Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   2   3   4   5   6   7   8   9   10   ...   33

14 

 

Mərhələ 5: Hər narahatlıq amilinin ünvanlanması üçün müvafiq zaman kəsiyini göstərməli  

3.23. 

Qiymətləndirmə  hesabatı  (a)  olduğu  təqdirdə,  ünvanlanmalı  olan  narahatlıq  amillərinin  aydın 



müəyyənləşdirilməsi  və  (b) hər  müəyyən edilmiş narahatlıq amilinin ünvanlanması üçün  müvafiq 

zaman kəsiyinin göstərilməsi ilə tamamlanmalıdır. “Riayət olunur” reytini təyin olunmayan prinsip 

üçün  tövsiyələr  tərtib  edərkən  qiymətləndiricilər  müəyyən  edilmiş  istənilən  narahatlıq  amilini 

ünvanlayan və MBİ-nin prinsipə riayət etmə səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən tövsiyələr 

təmin etməlidirlər. 

3.24. 


Müvafiq zaman kəsiyinin müəyyən edilməsi üçün sadə proses yoxdur, lakin bəzi əsas mərhələni 

nəzərdən keçirmək faydalı ola bilər. Qiymətləndiricilər prinsiplərə tam riayət etmədən az riayət 

etmənin  ciddi  narahatlıqlara  səbəb  ola  biləcəyi  sahələri  müəyyən  etməlidirlər.  ÖHSK  və 

BQKKT  fərdi  prinsiplərə  mühümlük  dərəcəsi  təyin  etməyib,  çünki  qrup  şəklində  prinsiplər 

MBİ-nin təhlükəsizlik və səmərəliliyinə töhfə verir. Qiymətləndiricilər MBİ-yə ən böyük riskə, 

şəffaflığının,  yaxud  səmərəliliyinin  olmamasına  səbəb  olan  qüsurlarla  bağlı  mühakimələrinə 

əsasən prioritetləri başa düşməlidirlər. 

3.25. 


Prioritet  sahələri  müəyyən  etdikdən  sonra  qiymətləndiricilər  hər  sahə  üçün  həyata  keçirilməli 

tədbirləri  müəyyən  etməlidirlər.  Qiymətləndirmələrin  yerli  səlahiyyətli  orqanlar  tərəfindən  həyata 

keçirildiyi hallarda MBİ-nin özü çox vaxt səlahiyyətli orqanların nəzərdən keçirməsi üçün tədbirlər 

planı  hazırlamalıdır.  Qiymətləndirmələrin  kənar  qiymətləndiricilər  tərəfindən  həyata  keçirildiyi 

hallarda  çox  vaxt  qiymətləndiricilər  tövsiyələr  hazırlayır və  onları müvafiq səlahiyyətli  orqanlarla 

müzakirə edir. Narahatlıq amilinin ünvanlanmalı olduğu məntiqi zaman kəsiyi də təsbit edilməlidir. 

3.26. 

Müvafiq  olduğu  hallarda  qiymətləndiricilər  narahatlıq  amili  olmayan  istənilən  boşluq,  yaxud 



çatışmazlığın  aradan  qaldırılmasına  xidmət  edən  tövsiyələr  təmin  edir.  Bu  tövsiyələrin 

implementasiyası üçün xüsusi zaman kəsiyi ilə bağlı tələb yoxdur və MBİ onları normal biznes 

prosesində aradan qaldırmaq yolunu seçə bilər. 

Mərhələ 6: Qiymətləndirmə hesabatının hazırlanması 

3.27. 


MBİ-nin prinsiplərə nəzərən qiymələndirilməsi üçün qiymətləndirmə hesabatının şablonu Əlavə B-

də  verilmişdir.  Ölkənin  MBİ-ləri  və  səlahiyyətli  orqanlarının  prinsip  və  məsuliyyətlərə  nəzərən 

qiymətləndirilməsi üçün qiymətləndirmə hesabatının şablonu Əlavə D-də verilmişdir. 

4.0. 

Səlahiyyətli orqanların məsuliyyətləri ilə bağlı qiymətləndirmə metodologiyası  

4.1. 


Bu  bölmədə  səlahiyyətli  orqanların  MBİ  ilə  bağlı  məsuliyyətlərinə  dair  və  yurisdiksiyanın 

MBİP-ə  riayət  etməsinin  qiymətləndirilməsində  səlahiyyətli  orqanlar  və  BMİ-lərə  yardım 

etmək  üçün  qiymətləndirmə  metodologiyası  təsvir  olunur.  Səlahiyyətli  orqanların  fərdi  və 

kollektiv qiymətləndirilməsi üçün bu qiymətləndirmə metodologiyasından istifadə edilə bilər. 

FSAP-ın 

kontekstində 

BMİ-lər 

səlahiyyətli 

orqanları 

yurisdiksiya 

səviyyəsində 

qiymətləndirir. 



Məsuliyyətlərin qiymətləndirilməsinin tamamlanması üçün ümumi təlimatlar  

4.2. 


Məsuliyyətlərin  qiymətləndirilməsi  altı  mərhələdən  ibarətdir:  (1)  qiymətləndirmənin  müvafiq 

miqyasının müəyyən edilməsi; (2) hər əsas mülahizə üzrə faktların toplanması; 

(3) hər məsuliyyət üçün əsas nəticələrin tərtibatı; (4) hər məsuliyyətə reytinqin təyin edilməsi; 

(5) olduğu təqdirdə, hər narahatlıq amili, o cümlədən prioritetlərin müzakirəsi üçün müvafiq zaman 

kəsiyinin göstərilməsi; və (6) qiymətləndirmə hesabatının hazırlanması. 

Mərhələ 1: Qiymətləndirmənin müvafiq miqyasının müəyyən edilməsi 

4.3. 


Qiymətləndiricilər  qiymətləndirmənin  miqyasına  xüsusi  diqqət  yetirməlidirlər.  Miqyas 

qiymətləndirilmədən əvvəl qiymətləndiriləcək səlahiyyətli orqanlara aydın şəkildə çatdırılmalıdır. 




15 

 

Hansı səlahiyyətli orqanların qiymətləndiriləcəyinin müəyyən edilməsi  

4.4. 

Ümumiyyətlə,  səlahiyyətli  orqanlar  fərdi  tənzimləyici  və  nəzarət  orqanı  səviyyəsində  deyil, 



yurisdiksiya  səviyyəsində  qiymətləndirilməlidir.  Bu,  qiymətləndiricilərə  səlahiyyətli  orqanlar 

tərəfindən  məsuliyyətlərə  riayət  edilməsinin  hərtərəfli  qiymətləndirilməsini  və  yurisdiksiyada 

potensial  tənzimləyici  boşluq  və  çulğalaşmaların  müəyyən  edilməsini  həyata  keçirməyə  imkan 

verir. Bu yanaşma Məsuliyyət E-yə uyğundur, bu, digərləri ilə bir arada, yerli səlahiyyətli orqanlar 

arasında  əməkdaşlıq  məsələləri  ilə  məşğul  olur.  Bu  yanaşma  habelə  ölkənin  nəzarət  çərçivəsi 

daxilində  spesifik  səlahiyyətli  orqana,  yaxud  bu  və  ya  digər  MBİ  növünə  qarşı  bəzi  tədbirlərin 

həyata  keçirilməsini  istisna  etmir.  Bundan  əlavə,  səlahiyyətli  orqanlar  yurisdiksiyanın  özünün 

məsuliyyətlərə riayət etməsini birgə, yaxud fərdi şəkildə qiymətləndirmək arzusunda ola bilərlər. 

4.5. 

Bununla  belə,  spesifik  MBİ-yə  şamil  edilən  tənzimləyici  və  nəzarət  çərçivəsinin 



qiymətləndirilməsinin müvafiq olduğu vəziyyətlər ola bilər, məs, beynəlxalq fəaliyyəti olan MBİ-

lərlə  bağlı  hallar.  Məs,  xarici  səlahiyyətli  orqanlar  təkcə  daxili  səlahiyyətli  orqanların 

məsuliyyətlərə  ümumi  uyğunluğu  ilə  deyil,  hətta  daha  spesifik  qiymətləndirmə  vasitəsilə 

məsuliyyətlərin bu və ya digər MBİ-yə şamil edilməsi ilə maraqlana bilərlər. Məsuliyyətləri MBİ 

kateqoriyaları  ilə  əlaqədar  şəkildə  qiymətləndirmək  də  müvafiq  ola  bilər  (məs,  milli  səlahiyyətli 

orqanların MTM-lərlə bağlı məsuliyyətlərini necə yerinə yetirməsinin başa düşülməsi). 



Mərhələ 2: Hər əsas mülahizə üzrə faktların toplanması  

4.6.  


Hər  prinsipə  əsas  nəticələri  tərtib  edə  bilmək  üçün  qiymətləndiricilər  yetərli  faktlar 

toplamalıdırlar.  Bölmə 6-ya  5  məsuliyyətin  hər  biri  üçün  əsas  mülahizələr  üzrə  təşkil  edilmiş 

suallar  daxil  edilmişdir.  Bu  suallar  səlahiyyətli  orqanların  məsuliyyətlərə  riayət  edib 

etmədiyini  müəyyən  etməkdə  qiymətləndiricilərə  kömək  edən  alətlərdir.  Bundan  əlavə, 

informasiyanın toplanması prosesi qiymətləndirilən səlahiyyətli orqanın informasiyaya çıxış 

təmin etmək gözləntilərini qarşılamaq dərəcəsinin erkən indikatoru rolunu oynaya bilər. 

4.7. 

Bölmə  6-da  qeyd  edilmiş  sualların  məqsədi  qiymətləndiriciləri  məlumatlandırmaq  və  onların 



mühakiməsini əvəz etmək deyil, istiqamətləndirməkdən ibarətdir.

 5

 Sualların məqsədi sadəcə sorğu 



vərəqəsi  rolunu  oynamaqdan  ibarət  deyildir.  Bundan  başqa,  suallar  heç  də  tam  deyildir  və 

qiymətləndiricilər  öz  seçimləri  ilə  lazım  olduqca  əlavə,  yaxud  müxtəlif  suallardan  istifadə  edə 

bilərlər. Bəzi hallarda qiymətləndiricilər bu və ya digər risk amillərini, yaxud qiymətləndirməyə 

xas  vəziyyətləri  əks  etdirmək  üçün  spesifik  sualları  modifikasiya  etmək  istəyə  bilərlər. 

Qiymətləndiricilər  tərəfindən  istifadə  olunan  sualların  siyahısı  ən  azı  qiymətləndirmə 

metodologiyasına daxil edilmiş informasiya səviyyəsinə ekvivalent informasiya təmin etməlidir 

4.8. 

Əsas  nəticələrə  gələrək  reytinq  verərkən  məzmun  əsasını  müəyyən  etmək  üçün 



qiymətləndiricilər  səlahiyyətli  orqanın  yurisdiksiyasını,  proses  və  qaydalarını  başa 

düşməlidirlər.  Ona  görə  də,  qiymətləndiricilər  qiymətləndirmə  zamanı  hər  prinsip  üçün 

aşağıdakı ümumi sualları nəzərə almalıdırlar: 

1. 


Prinsipə riayət etmək üçün MBİ hansı yanaşma, yaxud metoddan istifadə edir? 

2. 


Prinsipə  riayət  etmək  üçün  yanaşma,  yaxud  metodun  səmərəliliyini  təmin  etmək  məqsədilə  MBİ 

hansı təhlil, proses və əsaslandırmadan istifadə edir? 

3. 

Prinsipə riayət edərkən MBİ davamlı fəaliyyəti neçə ölçür və monitorinq edir? 



4. 

Prinsipə riayət edərkən MBİ-nin davamlı  fəaliyyətinin monitorinq edilməsinə kömək etmək üçün 

mövcud hansı digər sübut vardır? 

Mərhələ 3: Hər məsuliyyət üçün əsas nəticələrin tərtib edilməsi 

4.9.  


Əsas  nəticələr  dedikdə  qiymətləndiricinin  qiymətləndirilən  səlahiyyətli  orqan  tərəfindən 

məsuliyyətə  riayət  edilmə  dərəcəsinin  ümumi  şəkildə  müəyyən  edilməsi  nəzərdə  tutulur.  Hər 

məsuliyyət  üçün  əsas  nəticələr  müəyyən  edilməli  və  qiymətləndiricilər  tərəfindən  toplanmış 

faktlara  əsasən  nəqli  icmal  şəklində  təmin  edilməlidir.  Əsas  nəticəni  tərtib  edərkən 

qiymətləndiricilər: 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə