«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır»



Yüklə 151,9 Kb.
səhifə3/3
tarix02.12.2017
ölçüsü151,9 Kb.
#13557
1   2   3

Buxari ibn Abbasdan neql edib: Resulullahin xesteliyi agirlasanda buyurdu: “Menim ucun kagiz ve qelem getirin, size vessiyetimi yazim ki, siz menden sonra yolunuzu azmayasininz”. Omer dedi: Peygemberin xesteliyi agirlasdigi ucun o danisigini bilmir. Bizim elimizde Allahin kitabı var ve o bize bes eder. Sehabeler arasinda ixtilaf siddetlendi. Hetta o dereceye gelib catdi ki, Resulullah onlara otagi tərk etməyi əmr edib Peyğəmbərin yanında deyismek yaxsi deyil deye buyurdu. Camaat cıxmaga basladi ibn Abbas da onlarla birge cixaraq deyirdi: heqiqeten musibet ve butun musibet burdan baslandı ki, Omer Peygemberle onun vesiyyetnamesi arasına girib yazmaga mane oldu”. (Sehih Buxari 1/39 Beyrut çapı)

Yuxarıda qeyd edilen sayaqlama fikirleri Omer ibn Xettabın Resulullah (s) haqqında dediyi soz idi. İndi Allah-taalanın Resulullah (s) haqqında buyurdugu kelama diqqet edin:- “Sizin sahibiniz hec vaxt yolunu azmayıb. O ozunden hec ne danısmaz. Onun butun danısdıqları vehye munzeldir” (Necm aye 2,3,4) Goresen Omer ibn Xettab bu ayeleri oxumamısdı? Eger oxumusdusa bes onda onun bu hereketini nece izah etmek olar? Onun bu ayeleri oxumaması subhelidir. eminik ki, O Qurani-kerimi butunlukle oxuyub.Beledirse insan aglina yegane bir fikir gelir Belke o oxudugu ayelere iman getirmeyib?

Rəsulullahın (s) vəfatından sonra senzura daha da gücləndi. Əbu Bəkr əvvəl bütün hədisləri və tarixi əhvalatlar nəql olunan sənədləri yığıb yandırmaq qərarına gəldi. Sənədlər və rəıvayətlər yandırılandan sonra Rəsulullahdan (s) hədis nəql etməyi qadağan edib və müsəlmanların ancaq Quranla məşğul olmaları barədə göstəriş verdi. ““Təzkirətul-huffaz” 1/5-13 Şəmsuddin Zəhəbi”

Ömər ibn Xəttabın xilafəti zamanında bu qadağa və senzura daha şiddətli oldu. Ömər öz əməlini bu cür əsaslandırmağa çalışırdı:- “Mən Rəsulullahın (s) sünnətini yazmaq istəyirdim, lakin keçmiş ümmətlərin işlərini yadıma salıb fikrimdən daşındım. Onlar bəzi tarixi kitabları və onlara çoxlu izahatlar yazmaqla onlara nazil olmuş asimani kitablardan uzaq düşdülər. Ona görə də mən heç vaxt Allahın Quranını başqa bir şeylə qarışmağa qoymaram” (Təbəqatul-kubra 3/206 Vaqidi)

Üçüncü xəlifə Osmanın vaxtında hakim dairənin hədis nəql edənlərə qarşı mübarizəsi daha da şiddətləndi. Əgər Ömər xilafətində Peyğəmbər səhabələrini incidib yazdıqlarını yandırır və onları nəzarət altında saxlayırdısa Osman isə onlara işkəncə verib sürgün edirdi. Hətta bəzilərini öldürürdü. Məsələn Əbu Zərri Rəbəzənin susuz, otsuz səhras;na sürgün etdi. İslam Peyğəmbərinin onun haqqında buyurduğu “Yerlərin üstündə və göylərin altında Əbu Zərridən doğru danışan şəxs yoxdur” hədisini oxuyub hədisin səbəbkarının xüsusi amansızlıqla Rəbəzə səhrasında ac-susuz şəhid edilməsini görəndə Osmanın hakimiyyətinin hansı prinsiplər əsasında qurulduğu məlum olur. Əbu Zərrin Allah və Rəsulullah yanında hansı məqam sahibi olduğunu dərk etmək üçün tarixə müraciət edib ona edilmiş zülmün nə dərəcədə dözülməz olduğunu təsəvvür edin.

Osmanın Peyğəmbərin digər sevimli səhabəsi Əmmar Yasirə qarşı qəbul etdiyi ədalətsiz qərarlar hicrətin 3-4-cü illərində Mədinə yəhudilərinin islama və Rəsulullaha qarşı qəbul etdikləri qərarlara çox bənzəyir. Biz bunu deməklə Osmanı yəhudiliklə itdiham etmirik. Lakin məşhur səhabə Əmmar Yasirə xəlifə iqamətgahında şəxsən Osman tərəfindən işgəncə verilməsi nəticəsində huşunu itirib hətta bir neçə namazını qıla bilməməsi xəbəri müsəlmanlar üçün dözülməzdir. (Ənsabul-əşraf 5/49 Bəlazəri )

Qabaqkı xəlifələrin əksinə olaraq Əli (ə) xilafəti dövründə hədislərin yazılması ilə ciddi məşğul oldu. Əli (ə) Rəsulullahın (s) hədislərini yazmaq üçün altı min nəfər bu işə cəlb etdi. Onların məvacibini əkinçilikdən qazandığı şəxsi pulu ilə ödəyirdi. Əli (ə) Kufə məscidində onlara hədis öyrədirdi, tayfa başçıları o Həzrətin əməlini özlərinin dünyəvi maraqları ilə muxalif olduğunu görəndə mane olmağa başladılar. Nəticədə “Cəməl”, “Suffeyn” və “Nəhrivan” müharibələrini binövrəsi qoyuldu. Əli (ə)-dan sonra Muaviyyə yeni bir siyasətə əl atdı. İslam ümməti indiyə qədər Müaviyyənin namərdcəsinə işlətdiyi xəbis siyasətin əzabını çəkir. Muaviyyənin yeni siyasəti hədis qundarmaqdan ibarət idi. İş o yerə yetişdi ki, Əbu Hureyrə 5300-dən çox, Əbdullah ibn Ömər 2000-dən çox, Aişə və Ənəs ibn Malik hərəsi ayrılıqda 2300-dən çox yalan hədisləri Rəsulullaha nisbət verdilər. (“Əhadisu Aişə” səh. 289 Əllamə Əskəri) Onlar Muaviyyənin və zalım hakimlərin rəğbətini qazanmaq üçün hədis və tarixi əhvalatlar qundarmaqda biri digərinə imkan vermirdilər. Bu zülm və xəyanətlər heç zaman kölgədə qalıb tarixin yaddaşından silinməyibdir. Hətta düşmən ixtiyarsız olaraq etdiyi cinayətin üstünü özü açaraq faş edib. Bu səbəbdən tarixdən bixəbər olan bəzi avamlar bu həqiqətləri əhli sünnətin kitablarından eşidəndə təəccüb edirlər. İndiyə qədər yalnız əhli sünnətin kitablarından nəql etməyə çalışdıq ki, oxucu bunları şiələrin dünyagörüşü kimi qəbul etməsin. Şiə alimlərinin kitablarında qeyd etdiyimiz bütün məqamların real və dəhşətli şəkildə baş verdiyi göstərilir.

Ömər ibn Xəttabın Rəsulullahdan (s) sonra Fatimənin (s.ə) evinə hücum çəkib onun qamçı ilə vurulması, bətnindəki uşağın siqti, evinin yandırılması, Fatimənin şəhadəti və ...... btün bunlar şiə kitablarında da nəql olunub. Maraqlı olanları nəzərə alıb bu haqda yazılmış bəzi şiə kitablarının ünvanlarını dərc edirik:



  1. Fatimənin evinə hucum olunub yandırılması barədə:

  1. Kitabu Səlim ibn Qeys səh 585 və 873 7- Kəşful-murad səh. 402

  2. Əvalimul-ulum 11/400 8- Nəvaibud-dəhr 3/157

  3. Biharul-ənvar 22/484, 43/197 9- əl-Muxtəsr səh. 44

  4. əş-Şafi fil-imamət 3/76 10- Xəsaisul-əimmə səh. 47

  5. Təlxisuş-şafi 3/76 11- Hilyətul-əbrar 2/652

  6. əl-Hidayətul-kubra səh. 163 və 417 12- Təcridul-əqaid səh. 402

  1. Muhsin ibn Əlinin şəhadəti haqqında:

  1. Əmali Səduq səh. 99 8- əl-Muxtəsər səh. 109

  2. Buşarətul-Mustəfa səh. 197 9- Kamilu Bəhai səh. 309

  3. İqbalul-əəmal səh. 625 10- Hədiqətuş-şiə səh. 265

  4. İrşadul-qulub səh. 295 11- Məaniyul-əxbar səh. 205

  5. Cilaul-uyun 1/185 12- Elmul-yəqin səh. 686

  6. Dəlailul-imamət səh. 26 13- Rovzətul-muttəqin 5/392

  7. Misbahu Kəfəmi səh. 522 14- Isbatul-huda 2/337..........

v) Fatimənin qabırğasının sındırılması və......

1- Təriqul-irşad səh. 465 10- Misbahuz-zair səh. 25

2- Cilaul-uyun 1/186 11- əl-İxtisas səh. 184

3- Əmali Səduq səh. 99 12- Rovzatul- cənnat 6/182

4- Usulul-kafi 1/487 13- İqbalul- əəmal səh. 625

5- Kənzul-fuad 1/149 14- Biharul-ənvar 43/182

6- əl-İhticac 1/210 15- Muqniətu Mufid səh. 456

7- Məzarun mufid səh. 156 16- Əvalimul-ulum 11/391

8- əl- Bələduləmin səh. 198 17- Hədiqətuş-şiə səh. 265

9- Kamilu Bəhai səh. 314 18- Elmul- yəqin səh. 701

Şiələr və Rəsulullahın yeganə qızı Fatiməyə sevgi ilə yaşayanlar daim onun musibətini xatırlayırlar. Elə ki Fatimənin adı çəkilir onların qəlblərindən qara qanlar axır. Bu məsum imamların sünnəti olub, şiələr də onu davam etdirirlər. Şiələr bu musibəti xatırlamaqla Peyğəmbər (s) əhli beytinə olan əlaqələrini nümayiş etdirirlər. Davud ibn Mubarək deyir:- Mədinədə bir dəstə şiələrlə İmam Həsən (ə)-n nəslindən olan Əbdullah ibn Musanın xidmətinə yetişdik və ondan Əbu Bəkr və Ömər haqqında sual etdik. Cavabımızda babası Əbdullah ibn Həsənin sözünü təkrar etdi:- “Anamız Siddiqəye Tahirə Rəsulullahın qızı idi. Bir dəstənin əlindən narazı və qəzəbli halda dünyadan getdi. Biz də onun qəzəbinə görə həmin dəstəyə qarşı qəzəbliyik” Hicaz şairlərindən Cəlaluddin Əbdulhəmid Ələvi bunu nəzmə çəkib:

Rəvadır ki, anamız Fatimə narazı və qəzəbli dünyadan getsin, biz isə sevinib şad olaq



Əgər belə olsa onda biz layiqli və kərim övlad ola bilmərik

Çünki kərim övladlar ata və ananın sevincinə sevinər, onların narahatlığına görə narahat olar” (Şərhu nəhcil bəlağə 2/30)

Bəli Fatimə balaları analarının musibətinə görə həmişə qəm içindədirlər. Elə bir ana ki, Rəsulullahın vəfatından sonra vilayətin müdafiəsinə qalxdığı üçün bütün qüssələr onun üstünə yağmağa başladı. Qısa bir müddət ərzində şam kimi əriyib qurtardı. Elə bir ana ki, İmam Sadiq (ə) Rəsulullahdan sonra onun halını bu cür vəsf edib:- “Rəsulullahdan sonra yatağından qalxmadı bədəni əriməyə başladı. Sonra da xəyallara çevrildi (Səfinətul-bihar 2/375 Şeyx Əbbas Qummi)

Buna görə də Fatimə övladları və aşiqləri həmişə nalə çəkib bu həqiqəti islam ümmətinə və dünyaya çatdırırlar:- Peyğəmbər balası Fatimənin şəhadəti əfsanə deyil, eyni ilə inkarolunmaz həqiqətdir. Onu məzlum halda şəhid etdilər. Bizim vəzifəmiz isə onun unudulmasına yol verməməkdir. Tarixdə analoqu olmayan bu musibət İmam Mehdinin zuhuruna qədər davam etməlidir. Yalnız imam Peyğəmbər balası Fatimənin intiqamını düşmənlərindən alandan sonra biz rahat ola bilərik.

Rəsulullah buyurub:- “Mehdi mənim nəslimdəndir və Fatimənin övladlarından olacaq” (Sunəne ibn Davud 4/473)

Məqalədə Ayətullah Seyyid Cəfər Seyyidanın eyni adlı kitabından istifadə olunub.

Hacı Elman İbadov tel: 055-752-27-40, 050-250-20-05: email:kerrar@mail.ru    





Yüklə 151,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə