Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti


gündəlik planlaşdırılmış və planlaşdırılmamış marja tələb və ödənişləri həyata keçirmək səlahiyyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

28 

 

gündəlik planlaşdırılmış və planlaşdırılmamış marja tələb və ödənişləri həyata keçirmək səlahiyyəti 



və əməliyyat potensialı olmalıdır. 

6.4.1:  MTM-in  variasiya  marja  modelinin  dizaynı  necədir?  Modeli,  o  cümlədən  cari  riski  ölçmək  üçün 

istifadə olunan metodu, bazara uyğun tənzimləmə tezliyini və marja toplanma qrafikini, gün ərzində baş 

verən marja tələbi potensialını  təfərrüatı ilə təsvir edin. 

6.4.2:  İlkin  və  variasiya  marjası  üçün  gün  ərzində  marja  tələbləri  etmək  və  tamamlamaq üçün MTM-in 

səlahiyyət və əməliyyat potensialı vardırmı? 



Əsas  mülahizə  5:  Əgər  bir  məhsulun  riski  əhəmiyyətlidirsə  və  digər  məhsulun  riski  ilə  etibarli 

şəkildə  korrelyasiya  olunmuşdursa,  marja  tələblərini  hesablayarkən  MTM  klirinq  etdiyi 

məhsullarda,  yaxud  o  və  digər  MTM  arasında  klirinq  olunan  məhsullar  arasında  tələb  olaunan 

marjalarda  əvəzləmələr, yaxud azalmalara  imkan  verə  bilər. İki,  yaxud  daha çox  MTM-in  çarpaz 

marja təklif etmək səlahiyyəti olduğu hallarda onların müvafiq təhlükəsizlik tədbirləri və ahəngdar 

ümumi risklərin idarə olunması sistemləri olmalıdır. 

Portfelin marjalaşdırılması 

6.5.1:   MTM klirinq etdiyi  məhsullar, yaxud o və digər MTM  arasında  klirinq olunan məhsullarda  tələb 

olunan  marjalarda  əvəzləmə,  yaxud  azaldılmalara  imkan  verirmi?  Verirsə,  bir  məhsulun  riski  digər 

məhsulun  riski  ilə  əhəmiyyətli  və  etibarlı  dərəcədə  korrelyasiya  olunmuşdurmu?  MTM  tələb  olunan 

marjanı necə əvəzləyir, yaxud azaldır? 

6.5.2: MTM məhsul və portfel səviyyəsində potensial gələcək riskini necə müəyyən edir və ölçür? MTM-

in  portfelin  marjalaşdırlması  metodologiyası  klirinq  etdiyi  məhsullarda  tələb  olunan  marjaların 

əvəzlənməsi, yaxud azaldılmasını necə nəzərə alır? 



Çarpaz marjalaşdırma 

6.5.3:  Iki,  yaxud  daha  çox  MTM  arasında  çarpaz  marjalaşdırma  halında,  MTM-lər  risklərin  idarə 

olunmasına  olan  yanaşmalarını  necə  ahəngdar  etmişlər?  Çarpaz  marjalaşdırmalar  hansı  hüquqi  və 

əməliyyat qaydaları ilə idarə olunur? 



Metodologiyaların möhkəmliyi 

6.5.4: MTM portfeli və çarpaz marjalaşdırma metodologiyalarının möhkəmliyini necə təsdiq edir? MTM-

in  metodologiyası  gərgin  bazar  şəraitində  qiymətdən  asılılıq  dərəcəsi  və  onun  sabitliyini  necə  nəzərə 

alırmı? 


Əsas  mülahizə  6:  MTM  ən  azı  ayda  bir  dəfə  retrospektiv  məlumatlar  əsasında  ciddi  gündəlik 

testlışdirmə  və  müvafiq  olduğu  hallarda  daha  tez-tez  həssaslığın  analizini  aparmaqla  modelin 

fəaliyyətini  təhlil  və  monitorinq  etməlidir.  MTM  klirinq  etdiyi  bütün  məhsullar  üçün  marja 

modelinin  nəzəri  və  empirik  xüsusiyyətlərini  müntəzəm  qiymətləndirilməlidir.  Modelin  əhatəsinin 

həssaslığının analizini apararkən MTM mümkün bazar şəraitini əks etdirən geniş çeşidli parametr 

və fərziyyələri, o  cümlədən  xidmət göstərdiyi  bazarlarda yaşanmış ən volatil  dövrləri və qiymətlər 

arasındakı korrelyasiyalarda ekstremal dəyişiklikləri nəzərə almalıdır.  

Retrospektiv və həssaslıq analizi 

6.6.1: Retrospektiv təhlil metodologiyaları və modelin fəaliyyətini, o cümlədən hədəfə inam səviyyəsi və 

ümumi  marja  əhatəsinin  nəticəsini  təfərrüatı  ilə  təsvir  edin.  Belə  testləşdirmə  MTM  daxilində  və  digər 

MTM-lərlə  çarpaz  marjalaşdırma  proqramlarında  aktivlər  sinfi  daxilində  və  müxtəlif  aktiv  siniflərində 




29 

 

portfelin təsirllərini necə ünvanlayır? Retrospektiv analiz hansı tezlikdə həyata keçirilir? 



6.6.2:  Modelin  fəaliyyəti  və  MTM-in  marja  metodologiyasının ümumi  əhatəsinin  həssaslığının analizini 

təfərrüatı ilə təsvir edin. Analiz geniş çeşidli parametrləri, fərziyyələri, tarixi və hipotetik bazar şəraitini, 

iştirakçıların mövqelərini və gərgin şəraitləri əhatə edirmi? Təhlil hansı tezlikdə həyata keçirilir? 

Marja modelinin fəaliyyəti 

6.6.3:  Retrospektiv  və  həssaslıq  analizləri  əsasında  marja  modelinin  müəyyən  edilmiş  potensial 

çatışmazlıqları hansılardır? 

6.6.4:  Model gözləndiyi şəkildə işlək olmadıqda MTM hansı tədbirləri həyata keçirərdi? 

6.6.5: MTM retrospektiv və həssaslıq analizlərinin nəticələrini necə açıqlayır? 

Əsas mülahizə 7: MTM marja sistemini müntəzəm yoxlamalı və təsdiq etməlidir. 

6.7.1:  MTM  nəzəri  və  empirik  xüsusiyyətlər  daxil  olmaqla  marja  sistemini  müntəzəm  şəkildə  necə 

yoxlayır və təsdiq edir? Bu, hansı tezlikdə həyata keçirilir? 

6.7.2:  MTM  parametrlər  daxil  olmaqla  marja  metodologiyasının  əhəmiyyətli  yoxlanması  və 

tənzimlənməsini idarəetmə strukturuna necə daxil edir? 

6.7.3: MTM bu yoxlama və təsdiqetmənin metod və nəticələrini necə açıqlayır? 

 

Prinsip 7: Likvidlik riski 

 

Əsas  mülahizə  1:  MBİ  iştirakçılarından,  hesablaşma  banklarından,  nostro  agentlərdən,  kastodian 

banklardan,  likvidlik  provayderlərindən  və  digər  subyektlərdən  yaranan  likvidlik  risklərini  idarə 

etmək üçün sağlam sistemə malik olmalıdır. 

7.1.1:  Bütün  müvafiq  valyutalarda  iştirakçılar,  hesablaşma  bankları,  nostro  agentlər,  kastodian  banklar, 

likvidlik  provayderləri  və  digər  subyektlərdən  yaranan  likvidlik  risklərini  idarə  etmək  üçün  MBİ  hansı 

sistemdən istifadə edir? 

7.1.2: MBİ-nin bütün müvafiq valyutalarda əmələ gələn likvidlik ehtiyaclarının xüsusiyyəti və ölçüsü və 

likvidlik risklərinin əlaqəli mənbələri hansılardır? 

7.1.3:  MBİ  baxımından  çoxsaylı  rol  oynaya  biləcək  fərdi  subyekt  və  onun  törəmə  təşkilatının  səbəb 

olduğu potensial ümumi likvidlik riskini MBİ necə nəzərə alır? 



Əsas  mülahizə  2:  MBİ  gün  ərzindəki  likvidlikdən  istifadə  daxil  olmaqla  davamlı  şəkildə  və 

zamanında  hesablaşmanı  və  vəsait  axınlarını  müəyyən  etmək,  ölçmək  və  monitorinq  etmək  üçün 

effektiv əməliyyat və analitik alətlərə malik olmalıdır. 

7.2.1:  Hesablaşmanı  və  vəsait  axınlarını  müəyyən etmək, ölçmək  və  monitorinq etmək üçün MBİ  hansı 

effektiv əməliyyat və analitik alətlərdən istifadə edir? 

7.2.2:  MBİ  hesablaşmanı  və  vəsait axınlarını davamlı şəkildə  və zamanında  müəyyən etmək, ölçmək  və 

monitorinq etmək üçün həmin alətlərdən necə istifadə edir?  

Əsas mülahizə 3: TXH mexanizmindən istifadə edən sistemlər daxil olmaqla ödəniş sistemləri və ya 

QKHS  geniş  çeşidli  mümkün  stress  test  ssenariləri  əsasında  ödəniş  öhdəliklərinin  eyni  gündəki 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə