O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə9/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   ...   6   7   8   9   10   11   12   13   14

Əli (ə)-dan kimyanın varlığı barəsində soruşduq-da, buyurdu: – Kimya olmuşdur, hal-hazırda vardır və gələcəkdə də olacaqdır.

Soruşdular: – Onun sənəti (hazırlanma qaydası) necədir?

Buyurdu: – Axıcı civə, qurğuşun, kuporos (ağır metalların sulfat duzu), paslanmış dəmir, yaşıl misin pası...

Bəziləri soruşdular: – Belə şeyləri dərk etmirik!

Həzrət buyurdu: – Onun bəzi hissələrini yer və su qərar verin...

Yenidən dedilər: – Bizim üçün daha artıq izah ver.

Buyurdu: – Elə bu qədər bəsdir. Çünki qədim həkimlər bundan əlavə bir şey deməmişlər ki, camaat onları oyun-oyuncağa çevirməsinlər.

Mərhum Kuleyni "Kafi" kitabında Əbu Həmzə Somalidən nəql edir ki, İmam Sadiq (ə) ilə birlikdə misgərlərin bazarından keçirdik. Mən o həzrətə dedim: – Sənə fəda olum! Bu misin əsli nədir?

Buyurdu: – Gümüşdür ki, yer onu xarab etmiş və mis şəklinə salmışdır. Əgər bir kəs onun fəsadını aradan qaldıra bilsə, ondan bəhrələnər.

İbni Xəlləkandan belə nəql olunur: Cabir ibni Həyyan kimya sənayesi barəsində min səhifəlik böyük bir kitab yazmış və onun mətləblərini İmam Sadiq (ə)-dan nəql edərək beş yüz risalədə cəm etmişdir. Cürci Zeydan deyir: "İmam Sadiq (ə)-ın şagirdlərindən olan Cabir ibni Həyyan yeni kimyanın əsasını qoyan ilk şəxs olmuşdur."

Əli (ə) öz katibi Əbdüllah ibni Əbu Rafeyə buyurdu: "Öz qələminə liqə qoy, qələminin ucunu uzat, sətirlərin arasına fasilə sal və hərfləri bir-birinə yaxın yaz. Çünki bu kimi incəliklərə riayət edilməsi xəttin gözəlliyini artırır."

Həmçinin o həzrət öz katibinə buyurdu: "Yerin üstündə otur, qələmini barmaqlarında tut, gözlərini mənim üzümə dik ki, dediyim sözlərin hər birini qəlbinə tapşırasan."

Əbi Nəvar deyir: Əli (ə) bir dərzinin kənarında dayanmışdı, ona buyurdu: "Tikiş saplarını möhkəmlət, tikişləri zərif və bir-birinin yanında qərar ver."

Bir kişinin iki kənizi var idi. Təsadüfən hər ikisi eyni vaxtda doğdular: biri oğlan, digəri isə qız. Qız doğan kəniz körpəsini oğlan uşağının yerində yatırtdı, oğlanı isə öz ağuşuna alıb "oğlan mənimdir!", oğlanın anası da "oğlan mənimkidir" deyirdi. Münaqişəni həll etmək üçün Əli (ə)-a müraciət etdilər. İmam (ə) göstəriş verdi ki, onların südlərini tərəzidə çəksinlər. Sonra buyurdu: "Hansının südü ağır olsa, oğlan onunkudur."

Bəzi tarixçilər həmin hadisəyə oxşar olan digər bir hadisəni də (Ömərin xilafəti dövründə) nəql etmişlər. Əli ibni Tavus "Əttəşrifu bil-minən..." kitabında Şüreyh Qazinin belə dediyini nəql edir: Ömərin tərəfindən qazi olduğum zaman bir kişi mənim yanıma gəlib dedi: – Bir şəxsin iki arvadı var: onların biri azad qadın, digəri isə kənizdir. Əri onları mənim yanımda əmanət qoyubdur. Mən də onları evdə saxlayırdım. Bu gün sübh onlara baş çəkməyə gedəndə gördüm ki, biri oğlan, digəri isə qız doğubdur, amma hər ikisi oğlan doğduğunu iddia edir. İndi qəzavət etməlisən.

(Şüreyh deyir:) Mən bunun hökmünü bilmədiyim üçün Ömərin yanına gedib hadisəni danışdım. Ömər dedi: – Necə hökm verirsən?

Şüreyh: – Heç necə. Əgər hökmünü bilsəydim, sənin yanına gəlməzdim.

Sonra Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı və mənə göstəriş verdi ki, hadisəni şərh edim. Ömər bu məsələ barəsində onlarla müzakirə apardı. Onların da hamısı məsələnin hökmünü elə məndən və Ömərdən soruşdular.

Ömər dedi: – Mən bu çətin işin müraciət olunası yerini bilirəm.

Hazır olanlar: – Əliyyibni Əbitalibi deyirsənmi?

Ömər: – Bəli.

Hazır olanlar: – Adam göndər gəlsin.

Ömər: – Mən belə etmərəm. O böyük bir alimdir və Bəni Haşimdə görkəmli şəxsiyyət sayılır. Qalxın, hamılıqla onun evinə gedək.

Şüreyh deyir: Hamılıqla Əli (ə)-ın evinə getdik, o həzrətin öz bağında əkin işləri ilə məşğul olduğunu gördük. O, "Əyəhsəbul-insanu ən yutrəkə suda: Aya insan belə güman edir ki, özünə həvalə ediləcəkdir?!" ayəsini zümzümə edib göz yaşı axıdırdı. Bir azdan sakitləşdi, Ömər gələnlərlə birlikdə o həzrətin hüzuruna getmək üçün icazə aldı. Əli (ə) özü onların yanına gəldi. Köynəyi dirsəkdən iki yerə bölünmüşdü. Sonra Ömərə dedi: – Nə üçün gəlmisən?

Ömər: – Çətin bir məsələ qarşıya çıxıb.

Şüreyh hadisəni şərh etdikdə, Əli (ə) ona buyurdu: – Sən necə hökm edirsən?

Şüreyh: – Hökmünü bilmədim.

O həzrət öz mübarək əli ilə bir qədər torpaq götürüb buyurdu: – Bu məsələnin cavabı bu torpaqların götürülməsindən də asandır.

Sonra o iki qadını hüzuruna çağırdı, qadınlardan birinə bir qab verib buyurdu: – Bunu südünlə doldur.

Qadın bir qədər süd sağdıqdan sonra həzrət onu çəkdi. Başqa bir qabı da o biri qadına verib buyurdu ki, həmin miqdarda süd sağsın. Sonra ikinci südü də çəkdi, südü yüngül olan qadına buyurdu: – Qızını götür! (Digərinə də buyurdu:) Oğlunu götür!

Sonra Ömərə dedi: – Məgər bilmirsənmi ki, Allah qadını cismi (fiziki) və fikri cəhətdən kişidən zəif yaratmış, onun mirasını az, südünü də oğlanın südündən yüngül qərar vermişdir?!

Ömər dedi: – Ya Əli! Sənin öz haqqın olan xilafət sənə çatmaq istəyirdi, lakin sənin qövmün buna mane oldu!

Əli (ə) buyurdu: – Kəs səsini! "İnnə yovməl-fəsli kanə miqata; şübhəsiz, camaatın bir-birindən ayrılacağı gün (Qiyamət günü) vədəgahdır."

İbni Şəhraşub yuxarıdakı hadisəni Həzrət Əli (ə)-ın Ömərin xilafəti dövründəki qəzavətlərindən nəql etmiş və demişdir: "Təbiblər oğlanın qızdan seçilməsində bu göstərişi meyar hesab etmişlər."

Əli (ə) buyurur: "Oğlan yalnız o vaxt həddi-büluğa çatır ki, onun döşlərində yumru əmələ gəlsin və qoltuğunun altından gələn iy hiss olunsun."

Əskafi "Nəqzu Osmaniyyə" kitabında yazır: "Əli ibni Əbdüllah ibni Abbas öz oğlundan on bir yaş böyük idi."

İbni Hüzeyfə də "Məarif" kitabında yazır: "Əmr ibni As öz oğlu Əbdüllahdan on iki yaş böyük idi."

Əli (ə) buyurur: "Körpə hər il öz barmaqları ilə dörd barmaq miqdarında inkişaf edir."

Əli (ə) buyurur: "Hər heyvanın qulaqları başının içində olsa, yumurtlayandır, qulaqları eşiyə çıxsa, doğandır."

Bir nəfər ənin olduğunu (cinsi qüdrətə malik olmadığını) iddia edirdi, Əli (ə) ona buyurdu: "Yerin üstünə bövl et!"

Sonra Qənbərə buyurdu: "Bax gör, əgər onun bövlü yeri deşmişdirsə, iddiası yalandır, əks halda düz demişdir."

Bir qadın öz ərinin ənin olduğunu iddia edir, əri də bunu inkar edirdi. Ər-arvad Əli (ə)-dan mühakimə yürütməsini istədilər, o həzrət Qənbərə buyurdu: "Kişinin əlindən yapışıb çaya apar, əgər suya daxil olduqdan sonra aləti dəyişməsə (yığılmasa), ənindir. Əgər aləti suda yığışsa və qısalsa, qadın yalan demişdir və əri sağlamdır."

Bir qadını Ömərin yanına gətirdilər. Onun əri yaşlı bir kişi idi ki, qadınla yaxınlıq etdikdən sonra dünyadan getmişdi. Qadın da hamilə olmuş və bir oğlan uşağı dünyaya gətirmişdi. O kişinin (başqa arvaddan olan) oğlanları qadının zina etdiyini iddia edərək ona şahidlik etdilər (bununla qadının övladını ata irsindən məhrum etmək istəyirdilər). Ömər göstəriş verdi ki, qadını daş-qalaq etsinlər. Təsadüfən Əli (ə) da oradan keçirdi. Qadın Həzrəti gördükdə dedi: – Ey Rəsulullahın əmioğlusu! Mənim bir kağızım vardır!

Əli (ə) buyurdu: – Kağızına baxım!

İmam (ə) onu oxuduqdan sonra qadınla birlikdə gələnlərə buyurdu: – Bu qadın əri ilə evləndiyi, onunla yaxınlıq etdiyi vaxtı və eləcə də onun necəliyini bu vərəqdə qeyd etmişdir. Tez olun, onu qaytarın!

Sabahı gün Həzrət Əli (ə) həmin uşağın yaşıdlarını bir yerə yığdı, uşaqlar o qadının oğlu ilə oynamağa başladılar. Oyunu davam etdirən zaman Həzrət hamısına buyurdu: – Oturun!

Hamısı oturduqdan sonra yenə "qalxın!" deyə fərman verdi. Bu zaman qadının oğlu qalxmaq istəyəndə iki əllərinə söykəndi. Əli (ə) bu vəziyyəti müşahidə etdikdə oğlanı yanına çağırıb atasının mirasından ona irs verdi, onun qardaşlarının hamısına iftira həddi vurdu. Ömər dedi: – Ya Əli, nə edirsən?!

Həzrət buyurdu: – Oğlanın əllərinə dayanaraq qalxma-sından qocanın zəif olduğunu başa düşdüm.

Bir qadın özünün altı aylıq uşağını evin damında tək qoymuşdu. Uşaq yavaş-yavaş hərəkət edərək damın novdançasına tərəf gəldi, anası onu bu yerdə gördükdə çox iztirab və təşviş hissi keçirtdi. Uşağı xilas etmək üçün nə qədər tədbir gördüsə, onu qaytara bilmədi. Nərdivan gətirdilər, lakin o da heç bir nəticə vermədi. Çünki novdança çox uzun və divardan çox aralı idi. Uşağın anası ağlayır, uşaq da ona baxıb ağlayırdı. Həzrət Əli (ə) yaxına gəldi, bir anlığa uşağın üzünə baxdı. Bu zaman uşaq nəsə zümzümə edirdi, amma bir kəs onu başa düşmürdü. Əli (ə) buyurdu: "Onunla eyni yaşda olan bir uşaq gətirin."

Uşağı gətirdilər və o Həzrətin göstərişinə görə həmin uşaqla üzbəüz qoydular. İki uşaq bir-birinə baxır, uşaqlıq adətinə görə nə isə danışırdılar. Bu zaman novdançadakı uşaq geri qayıdıb evin qapısına gəldi. Mədinədə bu hadisə ilə əlaqədar o vaxta qədər misli görünməmiş şadlıq baş verdi.

Əli (ə) buyurur: "On səkkiz yaşına qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qələbə çalır."

Əli (ə) buyurur: "Yaxınlıq edən zaman az danışın, əks halda (bu iş) uşağın lal olmasına səbəb olar. Bu zaman qadının övrətinə də baxmayın, əks halda övladınız kor ola bilər."

Əli (ə) buyurur: "Allah şəhvəti on hissədən: doqquz hissəsini qadınlarda, bir hissəsini isə kişilərdə qərar vermişdir. Əgər Allah-Taala onlara şəhvətləri əndazəsində həya və iffət verməsəydi, nəticədə hər bir qadın on kişiyə bağlı olardı."

Əli (ə) buyurur: "Əgər günün altında otursanız, kürəyinizi günəşə tərəf çevirin, çünki o, gizli xəstəlikləri aşkar edir."

Əli (ə) buyurur: "Övladınıza süd vermək üçün bir qadın (dayə) seçəndə (tam) diqqət yetirin, çünki o süd sizin övladınızın inkişaf etməsinə, boya-başa çatmasına səbəb olacaq, südverən qadının əxlaqi və ruhi xislətləri onda təsir qoyacaqdır."

Əli (ə) buyurur: "Elə qadınlarla izdivac edin ki, gözləri iri, əlinin içi böyük, buğdayı rəngli, ortaboylu olsun. Əgər bu cür qadını seçdiyiniz zaman (ondan) razı olmasanız, onun mehriyyəsi mənim öhdəmədir."

Bu barədə məsum imamlarımızdan umumi qanunlar və göstərişlər nəql edilmişdir. O cümlədən:

1-Hüseyn ibni Xalid deyir: İmam Əbul-Həsən (ə)-dan soruşdum ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-dən bizə bir hədis gəlib çatıb. Onda deyilir: "Hər kəs şərab içsə, onun namazı qırx günə qədər qəbul olunmayacaqdır."

İmam (ə): – Düzdür.

Dedim: – Nə üçün qırx gün olur, nə az, nə də çox?

İmam (ə) buyurdu: – Allah-Taala insanın xilqətini əndazədə yaratmışdır: qırx gün nütfə halında, qırx gün ələqə halında, qırx gün müzğə halında... Hər kəs şərab içsə şərab onun məşaşında (çeynənməsi mümkün olan yumşaq sümükdür) qırx gün – eynilə rüşeym halında bir halətdən digər halətə nəql olunma miqdarında – qalacaq. (Sonra buyurdu:) Bütün qidalar, yeməlilər və içməlilər də belədir.

2-İmam Kazim (ə)-dan qadının heyzlə bəkarət qanı-nın səhvə düşməsi barəsində soruşuldu. Həzrət buyurdu: "Bir miqdar pambığı fərcə daxil etsin, bir neçə dəqiqədən sonra onu yavaşca çıxartsın. Əgər qan pambığın təkcə zahirini bulaşdırmış olsa, bəkarət qanıdır, əgər onun daxilinə də nüfuz edərək onu islatmışsa heyz qanıdır."

3-İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: "Balığın təzkiyə olunmuşmu, yoxsa özü ölmüş olduğunu bilmək üçün (onun təzkiyə olunması – sudan diri tutulmasıdır) onu suya atın; əgər suyun üstündə arxası üstə qalsa, deməli özü ölmüşdür, əgər üzü üstə qalsa, təzkiyə olunmuşdur. Həmçinin, əgər bir parça ət görüb onun təzkiyə olunmuş heyvandanmı, yoxsa özü ölmüş heyvandan olduğunu bilməsən, onun bir miqdarını odun üstünə qoy: əgər (isti vurduqda) yığılsa, təzkiyə olunmuşdur, əgər açılıb süst olsa, ölü heyvan ətidir."

4-Həmçinin buyurmuşlar: "Əgər balığın halal ətlimi, yoxsa haram ətli olduğunu bilməyirsənsə, əvvəlcə onun quyruğunu kəs; əgər onun daxilində yaşıl rəng gördünsə, əti haramdır, əgər qırmızıya çalırsa, əti halaldır."

5-İmam Kazim (ə)-dan belə nəql olunur: "Əgər qadının adəti normal həddindən artıq olarsa, onun başına həna qoyulsa, əvvəlki vəziyyətinə qayıdar."

6-İmam Sadiq (ə) buyurur: "Uşağın 7 yaşında (süd) dişləri tökülür, 10 yaşında namaz qılmağa vadar edilir və yataq yerləri bir-birindən ayrı salınır, 14 yaşında möhtəlim olur, 22 yaşına qədər boy atır, 28 yaşında əqli kamil həddə çatır, (bundan sonra) onun yalnız təcrübələri davam edir."

Əli (ə)-ın xilafəti dövründə iki başı və iki sinəsi olan, lakin bədənin aşağı hissələri bir olan uşaq dünyaya gəldi, İmam (ə)-dan onun mirası barəsində soruşduqda buyurdu: "Yuxuda olan zaman üstünə qışqırın! Əgər hər iki başı birdən oyansa, bir nəfərdir və mirası da o aparır. Əgər biri oyansa, amma digəri oyanmayıb yuxuya qalsa, hər ikisi miras aparır."

Bir-birinə bitişik iki başı, iki ağzı, iki burnu, iki aləti, iki məqədi (ğaitin məxrəci) və dörd gözü olan bir kişini bacısı ilə birlikdə Ömərin yanına gətirdilər ki, onun birmi, yoxsa iki adam olduğunu ayırd etsin. Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı və onlardan kömək istədi, amma heç biri cavab verə bilmədi, sonra onlarla birlikdə Həzrət Əli (ə)-ın yanına getdilər. Həzrət buyurdu: "Əgər yuxuda gözlərinin hamısını yumursa, yaxud hər iki burnundan nəfəs alıb xoruldayırsa, bir bədəndir. Əgər gözlərindən bəzisini yumursa, yaxud bir burnundan səs gəlirsə, onda iki nəfərdir. Bunun isbat olunmasının digər yolu da budur ki, qarnı doluncaya qədər yemək yesin, əgər bövl və ğait hər iki məxrəcdən birlikdə ifraz olunsa, bir bədəndir, əks halda iki bədəndir."

Müaviyənin göndərdiyi adam Əli (ə)-dan müəyyən suallar, o cümlədən, kişiliyi və qadınlığı məlum olmayan bir kəs barəsində soruşdu. Əli (ə) buyurdu: "Belə adam həddi-büluğa çatdıqdan sonra möhtəlim olursa, kişidir, əgər heyz görürsə və döşləri böyüyürsə, qadındır. Həddi-büluğdan qabaq da divarın üzərinə bövl etsə, bövlü divara çatırsa, kişidir, əgər arxaya qayıdırsa, qadındır."

Ömərin xilafəti dövründə iki uşaq bir-birinə yapışan halda doğuldu: biri diri, digəri isə ölü idi. Ömər dedi: – Onları dəmirlə kəsib biri-birindən ayırın.

Əli (ə) isə göstəriş verdi ki, onları yan-yana qoyub ölənin üstünü torpaqla örtsünlər və həmin halda diriyə süd versinlər. Belə etdilər. Bir neçə gündən sonra diriyə heç bir xəsarət dəymədən ondan ayrıldı.

Üç nəfər bir kənizlə – eyni bir paklıq dövründə – yaxınlıq etmiş və kəniz də övlad dünyaya gətirmişdi. O üç nəfərdən hər biri övladın özününkü olduğunu deyirdi. Bu məsələni Əli (ə)-a dedilər. Həzrət bu çətinliyi püşk ataraq həll etdi. Püşk kimin adına çıxdısa, uşağı ona verdi və buyurdu: – Qalan iki nəfərdən hər birinə üçdə bir diyə ödəməlisən.

Peyğəmbəri Əkrəm (s.ə.v.v) bu qəzavəti eşidəndə elə təbəssüm etdi ki, mübarək dişləri göründü.

Həzrət Əli (ə) Yəməndə olan zaman evin uçması nəticəsində bir neçə nəfər onun altında qalıb öldü, onlardan cəmisi iki uşaq – biri azad, o biri isə qul salamat qalmışdı. Əli (ə) azad uşağın təyin edilməsi üçün püşk atdı və meyyitin mal-dövlətini ona verdi, digərini isə azad etdi.

Bir kişi vəsiyyət etmişdi ki, öldükdən sonra qulla-rının üçdə birini azad etsinlər. Əli (ə) püşk ataraq onların hansılarının azad ediləcəyini təyin etdi.

Əgər iki nəfər öz müddəasının doğruluğuna dair şahid gətirsəydi, şahidlərin hər ikisi də say və ədalət baxımından biri-birilə bərabər olsaydı, Əli (ə) onların arasında püşk atırdı ki, hansı birinin and içəcəyini təyin etsin. Püşk kimin adına çıxırdısa və o da and içirdisə, həzrət onun iddiasına uyğun olaraq hökm edirdi. O həzrət püşk atan zaman bu duanı oxuyurdu: "Allahummə Rəbbəs-səmavatis-səbi, əyyuhuma kanə ləhul-həqqu fəəddihi iləyh: Pərvərdigara! Ey yeddi səmanın Pərvərdigarı! Bunlardan hər biri haqq sahibidirsə, haqqı ona çatdır."

Bir nəfər öz mal-dövlətinin bir "cüz"ünü vəsiyyət etmişdi. Ölümündən sonra vərəsələr cüzün mənası barəsində ixtilafa düşdülər və bu barədə Əli (ə)-dan öz nəzərini bildirməsini istədilər. Həzrət buyurdu: "Onun mal-dövlətinin yeddidə-birini vəsiyyət edilən şey-lərə sərf edin." Sonra bu ayəni şahid gətirdi: "Ləha səbə-tu əbvabin, likulli babin minhum cuzun məqsum: Cəhənnəmin yeddi qapısı vardır, hər bir qapı üçün azğınlardan müəyyən bir dəstəsi vardır."

Bir nəfər öz mal-dövlətinin bir səhmini (ölümündən sonra xeyir işlərdə xərclənmək üçün) vəsiyyət etdi, sonra vərəsələr səhmin mənası barəsində ixtilafa düşdülər. Əli (ə) buyurdu: "Onun mal-dövlətinin səkkizdə birini (vəsiyyət üçün) ayırın." Sonra bu şərif ayəni tilavət etdi: "İnnəməssədəqatu lil-fuqərai vəl-məsakin: Sədəqə səkkiz sinfə verilməlidir və onlardan hər birinə bir səhm düşür."

Bir nəfər özünün qədim qullarının azad edilməsinə dair vəsiyyət etdi. Onun vəsisi qədimin mənasını bilmədi. Həzrət Əli (ə)-dan soruşduqda, İmam (ə) buyurdu: "Hər qul altı ay onun mülkiyyətində olubsa, azad olunmalıdır." Sonra bu ayəni tilavət etdi: "Vəl-qəmərə qəddərnahu mənazilə hətta adə kəl-urcunil-qədim: Ay üçün müəyyən mənzillər təqdir etdik (ki, ayın axırında) xurma salxımının (saplaqlarının) qurusu kimi olar." Xurma salxımının saplaqları, meyvəsi dərildikdən altı ay sonra quruyub nazikləşir."

Bir nəfər "bir hiyn" (hiyn – zamana dəlalət edən kəlmədir) müddətində oruc tutmağı nəzir etmişdi. Əli (ə) ona buyurdu: – Altı ay oruc tutmalısan. Dəlili də bu ayədir: "Tuti ukuləha kullə hiynin biizni Rəbbih: – O, meyvəsini hər vaxtda Pərvərdigarının izni ilə verir." O (vaxt) da altı aydır.

Bir nəfər öz mal-dövlətindən bir "şey"i vəsiyyət etdi. Vəsilər şey kəlməsinin mənasını İmam Səccad (ə)-dan soruşduqda buyurdu ki, "şey" Əli (ə)-ın kitabında altıda-birdir.

Bir nəfər Ömərin yanına gəlib dedi: – Arvadım mənə dedi ki, "sən süfləsən! (yəni alçaqsan)" Mən də ona dedim ki, əgər süflə olsam, sən boşanmalısan!

Ömər ona dedi: – Əgər nağıl deyən, mərəkə qoparan adamları axtarır və padşahların sarayına gedirsənsə, süfləsən və arvadın səndən ayrılmalıdır.

Əli (ə) ona buyurdu: – (Xeyr, süflənin mənası belə deyil!) Əgər sənin barəndə deyilən və öz dediyin sözlər barəsində etinasızsansa, süfləsən.

Bir nəfər "bir zaman" oruc tutacağına dair nəzir etmişdi. Əli (ə) buyurdu: "Zaman beş ay, hiyn isə altı aydır."

Roma padşahının Müaviyədən yazılı şəkildə soruş-duğu suallardan biri də "la şeyə" kəlməsinin mənası idi. Müaviyə onun mənasını bilmədi, Əmr As hadisədən xəbərdar olduqda ona dedi: – Yaxşı bir atı satılmaq üçün Əlinin ordusuna göndər və göndərdiyin adama de ki, əgər atın qiymətini soruşsalar, de ki: "la şeyə"dir. Ümidvaram ki, müşkül bu yolla həll olunacaq.

Sonra bir nəfərə yaxşı bir at verib Əli (ə)-ın ordusuna göndərdilər. Əli (ə) Qənbərlə birlikdə həmin kişinin yanından keçəndə Qənbərə buyurdu: – Get, atı o kişidən al!

Qənbər ona yaxınlaşıb dedi: – Atı neçəyə satırsan?

Dedi: – "La şey"ə.

Əli (ə) Qənbərə buyurdu: – Atı ondan al!

O kişi dedi: – Bəs mənim "la şey"imi kim verəcək!

Əli (ə) onu çölə apardı, ilğımı ona göstərdi və buyurdu: – Bu, "la şey"dir.

Kişi dedi: – Haradan deyirsən?

Əli (ə) buyurdu: – Quranda belə buyurulur: "Yəhsəbuhuzzəmanu maən, hətta iza caəhu ləm yəcidhu şəyən: Susuz adam uzaqdan ilğımı görüb onun su olduğunu təsəvvür edir, ona yaxınlaşdıqda isə heç bir şey olmadığını görür."

Əli (ə) buyurur: – Qohumluq əlaqələrini kəsməyə, zülm etməyə dair and içməyin, eləcə də ikrah və icbar halında and içməyin heç bir təsiri yoxdur.

İkrahla icbarın fərqini soruşduqda buyurdu: – İkrah (məcbur edilmə) padşah tərəfindən, icbar isə arvad-uşaq tərəfindəndir.

İmam Sadiq (ə) buyurur: "Əli (ə)-ın kitabında (qeyd olunur ki,) "bir qamət" bir zira, iki qamət iki ziradır."

Müəllif: Rəvayətlərdə zöhr namazının nafiləsinin axırıncı vaxtı ünvanı ilə qeyd olunan "bir qamət" bir zira, əsr nafiləsinin vaxtının axırıncı vaxtı ünvanı ilə gələn "iki qamət" isə iki ziradır. Burada qamət dedikdə bir insanın, yaxud iki insanın boyu nəzərdə tutulmur, çünki, Peyğəmbər (s.ə.v.v)-in rəhlinin qaməti (uzunluğu) bir zira olmuşdur. Belə ki, mərhum Şeyx onu "Təhzib" kitabının 2-ci cildinin 23-cü səhifəsində, (hədis:24) namazın vaxtları babında nəql etmişdir. Əhli-beyt ¢-dan nəql olunmuşdur ki, onun mənasından biri də "kəsir", yəni çox deməkdir.

Xətib "Tarixi Bağdad" kitabında qeyd edir ki, Abbasi xəlifələrindən olan Mütəvəkkil xəstələndikdə nəzir etmişdi ki, bu xəstəlikdən sağalarsa, Allah yolunda "kəsir mal" infaq etsin. O, sağalıb öz nəzrinə əməl etmək istədikdə "kəsir mal"ın mənasını və nə qədər olduğunu bilmədi. Onu sünnü fəqihlərindən soruşdu, amma onlar bu kəlmənin mənasında ixtilafa düçar oldular. Bəziləri "on min dirhəmdir", bəziləri "yüz min dirhəmdir" - deyə cavab verdilər.

Mütəvəkkil bu məsələnin hökmünü İmam Hadi (ə)-dan soruşduqda o həzrət buyurdu: – "Kəsir mal" səksən üçdür; çünki Quranda belə buyurulur: "Və ləqəd nəsərəkumullahu fi məvatinə kəsirətin; Allah-Taala sizə çoxlu yerlərdə kömək etmişdir." O da 83 yerdədir.

"Kəsir"in antonimi olan "qəlil" kəlməsinin mənası barəsində də Şeyx Səduq "Məanil-əxbar" kitabında İmam Sadiq (ə)-ın "və ma amənu məəhu illa qəlil: onunla (Nuhla) birlikdə yalnız qəlil (az) adam iman gətirmişdi" ayəsi ilə əlaqədar belə buyurduğu nəql olunur: "Onlar 80 nəfər idi."

İmam Sadiq (ə) "ənə uhdi hazəttəamə: mən bu təamı hədiyyə edirəm" - deyə nəzir edən şəxsin barəsində buyurur: – Onun öhdəsinə heç nə düşmür, çünki "hədy" kəlməsi dəvənin qurbanlıq edilməsi barəsində işlənən xüsui bir istilahdır.

"Hədy" ünvanı ilə nəzir edən şəxs barəsində isə buyurur ki, gərək bir dəvəni təqlid və işar etsin, onu Ərəfata aparsın (və Minada nəhr etsin). "Cəzuri" qurbanlığı nəzir edən şəxs barəsində isə belə buyurmuşdur: "Onu istədiyi yerdə nəhr edə bilər."

Həzrət Əli (ə) öz köməkçilərini düşmənlə cihad və mübarizəyə rəğbətləndirmək üçün onlara belə göstəriş verirdi: – Zirehli paltar geyənləri ordunun ön cəbhəsinə göndərin, silahsız döyüşçüləri isə arxa cəbhədə qərar verin, dişlərinizi biri-birinə möhkəm sıxın, çünki bu, qılıncların başınıza az təsir qoymasına səbəb olur. Nizə atan zaman ilanvari hərəkət edin ki, nizəni düşmənə vuranda təsirli olsun. Nəzərlərinizi aşağı salın, çünki (bu iş) ürəklərinizi güclü və aram edər. Səs-küy qoparmayın! Çünki mətanətli və vüqarlı olmaq düşməni hər şeydən artıq qorxuya salır. Öz bayrağınızı möhkəm saxlayın, onun ətrafını boş qoymayın və onu ordunun şücaətlilərinə və təhlükəni sizdən uzaqlaşdıranlara həvalə edin. Məhz onlar bayrağın ətrafını tutur və dörd tərəfdən onun keşiyini çəkirlər. Nə ondan geri çəkilirlər ki, düşmənə təslim olsunlar, nə də ondan qabağa keçirlər ki, yalqız qalsınlar.

O Həzrət Siffeyn müharibəsi günlərində öz köməkçi-lərinə buyurur: – Allahdan qorxunu öz şüarınız edin, qədəmlərinizi möhkəmlədin, aramlığı qoruyub saxlayın, dişlərinizi bir-birinə sıxın, çünki bu iş qılıncları başınızdan uzaqlaşdırır; zirehi diqqətlə geyinin, qılınclarınızı qınında hərəkət etdirin, düşmənə qəzəbli gözlərinizin guşəsi ilə nəzər salın. Hər tərəfdən nizə atın, qılınclarınızın ucu ilə döyüşün. Əgər qılınclarınız çatmırsa, qabağa gedib onu düşmənə çatdırın.

Bir gün Əli (ə) qəssablar bazarından keçirdi. Onlara qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağan etdi:

1-Qan;


2-Ürəyinin qulaqcıqları;

3-Dalaq;


4-Onurğa beyni;

5-Vəzilər;

6-Xayalar;

7-Cinsiyyət aləti.

Qəssablardan biri dedi: – Ya Əmirəl-möminin! Dalaqla ciyər birdir, bunların arasında heç bir fərq yoxdur!

İmam (ə) buyurdu: – Belə deyil! (Bilmək istəyirsənsə) mənim üçün iki qab su, bir dalaq və bir ciyər gətir.

İki qab su, bir ciyər və bir dalaq gətirdilər. Həzrət buyurdu: – Hər ikisini ortadan yarın!

Daha sonra göstəriş verdi ki, hər ikisini suya salıb islatsınlar. Bu zaman ciyər ağardı və ondan heç bir şey azalmadı, lakin dalaq ağarmadı və onun hamısı qana çevrildi, bir qədər dəri və bir neçə damar qaldı. Bu zaman Həzrət Əli (ə), ona etiraz edən şəxsə buyurdu: – Gördüyün onların fərqidir! Ciyər ətdir, dalaq isə çirkdir.

Sərvi "Mənaqib" kitabında qeyd edir ki, qırx qadın Ömərin yanına gəlib ondan şəhvət barəsində soruşdular. Ömər dedi: – Kişilərdə bir, qadınlarda isə doqquz pay şəhvət var.

Soruşdular: – Bəs necə olur ki, kişilər müxtəlif daimi və müvəqqəti izdivaclardan, habelə kənizlərdən istifadə edirlər, lakin qadınlar üçün birdən artıq kişi caiz deyildir?!

Ömər bu sualın cavabını bilmədiyi üçün Əli (ə)-dan soruşdu, Həzrət onlara göstəriş verdi ki, hər biri bir qab dolusu su gətirsin. Sonra buyurdu ki, onları böyük bir qaba töksünlər. Daha sonra hər birinə buyurdu: – İndi hər biriniz öz tökdüyünüz suyu götürün!


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə