O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə14/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   ...   6   7   8   9   10   11   12   13   14

Dayə dedi: – Heç vaxt səndən əl çəkmərəm!

Bu zaman qadın üzünü göyə qaldırıb Allah dərgahına belə dedi: "Ey biçarələrin fəryadına yetən! Ey dərdlilərin pənahı!"

Sonra dayə ilə birlikdə məscidə gəldi. Əli (ə)-ın yanına gəldiyi zaman o Həzrət buyurdu: – Sən deyirsən, yoxsa mən deyim?!

Qadın dedi: – Özüm deyirəm.

Əli (ə): – Elə isə başla!

Qadın: – Mən ənsardan olan Amir ibni Səd Xəzrəcinin qızıyam. Atam Peyğəmbərlə cihada gedib qəzvələrin birində şəhid oldu. Anam da Əbu Bəkrin xilafəti dövründə dünyadan getdi. Mən tək qalıb qonşu qadınlarla ünsiyyətdə oldum. Bir gün mühacir və ənsarın qadınlarından bir neçəsi ilə oturmuşduq. Bir əlində təsbeh, bir əlində də çəlik olan qoca bir qarı bizim yanımıza gəldi. Qadınların hamısının adını soruşdu. Mənə çatdıqda dedi: – Adın nədir?

Dedim: – Cəmilə.

Dedi: – Kimin qızısan?

Dedim: – Amir Ənsarinin qızıyam.

Dedi: – Atan varmı?

Dedim: – Xeyr.

Dedi: – İzdivac etmisənmi?

Dedim: – Xeyr.

O mənim halıma tərəhhüm etdi, ağlayaraq dedi: – İstəməzsənmi ki, bir qadın sənin yanına gəlib sənə kömək etsin, səninlə bir yerdə yaşasın?!

Dedim: – Bəli, istəyirəm.

Dedi: – Mən sənin üçün mehriban ana olmağa hazıram.

Mən sevinib dedim: – Buyur, bizim ev sizin evdir. Əmr sənin əmrindir.

Sonra məndən dəstəmaz almaq üçün su istədi. Yemək zamanı çörək, süd və xurma hazırladım. Onları gördükdə ağladı. Mən dedim: – Nə üçün ağlayırsan?

Qoca dedi: – Qızım! Mənim yeməyim bir arpa çörəyi və bir az da duzdan ibarətdir. Sonra bir az da ağlayıb dedi: – İndi də yemək vaxtı deyildir. Mən işa namazını qıldıqdan sonra çörək yeyəcəyəm.

Sonra ayağa qalxıb namaz qılmağa başladı. Namazı qurtardıqdan sonra mən bir tikə arpa çörəyi və bir qədər duz gətirdim. Mənə dedi: "Bir az kül də gətir." Mən kül gətirdim, onu duzla qarışdırıb üç tikə çörəklə iftar etdi. Yenidən sübh açılana qədər namaz qıldı. Mən onun vəziyyətini gördükdə yaxınlaşdım, başını öpdüm və dedim: – Mənim üçün dua et, Allah məni bağışlasın, çünki sənin duan müstəcabdır. Bu zaman mənə dedi: – Sən gözəl bir qızsan. Mən evdən çıxanda sənin tək qalaca-ğından qorxuram. Gərək bir qadın sənin yanında olsun. Mənim abid və ağıllı bir qızım vardır ki, səndən bir qədər böyükdür. Əgər istəsən, onu sənin yanına gətirərəm ki, səninlə sirdaş olsun.

Dedim: – Nə üçün istəməyim!

O getdi, amma bir müddətdən sonra tək qayıtdı. Soruşdum: – Nə üçün bacımı özünlə gətirmədin?

Dedi: – Mənim qızım heç kəslə qaynayıb-qarışmayır. Mühacir və ənsarın qadınları sənin evinə çox get-gəl edirlər. Onun ibadətlərinə maneçilik törədə bilərlər.

Dedim: – Sənin qızın mənim evimdə oluncaya qədər bir kəsin bura gəlməyinə icazə vermərəm.

Qarı qayıdıb bir saatdan sonra, bütün bədənini bir pal-tarla bürümüş bir qadınla gəldi. Onun yalnız gözləri açıq idi. Evin qapısında dayandı. Mən dedim: – Nə üçün gəlmirsiniz?

Qarı dedi: – Səni görməkdən o qədər sevinib ki, özünü itirib.

Dedim: – İndi gedib qapını bağlayaram ki, heç kəs gəlməsin.

Mən evin qapısını bağladım. O qızın ətəyindən yapışdım və dedim: "Üzünü aç." O isə imtina edib açmadı. Bir müddətdən sonra başındakı paltarı götürdükdə qara saqqallı, əlinə və saqqalına həna qoymuş cavan bir kişi olduğunu gördüm. Mən fəryad edərək dedim: "Nə üçün belə bir cinayətə mürtəkib olmusan? Qalx ayağa, evdən çıx. Ömərin qəzəbindən qorxmursanmı?"

Mən qaçıb qurtarmaq istəyirdim ki, gözlənilmədən məni tutdu. Mən özümü onun əlində şahinin caynağında olan bir sərçə kimi hiss etdim. Mənimlə yaxınlıq etdi və sonra sərxoşluğun şiddətindən yerə yıxılıb huşdan getdi. Mən onun belinə bağladığı xəncərlə başını bədənindən ayırdım və Allahın dərgahına belə ərz etdim: "Pərvərdigara! Sən bilirsən ki, bu kişi mənə zülm etmiş, məni rüsvay etmişdir. Mən yalnız Sənə təvəkkül edirəm. Ey o Allah ki, hər vaxt bəndə Ona təvəkkül etsə, onu hər şeydən ehtiyacsız edər! Ey o Allah ki, insanların eybinə yaxşı pərdə çəkirsən." Gecə onun cəsədini götürüb məscidin mehrabına atdım və ondan hamilə oldum. Övladımı dünyaya gətirdikdən sonra onu öldürmək istədim. Lakin fikirləşdim ki, bu, xatalı yoldur. Onu bələyib məscidin mehrabına atdım. Bu mənim başıma gələn işlərdir, ey Peyğəmbərin əmisi oğlu!

Ömər dedi: – Şəhadət verirəm ki, Peyğəmbərin belə buyurduğunu eşitmişəm: "Mən elmin şəhəri, Əli isə onun darvazasıdır." Həmçinin buyurmuşdur: "Qardaşım Əli həmişə haqq sözlər deyir."

Sonra dedi: – Ya Əbəl-Həsən! Bunların hökmü nədir?

Əli (ə) buyurdu: – Öldürülən şəxsin diyəsi yoxdur (qanı hədərdir), çünki böyük bir günaha mürtəkib olmuşdur. Qadına da hədd vurulmayacaq, çünki o, bu əmələ məcbur edilmişdir. (Sonra qadına buyurdu:) Qoca qadını gətirin, Allahın hökmünü ona icra edim.

Qadın dedi: – Mənə üç gün möhlət verin.

Əli (ə) dayəyə buyurdu: – Uşağı anasına qaytar!

Qadın uşağı evinə apardı və sabahı qoca qarını axtarmağa getdi. Onu küçədə tapdı. Onun əlindən yapışıb darta-darta Əli (ə)-ın yanına gətirdi. Həzrət qocaya buyurdu: – Ey Allahın düşməni! Bilirsən ki, mən Əliyyibni Əbu Talibəm. Mənim elmim Peyğəmbər (s.ə.v.v)-in elmidir. Elə isə, həqiqəti bizə de!

Qarı dedi: – Mən bu qadını tanımıram və bu hadisədən də əsla xəbərim yoxdur!

Əli (ə) buyurdu: – And içə bilərsənmi?

Qoca dedi: – Bəli.

Əli (ə) buyurdu: – Əlini Peyğəmbərin qəbrinin üstünə qoy və and iç.

Qadın and içdiyi zaman birdən-birə üzü qaraldı. Əli (ə) göstəriş verdi, ona bir güzgü gətirdilər. Qarı özünü güzgüdə gördükdə peşmançılığın şiddətindən nalə etdi. Əli (ə) Allahın dərgahına belə ərz etdi: "Pərvərdigara! Əgər bu qadın doğruçudursa, onun üzünü ağart!" Amma onun üzündəki qaralıq çəkilib getmədi.

Həzrət Əli (ə) ona buyurdu: – Sən necə tövbə etmisən, halbuki, Allah sənin təqsirindən keçməyib?!

Sonra Ömər göstəriş verdi ki, qarını Mədinədən çıxarıb daş-qalaq etsinlər.

İbni Əbil Hədid bu hadisəni ixtisarla nəql edərək demişdir ki, bu, Ömərin xilafəti dövründə baş vermişdir.

Ravəndinin "Xəraic" kitabında qeyd olunur ki, ərəb qəbilələrindən birində doqquz, ya on qardaşın yeganə bir bacıları var idi ki, onu çox istəyirdilər. Bir gün onlar bacılarına dedilər: – Allahın bizə ruzi verdiyi hər bir şeyi sənə tapşırırıq, təki bir kəslə izdivac etməyəsən. Çünki, sənin başqası ilə izdivac etməyin bizim qeyrətimizə sığışmır.

Bacıları razılaşdı və onlara xidmət etməyə başladı. Qardaşlar da bacını əzizləyirdilər. Nəhayət, bir gün bacıları aylıq adətindən pak olduqdan sonra qüsl etmək üçün bir çeşməyə gedib suda oturdu. Təsadüfən, böyük bir zəli onun bətninə daxil oldu və bir müddətdən sonra şişməyə başladı. Qardaşlar onun hamilə olduğunu güman edərək xəyanətdə müttəhim etdilər və qərara aldılar ki, onu öldürsünlər. Lakin qardaşlardan bəziləri buna mane olub dedilər: – Onu Əliyyibni Əbu Talibin yanına aparaq.

Bacılarını İmam Əli (ə)-ın yanına aparıb hadisəni bəyan etdilər. Əli (ə) buyurdu: – Ləcən ilə (palçıqla) dolu bir teşt gətirin!

Sonra qıza göstəriş verdi ki, teştdə otursun. Bu zaman zəli onun bətnindən xaric oldu və teştə düşdü. Qardaşlar bu heyrətli tədbiri gördükdə dedilər: – Ya Əli, sən bizim pərvərdigarımızsan və qeybi bilirsən!

Həzrət onları bu sözlərdən çəkindirərək buyurdu: – Rəsulullah Allah tərəfindən mənə xəbər vermişdi ki, bu hadisə bu ayda, bu gündə və bu saatda baş verəcəkdir.

Bir kişi Cüvəyriyyə ibni Ömər ilə bir dişi at üstündə dalaşmışdı. Hər biri onu öz malı hesab edirdi. Əli (ə) buyurdu: – Şahidiniz varmı?

Dedilər: – Xeyr.

Sonra Cüvəyriyyəyə buyurdu: – Atı bu kişiyə ver!

Cüvəyriyyə dedi: – Ya Əmirəl-möminin, şahidsiz?!

Həzrət buyurdu: – Mən sənin işlərini sənin özündən də yaxşı bilirəm. Cahiliyyət dövründəki cəhalət dolu rəftarlarını unutmusanmı?!

Sonra onun əməllərini bir-bir sadaladı.

Dörd nəfər bir dəvəyə sahib oldular, onlardan biri dəvənin ayaqlarını bağladı. Dəvə yol gedir və öz ipi ilə oynayırdı ki, birdən yerə yıxılaraq öldü. Bu zaman qalan üç nəfər o bir nəfərlə münaqişəyə başlayıb dəvənin pulunu tələb etdilər. Əli (ə) o üç nəfərə buyurdu: – Siz üç nəfər o bir nəfərin payını verməlisiniz, çünki o öz haqqını qoruyub saxlamışdır. Siz isə öz haqqınızı gözləmədiyiniz üçün onun da haqqını tələf etmisiniz.



13-cü fəslin 1-ci rəvayətində qeyd olundu ki, o Həzrət dörd dirhəm iddia edən üç çörək sahibinə yalnız bir dirhəm verdi və müddəa-əleyhi (əleyhinə iddia qaldırılan şəxsi) haqq sahii bild.

"Mö`min" surəsi, 21-ci ayə "İrşad" (Şeyx Müfid), səh.15 Səksən şallaq zərbəsi "Fürui-Kafi", "Əl-qəzaya vəl-əhkam" bölməsi, 6-cı hədis; "Təhzib", "Əz-ziyadatu fil-qəzaya vəl-əhkam", 65-ci hədis. "Fürui-Kafi", "Əl-qəzaya vəl-əhkam" bölməsi, 8-ci hədis; "Təhzib", "Əz-ziyadatu fil-qəzaya vəl-əhkam" bölməsi, 58-ci hədis. "Fürui-Kafi", "Diyat" kitabı, 3-cü hədis; "Təhzib", 10-cu cild, səh.221 "İrşad" (Şeyx Müfid), "Qəzayahu fi xilafəti Ömər" bölməsi "Əzkiya", əl-babus-sani əşər, səh.66 "Fürui-Kafi", kitabul-qəzaya vəl-əhkam, "nəvadir" babı, 12-ci hədis; "Təhzib", babuz-ziyadati fil-qəzaya vəl-əhkam, 11-ci hədis. "Fürui-Kafi", kitabul-qəzaya vəl-əhkam, "nəvadir" babı, 4-cü hədis; "Təhzib", əz-ziyadatu fil-qəzaya vəl-əhkam, babı, 55-ci hədis. "Mənaqib" (Sərvi), Qəzayahu (ə) fi əhdis-sani. Bu cümlədən aydın olur ki, haqqı tapan şəxs məsləhət üzündən yalançı hesab olunmur. Bəlkə də "haqqa qayıtmaq" dedikdə məqsəd o qadının əvvəlki yerinə qaytarılmasıdır. Çünki onun əvvəlki yerində dayanması haqq idi. "Aman verilmişdir" dedikdə isə məqsəd onun zülmdən amanda olmasıdır ki, bu da "tövriyə" ünvanı ilə deyilir. (Müəllifdən) "Fürui-Kafi", kitabul-qəzaya vəl-əhkam, 9-cu hədis; "Təhzib", əz-ziyadatu fil-qəzaya vəl-əhkam babı, 59-cu hədis. "Fürui-Kafi", "hüdud" kitabı, "həddul-qazif" babı, 12-ci hədis. "Fürui-Kafi", "diyat" kitabı, "nəvadir" babı, 8-ci hədis; "Təhzib", "əz-ziyadatu fil-qəzaya vəl-əhkam" babı, 82-ci hədis; "Mən la yəhzuruhul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "əl-hiyəlu fil-əhkam" babı, 11-ci hədis. "Kinayat" (Cürcani), səh.97 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.506, "Qəzayahu (ə) fi xilafətih" "Mənaqib" (Sərvi), "qəzayahu (ə) vən-Nəbiyyu (s.ə.v.v) həyyun" bölməsi. "Mən la yəhzuruhul-fəqih", "ma yəcibu bihit-tə`ziru vəl-həddu vər-rəcm" babı, hədis:31. "Fürui-Kafi", "kitabul-hüdud", "əl-axiru min sifətir-rəcm" babı, 1-ci hədis; "Təhzib", "hüdudüz-zina" babı, 23-cü hədis; "Mən la yəhzuruhul-fəqih", "ma yəcibu bihit-tə`ziru vəl-həddu vər-rəcm" babı, 32-ci hədis. "Fürui-Kafi", "əl-axiru min həddil-livat" babı, 1-ci hədis; "Təhzib", "əl-hüdudu fil-livat" babı, 7-ci hədis. Qəribədir ki, Ömər dini qayda-qanunların əksinə olaraq camaatı öz (gizlin) günahlarını iqrar etməyə məcbur edirdi. Belə ki, 7-ci fəslin 7-ci rəvayəti bu mətləbi sübuta yetirir. Şeyx Müfid bu hədisi nəql etdikdən sonra yazır: "O Həzrətin bu şəxslər barəsində verdiyi hökm həqiqətə çatmaq üçün təsəvvür olunan yeganə hökmdür. Çünki şahid yoxdur ki, onların vasitəsi ilə qatil öldürüləndən seçilə bilsin, yaxud qətlin qəsdən baş verdiyi sübut olunsun və bu hökm xata üzündən baş verən qətldə və qatilin səhvə düşdüyü hallardadır. Çünki öldürülənlərin qan bahası hər dörd qəbilənin üzərinə qoyulur və yaralananların yaralarının qan bahası ondan çıxılır. O Həzrət "öldürülən iki nəfərin diyəsi dörd qəbilənin üzərinədir"-dedikdə hər ikisinin birlikdə diyəsini nəzərdə tutur. Əks halda, onlardan hər birinin diyəsi öz qəbilələrindən başqa yerdə qalan üç qəbilənin öhdəsinədir. (Müəllif) "İrşad" (Şeyx Müfid), "qəzayahu (ə) fi xilafətih"; "Mən la yəhzur", "diyat" kitabı, "Hökmür-rəculi yəqtulur-rəculəyn" babı, 7-ci hədis; "Təhzib", "Kitabud-diyat", "Əl-iştiraku fil-cinayat" babı, 5-ci hədis. "İrşad" (Şeyx Müfid), "Qəzayahu (ə) fi xilafətih"; "Fürui-Kafi", "Kitabud-diyat", 6-cı hədis; "Təhzib", "Kitabud-diyat", "Əl-iştiraku fil-cinayat" babı, 3-cü hədis. "İrşad (Şeyx Müfid), "Qəzayahu (ə) fi hali həyatin-Nəbiyy (s.ə.v.v)", səh.105; "Fürui-Kafi", 7-ci cild, səh.286, "Təhzib", "Diyat" kitabı, "Əl-iştiraku fil-cinayat" babı, hədis-2 "İrşad (Şeyx Müfid), Qəzayahu (ə) vən-Nəbiyyu (s.ə.v.v) həyyun" bölməsi. "Mən la yəhzur", 16-cı bab, "Əs-sülh", hədis12; "Təhzib", "Sülh" babı, hədis14. "Mən la yəhzur", "Sülh" babı, 8-ci hədis; "Təhzib", "Əs-sülhü bəynən-nas" babı. "Fürui-Kafi", "Əl-məişət" kitabı, "Nəvadir" babı, 1-ci hədis; "Təhzib", 7-ci cild, səh.82, 68-ci hədis. "Fürui-Kafi", "Vəsaya" kitabı, "Nəvadir" babı, hədis-5 "Fürui-Kafi", "Əl-qəzau vəl-əhkam" kitabı, "Nəvadir" babı, hədis-23 "Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 13-cü hədis. "Fürui-Kafi", "Hüdud" kitabı, "N əvadir" babı, 19-cu hədis. "Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 26-cı hədis; "Təhzib", "Hüdud" kitabı, "Hüduduz-zina", 188-ci hədis. "Kamil" (Mubərrəd), 1-ci cild, səh.154 "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani". "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani". "Kəşful-ğumməh", 1-cild, səh.149 "Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir " babı, 24-cü hədis "Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 24-cü hədis "Mən la yəhzur", "Hüdud" kitabı, "Həddus-sirqəti", 9-cu hədis "Fürui-Kafi", "Diyat" kitabı, "zəmanu ma yusibud-dəvabb" babı, 13-cü hədis. "Fürui-Kafi", "Nikah" kitabı, "Nəvadir" babı, 46-cı hədis Övladın öz atasına mənsub edilməsinin səbəbi budur ki, birinci dəfə yaxınlıq etdikdən sonra bövl etmədiyinə görə nütfənin damlaları kanalda qalmış və ikinci dəfə bətnə cəzb olunmuşdur. Zahirən İmam Əli (ə)-ın buyurduğu bu səbəb ilə onu qane etmək istəmişdir. Çünki əgər birinci yaxınlıqdan sonra bövl etmiş olsaydı, yenə də övlad ona mənsub edilməli idi. Çünki bə`zi hallarda kişinin xəbəri olmadan nütfə qadının bətninə daxil olur. Bu barədə başqa hədislər də dəlalət edir. (Müəllif) "Mənaqib" (Sərvi), "Qəzayahu fi xilafəti Ömər"; "İrşad" (Müfid), səh.110 "İrşad (Müfid), səh.112 "Fürui-Kafi", "Şəhadat" kitabı, "Nəvadir" babı, 10-cu hədis "Fürui-Kafi", "Hüdud" kitabı, "müstəkrəh" babı, 1-ci hədis "Mənaqib" (Xarəzmi), "Əl-fəslut-tasiu fi elmih", 1-ci hədis "Bəqərə" surəsi, ayə:173 "İrşad" (Müfid), "Qəzayahu fi xilafəti Ömər" İkinci nahiyədən ona kamil hədd vurulmamasının səbəbi budur ki, zina həddi dörd dəfə iqrar etməklə sübuta yetir və qadın da yalnız bir dəfə iqrar etmişdir. Kişidən iftira həddinin saqit olmasının səbəbi də budur ki, qadının öz zina etməsinə iqrar etməsi ilə kişinin töhməti aradan qalxır. "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani". "Fürui-Kafi", "Hüdud" kitabı, "Həddul-livat" babı, 5-ci hədis; "Təhzib", "Hüdud" kitabı, "Həddul-livat" babı, 2-ci hədis "Fürui-Kafi", "Hüdud" kitabı, "Ma yəcibu fihil həddu fiş-şərab" babı, 15-ci hədis "Yunis" surəsi, ayə:35 İmam Sadiq (ə) buyurur: "Əmirəl-mö`minin Əli (ə) dan qabaq heç kəs belə qəzavət etməmişdir. Bu da Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra o həzrətin ilk qəzavəti idi." Şeyx Mufid "İrşad" kitabında yazır: "Bu rəvayət həm sünüilərin, həm də şiələrin müttəfiq olduqları xəbərdir." "Əğani", 11-ci cild, səh.99 "Fürui-Kafi", "şəhadət" kitabı, "Nəvadir" bölməsi, hədis-2 "İrşad" (Şeyx Müfid), "Qəzayahu fi xilafəti Osman". "Fürui-Kafi", "Diyat" kitabı, "Mən la diyətə ləhu" babı, 7-ci hədis, "Mən la yəhzur", "mən la diyətə ləhu" babı, 6-cı, hədis- "Təhzib", "diyə" kitabı, "Ziyadat" babı, 8-ci, hədis "Fürui-Kafi", "Diyat" kitabı, "Nəvadir" babı, "Təhzib", "Diyat" kitabı, "ziyadat" babı, hədis-6, "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid) "Fürui-Kafi", "Diyat" kitabı, "Diyətu eynul-ə`ma" babı, hədis-1, "Təhzib", "Diyat" kitabı, "diyətu eynul ə`vər" babı, hədis-2 "Cə`fəriyyat", "Təharət" kitabı, "Dəf`ul-həddi ənil-haiz" babı, səh.25 "Mən la yəhzur", "Hüdud" kitabı, "ma yəcibu bihit-tə`zir" babı, hədis-28 "Fürui-Kafi", "Hüdud" kitabı, "Sifətur-rəcm "babı, hədis-5 "Təhzib", "nisa" babı, səh.175 Qadınların bir-biri ilə cinsi əlaqədə olmasına müsahiqə deyilir. (Müt.) "Fürui-Kafi", "Hüdud" kitabı, hədis-1 "Mən la yəhzur", "Diyat" kitabı, "Nəvadir" babı, hədis-9 Yə`ni üç dəfə təlaq veriləndən sonra qadının ərə getdiyi digər bir kişi-red. "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani", 1-ci cild, səh.495 "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani", 1-ci cild, səh.500 Yenə orada, 1-ci cild, səh.501 "Kəşkül" (Şeyx Bəhai) "Fürui-Kafi", "ət`imə" kitabı, "əl-həmlu vəl-cədy" babı, hədis-5 "Fürui-Kafi", "Nüzur" babı, hədis-6 Şeyx Kuleyni bu rəvayəti andın kəffarəsi babında qeyd etmişdir. Lakin bu hökmün sair kəffarələrdə də cərəyan etməsi mümkündür. (Müəllif) "Fürui-Kafi", "Diyat" kitabı, "nəvadir" babı, hədis-21 Yenə orada, hədis-21 "Kitabus-seyd", "Seydus-səmək" babı, hədis-12 "Kitabul-ət`imə", "Lühumul-cəllalat" babı, hədis-3 "Fürui-Kafi", "Zəbaeh" kitabı, "Əlbəiru vəs-suriyyən təniani" babı, hədis-2 "Fürui-Kafi", "Nikah" kitabı, "Əl-müdəlləsəti fin-nikah" babı, hədis-9 "Fürui-Kafi", "Ərrəculu yudəllisu nəfsəhu" babı, hədis-1 "Fürui-Kafi", "Ərrəculu yudəllisu nəfsəhu" babı, hədis-10 "Nisa" surəsi, ayə:22 "Fürui-Kafi", "Nikah" kitabı, hədis-4 "Fürui-Kafi", "Nikah" kitabı, hədis-6 "Təhzib", "Nikah" kitabı, hədis-15 "Təhzib", "Nikah" kitabı, hədis-60 "Fürui-Kafi", 6-cı cild, səh.108, hədis-13 "Fürui-Kafi", 7-ci cild, səh.229, hədis-5 "Fürui-Kafi", 6-cı cild, səh.132 "Fürui-Kafi", 6-cı cild, səh.136, hədis-4 Müəyyən şəraitdə qadın üçün mehrül-misl tə`yin olunur ki, onunla eyni səviyyəli qadınların mehriyyəsindən ibarətdir. (Red.) Öz sahibindən övlad dünyaya gətirən kəniz ki, ağasının vəfatından sonra övladlarının payından azad olunur. (Red.) "Fürui-Kafi", 6-cı cild, səh.188, hədis-16 "Fürui-Kafi", 6-cı cild, səh.193, hədis-5 "Fürui-Kafi", 6-cı cild, səh.195, hədis-7 "Fürui-Kafi", 6-cı cild, səh.223, hədis-6 "Fürui-Kafi", 6-cı cild, səh.223, hədis-5 "Fürui-Kafi", 7-ci cild, səh.13, hədis-1 "Fürui-Kafi", 7-ci cild, səh.384, hədis-7 "Fürui-Kafi", 7-ci cild, səh.396, hədis-12. Bə`zi hədislərdə səbəbi belə qeyd olunur ki, Hacıların önündə gedən şəxs öz miniyini çəkir və öz azuqəsini qurtarır, öz canını zəhmətə salır,. namazını yüngül sayır. (Müəllifdən) "Fürui-Kafi", "Şəhadət" kitabı, hədis-7, səh.397 "Fürui-Kafi", "Vəsiyyət" kitabı, hədis-27 "Mən la yəhzur", "Vəsiyyət" kitabı, hədis-3 "Fürui-Kafi", 7-ci cild, səh.139, hədis-3 "Fürui-Kafi", 7-ci cild, səh.138, hədis-6 "Fürui-Kafi", 7-ci cild, səh.139, hədis-1 "Mən la yəhzur", "Miras" kitabı, hədis-2 "Təhzib", 8-ci cild, hədis-31 "Fürui-Kafi", hədis-9 "Fürui-Kafi", 7-ci cild, səh.209, hədis-20 "Fürui-Kafi", 7-ci cild, səh.218, hədis-4 Zinaya dair verilən şəhadətdə dörd nəfərin eyni qaydada və arada fasilə salınmadan şəhadət verməsi şərtdir. Buna görə də şərt pozulduqda, onlara, hətta şəhadətlərində haqq olsalar belə, iftira həddi vurulur. (Mütərcim) "Təhzib", "Hüdud" kitabı, hədis-190 "Fürui-Kafi", 7-ci cild, səh.223, hədis7, "Təhzib", "kitabul-hüdud" hədis23 "Fürui-Kafi", 7-ci cild, səh.223, hədis-7 "Fürui-Kafi", 7-ci cild, səh.224, hədis-11 "Fürui-Kafi", 7-ci cild, səh.226, hədis-5 "Fürui-Kafi", 7-ci cild, səh.226, hədis-6 "Fürui-Kafi", 7-ci cild, səh.237, hədis-20 "Fürui-Kafi", 7-ci cild, səh.250, hədis-3 "Fürui-Kafi", 7-cild səh255, hədis-1 "Fürui-Kafi", 7-ci cild, səh.260, hədis-1 "Fürui-Kafi", 7-ci cild, səh.283, hədis-10 "Mən la yəhzur", "Hüdud" kitabı, "nəvadir" babı, hədis-5 "Təhzib", 10-cu cild, hədis-22. Bu xüsusda O həzrətin Əhli-beytindən əlavə izahlar verilmişdir. Orada qeyd olunur ki, əgər bir neçə nəfərə bir kəlmə ilə töhmət vurubsa, yaxud hamılıqla onu tutub gətirsələr, bu halda bir hədd vurulmalıdır. Əks halda, ona vurduğu töhmətlərin sayı qədər hədd vurulmalıdır. Bu iki hədisin arasında ziddiyyəti qaldırmaq üçün Şeyx Tusi yuxarıdakı rəvayəti o yerlərə yozmuşdur ki, qəzf edən şəxsin töhməti bir kəlmə ilə olmuş, onlar isə onu hamılıqla tutub gətirmişdilər "Fürui-Kafi", 5-ci cild, səh.304, hədis-1 "Təhzib", 7-ci cild, səh.185, hədis-17 "Fürui-Kafi", 5-ci cild, səh.295, hədis-3 "Təhzib", "kitabul-qəza", "Əz-ziyadatu fil-qəzaya vəl-əhkam" babı, 6-cı cild, səh.300 "Fürui-Kafi", 7-ci cild, səh.215, hədis-6 (Bu rəvayətdən aydın olur ki, iki başlı şallaqla qırx zərbə vurmaq səksən şallaq hökmündədir. Buna əsasən sünnülərin nəql etdiyi "Əli (ə) Vəlidə qırx şallaq vurdu" hədisi səhvdir.) "Fürui-Kafi ",7-ci cild, səh.316, hədis-1 "Təhzib", "kitabul-qəzaya", "əl-qəzau fixtilafil-övliya" babı, hədis-5 "Əcaibul-qəzaya" (Qummi), səh.48, hədis-50 "Nəhcül-bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 "Nəhcül-bəlağə"nin şərhi İbni Meysəm 1-ci cild, səh.269 Həddən az olmaqla şəriət hakiminin məsləhət bildiyi miqdar şallaq zərbəsi və s. ilə ədəbləndirmə. (Mütərcim) "Mən la yəhzur", "Hüdud" kitabı, "həddul-qəzf" babı, hədis-27 Ərş- bir şeyin zay olunması müqabilində ödənilən əvəz. (Red.) "Muqniə", səh.23 (qədim çap) "Fürui-Kafi", 7-ci cild, səh.242, hədis-11 Ona görə ki, bu müamilə məchuldur. "Təhzib", "kitabut-ticarət", "babul ğərər", hədis-13 "Fürui-Kafi", 4-cü cild, səh.429, "Təhzib", "həcc" kitabı, "Təvaf" babı, hədis-118 "Fürui-Kafi", 4-cü cild, səh.273, hədis-4, "Təhzib", 5-ci cild, səh.14, hədis-40 "Müqniə", səh.44 "Muqniə", səh.43 (qədim çap) "Futuhul-büldan", (Bilazəri), səh.647 "Fürui-Kafi", 3-cü cild, səh.206, hədis-2 "Fürui-Kafi", 3-cü cild, səh.206, hədis-2 "Kinayat" (Cürcani), səh.100, Əl-babus-sani vəl-işrun Əgər bu rəvayətin düzgün olduğunu qəbul etsək, o hala yozulur ki, oğrunun tövbə iddiası sübuta yetməsin. Çünki əgər tövbə etmiş olsaydı, malı sahibinə qaytarmalı idi. Lakin tövbəsi sübuta yetməsə, cəzaya layiq görülür. Belə ki, İmam Sadiq (ə) dan nəql olunur: "Əgər oğru özü tövbə halı ilə gələrsə, oğurlanmış mal öz sahibinə qaytarılır və daha onun əli kəsilmir." (Müəllifdən) "Təhzib", "kitabul-miras", "mirasu əhlül-miləl", hədis-23 "Mən la yəhzur", "kitabud-diyat", 41-ci bab, hədis-2 "Mən la yəhzur", "kitabud-diyat", 45-ci bab, hədis-1 "Fürui-kafi", "Təlaq" kitabı, 5-ci bab, 6-cı cild, səh.115, hədis-1 "Fürui-Kafi", 6-cı cild, səh.159 hədis-1 "Təhzib", "Nəzir" kitabı, 8-ci cild, səh.317 hədis-58. "Mən la yəhzur", "Diyat" kitabı, 30-cu bab, hədis-20 "Fürui-Kafi", 7-ci cild, səh.195, hədis-5 "Fürui-Kafi", 7-ci cild, səh.23, hədis-1 "Ğəribul hədis" (İbni Quteybə), səh.343 "Fürui-Kafi", 5-ci cild, səh.147, hədis-1 "Əğani", 16-cı cild, səh.266 "Mən la yəhzur", "Diyat" kitabı, 23-cü bab, hədis-1 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.271 اَلْحَمْدُ لِلّهِ الْمَلِكِ الْمَحْمُودِ الْمَالِكِ الْوَدُودِ مُصَوِّرِ كُلِّ مَوْلُودٍ وَ مُؤَمَّلِ كُلِّ مَطْرُودٍ "Nəhcül-bəlağə"nin şərhi (Molla Fəthullah Kaşani) "Mənaqib" (Sərvi), "qəzayahu (ə) fi əhdi Əbi Bəkr" "Biharul-ənvar", 3-cü cild səh 81 "Biharul-ənvar", 75-ci cild, səh.45, "Nəhcül-Bəlağə"nin şərhi (İbni Əbil Hədid), 2-ci cild, səh.190 "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 4-cü cild, səh.546 "Nəhcül-bəlağə", 462-ci hikmət "Ali-İmran" surəsi, ayə:133 "Nəhl" surəsi, 43 "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi hali həyatin-Nəbiyy (s.ə.v.v)" "Məarif" (Əli ibni Tavus), səh329 "Bəqərə" surəsi, ayə:115 "Mücadilə" surəsi, ayə 7 "İsra" surəsi, ayə:85 "Əmali" (Səduq), 55-ci məclis, "Tovhid" (Səduq), səh.304 "Biharul-ənvar", "adabus-səlat" babı, 81-ci cild, səh.254 "Tovhid" (Səduq), 41-ci bab, 6-cı hədis "Tovhid" (Səduq), 3-cü bab, 2-ci hədis "Fürui-Kafi", "həcc" kitabı, "nəvadir" babı, 4-cü cild, səh.546, 29-cu hədis "Nəhcül-bəlağə", 229-cu xütbə "Nəhcül-bəlağə", 404-cü hikmət "Fürui-Kafi", "təlaq" kitabı, "əqra`nın mə`nası "babı "Rovzeyi Kafi", səh.241, hədis:331 "Loğman" surəsi, ayə:20 "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi həyatin-Nəbiyy (s.ə.v.v)" "Zümər" surəsi, ayə:43 "Əcaibul-qəzaya" (Qummi), səh.103, hədis-172 "Hud" surəsi, ayə:55 "Xəsais" (Seyyid Rəzi), səh.63 "Hud" surəsi, ayə:55 Bunu bə`zilərindən eşitmişəm (Müəllif) "Cameul-əxbar", 5-ci fəsil, Əli(ə)-ın fəzilətləri "Xisal", babul-isnəyn, hədis-56 "Tarixi Bəğdad" "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih". Məsələnin ətraflı izahı budur ki, Üzeyir təqribən otuz yaşında ikən oğlu dünyaya gəldi və on ildən sonra, onun qırx yaşı olduğu zaman oğlunun on yaşı olduqda vəfat etdi, yüz ildən sonra Allah onu diriltdi, bu zaman onun oğlunun yüz on yaşı var idi, özü isə (öldüyü illəri çıxdıqda) qırx yaşı var idi. "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" "Kəşkül" (Şeyx Bəhai", 1-ci cild, səh.495, "Məcməül-Bəhreyn", "Nəfs" kəlməsi ilə əlaqədar bəhs. "Tövhid" (Səduq), 60-cı bab, "Əl-qəza", hədis:-3 "Nəhcül-Bəlağə", 229-cu hikmət "Nəhcül-Bəlağə", 231-ci hikmət "Nəhcül-Bəlağə", 437-ci hikmət "Xəsais" (Seyyid Rəzi), səh.90 (Cəvabatul-Məsail) "Biharul-ənvar", 40-cı cild, səh.283 İmam Əli (ə)-ın kəlamının nümunələri ilk növbədə Bəni-Nəccar qəbiləsindən və Ənsardan olan Sürmət ibni Əbi Ənəs idi. Cahiliyyət dövründə bütpərəstlərdən, müşriklikdən üz çevirmişdi və deyirdi ki, mən İbrahimin Pərvərdigarına pərəstiş edirəm. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) peyğəmbərliyə seçiləndə Sürmət İslamı qəbul etdi və həqiqi müsəlmanlardan oldu. İkinci qisim İslamın əvvəllərindəki səhabə və müsəlmanların çoxudur. Üçüncü qisim isə Üməyyət ibni Sələt idi ki, cahiliyyət dövründə bütpərəstlikdən əl çəkmiş, Peyğəmbəri-Əkrəmin (ə) risalətinin müjdəsini asimani kitablardan oxumuş və camaata bu barədə xəbər vermişdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) nübüvvətə seçildikdə ədavət və həsəd üzündən onu inkar etdi. (Müəllif) "Məarif" (İbni Qüteybə), səh.36 "Tövhid" (Səduq) , "Qəza" babı, səh.271 "Qaləta ətəyna taiəyn". "Təkvir" surəsi, 17 "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdi Əbu Bəkr " "Qaf" surəsi, ayə:37 "Nəbə" surəsi, ayə:12 "Əl-Haqqə" surəsi, ayə:17 "Yusif" surəsi, ayə:3 "Yusif" surəsi, ayə:3 "Bəqərə" surəsi, ayə:60 "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdis sani " "Ə`raf" surəsi ayə:170 "Saffat" surəsi, ayə:146 "Təzkirə" (Sibt ibni Covzi), səh.85, Beyrut çapı 2-ci cild, səh.271 "Əcaibul-Qəzaya" (Qummi) , səh.117 "Ənfal" surəsi, ayə:28 Zahirən Mə`munun dövründə mütəkəllimlərin arasında Qur`anın məxluq olub-olmaması ilə əlaqədar yaranan münaqişənin əsası bə`zi rəvayətlərdə gələn bu tə`birdir. Lakin düzü bundan ibarətdir ki, məxluq dedikdə məqsəd məkzubdur. Yə`ni Qur`an haqq bir kitabdır ki, Allah tərəfindən nazil edilmişdir və onda heç bir yalana yol yoxdur. Halbuki kafirlər deyirdilər ki, Məhəmmədin dedikləri onun öz ixtira etdikləridir. (Müəllif) "Səlat" və "salavat" eyni kökdən olan isimlərdir. (Müt.) "Mənaqib" (Gənci Şafei) "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdi Əbu Bəkr "Mənaqib" (Sərvi), 2-ci cild, səh.288 "Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" "Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm) 1-ci cild, səh.269 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.425, "Fi əxbarihi bil-ğeyb " "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdis-sani" "Vəsailuş-şiə", 19-cu cild, səh.77 Bəlkə də məqsəd budur ki, o kişi özünün bakirə kənizi ilə yaxınlıq etmişdir ki, qocalıq, yaxud digər səbəblərə görə iftizaza səbəb olmamışdır, kəniz də ondan hamilə olub. Bir müddətdən sonra kişi kənizi azad edib onunla evlənir. Qadın doğduğu həmin gecədə kişi dünyadan gedir və onun mirası oğluna və oğlunun anasına keçir. (Müəllif) "Mənaqib", "Qazayahu (ə) fi Əhdi Əbi Bəkr" "Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" "Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.510 "Ə`lamunnas fi Bənil-Əbbas", səh.56 (Harunun xilafəti) "Mö`cəmül-üdəba ", 14-cü cild, səh.48 "İrşad" (Şeyx Mufid), səh.107 "Nisa" surəsi, ayə:175 "Nisa" surəsi, ayə: 11 "İrşad" (Şeyx Mufid), səh.107 "Tarixi Təbəri", 1-ci cild, səh.594 "Nəhcül-bəlağə" 13-cü xütbə "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 1-ci cild, səh.89 "Fürui-Kafi", "Kitabul-qəzaya", "Nəvadir" babı, 10-cu hədis; "Təhzib", "Qəza" kitabı," Əzziyadatu fil-qəzaya" babı, 12-ci hədis Bu məsələnin riyazi incəliyi budur ki, o üç nəfərin özləri üçün tə`yin etdikləri pay düzgün vahiddən 1÷18 miqdar az idi və həqiqətdə həmin 1÷18 miqdar öz paylarının nisbətində hər birinin payından artıq idi. Məsələn, birincisi on yeddi dəvədən doqquz dəvənin sahibi idi, nəinki on yeddi dəvədən 5÷8. Həmçinin ikincisi və üçüncüsü də eynilə. Artıq miqdarlar dəqiq olduğuna və sual edən şəxslərin də riyazi qanunları bilmədiyinə görə İmam heç bir izah vermədən çox sadə yolla onların çətinliklərini həll etdi. (Müəllifdən) Bu ədəd qeyd olunan ədədlərə kəsirsiz bölünən ən kiçik ədəddir. "Kəşkül" (Şeyx Bəhai), 2-ci cild, səh.42 "Kəşkül", 2-ci cild, səh.499 "Murucuz-zəhəb", 2-ci cild, səh.371 İbni Əbil Hədid "Nəhcül-bəlağə"nin şərhində Əbu Hüreyrədən belə nəql edir: Əbu Musa Əş`əridən səkkiz yüz min dirhəm pulu Ömərin yanına gətirdim, Ömər dedi:–Nə qədər pul gətirmisən? Dedim: Səkgiz yüz min dirhəm. Ömər bir neçə dəfə təəccüblə dedi:–Səkkiz yüz min dirhəm! Sonra mənə dedi:–Vay olsun sənə. Səkkiz yüz min dirhəm nə qədərdir? Dedim: Yüz min dirhəm« Səkkiz dənə yüz min dirhəm. Və onu səkkiz dəfə təkrar etdim. Bundan sonra həmin məbləğ Ömərin nəzərində çox mühüm və çox gəldi. "Nəhcül-bəlağə"nin şərhi, 3-cü cild, səh.113 "Lillahi biladu filan" xütbəsinin şərhində. "Mənaqib" (Sərvi), 2-ci cild, səh.268 İzah: Fərz olunan məsələdə bölgü 1÷8 qədər artıq gəldiyindən hər bir paydan ona nisbətən azaldılmalıdır. Və məxrəc də iyirmi yeddi üzərində bölünmüşdür. Nəticədə qadının payı 1÷8-dən 1÷72 qədər azaldılır, 1÷9-ə çevrilir, ata-ananın payı 1÷27, iki qızın payı isə 2÷27 qədər azaldılaraq ardıcıl olaraq 8÷27 və 16÷27-a çevrilir. (Mütərcim) Bu məsələnin də cavabı tə`sibə əsasəndir (yə`ni, irsdən pay aparanların tərəkəsinin artıq miqdarını ikinci təbəqədən olan varislərə vermək). Sünnülər buna inanırlar, amma şiə məzhəbinə görə bu, batil sayılır. O Həzrətin cavabı da sabiq xəlifələrin rə`yinə əsasən olmuşdur. Çünki şərait bunu tələb etmirdi ki, Həzrət bu bid`əti, həmçinin onların digər bid`ətlərini, o cümlədən həcc müt`əsini, qadınların müt`əsini, təlaqa and içməyi dəyişdirsin. (Müəllif) "İrşad" (Şeyx Mufid), O Həzrətin qeybi xəbərlərindən bəhs edən bölmə. Həmçinin bu xəbəri İbni Babəveyh və İbni Quləveyh də nəql etmişlər. Həmçinin orada sual edən şəxsin Sə`d ibni Əbi Vəqqas olduğunu qeyd etmişdilər ki, onun da oğlu Ömər ibni Sə`d olmuşdur. (Müəllif) "Məcməul-bəyan" təfsiri "Fürui-Kafi", "Kitabul-qəza", "Nəvadir" babı, hədis:3 "Nəhcül-bəlağə", xütbə-166 "Əla" kəlməsinin "məə" mə`nasına işlədilməsi çoxdur. O cümlədən "Əl-həmdu lillahil-ləzi vəhəbəni ələl-kibəri İsmailə". Burada "əla" kəlməsi "məə" mə`nasındadır. Həmçinin "və yut`imunət-təamə əla hubbihi" ayəsində də "məə hubbihi" mə`nasınadır. ("Əl-ilahiyyatu vəl-islam", səh.80) "Əl-hey`ətu vəl-islam", səh.83 "Biharul-ənvar", 3-cü cild, səh.112-113 Qəməri ayının axırıncı üç günü ki, ay gözə görünmür. (Red.) "Vəsailuş-şiə", 6-cı cild, 12-ci bab, "Əbvabu sədəqə", hədis:1 "Qəsəs" surəsi, 8-ci ayə "Fürui-Kafi", "kitabul- ət`imə", "səmək" babı, hədis:5 "Fürui-Kafi", 6-cı cild, səh.340, hədis:1 "Fürui-Kafi", 6-cı cild, səh.316, hədis:2 "Fürui-Kafi", 6-cı cild, səh.522, hədis:11 "Fürui-Kafi", 6-cı cild, səh.317, hədis:8 "Fürui-Kafi", 6-cı cild, səh.337, hədis:1 "Fürui-Kafi", 6-cı cild, səh.351, hədis:1 "Fürui-Kafi", 6-cı cild, səh.357, hədis:11 "Fürui-Kafi", 6-cı cild, səh.357, hədis:1 Fürui-Kafi", 6-cı cild, səh.375, hədis:1 "Fürui-Kafi", "Kitabuzzə`y", "babul-həmmam", hədis:19 "Fürui-Kafi", 6-cı cild, səh.326, hədis:4 "Xisal", "babul- vahid", hədis 65 "Fürui-Kafi", 6-cı cild, səh.254, hədis:5 "Xisal", "babus -səlasət", hədis:44 "Fürui-Kafi", 6-cı cild, səh.317 , hədis 8 "Fürui-Kafi", 6-cı cild, səh.335 hədis 5 "Biharul-ənvar", 1-ci cild, səh.218. Bu ifadə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən də nəql olunmuşdur. Əli (ə)ın bu barədə buyurduğu belədir: "Elmlər dörd növdür: Fiqh-dinlər üçün, tibb-bədənlər üçün, nəhv-dil üçün və nücum-zamanı öyrənmək üçün." Hədisin mətni belədir: سُئِلَ اَمِيرُ الْمُؤمِنِينَ (عَلَيْهِ السَّلاَمُ) عَنِ الصَّنْعَةِ فَقَالَ: هِيَ اُخْتُ النُّبُوَّةِ وَ عِصْمَةُ الْمُرُوَّةِ وَ النّاَسُ يَتَكَلَّمُونَ فِيها بِالظّاٰهِرِ وَ اَنَا اَعْلَمُ وَ اللّهِ ظَاهِرَهَا وَ بَاطِنَهَا، ما هِيَ وَ اللّهِ اِلّا مَاءٌ جَامِدٌ وَ هَواءٌ رَاكِدٌ وَ نَاٰرٌ حَائِلَةٌ وَ اَرْضٌ سَائِلَةٌٍ Bəlkə də birinci cümlədən məqsəd filizlərin əridilməsi sənayesidir ki, onların əridilmiş xəlitəsi müxtəlif hissələr surətinə düşür ki, bu da hazırkı əsrin çox mühüm sənayesindən biridir. İkincisi isə donmuş qazlar və havadan ibarətdir ki, yenə də bə`zi sənaye növlərində istifadə olunur. (Soyuducu, koler, avtomobilin təkəri və s.) Üçüncü hissədə elektrik cərəyanına, dördüncüsü isə neft və ona aid olan məhsullara işarədir. "Mənaqib" (Sərvi), 1-ci cild, səh.274. Sənət baxımından bu rəvayətin e`tibarlı olub-olmaması mə`lum deyil. Amma kimyanın varlığını xəyali bir şey hesab etmək olmaz. Bir şeyi bilməmək onun mövcud olmamasına dəlil ola bilməz. İmam Sadiq (ə)-ın şagirdi olan Cabir ibni Həyyan məşhur bir kimyaçı idi. O özünün "Ər-rəhmət" adlı kitabında (kimya sənayesi barəsində yazmışdır) filizlərin qızıla necə çevrilməsi ilə əlaqədar bir fəsil gətirmişdir. Həmçinin, məşhur təbib və kimyagər Məhəmməd ibni Zəkəriyya Razi də bu barədə geniş təhqiqatlar aparmış və sınaqdan keçirmişdir. "Fürui-Kafi", 5-ci cild, səh.307, hədis-15 "Nəhcül-bəlağə", 315-ci hikmət "Təbəqatun-nuhat" (Süyuti) "Təzkirə" (Sibt ibni Covzi), səh.116 "Təhzib", 6-cı cild, səh.315, hədis:-80 "Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdissani", 1-ci cild, səh.498 Mərhum Nəraqi "Xəzain" kitabında (səh.113) belə qeyd edir: "Arvadın hamilə olduğu zaman oğlan və ya qız olduğunu bilmək istəyirsənsə, onun südündən bir miqdarını sağıb bir qaba qoy və onun üzərinə su tök. Əgər süd suyun üstünə qalxırsa, deməli oğlandır, əks halda qızdır." "Fürui-Kafi", 6-cı cild, səh.46, hədis-3 "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil-Hədid), 3-cü cild, səh.360 "Məarif", səh.124 "Fürui-Kafi" 6-cı cild, səh.46 "Üyun" (İbni Quteybə), 4-cü cild, səh.88 "Əcaibul-qəzaya", (Qummi), səh.72, hədis-69 "Əcaibul-qəzaya" (Qummi), səh.71, hədis-68 "Fürui-Kafi" 7-ci cild, səh.426 "Fəzail" (İbni Şazan), səh.59 "Biharul-ənvar", 1-ci cild, səh.96, hədis-39 "Tuhəful-uqul", səh.102 "Fürui-Kafi", 5-ci cild, səh.538, hədis-1 "Xisal", 1-ci cild, səh.110 "Fürui-Kafi", 6-cı cild, səh.144, hədis-10 "Fürui-Kafi", 5-ci cild, səh.335, hədis-2 "Təhzib", 9-cu cild, səh.203 "Fürui-Kafi", 3-cü cild, səh.94, hədis-1 "Mən la yəhzurul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "babus-seyd vəz-zəbaih", hədis-42 "Mən la yəhzurul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "babus-seyd vəz-zəbaih", hədis-43 "Qurbul-əsnad", səh.123 "Fürui-Kafi", "kitabul- əqiqə", "babun-nəşv", hədis-1 "Fürui-Kafi", 7-ci cild, səh.159, hədis-1, "Kafi" kitabında Bəzənti Əbu Cəmilədən nəql edir ki, Fars əyalətində ərli bir qadını gördüm ki, onun iki başı və iki sinəsi var idi, aşağı hissələri isə bir insandan ibarət idi. Başlardan hər biri digərinə həsəd edirdi. Başqa yerdə nəql olunur ki, bu qaydada olan bir kişini gördüm ki, hər ikisi toxuculuqla məşğul idi. "Fürui-Kafi", 7-ci cild, səh.159, hədis-2-3 (Müəllifdən) "Mənaqib" (Sərvi), 1-ci cild, səh.504 "Rovzə" (Fətal) "Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 Kəniz dedikdə məqsəd onların mülkiyyətində olan kənizdir və bu rəvayətdə onlara şər`i cəza verilməsi qeyd olunmamışdır. Lakin səhabələr inanırdılar ki, onlardan hər birinə üçdə iki hədd vurulmalıdır. Belə ki, bu xüsusda rəvayət nəql olunmuşdur. (Müəllif) "Təhzib", 8-ci cild, səh.169, hədis-14 "Fürui-Kafi" 7-ci cild, səh.1377, hədis-4, "Təhzib", 9-cu cild, səh.359, hədis-3 "Mən la yəhzurul fəqih"," əbvabul-qəzaya vəl-əhkam", hədis-8 "Fürui-Kafi" 7-ci cild, səh.419, hədis-3 "İrşad" (Şeyx Mufid), səh.118 Yenə orada "İrşad" (Şeyx Müfid), səh.118 Yenə orada "Fürui-Kafi", 7-ci cild, səh.40, hədis-2 "Təhzib", 6-cı cild, səh.295, hədis-28 "Fürui-Kafi", 4-cü cild, səh.142, hədis-5 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.510 "Əcaibul-qəzaya" (Qummi), səh.90, hədis-147. Lakin Şeyx Səduq "Məanil-əxbar"da bu hədisin təfsilatını belə qeyd edir ki, icbar sultan tərəfindən, ikrah isə arvad və ata-ana tərəfindəndir. "Fürui-Kafi", 7-ci cild, səh.463, hədis-21 "Məanil-əxbar", səh.151 "Fürui-Kafi", 7-ci cild, səh.455, hədis-3, Məkkədə qurbanlıq edilən dəvə , yaxud qoyun. Yə`ni, onun bir nalını onun boynuna assın, kürəyinin sağ tərəfini bir az yarsın və onun qanından dəvənin üzünə sürtsün. Dəvə "Fürui-Kafi" 7-ci cild, səh.457, hədis-13 İmam Əli (ə)-ın bu kəlamının nümunələrindən biri Rəbiə ibni Mükəddəm (Bəni Fəras tayfasındandır) idi. Deyirlər ki, bir səfərdə onun əhli-əyalından bir neçə nəfər var idi ki, yalnız onlara təklikdə keşik çəkirdi. Bu zaman Bəni Səlim tayfasından iki atlını gördü. Onlardan biri ox atıb onun düz ürəyinə vurdu. Bu zaman Rəbiə düşmənin bu hadisədən agah olmaması və ona hücum etməməsi üçün nizəsini yerə vuran halda atın üstündə oturmuşdu, kəcavələr Həyyin evlərinə çatıncaya qədər ona söykəndi. Bəni Səlim onun qarşısında dayanıb hərəkət etmirdilər. Təsəvvür edirdilər ki, o diridir. Nəhayət onlardan biri başa düşdü və onlara dedi: "Mənə elə gəlir ki, o ölmüşdür, çünki ümumiyyətlə hərəkət etmir." Sonra onun atına tərəf bir ox atdılar. At yerindən sıçradı və Rəbiənin cansız cəsədi yerə düşdü. (Müəllif) "Nəhcül-bəlağə", 20-ci xütbə "Nəhcül-bəlağə", 63-cü xütbə "Fürui-Kafi", 6-cı cild, səh.253, hədis-2 "Mənaqib" (Sərvi), səh.492 "Fürui-Kafi", 5-ci cild səh.378, hədis-1 "Fürui-Kafi", 5-ci cild, səh.379, hədis-6 "Fürui-Kafi", 5-ci cild, səh.339, hədis-6 "Mustətrəfat" (Sərair), səh.149 "Xisal", səh.63 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 "Mənaqib", 1-ci cild, səh.494 "Fürui-Kafi", 7-ci cild, səh.322, hədis-3 "Fürui-Kafi", 7-ci cild,səh.324, hədis-9 "Fürui-Kafi", 7-ci cild, səh.323, hədis-7 Bu xəbərin zahiri mübhəmsiz deyildir və Müaviyə ibni Əmmarın İmam Sadiq (ə)-dan nəql etdiyi bir rəvayəti mülahizə etdikdə aydın olur ki, o Həzrət bu kimi hadisələrdə buyurur: "Əvvəlcə şəxsin bir gözünü parça ilə bağlayın və yumurtanı o biri gözünün qarşısında saxlayıb görməyəcəyi miqdarda uzaqlaşdırın. Sonra həmin nöqtəni müəyyən edib qalan üç tərəfdən də həmin gözün görmə qabiliyyətini nişanlayın, daha sonra onları bir-biri ilə müqayisə edin. Əgər onların arasında heç bir fərq olmazsa, iddiasında doğruçudur. Digər gözünün görmə qabiliyyətini də həmin qaydada yoxlayın, sonra iki gözün görmə qabiliyyəti arasındakı fərqləri müəyyənləşdirin. Həmin miqdarda ona cinayət ərşi verin." (Müəllifdən) "Fürui-Kafi", 7-ci cild, səh.323, hədis-8 "Əcaibul-qəzaya" (Qummi), səh.93, hədis-48. Bu rəvayətdə hər iki gözün, əvvəlki rəvayətdə isə bir gözün yoxlanmasından söhbət gedirdi ki, digər bir gözlə müqayisədə cinayət ərşi tə`yin olunur. "Fürui-Kafi", 5-ci cild, səh.411, hədis-8 "Vəsailuş-şiə", 19-cu cild, səh.275, hədis-6 "Təhzib", 6-cı cild, səh.319, hədis-86 "Nəhcül-bəlağə", hikmət:253 "Fürui-Kafi", 7-ci cild, səh.319, hədis-1 "Mən la yəhzur", "kitabul-qəza", "babul-hiyəl fil-əhkam", hədis-2. Şeyx Səduq "Fəqih" kitabında bu hadisəni nəql etdikdən sonra deyir: "Əli (ə)-ın tədbiri yalnız buna görə idi ki, camaatı and içməklə təlaq verənlərin əlindən xilas etsin. (Müəllif) (Bu, elə fizikadakı Arximed qanunudur. Müt.) "İrşad", Şeyx Mufid, səh.118 "Əzkiya" (ibni Covzi), səh.25, 8-ci bab "Biharul-ənvar", 40-cı cild, səh.286 "Mənaqib" (Sərvi), 1-ci cild səh309 "Nisa" surəsi, ayə:3 "Nəml" surəsi, ayə:69 "Təfsiri Əyyaşi", 1-ci cild, səh.219 "Nuh" surəsi, 12-19 ayələr "Ənfal" surəsi 34, "Nəhcül-bəlağə", hikmət 88 "Nəhcül-bəlağə", hikmət:42 "Hədid" surəsi, ayə:22 "Nəhcül-bəlağə", hikmət:377 "Ə`raf" surəsi, ayə:99 "Yusif" surəsi, ayə:87; "Nəhcül-bəlağə", hikmət:377 "Nəhcül-bəlağə", hikmət:294 "Nəhcül-bəlağə", hikmət:396 "Nəhcül-bəlağə", hikmət:356 "Nəhcül-bəlağə", 137-ci xütbə "Ğarat" (Səqəfi), səh.111 "Mənaqib" (Sərvi), 1-ci cild, səh510 "Fürui-Kafi", 6-cı cild, səh.220, hədis-6 "Xisal", səh.615 "Xisal", səh.615 "Fürui-Kafi", "babus-seyd", hədis-4 "Fürui-Kafi", 6-cı cild, səh.227 "Xisal", səh.619 "Təhzib", 10-cu cild, səh.315, hədis-16 "Fürui-Kafi", 6-cı cild, səh.247, hədis-3 "Fürui-Kafi", "kitabul-məişət", hədis-12 "Fürui-Kafi", "kitabuz-zəkat", hədis-1 "Fürui-Kafi", 5-ci cild, səh.292, hədis-2 "Fürui-Kafi", 7-ci cild, səh.352, "Təhzib", 10-cu cild, səh.229 Təsadüfi deyildir ki, Peyğəmbər (s.ə.v.v) bu qəziyyədə, eləcə də tarixdə oxşarı az olmayan sair hadisələrdə əvvəlcə məsələnin hökmünü bəyan etməyi başqalarına həvalə edir, onlar aciz olub xata və səhv hökm verdikləri zaman qəzavəti Əli (ə)-a həvalə edir, sonra əksər hallarda onun qəzavətinin düzgünlüyünə, bə`zi hallarda isə başqalarının xatasına aşkar şəkildə tə`kid edirdi. Peyğəmbər (s.ə.v.v)-in bu işi göstərirdi ki, o həzrətin özündən sonra canişinlik və xilafət məqamının şərtlərinə və İslam ümmətinə rəhbərlik ləyaqətinə təkcə Əli (ə) malikdir, buna görə də elm və əməl baxımından belə bir ilahi məqama sahib olmağa başqaları yox, yalnız o layiqdir. Amma başqalarının şər`i məsələləri bəyan edərkən yol verdikləri təkrar xata və səhvlər hamıya mə`lum idi. Peyğəmbər (s.ə.v.v) bu işləri ona görə görürdü ki, haqq hamı üçün aydın olsun, höccət bütün insanlara tamamlansın, bir kəs üçün üzr və bəhanəyə yer qalmasın və "həlak olanlar dəlil-sübut üzündən həlak olsunlar, yaşayanlar da dəlil-sübut üzündən yaşasınlar." ("Ənfal" surəsi, ayə:42) Müəllifdən. "Muqni", səh44 "Fürui-Kafi", 7-ci cild, səh.352, "Təhzib", 10-cu cild, səh.228, hədis-33 "Təhzib", 10-cu cild, səh.310, hədis-11 "Təhzib", 10-cu cild, səh.228, hədis-31 "Fürui-Kafi", 7-ci cild, səh.353, "Təhzib", 10-cu cild, səh.328 "Fürui-Kafi", 7-ci cild, səh.353,, "Təhzib", 10-cu cild, səh 227, hədis-25 "Fürui-Kafi", 7-ci cild, səh 353,, "Təhzib", 10-cu cild, səh.327, hədis-27 "Vəsailuş-şiə", 19-cu cild, səh.186, hədis-12 Bir zira barmaqların ucundan dirsəyə qədər olan məsafədir. "Əcaibul-qəzaya" (Qumi), 91-ci səh.hədis-138 "Fürui-Kafi", 7-ci cild, s.428, hədis-11; "Təhzib", 6-cı cild, s.290, hədis-10 "Təhzib",7-ci cild, səh.361, hədis-28 "Fürui-Kafi", "Hüdud" kitabı, "nəvadir" babı, hədis-38 "Fürui-Kafi", 6-cı cild, səh.47, hədis-8 "Əcaibul -əzaya" (Qumim,) səh.88 "Fürui-Kafi", 7-ci cild, səh.265 "Mən la yəhzur", "Kitabül-qəzaya vəl-əhkam", 15-ci bab, hədis:6 "Mən la yəhzur", "kitabul-qəzaya vəl-əhkam", 13-cü bab, hədis:1 "Mən la yəhzur", "kitabul-qəzaya vəl-əhkam", 69-cu bab, hədis:56 "Fürui-Kafi", 7-ci cild, səh.263, hədis20 "Fürui-Kafi", "kitabul-hüdud", hədis:20 "İrşad" (Şeyx Mufid), səh.119 "Fürui-Kafi", 4-cü cild,səh.180, hədis:3 "Xəsais" (Seyyid Rəzi), səh.101 "Ərais" (Sə`ləbi) Hərəm hüdudlarından xaricdə yaşayanlara deyilir, məqsəd Məkkeyi-müəzzəmə hərəmindən onun ətrafında müəyyən miqdara qədər, hərəm və ondan kənarlar isə hill sayılır. "Mənaqib" (Sərvi), 1-ci cild, səh.502 "Nurus-səqəleyn" təfsiri, 3-cild, səh.225 "Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.581 "Fürui-Kafi", 7-ci cild, səh.385, hədis:5 "Fürui-Kafi", "kitabus-siyam", "babul nəvadir", hədis:7 "Xisal" (Şeyx Müfid), "qəzayahu fi əhdi Əbi Bəkr", səh.108 "Fürui-Kafi", 6-cı cild, səh.312, hədis:2 "Tarixi-Təbəri", 3-cü cild, səh.265 "Qurbul-əsnad", səh.35 "Təhzib", 2-ci cild, səh.314, hədis:133 "Siffeyn" (Nəzr), səh.126 "Təhzib", 8-ci cild, səh.34, hədis:-25 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.408 "Təhzib", 7-ci cild, səh.352, hədis:64 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.408 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.490 "İrşad" (Şeyx Müfid), səh.216 "Əcaibul-qəzaya" (Qummi), səh.46, hədis:44 "Əcaibul-qəzaya" (Qummi), səh.46, hədis:45 "Fürui-Kafi", 7-ci cild, səh.370; "Mən la yəhzur", "kitabul-hüdud", "təhrimud-dima" babı, hədis-23 "Mənaqib", 1-ci cild, səh.495 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.491 "Fürui-Kafi", 6-cı cild, səh.389, hədis-5. Əli (ə)-ın bu kəlamının düzgünlüyünün şahidi budur ki, Kufə şəhəri yarandığı ilk dövrdən belə, şiə mərkəzi olmuş və zalım hakimlər tarix boyu şiələrin kökünü o diyardan kəsə bilməmişlər. (Müəllif) "Mənaqib" (Sərvi), 1-ci cild, səh.269 "Nəhcül-Bəlağə", Hikmət-296 "Nəhcül-Bəlağə"nin şərhi, (İbni Əbil Hədid), 1-ci cild, səh.88 "Fürui-Kafi", 7-ci cild, səh.404 "Fürui-Kafi", 6-cı cild, səh.403 "Fürui-Kafi", 7-ci cild, səh.215 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.496 "Fürui-Kafi", 7-ci cild, səh.347, hədis-1; "Təhzib", 10-cu cild, s.270, hədis-10 "Fürui-Kafi", 7-ci cild, səh.360; "Mənaqib" (Sərvi), 1-ci cild, səh.497; "Təhzib", 10-cu cild, səh.278, hədis-1; "Mən la yəhzur", 4-cü cild, səh.128, hədis-14 "Fürui-Kafi", 7-ci cild, səh.289; "Təhzib", 10-cu cild, səh.272, hədis-19 "Mu`minun" surəsi, ayə:95 "Fürui-Kafi", 7-ci cild, səh.268, hədis-40 "Nəhcül-Bəlağə", Hikmət -338 "Nəhcül-Bəlağə", Hikmət -338 "Nəhcül-Bəlağə", Hikmət -116 "Nəhcül-Bəlağə", Hikmət 128 "Nəhcül-Bəlağə", "Məktublar" bölməsi, 77. O Həzrətin buyurduğu sözlər tamamilə düzgündür. Gördüyünüz kimi, bütün İslam firqələrinin hamısı Qur`ana isnad edirlər. Məhz buna istinad edərək, Ömər Peyğəmbər (s.ə.v.v)-in dünyadan getdiyi zaman vəsiyyət etməsinə imkan verməyərək dedi:-Allahın Kitabı bizim üçün kifayətdir. Ömərin özü də Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra o Həzrətin vəfat etməsini inkar edir, halbuki, bu iş Qur`anın aşkar və möhkəm ayələrinin aşkar buyuruğudur. (Müəllif). "Siffeyn" (Nəsr ibni Müzahim), səh.116 "İrşad" (Şeyx Müfid), səh.111; "Kamil" (İbni Əsir), 2-ci cild, səh.180 "Nəhcül-Bəlağə", Xütbə 130 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.338 "Şərhi Nəhcül-Bəlağə" (İbni Əbil Hədid), 3-cü cild, səh.156 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.495 "Kamil" İbni Əsir, 2-ci cild, səh.134 (16-cı hicri ilinin hadisələri). "İrşad" (Şeyx Müfid), səh.100 "Siffeyn", Nəsr, səh.215 "Tarixi-Təbəri", 3-cü cild, səh.205; "Kamil" (İbni Əsir), 2-ci cild, səh.16 Münafiq bir şəxs olan Müğeyrə bu iddiasında Peyğəmbərə (s.ə.v.v) iftira atmışdır. Onun münafiqliyini də üçüncü xəlifə Osman və Əbdürrəhman ibni Ovf (Ömərin tə`yin etdiyi şuranın altı nəfərindən biri) və Əşəreyi-Mübəşşərədən biri təsdiq etmişdir. Əli (ə) onu təkzib etmək yerinə buyurdu ki, o Qur`an ayələrinin müxalifidir, çünki onun təkzibi üçün heç bir xarici şahid yox idi, isbat etmək də çətin idi. Bundan əlavə, mərhum Səduq buyurmuşdur: Peyğəmbər (s.ə.v.v)-in ayaqqabısı olması barəsində tarixi bir sənəd yoxdur. Yalnız qeyd olunur ki, Nəcaşi o Həzrət üçün bir ayaqqabı hədiyyə göndərmişdi. Bunun da üstü açıq idi. Peyğəmbər (s.ə.v.v) ayaqlarında ayaqqabı olan zaman ayaqqabıya deyil, ayaqlarına məsh çəkirdi və bə`ziləri də bunu başa düşmədiklərindən "Peyğəmbər ayaqqabının üstünə məsh çəkirdi" demişdilər. (Müəllif) "Təhzib", 1-ci cild, səh. "Fürui-Kafi", 7-ci cild, səh.259, hədis- 23 "Nəhcül-Bəlağə"nin şərhi" (İbni Əbil Hədid), 1-ci cild, səh.425; "Rical" (Kəşşi), səh.61 "Nəhcül-Bəlağə"-nin şərhi" (İbni Əbil Hədid), 1-ci cild, səh.425 "Mənaqib" (Sərvi), 2-ci cild, səh.55 "Vəsailüş-Şiə", 11-ci cild, səh.55 "Siffeyn", Nəsr, səh.519 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.317 "Vəsailüş-Şiə", 11-ci cild, səh.65, hədis -2 "Nəhcül-Bəlağə", Xütbə-64 "Nəhcül-Bəlağə", Hikmət-199 "Nəhcül-Bəlağə", xütbə-137 "Biharul-ənvar", 41-ci cild, səh.338 "Qeybəti-No`mani", səh.141, Bab 10, hədis-2 "Mənaqib" (Sərvi), 1-ci cild, səh.424 "Dürərul-Lətalib" "Bihar", 40-cı cild, səh.242 "Bihar", 41-ci cild, səh.288 Bu fəslin rəvayətlərinin mürsələ olmalarına baxmayaraq belə heyrətli xəbərlərin dərin və sonsuz elmli bir şəxsiyyətdən baş verməsi təəccüblü deyildir. Məhz buna görə də avam camaatın bə`ziləri o Həzrəti ilahiləşdirirdilər.
Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə