Odur köhnə dəyirman iki yol ayrıcında, Orada iydələrin altı kölgəli, sərin Bir qızın gül əlləri bir gəncin ovucunda



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü1,27 Mb.
#73343


Yadigar

Odur köhnə dəyirman iki yol ayrıcında,

Orada iydələrin altı kölgəli, sərin...

Bir qızın gül əlləri bir gəncin ovucunda,

Oğlan gülür, qız dalıb düşünür dərin-dərin.

Dikilir bir-birinə mehriban qara gözlər,

Qız oğlana bir daha diləyir uğurlu yol.

Ürəkdən dodaqlara axır bu sadə sözlər:

- Mehparacan, unutma!

 

 

- Kağız yaz!

 

 

 

- Arxayın ol!

Onlar ilk dəfə dadır eşqin ayrılığını...

Ah, nələr pıçıldayır, o öpüşən dodaqlar!

Qız uzadır oğlana öz güllü yaylığını:

“Al, - deyir, - bu yaylığı, saxla məndən yadigar”.

Beləcə vidalaşır iki əziz sevgili,

Həzin-həzin hardasa çalınır uzaqda ney...

Gənc gedir süngüsüylə qorumağa bu eli,

Qız qalır intizarda, gözləri yol çəkir hey.

Keçir həftələr, aylar,

 

 

bir-birindən vəfasız.

Oğlan çapır atını yel kimi cəbhələrdə.

Boylanır yola sarı hər axşam, hər səhər qız...

Bir quş olmaq istəyir qız o dəqiqələrdə.

Uzaqlarda, dağların dalında çiskin, duman...

Düşmənin mərmiləri sovurur göyə qarı.

Çapır qızıl atlılar,

 

 

öndə o gənc qəhrəman,

Gurlayır ordumuzun uzaqvuran topları.

Dağ əzəmətli tanklar düşmənə hücum edir,

Qopur “Ura!” səsləri azad vətən namına.

Mənimsə qəhrəmanım, odur, qabaqda gedir.

Şığıyır tərlan kimi düşmən istehkamına!

Bəzən döyüşdən qabaq,

 

 

bəzən döyüşarası,

Qanadını gərəndə qorxunc sükut havada,

Görürsən, yada düşür sevgili Mehparası,

Açır güllü yaylığı, baxır hərdən davada.

Can nənə, bir nağıl de!

- Ay nənə, bir nağıl da de!

 

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

 

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay,

 

 

gör, heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik,

 

 

odur yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə,

 

 

bax, eşikdə yel əsir...

- Qar yağırmı?

 

- Elə yağır... sazaq qılınctək kəsir...

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub,

 

 

cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur...

 

amma yuxu getmir gözünə.

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala,

 

 

yeldir, qarı sovurur...

- Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fi krə gedir, qucaqlayır yastığı...

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy, başıma nələr, oğul,

 

yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

- Ömrüm-günüm, körpə quzum,

 

 

qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmasın,

 

 

görüşərik bu bahar.

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram

 

 

 

kəndə mən...

Heç darıxma, dərdin alım,

 

 

atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Di yat, indi gecə keçir...

 

 

- Onda, nənə, ay nənə!

Qoy kəsməyək ağ toğlunu,

 

 

qalsın atam gələnə.

- Yaxşı, bala, qoy bağlarda

 

 

çiçək açsın nar, ərik,

Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,

El qaydası süfrə açar,

 

 

qohum-qonşumuz gələr.

Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,

Qoca baban saz kökləyib,

 

 

nağıl deyər sübhəcən...

Körpə güldü... həsrət qonan

 

 

gözlərindən uçdu qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm:

Qaranquşlar uçub gəldi,

 

 

açdı çiçək, güldü yaz...

Qucaqladı atasını, sonra kimsə çaldı saz...

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı.

Admiral

Yenə külək uğuldayır, çalxalanır ümman,

Sahil uzaq, sular dəli, göylər çən, duman...

Bizimdir o mayakları göz vuran liman,

Çək lövbəri, sür gəmini, dənizə yol al,

Keşik çəkək sərhədlərə, yoldaş admiral!

Gen qoynunda layla çalır bizə göy dəniz.

Su üzündə bir qayadır sanki gəmimiz,

Külək susur, tufan yatır hökm edəndə biz,

Toplarımız dinən zaman sular olur lal.

Biz hazırıq hər əmrinə, yoldaş admiral!

Bizim dərya könlümüzdə Vətən eşqi var!

Sür gəmini, qoy sahildən əl eləsin yar.

Ellərimiz yaşasın dinc, azad, bəxtiyar.

Sular mavi tül geyinsin, şəfəqlərsə al,

Öpsün açıq alnımızdan ellər, admiral!

Dənizlərə qan çiləsə şərəfsiz yağı,

Od püskürər hər bir qarış Vətən torpağı!

Qoy var olsun yurdumuzun qalib bayrağı,

O gətirdi bizim yurda səadət, cəlal;

O aparır zəfərlərə bizi, admiral!

Tez ol, sevgilim, tez ol!

Sən bir şəfqət bacısı,

 

 

mən döyüşçü qəhrəman,

Artıq verdi bu gündən qəti hökmünü zaman,

Tez ol, sevgilim, tez ol!

 

 

Gəlib keçir saatlar,

Qapımızda kişnəyir yəhərli köhlən atlar.

Tez ol, götür çantanı, gərək biz yola düşək!

Tez ol, darvazaya çıx, gəl yubanma, görüşək...

Mən köhlən at belinə yatıb quş kimi uçum,

Sən də çap, dalımca gəl,

 

 

başlanıb artıq hücum.

Tez ol, sevgilim, tez ol!

 

 

Düşmən aşıb həddini,

Quldur kimi keçib o, Vətənin sərhəddini.

Öz qanında boğulsun gərək o qanlı düşmən,

Yoxsa qoya bilmərəm qılıncımı qına mən!

Sevgilim! Dava günü məni həsrətlə anma,

Desələr ki, əsirəm, ölmüşəm, yox, inanma!

Səngərləri axtarıb, soruşma heç hardayam,

Bil ki döyüş zamanı ən ön sıralardayam!

Mən üfüqdən-üfüqə şığıyıb ildırımtək,

Düşmənlərin başına ölüm yağdıram gərək!

Sənsə odlardan keçib, harda yaralı görsən,

Şəfqətli əllərinlə yarasını tap hökmən,

Bağla mənim yaramtək,

 

 

qoyma ki qan aparsın;

Qoyma ölüm bir nəfəri sıramızdan qoparsın!

Tez ol, sevglim, tez ol!

 

 

Gəl artıq vidalaşaq!

Yaylıq çıxarmaq nədir?!

 

 

Sən ki deyilsən uşaq!

Zərər yoxdur, döyüşdə, bəlkə ayrı düşərik,

Qalibiyyət günü biz Berlində görüşərik!

24 iyun 1941

7

N 13(72) 06.05.2016



S

ö zə,  bə dii  mətn lə rə  ta ri xin 

bü tün  dö nəm lə rin də  eh-

ti yac  olub.  Söz  –  za ma nın 

bi lə yin dən  ya pı şan,  onun 

nəb zi ni yox la yan bir tə bib olub hə-

mi şə.  Gər di şin əli hər yer dən üzü-

lən də, dün ya  qə lə min gü cü nə, bə dii 

sö zə  söy kə nib.  Bu nu  za man-za man 

sı naq lar dan  ke çən  ədə biy ya tı mız  da 

təs diq lə yir.  Təəs süf  ki,  ya zı lan  gö zəl 

əsər lər lə ya na şı, bu gü nün mən zə rə si 

fo nun da ya şa nan xaotik bir söz bu mu-

na  da  şa hid  olu ruq.  Bu,  əsl  sö zə  qiy-

mət ve rən oxu cu lar da bir xə yal qı rıq lı ğı 

ya ra dır.  Ədə bi  mü hit də  ya şa nan lar,  mə-

sə lən,  ya şın dan,  təc rü bə sin dən,  is te da-

dın dan ası lı ol ma ya raq, ro man çı lı ğa  alu də 

ol ma ğın bu gün bir dəb ha lı nı al ma sı, nə ti-

cə də sö zün ur vat dan düş mə si ədə biy yat se vər-

lə ri mə yus edir. Be lə də klas sik lə ri mi zin ta ri xin 

do lan bac la rın dan ke çib gəl miş əsər lə ri nə 

bir da ha üz tut ma ğa də rin eh ti yac du-

yu lur. Bu ba xım dan, sə nət kar la rı mı-

zın əsər lə rin dən ör nək lər ver mə-

yi  plan laş dır mışıq.  Azər bay can 

ədə biy ya tı nın  gör kəm li  ədib-

lə rin dən  olan  Əhməd  Cəmi-

lin  şeir lə ri  ilə  mis si ya mı zı 

davam etdiririk.

Can nənə,



bir nağıl de!

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə