Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   ...   33

 

1.0. Giriş 

1.1. 

Ödəniş  və  Hesablaşma  Sistemləri  Komitəsi  (ÖHSK)  və  Beynəlxalq  Qiymətli  Kağızlar 



Komitələri  Təşkilatı  (BQKKT)  Maliyyə  Bazarı  infrastrukturlarının  prinsiplərinə  dair  hazırki 

əlavə hesabatı hazırlamışdır. Bu hesabat Maliyyə bazarı infrastrukturlarının Açıqlanma çərçivəsi 



(“Açıqlanma  çərçivəsi”)  və  MBİ  prinsiplərinin  və  səlahiyyətli  orqanların  məsuliyyətlərinin 

qiymətləndirmə  metodologiyasından  (“qiymətləndirmə  metodologiyası”)  ibarətdir,  bunların 

məqsədi  QHSK-BQKKT-nin  2012-ci  ilin  aprel  ayında  nəşr  edilmiş  Maliyyə  Bazarı 



infrastrukturlarının  prinsipləri  hesabatında  təsbit  edilmiş  prinsip  və  məsuliyyətlərə  riayət 

edilməsinin  təşviqindən  ibarətdir.  MBİP,  sistem  əhəmiyyətli  ödəniş  sistemləri  (ÖS),  mərkəzi 

qiymətli  kağızlar  depozitariyləri  (MQKD),  qiymətli  kağızların  hesablaşma  sistemləri  (QKHS), 

mərkəzi tərəf müqabilləri  (MTM)  və ticarət repozitarlığı (TR) daxil olmaqla   MBİ-lər üçün  yeni 

beynəlxalq  standartlar  təmin  etmişdir.  MBİP  həmçinin  MBİ-lərin  tənzimlənməsi  və  onlara 

nəzarətlə  məşğul  olan  mərkəzi  banklar,  bazar  tənzimləyiciləri  və  digər  müvafiq  səlahiyyətli 

orqanların MBİ-lərlə bağlı beş məsuliyyətini də təsbit edib. 

1.2. 


Bu hesabatdakı Açıqlanma çərçivəsi  və qiymətləndirmə metodologiyası MBİP-lərə paralel 

və onlara əlavə kimi tərtib edilib.

1

 Hər iki hesabat şərhlərin verilməsi üçün 2012-ci ilin aprel ayında 



nəşr  edilib.  Şərhlərə  cavab  olaraq,  iki  sənəd  yekun  hesabatda  birləşdirilib.  Müvafiq  olaraq,  bu 

hesabat  və  MBİP hesabatındakı Açıqlanma  çərçivəsi  və qiymətləndirmə  metodologiyası bir-birinə 

sıx  aidiyyatı  olan  və  dəstəkverici  sənəd  kimi  bir  arada  götürülməlidir.  Onlar  birlikdə  MBİP-lərin 

ardıcıl  implementasiyası  və  tətbiqini  dəstəkləməyə  xidmət  edir.  Açıqlanma  çərçivəsi  Açıqlanma 

dəstinin  mühüm  komponentidir,  MBİ-lər  əsas  kəmiyyət  məlumatları  ilə  birlikdə  bütün  bunları 

açıqlamalıdırlar. Açıqlanma çərçivəsi həmçinin qiymətləndirmə metodologiyasına əsas töhfə rolunu 

oynayır.  Qiymətləndirmə  metodologiyası  MBİP-də  təsbit  edilmiş  24  prinsip  və  beş  məsuliyyətə 

riayət  edilməsində  qiymətləndiricilərə  təlimat  təmin  edir.  Açıqlanma  çərçivəsi  və  qiymətləndirmə 

metodologiyası 

daha 


çox 

şəffaflıq, 

obyektivlik 

və 


MBİP-lərə 

riayət 


edilməsinin 

qiymətləndirmələrini müqayisə etmək imkanını təşviq etmək məqsədilə dizayn edilmişdir. 



Açıqlanma çərçivəsi və qiymətləndirmə metodologiyasının məqsədi 

1.3. 


MBİP  MBİ-lərin  iştirakçılara,  müvafiq  səlahiyyətli  orqanlara  və  geniş  ictimaiyyətə 

müvafiq  məlumatlar  təmin  etməsini  tələb  edir.  Qaydaların,  əsas  prosedurların  və  bazar 

məlumatlarının açıqlanmasına dair Prinsip 23-də xüsusi qeyd edilir ki, MBİ  iştirakçıların MBİ-də 

iştirak  etməklə  üzləşəcəkləri  riskləri  və  çəkəcəyi  xərcləri  dəqiqliklə  başa  düşmələri  üçün  onlara 

yetərli  məlumat  verməlidir.  Prinsip  23,  əsas  mülahizə  3-ə  görə,  Açıqlanma  çərçivəsi  MBİ-lərdən 

gözlənilən ictimai Açıqlanmaların forma və məzmununu müəyyən edir. Standart MBO Açıqlanma 

təcrübələri  iştirakçılar, səlahiyyətli  orqanlar  və  geniş ictimaiyyət  tərəfindən  MBİ-lərin  daha  ciddi 

müqayisəsini  nəzərdə  tutur.  Bundan  əlavə, ÖHSK və BQKKT ayrı  əsas  kəmiyyət  məlumatlarının 

açıqlanma  dəstini  hazırlayırlar,  xüsusi  MBİ-lər  Açıqlanma  çərçivəsi  ilə  müqayisədə  onları  daha 

tez-tez yeniləndirməlidir. 

MBİP  habelə  qeyd  edir  ki,  bütün  MBİ-lər  prinsiplərə  və  bütün  səlahiyyətli  orqanlar  öz 

yurisdiksiyalarında  qanuni  çərçivənin  tam  imkan  verdiyi  dərəcədə  məsuliyyətlərinə  riayət 

etməlidirlər. Qiymətləndirmə metodologiyası prinsip və məsuliyyətlərə riayət olunmasının təşviq və 

monitorinqi üçün qiymətləndiricilərə MBİP-lərlə müqayisədə riayət edilmənin qiymətləndirilməsini 

necə aparmaqla bağlı təlimat təmin edir. Prinsiplər üçün, qiymətləndirmə metodologiyasının  

1

  DB  və  BVF  qiymətləndirmə  metodologiyasını  hazırlayan  işçi  qrupuna  birgə  sədrlik  etmişlər.  İşçi  qrupun üzvləri 



təcrübəli  ekspertlərdir,  onlar  kollektiv  olaraq  Maliyyə  Sektorunun  Qiymətləndirilməsi  Proqramı  vasitəsilə 

çoxsaylı  qiymətlən dirmələr  və  kənar  qiymətləndiricilər  və  milli  və  beynəlxalq  sistemlərinin  nəzarətçiləri  kimi 

ödəniş sistemlərinin, MQKD-lərin, QKHS-lərin və MTM-lərin digər diaqnostikasını aparmışlar. 



 

məqsədi MBİ-nin prinsiplərə riayət edib-etmədiyi və necə riayət etdiyini müəyyən etməkdən və 



təkmilləşdirmə  üçün  potensial  imkanların  müəyyən  edilməsinə  kömək  etməkdən  ibarətdir. 

Məsuliyyətlərə  gəldikdə  isə,  qiymətləndirmə  metodologiyasının  məqsədi  səlahiyyətli 

orqanların  MBİ-lərlə  bağlı  tənzimləyici  və  nəzarət  məsuliyyətlərini  yerinə  yetirib-

yetirmədiklərini  və  necə  yerinə  yetirdiklərini  müəyyən  etməkdən  və  təkmilləşdirmə  üçün 

potensial imkanların müəyyən edilməsinə kömək etməkdən ibarətdir. 

1.5.  Açıqlanma  çərçivəsi  və  qiymətləndirmə  metodologiyası  hesabatda  iki  fərqli  məqsədə  və 

auditoriyaya  xidmət  edən  fərdi  bölmələrdir.  Bununla  belə,  bölmələr  bir-birinə  sıx  bağlıdır. 

Açıqlanma  çərçivəsi  qiymətləndirmə  metodologiyası  üçün  tərtib  edilmiş  suallardan  istifadə  edir, 

məqsəd MBİ-lərin  riskləri,  risklərin  idarə  olunması  və  digər  təcrübələri hərtərəfli  açıqlaması  üçün 

təlimat 


təmin 

etməkdir. 

Bundan 

əlavə, 


qiymətləndirmə 

metodologiyası 

MBİ-lərin 

qiymətləndirilməsi üçün məlumat mənbələrindən biri kimi açıqlanma çərçivəsindən istifadə edir. 



Açıqlanma çərçivəsindən istifadə 

1.6. 


Açıqlanma  çərçivəsini  nəşr  etməklə  ÖHSK  və  BQKKT  MBİP-lərin  implementasiyası  və 

onlara  davamlı  riayət  edilməsinə  kömək  üçün  bütün  MBİ-lər  tərəfindən  məlumatların 

açıqlanmasının  təşviqi  məqsədini  güdür.  Bundan  əlavə,  açıqlanma  çərçivəsinin  məqsədi  MBİ-lər 

haqqındakı  məlumatlar  üçün  baza  səviyyədə  şəffaflığın  təşviqidir.  Bu  şəffaflığın  məqsədi 

iştirakçılara,  səlahiyyətli  orqanlara  və  geniş  ictimaiyyətə  MBİ-lərin  fəaliyyətini,  onların  risk 

profilini  və  risklərin  idarə  edilməsi  təcrübələrini  daha  yaxşı  başa  düşməyə  yardım  etməkdən 

ibarətdir  və  o,  bununla  MBİ-lər  və  onların  maraqlı  tərəflərinin  sağlam  qərarlar  verməsinə 

dəstək  vermiş  olacaqdır.  Bu  yolla  açıqlanma  çərçivəsi  maliyyə  sabitliyinin  gücləndirilməsi 

kimi daha geniş ictimai siyasət məqsədinə nail olacaqdır. 

Qiymətləndirmə metodologiyasından istifadə 

1.7. 


Qiymətləndirmə  metodologiyasını  nəşr  etməklə  ÖHSK  və  BQKKT  prinsiplərin  və 

səlahiyyətli  orqanların  məsuliyyətlərinin  implementasiyası  və  onlara  davamlı  riayət  edilməsini 

təşviq  edir.  Qiymətləndirmələr  üzrə  bu  və  ya  digər  vəzifələr  fərqli  ola  bilsə  də,  bütün 

qiymətləndiricilərin  ümumi  məqsədi  MBİ-nin  prinsiplərə  riayət  edib-etmədiyini  və  necə  riayət 

etdiyini,  yaxud  səlahiyyətli  orqanın  məsuliyyətlərini  necə  riayət  etdiyini  müəyyən  etməkdən 

ibarətdir. Bundan əlavə, qiymətləndirmə metodologiyası qiymətləndiricilərə ünvanlanmasına ehtiyac 

olan  narahatlıq  amillərini  müəyyən  etməyə  imkan  verməklə  prinsiplərə  tam  riayət  edilməsini  və 

məsuliyyətlərin icrasını təşviq etməyə xidmət edir. 



MBİ-lər tərəfindən istifadə 

1.8. 


Qiymətləndirmə  metodologiyası  MBİ  üçün  qərar  qəbul  edilməsi  prosesində  faydalı  alət 

rolunu  oynaya  bilər.  Məs,  yeni  məhsul,  yaxud  xidmətlərin  təqdim edilməsi,  yaxud  siyasət,  qayda, 

yaxud prosedurlara dəyişikliklər edilməsini nəzərdən keçirərkən təklif olunan dəyişikliklərin MBİP-

lərə riayət edilməsində effektivliyə maneə yaratmayacağına əmin olmaq üçün MBİ qiymətləndirmə 

metodologiyasına  istinad  edə bilər.  Bundan  əlavə,  milli  təcrübəyə uyğun  olduğu halda,  prinsiplərə 

riayət  edilməsinin  tam,  yaxud  qismən  formal  özünü  qiymətləndirilməsini  aparmaq  üçün  MBİ 

qiymətləndirmə  metodologiyasından  istifadə  edə  bilər.  Belə  qiymətləndirmələr  struktur 

təkmilləşdirmə  tələb  edən  məsələlərin  müəyyən  edilməsi  və  təkmilləşdiriləcək  sahələrin 

ünvanlanması  üçün  resursları  prioritetləşdirməyə  xidmət  edə  bilər.  Milli  təcrübəyə  uyğun  olduğu 

halda,  MBİ  özünü-qiymətləndirmə  aparmaqla  qiymətləndirmə  metodologiyasının  reytinq 

çərçivəsindən istifadə etməlidir. 

Səlahiyyətli orqanlar tərəfindən istifadə 

1.9.  MBİP-lərin ardıcıl implementasiyası və tətbiqini təmin etmək məqsədilə tənzimləyici və nəzarət 

məsuliyyətləri  ilə  əlaqədar  olaraq  müvafiq  yurisdiksiyalarda  MBİ-lər  tərəfindən  prinsiplərə  riayət 

edilməsi  müntəzəm  qiymətləndirməlidirlər.  MBİ-lər  tərəfindən  prinsiplərə  riayət  edilməsinin 

qiymətləndirilməsi  digər  yurisdiksiyalarda  çox  valyutalı,  yaxud  beynəlxalq  MBİ-lərlə  bağlı 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə