Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

18 

 

müəyyən  etməlidirlər.  Qiymətləndirmələrin  yerli  səlahiyyətli  orqanlar  tərəfindən  həyata  keçirildiyi  hallarda 



onlar  özləri  tədbirlər  planı  hazırlamalıdır.  Qiymətləndir-mələrin  kənar  qiymətləndiricilər  tərəfindən  həyata 

keçirildiyi hallarda çox vaxt qiymətlən-diricilər tövsiyələr hazırlayır və onları müvafiq səlahiyyətli orqanlarla 

müzakirə  edir.  Hər  bir  halda  hər  tədbiri,  yaxud  tövsiyəni  başlamaq  üçün  ən  yaxşı  mövqeləndirilmiş  tərəf 

müəyyən edilməlidir. Narahatlıq amilinin ünvanlanmalı olduğu məntiqi dövr də təsbit edilməlidir. 

4.18.  Müvafiq  hallarda  qiymətləndiricilər  narahatlıq  amili  olmayan  istənilən  boşluq,  yaxud 

çatışmazlığın aradan qaldırılmasına xidmət edən tövsiyələr təmin edir. Bu tövsiyələrin icrası üçün xüsusi 

zaman  kəsiyi  ilə  bağlı  tələb  yoxdur  və  səlahiyyətli  orqanlar  onları  normal  biznes  prosesində  aradan 

qaldırmaq yolunu seçə bilər. 



Mərhələ 6: Qiymətləndirmə hesabatının hazırlanması 

4.19.  Səlahiyyətli  orqanların  məsuliyyətlərə  nəzərən  qiymələndirilməsi  üçün  qiymətləndirmə  hesabatının 

şablonu  Əlavə  C-də  verilmişdir.  Ölkənin  MBİ-ləri  və  səlahiyyətli  orqanlarının  prinsip  və  məsuliyyətlərə 

nəzərən qiymətləndirilməsi üçün qiymətləndirmə hesabatının şablonu Əlavə D-də verilmişdir. 

 

5.0. MBİ-lər üçün prinsiplərin əsas mülahizəsi haqqında suallar 

 

Prinsip 1: Hüquqi əsas 



 

Əsas  mülahizə  1:  Hüquqi  əsas  bütün  müvafiq  yurisdiksiyalarda  MBİ-nin  fəaliyyətinin  hər  bir 

əhəmiyyətli aspekti üçün yüksək dərəcədə müəyyənlik təmin etməlidir. 

1.1.1:  MBİ-nin  fəaliyyətinin  yüksək  dərəcədə  hüquqi  müəyyənlik  tələb  edən  əhəmiyyətli  aspektləri 

hansılardır  (məs:  maliyyə  alətləri  üzərində  hüquq  və  maraqlar,  hesablaşmaların  başa  çatdırılması,  xalis 

mövqelərin müəyyən edilməsi, qarşılıqlı əlaqənin  mümkünlüyü,  qiymətli  kağızların  immobilizasiyası  və 

elektronlaşdırılması, ödənişə qarşı çatdırma, ödənişə qarşı ödəmə, çatdırmaya qarşı ödəmə mexanizmləri, 

girov qaydaları (marja qaydaları daxil) və defolt prosedurları)? 

1.1.2: MBİ-nin fəaliyyətlərinin hər əhəmiyyətli aspekti üçün müvafiq yurisdiksiyalar hansılardır? 

1.1.3: MBİ-nin hüquqi əsasının (yəni hüquqi çərçivə və MBİ-nin qayda, prosedur və müqavilələri) bütün 

müvafiq yurisdiksiyalarda fəaliyyətinin bütün aspektləri üçün yüksək dərəcədə hüquqi müəyyənliyi necə 

təmin edilir? 

a)  Xalis  mövqeyin  müəyyən  edilməsi  mexanizmi  olan  MBİ-nin  hüquqi  əsası  bu  mexanizmin  həyata 

keçirilməsini necə dəstəkləyir? 

b)  MBİ-də  hesablaşmaların  başa  çatdırılması  baş  verdikdə  MBİ-nin  hüquqi  əsası  tranzaksiyaların,  o 

cümlədən  ödəniş  qabiliyyəti  olmayan  iştirakçıların  hesablaşmalarının  başa  çatdırılmasını  necə 

tənzimləyir? Vəsaitlərin və ya qiymətli kağızların köçürülmə sistemləri kimi MBİ-ninistifadə etdiyi kənar 

hesablaşma mexanizmləri üçün hüquqi əsas bu sona çatdırılmanı dəstəkləyirmi? 

 Əsas  mülahizə  2:  MBİ-nin  aydın,  anlaşılan  və  bütün  müvafiq  qanun  və  qaydalara  uyğun  qayda, 

prosedur və müqavilələri olmalıdır. 

1.2.1: MBİ qayda, prosedur və müqavilələrinin aydın və anlaşılan olduğunu necə nümayiş etdirib? 

1.2.2:  MBİ  qayda,  prosedur  və  müqavilələrinin  müvafiq  qanunvericiliyə  uyğunluğunu  necə  təmin  edir 

(məs,  hüquqi  rəy  və  ya  təhlillər  vasitəsilə)?  Hər  hansı  uyğunsuzluq  halı  müəyyən  edilərək  aradan 




19 

 

qaldırılıbmı?  MBİ-nin  qayda,  prosedur  və  müqavilələri  kənar  səlahiyyətli  orqanlar  və  ya  təsisatlar 



tərəfindən yoxlanılırmı və ya qiymətləndirilirmi? 

1.2.3:  MBİ-nin  qayda,  prosedur  və  müqavilələri  qüvvəyə  minməzdən  əvvəl  təsdiq  edilməlidirmi?  Əgər 

belədirsə, kim tərəfindən və necə təsdiq edilir? 

Əsas  mülahizə 3:  MBİ fəaliyyətinin  hüquqi  əsasını müvafiq səlahiyyətli orqanlara, iştirakçılara və 

lazım  gələrsə,  istirakçıların  müştərilərinə  aydın  və  anlaşılan  şəkildə  çatdırmaq  iqtidarında 

olmalıdır. 

1.3.1:  MBİ  fəaliyyətinin  hüquqi  əsasını  müvafiq  səlahiyyətli  orqanlara,  iştirakçılara  və  lazım  gələrsə, 

iştirakçıların müştərilərinə necə çatdırır? 

Əsas  mülahizə  4: MBİ-nin  bütün  müvafiq yurisdiksiyalarda  tətbiq  edilə  bilən  qayda,  prosedur  və 

müqavilələri  olmalıdır.  Yüksək  dərəcədə  əminlik  olmalıdır  ki,  bu  qayda  və  prosedurlar  əsasında 

həyata keçirilən tədbirlər ləğv edilməyəcək, dəyişdirilməyəcək və ya təxirə salınmayacaqdır. 

1.4.1:  MBİ  öz  əməliyyatlarına  aid qayda, prosedur  və müqavilələrinin  əsas  mülahizə  1-də  (məs, hüquqi 

rəy  və  ya  təhlil  vasitəsilə)  müəyyən  edilmiş  bütün  müvafiq  yurisdiksiyalarda  tətbiq  edilə  bilinməsi  ilə 

bağlı yüksək dərəcədə əminliyə necə nail olur? 

1.4.2:  MBİ  qayda,  prosedur  və  müqavilələrinin  ləğv  edilməyəcəyi,  dəyişdirilməyəcəyi  və  ya  təxirə 

salınmayacağı  ilə  bağlı  yüksək  dərəcədə  əminliyə  necə  nail  olur?  MBİ-nin  qayda,  prosedur  və 

müqavilələri əsasında onun tədbirlərinin  ləğv ediləcəyi, dəyişdiriləcəyi  və  ya təxirə salınacağı halları  ilə 

bağlı müddəalar varmı? Vardırsa, hansılardır? 

1.4.3:  Hər  hansı  müvafiq  yurisdiksiyadakı  məhkəmə  MBİ-nin  müvafiq  tədbir  və  mexanizmlərinin  bu 

qayda və prosedurlara uyğun olaraq tətbiq edilə bilinməyəcəyi haqqında qərar qəbul edibmi? 



Əsas  mülahizə  5:  Çoxsaylı  yurisdiksiyalarda  fəaliyyət  göstərən  MBİ  digər  yurisdiksiyalarda  hər 

hansı mümkün qanunlar münaqişəsindən yaranan riskləri müəyyən etməli və azaltmalıdır. 

1.5.1:  MBİ  çoxsaylı  yurisdiksiyalarda  fəaliyyət  göstərərsə  o,  hər  hansı  mümkün  qanunlar  münaqişəsi 

məsələlərini  necə  müəyyənləşdirir  və  təhlil  edir?  MBİ-nin  müvafiq  yurisdiksiyalarda  seçdiyi  qanunun 

tətbiq  edilə  bilinməsi  ilə  bağlı  qeyri-müəyyənlik  olduğu  halda  o,  mümkün  qanunlar  münaqişəsi 

məsələlərinin  müstəqil  qanuni  təhlilini  əldə  edibmi?  MBİ  hansı  mümkün  qanunlar  münaqişəsi 

məsələlərini  müəyyənləşdirib  və  təhlil  edib?  MBİ  hər  hansı  mümkün  qanunlar  münaqişəsi  məsələlərini 

necə həll edib? 

Prinsip 2: İdarəetmə 

Əsas  mülahizə  1:  MBİ-nin  məqsədi  özünün  təhlükəsizlik  və  səmərəliliyinə  yüksək  prioritet 

verməkdən  və  maliyyə  sabitliyini  və  digər  müvafiq  ictimai  maraq  kəsb  edən  məsələləri  aydın 

şəkildə dəstəkləməkdən ibarət olmalıdır. 

2.1.1:  MBİ-nin  məqsədi  nədir  və  bu  məqsəd  nə  dərəcədə  aydın  müəyyən  edilib?  Məqsədlərə  çatmaq 

baxımından MBİ-nin fəaliyyəti necə qiymətləndirilir? 

2.1.2:  MBİ-nin  məqsədi  təhlükəsizlik  və  səmərəlilik  üzrə  yüksək  prioritetliyi  necə  müəyyənləşdirir? 

MBİ-nin məqsədi maliyyə sabitliyini və digər müvafiq ictimai maraq kəsb edən məsələləri aydın şəkildə 

necə dəstəkləyir? 



Əsas  mülahizə  2:  MBİ  məsuliyyət  və  hesabatlılığının  aydın  və  birbaşa  bölgüsünü  təmin  edən 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə