Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

19 mart 2017-ci il

3

OĞUZ  YURDU



OĞUZDA NOVRUZ TƏDBİRLƏRİ

OĞUZDA NOVRUZ TƏDBİRLƏRİ

Azərbaycanın hər yerində olduğu kimi Oğuz

rayonunda da Baharın gəlişi, Novruz bayramı ənə-

nəyə uyğun olaraq maraqlı və rəngarəng tədbirlər-

lə qeyd edilir. Rayon icra hakimiyyəti başçısının sə-

rəncamına əsasən Novruz bayramının keçirilməsi

ilə əlaqədar komissiya yaradılmış, tədbirlər planı

hazırlanmışdır. İdarə, müəssisə  və təşkilat rəhbər-

lərinin iştirakı ilə komissiyanın iclası keçirilmiş, iş

bölgüsü aparılmışdır.

Tədbirlər planına uyğun olaraq rayon ərazisində

Novruz bayramı ilə əlaqədar təmizlik, səliqə-sah-

man, abaqlıq işləri saparılmış, iməciliklər keçiril-

mişdir.


Şəhər  və  kəndlər  bayramsayağı  bəzədilmiş,

idarə  və  müəssisələrdə,  təhsil  və  mədəniyyət

ocaqlarında bayrama həsr olunmuş mədəni-kütləvi

tədbirlər, rayonda ağac, gül-çiçək əkilməsi aksiya-

ları təşkil edilmişdir.

Çərşənbələr münasibətilə tonqallar  ətrafında

tədbirlər keçirilmişdir. 

Ədəbi-bədii  gecələr,  bahar  bayramı  ilə  bağlı

kompozisiyalar təqdim olunmuş, idmançılar müx-

təlif  yarışlarda bacarıqlarını nümayiş etdirmişlər. 

Şəhid ailələrinə, kimsəsizlərə və imkansız ai-

lələrə bayramın keçirilməsi ilə əlaqədar maddi yar-

dımların verilməsi təşkil olunmuşdur.

Martın 17-də isə Mədəniyyət Mərkəzinin qarşı-

sında  Novruz  bayramına  həsr  olunmuş  ümum-

rayon tədbiri keçirilmişdir. 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz

Qurbanov Novruz tonqalını yandırmış, oğuzluları,

tədbirdə iştirak edən qonaqları bayram münasibəti

ilə təbrik etmişdir.

Rayonun bütün kəndlərinin mədəniyyət ocaqları bu

tədbirdələrdə səməni, bayram xonçaları, yerli məh-

sullarla, dərnək üzvlərinin əl işləri, mahnı və rəqs-

lərlə təmsil olunmuşlar. Bahar qızın, Kosa və Keçə-

lin təqdimatları maraqla qarşılanmışdır. 

Əl işlərinin satış-sərgisi təşkil olunmuşdur. Ənə-

nəvi Novruz oyunları keçirilmişdir.

Bakı şəhərində keçirilən Novruz tədbirində Oğuz

rayonunun nümayəndələri də iştirak etmişlər. Ra-

yonumuz  üçün  ayrılmış  yerdə  Oğuz  məhsulları,

rayon sənətkarlarının əl işləri, özündə rayonumu-

zun tarixini əks etdirən qədim əşyalar nümayiş et-

dirilmişdir.

Rayonun bütün yaşayış məntəqələrində Novruz

tonqalları qalanmış, Bahar bayramı ilə bağlı təd-

birlər keçirilmişdir.



Oğuzda "İslam Həmrəyliyi-Azərbaycan

nümunəsi” adlı tədbir keçirilib

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə

boyunca “İslam Həmrəyliyi-Azərbaycan nümunəsi”

adlı silsilə tədbirlərə start verib. Bu günlərdə  birliyin

növbəti tədbiri Oğuz rayonunda keçirilib.

Rayonun təhsil idarəsində keçirilən tədbirdə da-

nışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki,

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi öl-

kəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin

qorunmasının çox uğurlu zəmanətidir: “Beynəlxalq

idman tədbiri-İslam Həmrəyliyi Oyunlarının da bu il

Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə

də digər ölkələrin diqqətini Azərbaycana cəlb edə-

cək. Azərbaycanda mövcud olan məzhəblərarası,

dinlərarası tolerantlığın dünyaya bir daha çatdırıl-

ması istiqamətində İslam həmrəyliyinin dövlətimiz

tərəfindən himayə olunması olduqca  uğurlu siyasi

addımdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas

Seyid Camal Əzimbəyli  çıxış edərək bildirib ki, əsr-

lərdir Azərbaycanda hökm sürən milli və dini tole-

rant münasibətlərin bu gün də dövlətimiz tərəfindən

mühafizə  edilməsi  xalqımız  üçün  qürurvericidir:

“İslam  həmrəyliyi  birlik  və  bərabərliyimizin  ən  ali

təcəssümü kimi təqdir olunmalıdır. Prezident İlham

Əliyev  tərəfindən  2017-ci  il  “İslam  Həmrəyliyi  ili”

elan edilməsi  Azərbaycanın beynəlxalq arenada

nüfuzunun artmasına ən böyük xidmətdir. Bu ba-

xımdan Azərbaycan  İslam  həmrəyliyinin  ənənəvi

siyasətinin çox yaxşı modelidir. Ölkəmizdə bu həm-

rəyliyin qorunması milli təhlükəsizliyimizin də  mü-

hafizə olunmasına ən gözəl töhfədir".

Tədbirdə  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komi-

təsinin Şəki üzrə şöbəsinin müdiri Gündüz Paşayev,

əməkdaşı  Taleh  Abdullayev,  Oğuz  Rayon  İcra

Hakimiyyətinin əməkdaşı Ayaz Ağayev, Oğuz Ra-

yon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mah-

mudov  və  Oğuz  şəhər  Cümə  məscidinin  imamı

Şövkət Cəlilov iştirak ediblər.

C o c u q   M ə r c a n l ı y a   q a y ı t m a q

ə n   b ö y ü k   a r z u m u z d u r

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası

ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının  Prezidenti İlham Əli-

yevin 24 yanvar 2017-ci il tarixli  Sərəncamı bütün Azərbaycan xalqının, qaçqın

və məcburi köçkün bacı-qardaşlarımızın, xüsusən düşmənlərimiz tərəfindən

xarabaya döndərilmiş Cocuq Mərcanlı kənd sakinlərinin ürəyindən oldu. Sərən-

camda göstərildiyi kimi ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata

keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad

edilmiş  Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün ol-

muşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdları-

na qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş hə-

min ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Prezidentimizin Sərəncamına əssasən  birinci mərhələdə 50 fərdi yaşayış evi-

nin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi qərara alınmışdır. Bu

məqsədlə geniş iş aparılır.

Mən 1968-ci ildə Cocuq Mərcanlı kəndində anadan olmuşam.1989-cu ildə ai-

lə həyatı qurmuşam.1993-cü il avqustun 23-də Cocuq Mərcanlı işğal olundu.

Kəndin sakinlərinin hərəsi bir yerə üz tutdu. Mən də həyat yoldaşımı və uşağımı

götürüb  Saatlıya getdim. Orada bir müddət qaldım. Sonra Oğuz rayonuna, Fil-

filli kəndinə gəldim. Buna səbəb həyat yoldaşımın Filfilli kəndindən olması idi.

Orada bir ay qalandan sonra Böyük Söyüdlü kəndinə gəldim, burada məskun-

laşdım. 1994-cü ildə ümummilli lider  Heydər Əliyevin rəhbərlik etdiyi  Horadiz

əməliyyatı zamanı işğaldan azad olunmuş yaşayış məntəqələrimizdən biri də

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi idi. Lakin aprel döyüşlərində Lələtə-

pə yüksəkliyi azad edilənə qədər bu kənddə tikinti aparmaq, yaşamaq mümkün

deyildi.


Mən təsərrüfatçıyam. Maldarlıqla, əkinçiliklə məşğul oluram. Böyük Söyüdlü-

də geniş torpaq sahələri, kənd təsərrüfatı ilə məşğul olmaq üçün yaxşı imkan-

lar var. 23 ildən çoxdur ki,  burada yaşayıram. Cocuq Mərcanlıdan çıxanda bir

övladım vardı. Oğuzda da iki övladım dünyaya gəldi. İndi hər  üç övladım ailə

sahibidir, 5 nəvəm var. Mən və oğlum İlkin Təbrizli Cocuq Mərcanlıya qayıtmaq

üçün lazımi təşkilatlara müraciət etmişik.

Ən böyük arzum atalarımızın, babalarımızın, ulularımızın uyuduğu doğma

Cocuq Mərcanlıya qayıtmaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin Fərmanına əsasən  Cocuq Mərcanlı kəndinin bərpası üçün geniş işlər

aparılır. Ərazi minalardan təmizlənir. Kəndə asvalt yol çəkiir. Orada birinci mər-

hələdə  50 ev, məktəb, ictimai binalar tikiləcək, müvafiq infrastruktur yaradıla-

caqdır. Sonra daha 150 evin də tikiləcəyi bildirilir. Elektrik enerjisi ilə etibarlı tə-

minat üçün ərazidə yarımstansiyanın tikilməsi də qərara alınmışdır. Cocuq Mər-

canlı kəndinin bütün sakinləri kimi biz də tezliklə vətənimizə, doğma kəndimizə

qayıda biləcəyimizə inanırıq. Bizdə bu inamı yaradan, daşı daş üstündə qalma-

mış kəndimizi bərpa etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əli-

yevə Cocuq Mərcanlı kəndinin sakinləri adından minnətdarlığımızı bildirir, uzun

ömür, cansağlığı, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın inkişa-

fı, Milli Ordumuzun gücləndirilməsi yolundakı misilsiz fəaliyyətində uğurlar arzu-

layırıq.


Balakişiyev Mahmud Təbriz oğlu,

Oğuz rayonunun Böyük Söyüdlü kəndində məskunlaşmış Cocuq Mərcanlı

sakini

Əhalinin  tibbi müayinəsi davam edir

Əhalinin  tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə və-

təndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığına

uyğun olaraq fevralın 15-dən  Oğuzda da əhalinin tibbi  müa-

yinəsinə  başlanılmışdır. Artıq bir neçə ildir ki,  sərəncama

uyğun olaraq  fevral, mart, aprel  ayları ərzində respublikamı-

zın hər yerində olduğu kimi  rayonumuzda da 17 yaşdan yu-

xarı  əhalinin tibbi müayinəsi keçirilir. Bu məqsədlə  Oğuz

Mərkəzi Rayon  Xəstəxanasında da  lazımi hazırlıq tədbirləri

görülmüş , müraciət edən rayon əhalisinə keyfiyyətli tibbi xid-

mətin  təşkili  məqsədilə  gözəl  imkan  yaradılmış,  iş  qrafiki

tərtib edilmişdir.

Əhalinin  müayinəsinin təşkili  məqsədi ilə həkim qrupu və

səyyar həkim  qrupları təşkil olunmuşdur. Müayinələrin key-

fiyyətini artırmaq məqsədi ilə səyyar həkim qruplarında  tera-

pevtlər,  ginekoloqlarla  yanaşı dar ixtisas həkimləri-kardio-

loq,  stomatoloq,  narkoloq da fəaliyyət göstərirlər.  

Müayinə aylığı ərzində 17 yaşdan yuxarı yaş qrupu üzrə

31471 nəfər rayon əhalisinin tibbi müayinədən keçirilməsi nə-

zərdə tutulmuşdur. Tibbi müayinə aylığı ərzində 90-a yaxın

idarə və müəssisənin  işçi heyyətinin,  habelə 34 kənd yaşa-

yış məntəqəsi əhalisinin tibbi müayinədən keçirilməsi nəzər-

də tutulmuşdur. Bundan əlavə fiziki imkanları məhdud olan

sakinlərin müayinəsi mədsədi ilə  kənd yaşayış məntəqə-

lərinə səyyar həkim qrupları göndərilməsi təşkil edilmişdir. 

Mərkəzi rayon xəstəxanasında fəaliyyət göstərən bütün hə-

kimlərlə yanaşı  dar ixtisas həkimləri də dispanserizasiya ayla-

rı ərzində müraciət edən vətəndaşların müayinə və müalicəsinə

cəlb edilmişlər.  Mart ayının 10-na  kimi 84 təşkilat və müəssisə

işçiləri, habelə 14 kənd yaşayış məntəqəsinin əhalisi daxil  ol-

maqla  ümumilikdə 10365  nəfər müayinədən keçmişdir ki, bu

da nəzərdə tutulmuş müraciətlərin 32,9 %-ni təşkil etmişdir.   Mü-

ayinələr zamanı 375 nəfərdə xəstəlik aşkarlanaraq ambulator

müalicəyə, 102 nəfər  stasionar müalicəyə cəlb olunmuşdur. 17

nəfər müayinə və müalicə məqsədi ilə Bakı şəhərinə göndəril-

mişdir.                 

Əhalinin tibbi  müayinəsi  davam  edir.




Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə