Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   ...   33

 

kooperativ  razılaşmalara  cəlb  olunmuş  səlahiyyətli  orqanlar  üçün  xüsusilə  mühüm  ola  bilər. 



İstənilən MBİ-nin qiymətləndirilməsində səlahiyyətli orqanların vəzifəsi mümkün riskləri müəyyən 

etmək və belə risklərin aradan qaldırılması üçün tədbirlər tövsiyə etməkdən ibarətdir. 

1.10.  MBİ-lərin  qiymətləndirilməsinin  nəticələrinin  qeydiyyatın  aparmaq  məqsədilə  səlahiyyətli 

orqan  qiymətləndirmə  metodologiyasının  reytinq  çərçivəsi,  yaxud,  xüsusilə  fərqli  qiymətləndirmə 

metodologiyasından istifadə etmək üçün hüquqi məcburiyyəti olduqda, digər reytinq çərçivəsindən 

istifadə  edə  bilər.  Səlahiyyətli  orqan  fərqli  reytinq  çərçivəsindən  istifadə  etdikdə,  həmin  çərçivə 

MBİ-nin  qiymətləndirilməsi  üçün  qiymətləndirmə  metodologiyasının  reytinq  çərçivəsi  kimi 

effektiv  olmalı  və  səlahiyyətli  orqana  prinsiplərə  riayət  edilməsi  səviyyəsi  ilə  bağlı  mühakimə 

yürütmək imkanı verməlidir. Belə razılaşmalarda iştirak edən səlahiyyətli orqanlar tərəfindən başqa 

şəkildə  razılaşdırılmadığı  təqdirdə,  qiymətləndirmə  metodologiyasının  reytinq  çərçivəsindən 

beynəlxalq kooperativ nəzarət razılaşmaları kontekstində istifadə edilməlidir,  

1.11.  Bundan  əlavə,  səlahiyyətli  orqanlar  tənzimləyici  və  nəzarətçi  kimi  məsuliyyətlərini 

necə  effektiv  yerinə  yetirmələrini  müəyyən  etmək  üçün  özünü  qiymətləndirmə  yolunu  seçə 

bilər. 


Səlahiyyətli 

orqanların 

məsuliyyətlərinə 

riayət 


etmələrinin 

dövri 


özünü 

qiymətləndirmələrini aparmaları təlqin olunur. 



Kənar qiymətləndiricilər tərəfindən istifadə 

1.12. 


Beynəlxalq  maliyyə  institutlarl  (BMİ)  daxil  olmaqla  kənar  qiymətləndiricilər  MBİ  və 

səlahiyyətli  orqanlar  tərəfindən  prinsip  və  məsuliyyətlərə  riayət  edilməsini  müəyyən  etmək  üçün 

qiymətləndirmə  metodologiyasından  istifadə  edir.  Xüsusilə,  BVF  və  DB  Maliyyə  Sektorunun 

Qiymətləndirilməsi  Proqramı  (FSAP)  və  texniki  yardım  proqramlarının  bir  hissəsi  kimi 

qiymətləndirmə 

metodologiyasından 

istifadə 

edir. 


Qiymətləndirmələr 

apararkən, 

kənar 

qiymətləndiricilərin  məqsədi  qlobal  maliyyə  sabitliyinə  riskləri  və  təkmilləşdirmə  üçün  potensial 



sahələri müəyyən etməkdən ibarət ola bilər. Onlar habelə qabaqcıl təcrübələri müəyyən etmək üçün 

beynəlxalq  səviyyədə  müqayisələr  apara  bilər.  Bundan  əlavə,  onlar  inkişaf  ehtiyaclarını  müəyyən 

etmək  və qiymətləndirmə potensialını  yaratmaq  üçün  texniki  yardım  kontekstində qiymətləndirmə 

metodologiyasından alət kimi istifadə edə bilər. 

1.13. 

FSAP  üçün,  BVF  və  DB  qiymətləndirmə  metodologiyasında  təqdim  edilmiş  reytinq 



çərçivəsindən  istifadə  edilməlidir.  Texniki  yardım  qiymətləndiriciləri  mütləq  şəkildə  reytinq 

cədvəlindən  istifadə  etməli  deyildir.  Onların  formal  reytinqlər  vasitəsilə  deyil,  yerli  MBİ 

rəhbərliyi  və  səlahiyyətli  orqanlarla  dialoq  aparmaqla  və  nəticələri  kommunikasiya  etməklə 

məqsədlərinə nail olmaq ehtimalı vardır. 



Qiymətləndirmələrin aparılması üçün ümumi mülahizələr  

1.14. 


Prinsip  və  məsuliyyətlərə  riayət edilməsini qiymətləndirərkən qiymətləndiricilər effektiv və 

səmərəli qiymətləndirmə üçün kritik olan bir sıra ümumi mülahizələri nəzərə almalıdır. 



Məlumatlara çıxış 

1.15. 


Qiymətləndirmə  apararkən  qiymətləndiricilərin  müvafiq  məlumatlara  və  steykholderlərə 

çıxışı  olmalıdır.  Müvafiq  məlumatlara  kütləvi  informasiya  (məs,  müvafiq  qanun,  qayda  və 

siyasətlər)  və  qeyri-kütləvi  informasiya  (məs,  daxili  özünüqiymətləndirmələr,  siyasət,  prosedur, 

məlumat,  göstərici,  qayda  və  siyasətlər  daxil  ola  bilər.  Müvafiq  steykholderlərə  fərdlər  (məs, 

rəhbərlik  və  auditorlar),  təşkilatlar  (məs,  bazar  iştirakçıları  və  sənaye  birlikləri)  və  səlahiyyətli 

orqanlar daxil ola bilər. 



MBİ-lərin faktiki təcrübələrinin qiymətləndirilməsi 

1.16. 


MBİ-lərin  təhlükəsizlik  və sağlamlığını təmin etmək üçün qiymətləndiricilər  onların  faktiki 

təcrübələrini  xüsusi  vurğulamalıdırlar.  Qiymətləndiricilər  təkcə  MBİ-lərin  hüquqi  və  tənzimləyici 

çərçivə  və  qaydalarını  deyil,  həmçinin  yurisdiksiya  daxilində  belə  qanunvericilik  və  qaydaların 

tətbiqi və təcrübədə nail olunmasını da qiymətləndirməlidirlər.   

 



 

Bazarboyu tövsiyələrin qiymətləndirilməsi 

1.17. 

MBİP-yə  Əlavə  C-də  qeyd  edildiyi  kimi,  ÖHSK-BQKKT-nin  Qiymətli  Kağızların 



Hesablaşma Sistemləri üçün  Tövsiyələrindən  ticarətin təsdiqi,  hesablaşma  tsiklləri,  MTM-lər  və 

qiymətli  kağızların  krediti  üzrə  bazar  boyu  tövsiyələr  MBİ-lərin  standartlarının  nəzərdən 

keçirilməsinə 

daxil 


edilməmişdir. 

Bu 


tövsiyələr 

və 


aidiyyatlı 

qiymətləndirmə 

metodologiyası hələ də qüvvədədir. 

Qiymətləndiricilərin təhsili, təcrübə və təlimləri  

1.18. 


Qiymətləndirməni həyata keçirmək üçün qiymətləndiricilərin yetərli bilik, təcrübə və təlimi 

olmalıdır. Peşəkar  fərdlərin bazar və texniki təcrübəsi və qiymətləndirilən MBİ,  yaxud səlahiyyətli 

orqan haqqında yetərli bilgisi olmalıdır. 

Hesabatın tərtibatı 

1.19. 


Bu  hesabat  altı  bölmədən  ibarətdir.  Girişdən  sonra  (Bölmə  1)  MBİ-lər  üçün  Açıqlanma 

çərçivəsi (Bölmə 2) verilib. Bölmə 3 və 4-ə qiymətləndirmə metodologiyası çərçivəsi daxil edilib: 

Bölmə  3  prinsiplərə  qarşı  MBİ-nin  qiymətləndirilməsi  üçün  qiymətləndirmə  metodologiyasını 

təqdim  edir  və  Bölmə  4  məsuliyyətlərə  qarşı  səlahiyyətli  orqanların  qiymətləndirilməsi  üçün 

qiymətləndirmə metodologiyasını təqdim edir. Bölmə 5 prinsiplərdən hər biri üçün əsas mülahizə 

üzrə  təşkil  edilmiş  suallardan  ibarətdir.  Bu  suallar  Açıqlanma  çərçivəsi  üçün  istiqamətləndirici 

suallar  və  qiymətləndirmə  metodologiyası  üçün  əsas  töhfələr  rolunu  oynayır.  Bölmə  6-ya 

səlahiyyətli  orqanların  hər  bir  məsuliyyəti  üçün  əsas  mülahizə  üzrə  təşkil  edilmiş  suallar  daxil 

edilmişdir.  Əlavə  A-ya  MBİ-nin  açıqlaması  üçün  şablon  daxildir.  Əlavə  B  MBİ  tərəfindən 

prinsiplərə  riayət  edilməsinin  qiymətləndirilməsi  hesabatı  üçün  şablondan  ibarətdir.  Əlavə  C-yə 

səlahiyyətli  orqanlar  tərəfindən  məsuliyyətlərə  riayət  edilməsinə  dair  qiymətləndirilmə  hesabatı 

üçün  şablon  daxildir.  Nəhayət,  Əlavə  D-yə  MBİ-lər  tərəfindən  prinsiplərə  və  bu  və  ya  digər 

yurisdiksiya  üçün  səlahiyyətli  orqanlar  tərəfindən  məsuliyyətlərə  riayət  edilməsinə  dair  ölkə  üzrə 

qiymətləndirmə hesabatı daxildir. 

 

2.0.    MBİ-lər üçün açıqlanma çərçivəsi 

2.1. 


Bu  bölmədə qaydalar, əsas  prosedurlar və bazar məlumatlarının açıqlanmasına dair  Prinsip 

23,  əsas  mülahizə  5-ə  riayət  etmək  üçün  MBİ-lərin  doldurmalı  olduğu  açıqlanma  çərçivəsi  təsvir 

olunur.  Açıqlanma  çərçivəsi  həmçinin  qiymətləndiriciləri  MBİ-ləri  qiymətləndirməyə  başlaması 

üçün əsas faktlar dəsti ilə təmin edir və qiymətləndirmə metodologiyasını dəstəkləyir. 



Açıqlanma çərçivəsinin məqsədi 

2.2. 


Açıqlanma  çərçivəsinin  məqsədi  MBİ-nin  ümumi  şəffaflığı,  onun  idarə  olunması, 

əməliyyatları  və  risklərin  idarə  olunma  çərçivəsinin  geniş  auditoriyaya  açıqlanmasının  ümumi 

şəffaflığının  artırılmasından  ibarətdir,  bu  auditoriyaya  MBİ-də  hazırki  və  perspektiv  iştirakçılar, 

digər  bazar  iştirakçıları,  səlahiyyətli  orqanlar  və  geniş  ictimaiyyət  daxildir.  Ödəniş,  klrinq, 

hesablaşma  və  uçot  məsələlərində  təhlükəsizlik  və  səmərəliliyi  artırmaq  və  daha  geniş  anlamda 

maliyyə sabitliyinə töhfə üçün bazarda daha çox şəffaflıq ÖHSK və BQKKT-nin əsas ictimai siyasət 

məqsədlərini dəstəkləyir. 

Açıqlanma şablonunu doldurmaq üçün ümumi təlimatlar  

2.3. 


MBİ  hazırki  hesabata  Əlavə  A-da  verilmiş açıqlanma şablonunu doldurmalıdır. Bu şablona 

görə MBİ aşağıdakıları təmin etməlidir: 

• 

açıqlanmadakı əsas məsələlərin ümumi icmalı; 



• 

açıqlanmanın son yeniləndirilməsindən bəri əsas dəyişikliklərin xülasəsi; 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə