)

Əbdullah Əmmar Bərqi (vəfat 245-ci hicri ili) şerlərində belə yazır:-“Onun evində odundan qalanmış tonqalı şölələndirdilər və qapını odlanmış evin sakinlərinin üzünə bağladılar. Onları nasaza atəşinə tutdular, amma evdə qadınların pakizəsi Fatimə, siddiq Əli, Peyğəmbərin nəvələri Həsən və Hüseyndən başqa kimsə yox idi”

Əbu Əbdillah ibn Heysəm (vəfat 296-cı hicri ili) “Kitabul-munazirat”-da səh. 61 Mərakeşin Fatimiyyə hərəkatının rəhbəri Əbu Əbdillah ilə həzrət Fatimə (ə) haqqında bəhs etdiyi zaman çox gözəl ibarətlərlə məsələni bəyan edib. Həmin munazirədə Fatimənin irsinin qəsbi, bətnindəki uşağın siqti və hətta şəhadəti məsələsinə dəqiq şəkildə işarə olunub.

Mümkündür bəzi qardaşlarda belə bir sual yarana:- Niyə şübhə yaradanlar tarixi təhrif etməyə çalışırlar və həqiqəti nəql etməkdən boyun qaçırırlar? Sualın cavabını altı bəndlə xulasələndiririk:



1- Onların xəlifələrə hədsiz sevgisi və Rəsulullahın bütün səhabələrinə şiddətli dərəcədə məhəbbəti sözü gedən acınacaqlı tarixi hadisəni inkar etməyə vadar edir. Bir halda ki, Qurani-kərim və çoxlu sayda rəvayətlər bəzi səhabələrin munafiq olduğuna dəlalət edir.

2- Onlar bütün səhabələri adil bilirlər. Bir halda ki, səhabələrin arasında münafiq və xəyanətkarların olduğunu həm Quran və həm də Rəsulullah bizə çatdırıb. Əgər səhabələr hamısı adil olsaydı onda onlar arasında baş vermiş çəkişmələr bizə nəyi çatdırır. Bütün bunları əhli sünnətin səhih kitabları nəql edib.

3- Onlar deyirlər ki, Allah səhabələrin bütün günahlarını bağışlayıb. Elə isə Allahın bağışladığı günahları biz nəql etməməliyik.

4- Onlar səhabələrin etdikləri bütün cinayətlər haqqında sükut etməyi vacib bilirlər. Əhməd ibn Hənbəl deyir:- “Hər kəs Rəsulullahın səhabələrindən birinin haqqında pis fikirdədirdə olub onun Peyğəmbərə sədaqətinə və həqiqi iman gətirməyinə şübhə edirsə, bilin ki, o dindən çıxıbdır” (Fəxru tarix Dəməşq 2/75)

5- Əhli sünnət alimləri tərəfdarları arasıda nail olduqları məqam və mənsəbi əldən verməmək üçün həqiqəti nəql etməkdən qorxurlar. Məbada ümumi camaat həqiqətdən xəbərdar olandan sonra bu məqam və mənsəb əllərindən çıxacaq.

6- Onlar səhih elan etdikləri kitablarındakı hədislərin sənədlərini ortaya qoyub təsdiq etməkdən qorxurlar. Qorxurlar məbada camaat xəbərdar olandan sonra şiələrə qoşularlar.

Beşinci fəsl:- baş vermiş faciənin təhlili

Əvvəla biz heç də Fatimənin başına gəlmiş müsibətin və şəhid olmasına gətirib çıxarmış faciənin bütün xırdalıqları ilə əhli sünnətin kitablarında nəql edilməsinə ümüd etmirik. Ümüd də etmirik ki, onların alimləri bu məsələyə etiraf etsinlər.



Qəlbində xəlifələrin məhəbbəti olan kəslərdən bu faciələri eşidəndə onları təsdiq etmələrini gözləyirsinizmi? Heç vaxt. Çünki bir şeyi sevmək insanı kor və kar edir. Səhih saydıqları kitablarda təvatora yetişmiş Qədir Xum kimi bir həqiqəti mənəvi təhriflə camaatı azdıranlardan nə gözləyirsiniz? İstəyirsiniz Peyğəmbərin (s) əhli beytinə qarşı yol verilmiş ləkəli faciəyə açıqca etiraf etsinlər? Qabaqkı fəsillərdə söylədiyimiz bəzi xəbərləri təhlil etməklə nəticə çıxarmağı oxucuların vicdanlarının öhdəsinə qoyuruq.

Əvvəla:- Birinci fəsildə əhli sünnət alimlərindən nəql etdiyimiz rəvayətlərdən məlum olur ki, Fatimənin evinə hücum, evin yandırılması, bətnindəki uşağın şəhid olması və Fatimənin qabırğasının sındırılması, bütün bunların hamısı bir gündə baş verib. Elə bir gündə ki, beyət alınma macərası da həmin gün baş veribdir.

Ikinci:- Fatimənin (s.ə) atası Rəsulullahdan (s) sonra qısa bir müddət yaşadığı bütün əhli sünnət alimləri tərəfindən yekdil qəbul olunur (ikinci fəsildə ona işarə olundu). Tarixçilər Fatimənin atasından sonrakı ən azı 40 gün və ən çox altı ay yaşadığını bəyan ediblər.

Üçüncü:- Fatimə (s.ə) şəhid olanda 18 yaşı var idi. Əlbəttə bu haqda əhli sünnət və əhli şiə alimləri arasında ixtilaf vardır. Həmin ixtilaf Fatimənin təvəllüdü ilə əlaqədardır. Əhli sünnət alimləri Fatimənin besətdən öncə dünyaya gəldiyini qəbul edirlər. Şiə və bəzi əhli sünnət alimləri Həzrət Fatimənin (s.ə) təvəllüdünü besətin beşinci ili (miladi 615) olduğunu qəbul ediblər. (Xətib Bağdadi “Tarix Bağdad” 5/87, Zəhəbi “Mizanul-itidal” 1/38, Əsqəlani “Lisanul-mizan” 5/160, Zəxairu-uqba Təbəri 5/160) “Merac axşamı vəhy mələyi Cəbrayıl Rəsulullaha (s) bir alma verdi və Fatimənin təvəllüdü də meracdan sonra baş verdi. Çünki Rəsulullah meraca besətdən sonra gedib” Deməli Fatimənin təvəllüdünün besətdən beş il sonra olması həqiqətə daha uyğundur. Bütün məzhəb alimlərinin Fatimənin hicrətin 11-ci ilində vəfat etdiyini qəbul edikləri üçün bu nəticəyə yetişirik ki, O həzrət 18 yaşında şəhid olub.

Dörsüncü:- Heç bir tarixi mənbədə Fatimənin (s.ə) atasının zamanında və ondan sonrakı dövrdə xəstə olması haqda məlumat verilməyib. İndi əziz oxucu özün vicdanla qəzavət et Fatimənin (s.ə) bu qısa müddət ərzində vəfat etməsinə səbəb olan amil nə olub? 18 yaş ömürün ən təravətli və baharı olduğu halda Rəsulullahın (s) bu əzizi hansı səbəbdən tez bir zamanda dünyanı tərk etdi? Bunun səbəbi beyət alınma cərəyanında Fatimənin vurulub qabırğasının sındırılması və bətnindəki uşağın siqt olunmasından başqa bir şeydirmi? Bu faciəni əhli sünnət alimləri özləri səhih adlandırdıqları kitablarında nəql ediblər. Bununla belə əhli sünnətin bəzi alimləri bu həqiqətin müqabilində sükut etməyə üstünlük veriblər. Həmui Cuveyni Şafei “Fəraidus-səmteyn” kitabında 2/34 rəvayət edib:- Rəsulullah (s) buyurub:- “Həzrət Fatimə (s.ə) qəmgin və məhzun halda mənim yanıma gələcək......, öldürülmüş halda mənim yanıma qyıdacaq”

Fatimənin şəhadəti ilə əlaqədar olan bütün tarixi sənədləri və Rəsulullahdan nəql olunmuş rəvayətləri tutuşdurub təhqiq edəndən sonra həqiqət məlum olur. Baxmayaraq ki, əhli sünnət bəzən bu haqda susub və bəzən də onları inkar etməyə çalışıb. Digər tərəfdən məsum imamlar da bütün həqiqətləri haqqı axtaranlara Fatimənin (s.ə) şəhadətinin səbəblərini çatdırıblar. :Dəlailul imamət”- “Fatimənin vəfatinin səbəbi o kişinin əmri ilə nökəri Qunfuzun qılıncın dəstəyilə Onun qarnıına vurması oldu. O da bətnindəki Möhsini saldı. Bu zərbənin nəticəsində ağır xəstələndi”

Fatimə vurulandan sonra həmin zərbənin səbəbibnə vəfat etdi” Kamiluz-ziyarət, Biharul-ənvar. Yaxşı olar ki, təəssübkeşlər və müxaliflər bu haqda bir qədər axtarış aparsınlar. Bəlkə insaflı olduqları halda Allah onlara rəhm edib hidayət edə.

Yaxşı olar ki, Rəsulullahdan (s) sonra tarixin və hədislərin yazılmasında hakim dairənin emal etdiyi senzuraya bir baxış keçirək. Bununla da əhli sünnətin tarixi kitabları vasitəsilə həqiqətə yetişməyin nə qədər müşkül olduğunu dərk edərik. Həmin senzura Rəsulullahın (s) yatağının yanında başlandı. “Rəsulullah (s) yataqda olarkən ölümündən sonra ümmətin vəzifəsini axırıncı dəfə təyin etmək üçün kağız və qələm tələb etdi. Ömər isə fəryad çəkdi ki, “Bu kişini boşlayın! O sayıqlıyır. Allahın kitabı bizə kifayət edər” Səhabələrin bir dəstəsi Öməri dəstəkləməyə başladılar. Amma səhabələrdən olan başqa bir dəstə onlarla müxalifət edib Rəsulullahın axırıncı vəsiyyətini yazmasına izn verilməsini tələb etməyə başladılar. Qalmaqal o dərəcə şiddətləndi ki, Rəsulullah onların otağı tərk etmələrini istədi” Səhih Buxari 1/29, Musnəd Əhməd ibn Hənbəl 1/335, İbn Əbil Hədid Şərhu Nəhcil-bəlağə 2/118, Kənzul-ummal 3/138



Yüklə 151,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə