Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
  1   2   3   4   5   6   7   8


OĞUZ YURDU

İ C T İ M A İ - S İ YA S İ   Q Ə Z E T

• № 9-10 (4544) •19 mart 2017-ci il •Bazar • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik

BAHAR BAYRAMINIZ MÜBARƏK!



OĞUZ

OĞUZ RAYON İCRA

HAKİMİYYƏTİNİN BAŞÇISI

EYVAZ QURBANOVUN

NOVRUZ BAYRAMI MÜNASİ-

BƏTİ İLƏ OĞUZLULARA

TƏBRİKİ

Hörmətli oğuzlular! Xalqımız neçə min illərdən bə-

ridir ki, baharın gəlişini ən əziz bayramı kimi qeyd edir.

Müxtəlif mərasimlər və şənliklərlə keçirilən bu bayram

müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadi-

garıdır. Baharın gəlişi-Novruz bayramı münasibəti ilə sizi

səmimi qəlbdən təbrik edir, hamınıza bahar ovqatı,  xoş-

bəxtlik, səadət arzulayıram.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummil-

li liderimiz Heydər Əliyevin Fərmanı ilə Novruz bayramı

dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ulu

öndərin yolunu bütün sahələrdə uğurla davam etdirən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

Sərəncamına  əsasən  Əmək  Məcəlləsində  dəyişiklik

edilmiş, Novruz bayramı beş gün müəyyənləşdirilmişdir.

Novruz bayramı Azərbaycandan başqa bir çox türk və

müsəlman ölkələrində də qeyd olunur. Ölkəmizin birinci

xanımı,  Azərbaycan Respublikasının Birinci Vitse-prezi-

denti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə

BMT martın 21-nin bütün dünyada Beynəlxalq Novruz

Günü kimi qeyd olunması barədə qərar vermişdir. Cə-

miyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması,

səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər

formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyı-

cısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil et-

mişdir.

Ümummilli liderimiz  Heydər Əliyevin  yolu ilə  inamla



addımlayan ölkəmiz  Azərbaycan Respublikasının Pre-

zidenti İlham Əliyevin həyata keçirdiyi tədbirlər,  gördüyü

böyük işlər nəticəsində  sosial-iqtisadi sahədə, ordu qu-

ruculuğunda,  respublika həyatının bütün istiqamətlə-

rində, eləcə də beynəlxalq miqyasda çox böyük nailiy-

yətlər qazanmışdır. Nüfuzlu beynəlxalq təşkilatların he-

sabatlarında   Azərbaycanın əldə etdiyi nailiyyətlər   də-

fələrlə  təsdiq edilmişdir. 

Son illərdə Azərbaycanın sürətlə inkişaf edən bölgələ-

rindən biri olan Oğuz rayonu da tikinti, quruculuq, abad-

lıq, sosial məsələlərin həlli sahəsində və digər sahələrdə

böyük nailiyyətlər qazanmışdır. Dünyanı bürüyən iqtisa-

di böhranlara,  neftin qiymətinin kəskin şəkildə aşağı

düşməsi  nəticəsində  ölkəmizin  gəlirlərinin  3-4  dəfə

aşağı düşməsinə baxmayaraq respublikamızın hər ye-

rində olduğu kimi rayonumuzda bu sahədə işlər uğurla

davam etdirilir.

Builki Novruz bayramını xalqımız respublikamızda  İs-

lam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ərəfədə  qeyd

edir.  Ölkəmiz  İslam ölkələrindən gələcək idmançıları,

nümayəndələri, turistləri  böyük qonaqpərvərliklə qəbul

etməyə hazırlaşır. Novruz bayramını ölkəmizin sakinləri

ilə bərabər xaricdə yaşayan soydaşlarımız da azərbay-

cançılıq məfkurəsi işığında qarşılayırlar. Nisgilimiz bircə

işğal olunmuş torpaqlarımız sarıdandır. O torpaqların er-

məni əsarətində olması hər birimizi üzür. Lakin biz o tor-

paqların tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Ap-

rel döyüşləri,  gündən-günə güclənən ordumuzun düş-

mənin hər bir təxribatını dəf edərək ona sarsıdıcı zər-

bələr vurması, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonu-

nun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər

haqqında”    24  yanvar  2017-ci  il  tarixli    Sərəncamına

əsasən həyata keçirilən tədbirlər bu inamımızı qat-qat

artırır. İnanırıq ki,  Cəbrayıl rayonunun işğaldan azad

edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra bu ilin

fevral ayının 21-də ilk dəfə Su çərşənbəsi günü yandı-

rılmış tonqal kimi tonqallar  bütün işğal edilmiş mən-

təqələrimizdə  də  yandırılacaq,  o    torbaqlara  dönən

həmvətənlərimiz    Novruz  bayramını  öz  el-obasında

qeyd edəcək!   

Baharın nəfəsini, təbiətin oyanışını hiss edən  oğuz-

lular  ənənələrə  uyğun  olaraq  Novruz  çərşənbələrini

qeyd etməklə bərabər  böyük həvəslə təmizlik,  torpağın

becərilməsi, əkin, abadlıq və quruculuq işləri ilə məşğul

olurlar. Rayonumuzda yeni fındıq, qoz bağları salınır,

hər yerdə iməciliklər keçirilir, müxtəlif ağaclar, gül-çiçək

əkilir, yaşıllaşdırma işləri aparılır.

Əziz oğuzlular! Sizi bir daha Novruz bayramı münasi-

bəti ilə ürəkdən təbrik edirəm.  Qoy bu ümumxalq bayra-

mımız  hər bir Oğuz ailəsinə bahar ovqatı, ruzi-bərəkət,

bolluq, firavanlıq  bəxş etsin.



Novruz bayramınız mübarək olsun!

TƏBRİK EDİRİK

TƏBRİK EDİRİK

Hörmətli Oğuzlular, əziz seçicilə-

rim! Sizi xalqımızın milli adət-ənənələ-

rində  özünəməxsus  yeri  olan  Novruz

bayramının  gəlişi  münasibətilə  ürək-

dən  təbrik  edir,  hamınıza  cansağlığı,

səadət  və  bütün  işlərinizdə  uğurlar

diləyirəm. 

Novruz  bayramı  gecə  ilə  gündüzün

bərabərləşdiyini xəbər verən ilk bahar

günü yurdumuza qədəm qoyur. Qədim

əcdadlarımızın bizə misilsiz yadigarı ki-

mi yazın gəlişi Odlar diyarında min il-

lərdir  xüsusi  mərasimlərlə  qarşılanır,

təntənəli el şənlikləri ilə müşayiət olu-

nur. 


Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlan-

masının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növ-

bəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər

çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda,

atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İs-

lamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə

çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl

adət-ənənələri  ilə  bugün  də  çox  sevilir,  uca  tutulur  və  layiqincə  qorunub

yaşadılır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra Novruz

ölkəmizdə dövlət bayramı kimi qeyd olunmağa başlanılmış,  sözün əsl mə-

nasında ümumxalq bayramı mahiyyəti qazanmışdır. Çünki bu bayram dövlət

müstəqilliyimizin verdiyi ilk bəhrələrdəndir. 

Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezi-

denti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun qeyri-

maddi  mədəni  irs  siyahısına  daxil  edilmiş,  BMT-nin  Baş  Assambleyası

tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. 

Azərbaycanın son illərdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər

evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. İqtisadiyyatımızın yük-

sələn xətt üzrə davamlı inkişaf tempi, mədəni-ictimai həyatımızın daha da

canlanması, bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi

və yeniləşməsi ilə həmahəng olub, hər birimizdə nikbin ovqat, sabahkı günə

dərin inam yaradır. 

Mən bu əziz gündə Azərbaycan torpaqlarının müdafiəsində dayanan cəsur

əsgərlərimizə səmimi bayram salamlarımı yetirirəm. Ölkəmizin ərazi bütöv-

lüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə

yüksəlmiş qəhrəman vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad

edir, onlara ulu Tanrıdan rəhmət diləyirəm. 

Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan

soydaşlarımız da Novruz bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayır-

lar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram

hər gəlişi ilə onların ana vətənə bağlılıq duyğularını daha da gücləndirir. 

Əziz oğuzlular, bir daha sizləri bu gözəl bayram  münasibətilə  təbrik  edir,

sizlərə Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə

günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıram.

Aqiyə  Həbib  qızı  Naxçıvanlı,

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri, millət

vəkili 

RAYON  İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

RAYON  İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Martın 10-da Oğuz  Rayon İcra Hakimiyyətində idarə, müəssisə

rəhbərlərinin, yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin

iştirakı ilə müşavirə keçirilmişdir. Rayon icra hakimiyyətinin başçı-

sı Eyvaz Qurbanov müşavirəni açaraq baharın gəlişi ilə əlaqədar

rayonda görülməsi vacib olan işlərin vaxtında icrası ilə əlaqədar

qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd edilmişdir ki, rayonda səmərəli şəkildə istifadə edilməsi

üçün bəzi torpaqların təyinatının dəyişdirilməsinə ehtiyac var. Bu-

nunla bağlı respublikanın aid qurumlarının nümayəndələri rayon-

da olub lazımi iş aparırlar. Rayonun əlaqədar təşkilatları, yerli icra

nümayəndələri və bələdiyyələr bu işlərin vaxtında görülməsi üçün

onlara  köməkliklər etməlidirlər.

Bu il rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası və

inkişaf etdirilməsi üçün böyük həcmdə işlərin görülməsi planlaş-

dırılmışdır. Tütün əkini ilə bağlı şitilə olan ehtiyacın tam ödənil-

məsi üçün fermerlərlə iş aparılmış, yerlər müəyyənləşdirilmiş, şi-

tilliklər salınmışdır. Sahələrin tütün əkininə vaxtında hazırlanması,

tütün əkininin optimal müddətdə, keyfiyyətlə həyata keçirilməsi,

suvarma  və  becərilmə işlərinin aqrotexniki  qaydalara uyğun

aparılması  üçün lazımi hazırlıq işləri görülməlidir. 

Baramaçılığın inkişaf etdirilməsi üçün rayona bölgüyə uyğun

olaraq keyfiyyətli toxmacar tinkləri gətirilib əkilmişdir. Onlar böyü-

dükdən sonra rayonda baramaçılığın inkişaf etdirilməsi üçün kifa-

yət qədər yem bazası olacaqdır. Bu il rayonda barama istehsalı

sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün

yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən   təbliğat işlə-

rinin gücləndirilməsinin, rayon ərazisində mövcud  olan tut ağac-

larından səmərəli istifadə olunmasının vacibliyi göstərilmişdir.

Rayonda min hektarlarla fındıq və qoz bağları salınır. Bu sahə

ilə məşğul olmaq istəyən hər kəsə torpaq sahəsi verilir. Salınan

yeni bağlar bir neçə ildən sonra rayonun iqtisadi potensialının art-

masında, əhalinin güzəranının yaxşılaşmasında çox mühüm rol

oynayacaqdır.

Qeyd edilmişdir ki, rayonda hər il olduğu kimi bu il də yazın gə-

lişi ilə bağlı iməciliklər keçirilir, yol kənarlarında, şəhər və kənd-

lərin ərazilərində, məktəblərin həyətlərində ağaclar, gül-çiçək əki-

lir, yaşıllıqlara qulluq edilir. Bu sahədə işlər hər yerdə yüksək sə-

viyyədə həyata keçirilməlidir.

Rayon icra hakimiyyəti başçısının müavini Etibar Yusubobv,

rayon kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev, rayon icra

hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə

iş şöbəsinin müdiri Səyyaf Abbasov, bir sıra icra nümayəndələri

və bələdiyyə sədrləri çıxış edərək müzakirə edilən məsələlərlə

bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. 



Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə