Oğulunu itirən atanın ürək sızladan 10 tövsiyyəsi



Yüklə 60,3 Kb.
tarix19.01.2022
ölçüsü60,3 Kb.
#82985
oğlunu itirən ata


Oğulunu itirən atanın ürək sızladan 10 tövsiyyəsi

İngilis Riçard Pringl, hər ata kimi oğlu Xyui ilə birlikdə çox uzun illər keçirəcəyini düşünürdü. Lakin Xyuinin (Hughie) beyin xəstələyi var idi və həkimlər xəstəliyin idarə oluna biləcəyini, uşağın sağalacağını fikirləşirdilər.

Həkimlər ümid etdiyi kimi olmadı, əksinə ola biləcək ən pis vəziyyət baş verdi. Xyui beyin qanaması nəticəsində həyatını itirdi.


Ürək sızladan bu faciəli hadisə atasına Xyui ilə keçirdiyi gözəl anların, həyatın və yaşadığımız hər dəqiqənin necə dəyərli olduğunu daha dərindən anlamasına kömək etdi.

Riçard Pringl (Richard Pringle) başqa valideynlərində həyatın kövrək və sürətlə keçib gedən təbiətini başa salmaq üçün oğlunun ölümündən sonra fərqinə vardığı 10 faktı yazdı:

1. Heç vaxt amma heç vaxt həddindən çox öpmək və sevmək deyilən şey yoxdur.

2. Həmişə zamanınız vardır. Etməkdə olduğunuz işi buraxın və oyun oynayın, bir dəqiqəlik olsa da, edin.

3. Çəkə biləcəyik qədər çoxlu şəkil və video çəkin. Bir gün əlinizdə qalan tək şey onlar ola bilər.

4. Pul yox, zaman xərcləyin. Sadəcə etdikləriniz önəmlidir. Su gölməçələrində hoppanın, gəzintilərə çıxın. Dənizdə üzün, çadır qurun və təkcə əylənin. Uşaqlarınızın tək istədiyi budur. Xyuiyə nələri satın aldığımı xatırlamıram, sadəcə birlikdə etdiklərimiz yadımdadır.

5. Mahnı oxuyun. Birliktə oxuyun. Ən xoşbəxt anlarım Xyui çiynimdə oturanda, ya da maşında yanımda əyləşəndə ən sevdiyimiz mahnıları oxuduğumuz anlar idi. Xatirələr musiqi ilə yaradılır.

6. Ən xırda detallara dəyər verin. Axşam saatları, yuxu və hekayə saatları. Birlikdə axşam yeməkləri. Tənbəl bazar günləri. Ən sadə anlar, ən dəyərliniz olsun. Bu özəl zamanların fərqində olmadan keçib getməsinə icazə verməyin.

7. Sevdiklərinizlə vidalaşarkən onları həmişə öpün. Unutdunuzsa, geri qayıdın və öpün. Bunun son şansınız olub olmadığını əsla bilmək mümkün deyil.

8. Sıxıcı şeyləri əyləncəli hala gətirin. Alışveriş zamanlarını, maşın səyahətlərini, mağaza gəzintilərinu. "Axmaqlıqlar" edin, zarafatlaşın, gülün, gülümsəyin və ən əsası əylənon. Həyat əylənməyi unuda bilməyəcəyimiz qədər qısadır.

9. Gündəlik tutun. Uşaqlarınızın etdiyi və dünyanızı işıqlarında hər detalı qeyd edin: söylədikləri gülməli fikirləri, etdikləri sevimli davranışları. Biz bunu Xyuini itirdikdən sonra etməyə başladıq. Digər uşaqlarımız Xenni (Hennie)və Xetti(Hettie) üçün hazırlayacağıq. Bu xatirələr sonsuza qədər yazılı qalacaq. Gün gələndə oxuya və yaşadığımız gözəl anları bağrımıza basa bilərik.

10. Əgər, uşaqlarınız yanınazdadırsa... Yatmazdan əvvəl öpmək üçün, birlikdə səhər yeməyi yemək üçün, məktəbə birlikdə yerimək üçün, universitetə aparmaq üçün, evləndiklərini görmək üçün övladlarınız sizinlədirsə, çox amma çox şanslısınız. Bunu əsla unutmayın.

Bu həyatı yaşamaq şansı bizlərə sadəcə bir dəfə verilir. Ona görə də həyatımızın hər anını sevdiklərimizlə, ailəmizlə ürəkdən yaşamalıyıq. “Kaş ki”lərsiz həyatlar diləyi ilə...



Aytac ASƏFQIZI
Yüklə 60,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə