Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

19 mart  2017-ci il

2

OĞUZ YURDU



8 MART BEYNƏLXALQ  QADINLAR  GÜNÜ

OĞUZDA DA GENİŞ QEYD EDİLDİ

N ə c i b   t ə ş ə b b ü s

Oğuz gözəldir, gözəl olduğu qədər

də təmizdir. Bu təmizliyi yaradanlar və

qoruyub saxlayanlar var. Onlar hamı-

dan  tez  oyanar,  isti,  soyuq  bilmədən

çalışarlar.  Bu  insanlar  Oğuz  Rayon

Mənzil İstismarı və Kommunal Təsər-

rüfatı İdarəsinin işçiləridir. Onların sıra-

larında qadınlar çoxluq təşkil edir. 

Oğuz  şəhər  3№-li  məktəb-liseyin

pedaqoji kollektivi və şagirdləri 6 mart

2017-ci  il  tarixdə  mənzil  istismarı  və

kommunal təsərrüfatı idarəsinin təmiz-

lik sahəsində çalışan qadınları 8 Mart

Beynəlxalq Qadınlar Günü münasibə-

tilə təbrik etmiş, onlara gül-çiçək dəstə-

ləri bağışlayıb xoş arzularını bildirmiş-

lər.


Bu, nəcib, alqışlanmalı təşəbbüsdür. 

Q A D I N L A R   H A Q Q I N D A   A F O R İ Z M L Ə R

Q A D I N L A R   H A Q Q I N D A   A F O R İ Z M L Ə R

Qadınlarla bağlı edəcəyin üç şey var.

Ya onları sevə bilərsən, ya onlar üçün

əzab çəkə bilərsən, ya da onları ədə-

biyyata çevirə bilərsən.

Henri Miller

Qadınlar sevilmək üçün yaradılıblar,

anlamaq üçün deyil.

Oskar Uayld

Qadınlar bizi sevdikləri zaman hər gü-

nahımızı bağışlayarlar.

Onore de Balzak

Gözəl qadın gözə, yaxşı qadın ürəyə

xoş gələr, birincisi brilliant, ikincisi xəzi-

nədir.


Napoleon

Dünyada gördüyümüz hər şey qadı-

nın əsəridir.

Atatürk

Gecə qadınlarla ulduzları gözəl göstə-

rir.

Corc Bayron

Sevən qadın sevdiyi kişinin bütün qü-

surlarını, hətta cinayətlərini belə ilahi-

ləşdirər.



Dostoyevski

Baharın  ilk  bayramlarından  biri-8

Mart Beynəlxalq Qadınlar Günü dün-

yanın  bir  çox  ölkələrində,  Azərbay-

canda,  eləcə  də  Oğuzda  geniş  qeyd

edilir. Azərbaycan  müstəqillik  qazan-

dıqdan sonra  sovet dönəmində olan

bir çox bayramlar ləğv edilsə də qadın-

ların  adı  ilə  bağlı  bu  bayram    saxla-

nılmış  və  Əmək  Məcəlləsinə  həmin

gün qeyri-iş günü kimi  salınmışdır. Hə-

min gün hamı  çalışır ki, analarımızı,

qız-gəlinləri,  ömür-gün  yoldaşlarını

təbrik edib xoş sözlər söyləsin.

Martın  6-da  Azərbaycan  Respub-

likasının Prezidenti İlham Əliyev qadın-

larımızı  bayram  münasibəti  ilə  təbrik

etmişdir. Təbrikdə deyilir: “Ana məfhu-

mu minillərdən bəri xalqımızın təfək-

küründə doğma yurdu, vətən torpağını

və dilimizi təcəssüm etdirmişdir. Ana -

larımız  azərbaycançılıq  məfkurəsinə

sadiq layiqli övladların tərbiyəsi üçün

üzərlərinə düşən vəzifənin öhdəsindən

bu  gün  də  şərəflə  gəlirlər.  İndi  ürəyi

ölkəmizə hədsiz sevgiylə dolu, vətəni

ana  qədər  müqəddəs  bilərək  tor-

paqlarımızın  hər  qarışını  qorumağa

hazır olan, müstəqilliyimizlə yaşıd bir

nəsil yetişmişdir. Bu, Azərbaycan qadı-

nının müasir dövlətçiliyimizə ən böyük

töhfəsidir.”

Martın 7-də Oğuz Rayon İcra Hakimiy-

yətində  8  Mart  Beynəlxalq  Qadınlar

Günü münasibətilə  tədbir keçirilmişdir.

Tədbirdə  icra  hakimiyyəti  aparatının

işçiləri və rayonun müxtəlif idarə, mü-

əssisə və təşkilatlarında çalışan qadın-

lar iştirak etmişlər. 

Oğuz  Rayon  İcra  Hakimiyyətinin

başçısı Eyvaz Qurbanov xanımları təb-

rik edərək onlara cansağlığı, xoşbəxt-

lik, çalışdıqları sahədə  hər birinə uğur-

lar arzulamışdır. 

Sonra tədbirdə iştirak  edən xanım-

lara hədiyyələr təqdim olunmuşdur.

Tədbir iştirakçıları göstərilən qayğı

və diqqətə görə minnətdarlıqlarını bil-

dirmişlər.

Varlığımız,  yaşayışımız  dörd

ünsür üstündə qurulub: torpaq,

hava,  od,  su...Torpağı  ana  tor-

paq  deyib  əzizləyirik.  Bilirik  ki,

maddi  nemətlərimiz,    yaşayışı-

mız onunla bağlıdır. 

Hava, od, su da ona dəstəkdir.

Bu günlər bu dörd ünsür yenilə-

nir, təzələnir...Yəqin elə yeni gün

anlamını verib Novruz deyə qeyd

etdiyimiz  bayram  burdan  qay-

naqlanır. İlin bu fəsli gələndə  in-

sanların sevinc və fərəhini təbiət

öz təbii oyanışı ilə  cilvələndirir.

Yazın gəlişi ilə  hər yer:dağlar da,

düzlər də, meşələr də öz çalarını

dəyişir. Bu rəngarənglik zümzü-

məyə çevrilir sanki. Baharın ilk

gülləri qar altından baş qaldırır,

göy üzündən  süzülən yaz yağışı

ətrafa  nur tək çilənir,  quşların

nəğməsi, bülbüllərin cəh-cəhi  in-

sanı riqqətə gətirir. Təbiətin gətir-

diyi bu gözəllikləri görən insan az

qalır  qollarını  geniş  açıb,    üzü

dağlara, düzlərə dayanıb  qışqır-

maq istəyir:“Həyat necə də gö-

zəldir. Sağ ol günəş, sağ ol tor-

paq, bizə bu ahəngi, gözəllikləri

yaratdığın üçün!” 

Bu bahar günlərində kənd,

torpaq adamları daha çox sevi-

nir. Çünki yazın gəlişi ilə torpaq

da  qış  yuxusundan  oyanır  və

sanki insanları işə, bağa-bağça-

ya, tarlaya səsləyir.  Elə bil daya-

nıb  torpağı,  tarlanı seyr  edən

əkinçiyə deyir: “Qoluna qüvvət,

əkinçi  qardaş!”    Neçə  aylardan

bəri  qoyun-quzunu  dağların ya-

maclarına  çıxarmayan  çoban

qardaş da  sürünü üzü yamaca

sürür. Yamaca səpələnən quzu-

lara  baxıb    “Allah  bərəkət  ver-

sin!”- deyir.

Bax belədir Novruzun, yazın

yaratdığı ahəng. Təkcə təbiət de-

yil  ruhumuz da təzələnir Nov- ru-

zun  gəlişi  ilə.    Lap  qədimdən,

hətta deyərdik ki, yaranışdan be-

lə olub. 

Novruz  həm  də  öz  adət-ən-

ənələri ilə doğmadır. Novruza bir

ay qalmış başlayır bu  hazırlıqlar.

Novruzun gəlişi ilk çərşənbə ilə

başlayır.  Su  çərşənbəsidir  ilk

çərşənbə. Bəlkə də elə qədim -

dən ilk çərşənbəni su çərşənbəsi

adlandırmaq  təsadüfi  olmayıb.

Çünki su həyatdır, dirçəlişdir, ay-

dınlıq rəmzidir.  Bu çərşənbəyə

"Əzəl  çərşənbə",  "Sular  Nov-

ruzu" da deyirlər. Su çərşənbə -

sində su və su mənbələri təzə -

lənir, arxlar qaydaya salınır, su

hövzələrində abadlıq işləri 

görülür, su ilə bağlı müxtəlif şən-

liklər  keçirirlər.  Su  çərşənbəsi

suya tapınma inamı ilə bağlıdır.

Hələ gün doğmamışdan hamı su

üstünə gedir, əl-üzünü yuyur, bir-

birinin üzərinə su çiləyir, su üs -

tündən  atlanır,  yaralıların  yara-

sına su çiləyirlər.  Xalqın inamına

görə Su çərşənbəsi günü "təzə

su"dan keçənlər, azarını, beza -

rını ona verənlər il boyu xəstə-

likdən  uzaq  olarlar.  Su  çərşən-

bəsi  ilə  əlaqədar  çoxlu  sayda

inanclar, fallar, türkəçarələr, ba-

yatılar, əfsanələr  var. Bu il  su

çərşənbəsini  xalqımız    fevralın

21-də qeyd edilib.

Novruzun ikinci çərşənbəsi

Od çərşənbəsidir. El arasında

ona    Üskü  çərşənbə  də  deyilir.

Adət-ənənəyə görə, bu gün ton-

qal  qalayıb,  alovun  üzərindən

tullanmaqla  daxildə  olan  bütün

çirkabı və azar-bezarları yandı-

rırlar. Bu il od çərşənbəsi  fevra-

lın 28-də  qeyd  edildi. 

Üçüncü çərşənbəmizi  martın

7-də    qeyd  etdik. Bu  Novruz



ənənələrinə  görə  Yel  şərşən-

bəsidir. Deyirlər  ki,  iki  çərşən-

bədə su verib, od qalanıb isidilən

təbiəti  yel  vurub daha  da  can-

landırır.  Yəni  bu  çərşənbədə 

oyanan yel, külək oyanmış suyu,

odu hərəkətə gətirir. Bu çərşən-

bənin də özünə uyğun inancları

var. Yel baba xırmana gəlməmiş-

dən  qabaq  oradan  buğda,  dən

götürməzlər. Sovurulmamış buğ-

da götürənin oğlu ölər. Yeli əsdi-

rəni  söyməzlər.  Yel  çərşənbəsi

gecəsi söyüd ağacının altına ge-

dib niyyət elə və Yel babanı ça-

ğır. Əgər Yel babası səsini eşidib

əssə və söyüdün budaqlarını tor-

pağa toxundursa, diləyin yerinə

yetər və sair.

Anamız  dediyimiz  torpağın 

oyanışı Novruza qədərki çərşən-

bələrin sultanı olan axır çərşən-

bədə daha çox duyulur.  Torpaq



çərşənbəsidir bu çərşənbə.

Əski inanclara görə, sonuncu

ünsürün  oyanması  ilə  Su,  Od,

Külək və Torpaq daha böyük güc

alaraq  libasını  dəyişir,  yer  üzü,

dağlar, dərələr, düzlər  bəmbə-

yaz kürkünü çıxararaq yamyaşıl

donunu geyinir, el-oba böyük ha-

zırlıq işlərinə başlayır.  

İlin axır çərşənbəsi daha təmtə-

raqlı    keçirilir,  şənlik  məclisləri

qurulur. Axır çərşənbə günü hara

baxsan tonqallar alovlanır, şən 

musiqi sədaları, uşaqların gənc-

lərin bayram qəhqəhələri ətrafa

yayılır.  Göyərdilmiş  səmənilər

gəlin  kimi  bəzədilir,  növbənöv

bayram şirniyyatları bişirilir, yu-

murta boyanır.  Bişirilən bu şir-

niyyatlardan 

qonum-qonşuya

pay verilir, qapılara atılan papaq-

lara qoyulur. İnsanlar bu çərşən-

bə günündə müqəddəs yerləri zi-

yarət edir, əzizlərinin məzarı üs-

tünə  gedərlər.  Evdə  qazanlar

asılar, növbənöv yeməklər bişiri-

lər. Azərbaycanda  bu il martın

14-də    Axır  çərşənbə  yenə  də

böyük  coşqu  ilə,  sevinclə  qeyd

edildi.

Baharın gəlişi bu il Oğuz elinə



xüsusi  bir ahəng verib. Bu bahar

oğuzlu əkinçi daha inamlı, daha

güvənlidir.  İndi  o  sahələrdədir.

Torpağı əkinə hazırlayır, toxum

səpir. Bağlara, ötən ilin payızın-

da    salınmış    fındıq,  qoz,  çəkil

sahələrinə  xidmət  edir,  bu  sa-

hələri genişləndirir. Yeni planlar

üstündə  işləyir:  Gərək  yaxşı

işləyim  ki,  yaradılan  şəraitdən

bəhrələnim. Həm ailəm, həm də

elim, obam  yaxşı yaşasın.

Bəli, bahar gəlir yurdumuza,

Azərbaycanımıza... Martın 20-də

Şərq təqvimi ilə il təhvil olacaq.

Yeni il, yeni gün başlayacaq. Xe-

yirli, uğurlu olsun.

Elimizə, obamıza  Novruz gəlir, yaz gəlir...

Bu il Azərbaycan ərazisində baharın gəlişi Bakı vaxtı ilə

martın 20-si təxminən saat 14:29 radələrində baş verə-

cək.Azərbaycan  Milli  Elmlər  Akademiyasından  verilən

məlumata görə,  AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı

Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə

fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, martın 19-da

Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkü- 

rəsinə keçid edəcək. O deyib ki, həmin an Günəş Yerin

hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi

nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabər-

liyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və

gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal

yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun

21-dək davam edir. Qeyd olunub ki, fevralın 21-i Azər-

baycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbədir.



Bahar Azərbaycana nə vaxt gəlir?


Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə