Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

19 mart 2017-cи il

4

ОЬУЗ ЙУРДУ

Narkotik vasitələrin, psixot-

rop  maddələrin  və  onların

prekursorlarının  qanunsuz

dövriyyəsinə və narkomanlı-

ğa qarşı mübarizə tədbirləri

Ümummilli lider Heydər Əli-

yevin  rəhbərliyi  ilə  18  iyun

1999-cu  il  tarixdə  "Narkotik

vasitələrin, psixotrop maddə-

lərin və onların prekursorla-

rının qanunsuz dövriyyəsi ilə

mübarizə  haqqında"  Azər-

baycan Respublikasının  Qa-

nunu qəbul edilmişdir. 

Bəşəriyyətin bu dəhşətli bə-

lasına qarşı ayrı-ayrı dövlət

strukturları,  qeyri-hökumət

təşkilatları,  kütləvi  informa-

siya  vasitələri,  hüquq  mü-

hafizə orqanları, təhsil və sə-

hiyyə  müəssisələri  bu  Qa-

nuna əsasən birgə mübarizə

aparmaqla onun qismən də

olsa yayılmasının və kütləvi

hal  almasının  qarşısını  al-

maq üçün əzmkarlıq və səy

göstərirlər.

Cəmiyyətimizi ciddi təhlükə

qarşısında qoyan narkoma-

niya kimi dəhşətli sosial bə-

laya qarşı mübarizə dünya-

nın  bütün  mütərəqqi  qüv-

vələrinin qarşısında duran ən

vacib  məsələlərdən  biridir.

Bu məqsədlə də dövlətimizin

ardıcıl  və  qətiyyətli  siyasəti

müəyyənləşdirilmiş, mükəm-

məl  qanunvericilik  bazası

yaradılmışdır. 

Azərbaycan Respublikası

Prezidentinin 24 iyun 2013-

cü il tarixli  Sərəncamı ilə təs-

diq  edilmiş  "Narkotik  vasi-

tələrin, psixotrop maddələrin

və  onların  prekursorlarının

qanunsuz dövriyyəsi və nar-

komanlığa  qarşı  mübarizə-

yə  dair  2013-2018-ci  illər

üçün  Dövlət  Proqramı"  nın

icrası ilə əlaqədar olaraq an-

tinarkotik  təbliğatı  güclən-

dirmək, habelə narkotiklərin

qanunsuz  dövriyyəsinin  və

narkomanlığın  yayılmasının

maarifləndirmə yolu ilə qarşı-

sının alınması, narkomanlığa

düçar olmuş şəxslərin müali-

cə edilməklə sağlam həyata

qaytarılması və ümumiyyətlə

bu  sahədə  qanunçuluğun

tələblərinə əməl edilməsi sa-

həsində rayon icra hakimiy-

yəti  və  polis  şöbəsi  tərəfin-

dən rayonun təhsil, səhiyyə,

mədəniyyət və turizm, gənc-

lər və idman şöbələri, həm-

çinin şəhər və kənd icra nü-

mayəndəlikləri ilə birgə  mü-

əyyən işlər görülmüşdür.

Bu  məqsədlə  Oğuz  RİH

başçısı  yanında  fəaliyyət

göstərən  Narkomanlığa  və

Narkotik Vasitələrin Qanun-

suz Dövriyyəsinə Qarşı Mü-

barizə üzrə Komissiya Döv-

lət Proqramında qarşıya qo-

yulmuş  vəzifələrin  və  nə-

zərdə tutulmuş tədbirlərin ic-

rasını  rayonun  polis,  səhiy-

yə, təhsil, gənclər və idman,

mədəniyyət və turizm şöbə-

ləri,  şəhər  və  kənd  icra  nü-

mayəndəlikləri  və  digər  ai-

diyyəti qurumlarla birgə  hə-

yata keçirir.

2016-cı ilin müvafiq dövrü

və ötən il ərzində Oğuz Ra-

yon  Polis  Şöbəsi  narkoma-

niyaya qarşı mübarizə sahə-

sində  bir  sıra  əməliyyət-ax-

tarış və profilaktik tədbirlərin

həyata keçirilməsini təmin 

etmişdir. 

2016-cı il rayon polis şöbə-

sinin əməkdaşları tərəfindən

Cinayət  Məcəlləsinin  satış

məqsədi ilə qanunsuz olaraq

narkotik vasitələri və psixot-

rop  maddələri  əldə  etmə,

saxlama və ya onları satma

və qanunsuz olaraq tərkibin-

də narkotik maddə olan bitki-

ləri kultivasiya etmə maddə-

ləri  üzrə 4 cinayət faktı aş-

kar edilmiş və bu faktlar əsa-

sında 251,28 qram qurudul-

muş marixuana, 1,804 qram

heroin  və  çəkisi  3kq  615

qram  olan  yaş  çətənə  kolu

dövriyyədən çıxarılmışdı.

Oğuz rayonunun coğrafi şə-

raitinə  uyğun  olaraq  rayon

ərazisində  narkotik    tərkibli

bitkilərin  yabanı  halda  bit-

məsi  hallarına  tez-tez  rast

gəlmək olur. Ona görə də be-

lə ərazilərə, xüsusən də me-

şə ərazilərinə polis əməkdaş-

ları tərəfindən mütəmadi ola-

raq baxışlar keçirilir.

Narkotik asılılığı olan şəxs-

lərin  müəyyən  edilərək  sə-

hiyyə  müəssisələrində  qey-

diyyata alınıb müalicə olun-

ması baxımından bu proses-

də səhiyyə şöbəsinin  də rolu

kifayət qədər əhəmiyyətlidir.

2012-2015-ci illər ərzində

Oğuz RMX-nın Narkoloji Ka-

bineti tərəfindən cəmi  18 nə-

fər olmaqla 6 narkotik mad-

də  qəbul  edən,  12  alkoqol

xəstə  qeydiyyata  alındığı

halda,    2016-cı  ildə  heç  bir

narkoman və ya alkoqol xəs-

tə qeydə alınmamışdır. Mü-

qayisədən də göründüyü ki-

mi  əvvəlki  illərə  nisbətdə

2016-cı ildə    narkomaniya,

taksikomaniya və ya alkoqo-

lizm xəstəliyinə düçar olanla-

rın  sayının  qeydə  alınma-

sında artım olmamışdır. Ha-

zırda RMX-nın Narkoloji Ka-

binetində 48 nəfər xəstə qey-

diyyatdadır ki, bunlardan 12

xəstə narkomaniya, 1 xəstə

taksikomaniya, 35 xəstə isə

alkoqolizm xəstəliyinə düçar

olmuş  şəxslərdir.  Ümumi

qeydiyyatda  olan  48  nəfər

narkoloji xəstədən 29 nəfəri

kənd  əhalisidir.  Narkoma-

niyaya qarşı mübarizə işində

ən  mühüm  vəzifələrdən  biri

də gənclər və yetkinlik yaşı-

na  çatmayanlarla  təhsildən

və dərsdən yayınmamaq, qa-

nunsuz  əməllərdən  və  pis

vərdişlərdən uzaq olmaq, ha-

belə  sağlam  həyat  tərzi  ilə

bağlı  təbliğat  və  maariflən-

dirmə işinin düzgün təşkilidir.

2016-cı  il    ərzində  RİH,

hüquq-mühafizə  orqanları,

təhsil, səhiyyə, gənclər və id-

man,  mədəniyyət  və  turizm

şöbələrinin  nümayəndələri

icra nümayəndəlikləri ilə bir-

gə  antinarkotik  təbliğatın

aparılması  və  maarifləndir-

mə istiqamətində bir sıra təd-

birlər həyata keçirmişlər.

Bu  tədbirlərdən  RPŞ-nin

"Narkomanlığın  cəmiyyətə,

insanların  sağlamlığına  zə-

rəri və doğurduğu təhdidlər"

mövzusunda tədbirini, rayon

mərkəzi xəstəxanası həkim-

lərinin    “Narkotik  və AİDS”,

“Gənclər,  yeniyetmələr  və

narkomaniya, 

narkomani-

yaya  qarşı  mübarizə  hamı-

nın işidir”, "Ağ ölümə son", 

"Narkotik  və  cinayət",  "Nar-

kotiklərə yox deyək" və sairə 

bu  kimi  mövzularda  müha-

zirələrini, rayon təhsil şöbə-

sinin  "Narkotiklərə  yox  de-

yək", "İnsan alverinə və zə-

rərli  vərdişlərə  yox  deyək!”

mövzusunda  elmi-praktiki

konfranslarını, 

Aprel


Ümumdünya Sağlamlıq Gü-

nü və “31 May Ümumdünya

Siqaret  Çəkməkdən  İmtina

Gününün  qeyd  edilməsi  ilə

əlaqədar  hazırlanmış  geniş

tədbirlər  planının  icrası  is-

tiqamətində həyata keçirilən

müxtəlif  tədbirləri   və ”Siqa-

reti sağlam həyata  dəyişirik”

mövzusunda birgə yürüş-ak-

siyanı qeyd etmək olar. Ra-

yon  gənclər  və  idman  ida-

rəsinin keçirdiyi “Zərərli vər-

dişlərə  yox  deyək,  sağlam

olaq”  mövzusunda  dəyirmi

masa,  “Gəlin,  gəncliyimizi

qoruyaq! 

Narkomaniyaya

yox  deyək”  devizi  altında

təbliğat  xarakterli  əyləncəli

idman oyunları, "Narkoman-

lıq Əleyhinə Mübarizə Günü"

ilə  əlaqədar  "Sağlam  gələ-

cək",  ”Narkomoniya  və  dini

radikalizm təzahürlərinə qar-

şı mübarizəni gücləndirək! "

mövzularında 

seminar,


“QİÇS-lə mübarizə və zərərli

vərdişlərin fəsadları “ mövzu-

sunda  yerlərdə  keçirilmiş

tədbirlər,  rayon  mədəniyyət

və turizm şöbəsinin "Narko-

maniyaya yox deyək", "Gən-

cləri narkomaniyaya aparan

yol", "Siz narkomaniya haq-

qında nə bilirsiniz?" və sairə

bu kimi mövzularda tədbirləri

rayon sakinlərinin maariflən-

məsində  mühüm  rol  oyna-

mışdır.  Rayonda  əlaqədar

təşkilatların  nümayəndələri

tərəfindən  mütəmadi olaraq

yeniyetmələr, məktəblilər və

kənd  ictimaiyyətinin  iştirakı

ilə narkomanlığın, spirtli içki-

lərin, siqaret və tütün məmu-

latlarının insan sağlamlığına,

düşüncəsinə, cəmiyyətə vur-

duğu zərər barədə söhbətlər

aparılır,  gənclərə,  məktəbli-

lərə tövsiyələr verilir. Narko-

manlığa  və  narkotik  vasitə-

lərin qanunsuz dövriyyəsinə

qarşı  mübarizənin  daha  da

gücləndirilməsi üçün  əlaqə-

dar təşkilatlar səylərini daha

da  artırmalı,  bu sosial bəla-

ya qarşı mübarizədə ictima-

iyyətin  imkanlarından,  qa-

baqlayıcı  profilaktiki  tədbir-

lərdən səmərəli istifadə olun-

ması təmin edllməlidir. 

Oğuz rayonunda "Narkotik

vasitələrin, psixotrop maddə-

lərin  və  onların  prekursor-

larının  qanunsuz  dövriyyəsi

və  narkomanlığa  qarşı  mü-

barizəyə  dair  2013-2018-ci

illər  üçün  Dövlət  Proqra-

mı"nın  icrası  və  bu  sahədə

qanunçuluğun 

tələblərinə

əməl edilməsi bundan sonra

da diqqət mərkəzində saxla-

nılacaq, əlaqədar təşkilatlarla

birgə əhalinin, xüsusən gən-

clərin maarifləndirilməsi üçün

lazımi  işlərin  görülməsi,  sil-

silə  tədbirlərin  keçirilməsi

təmin ediləcəkdir.

.                                                        



Y.Naxçıvanski,

Oğuz Rayon İcra

Hakimiyyəti başçısının     

müavini

Narkotik vasitələrin, psixotrop maddələrin və onların

prekursorlarının qanunsuz dövriyyəsinə və narkoman-

lığa qarşı mübarizə tədbirləri

Ulu  mədəniyyətə, zəngin  milli və bə-

şəri    dəyərlərə  malik Azərbaycan    bu

gün dünyada miltikulturalizmin vətənidir,

üç nəhəng dünyəvi dinin-xristianlıq, is-

lam və iudaizm dinlərinin yaşadığı nadir

ölkədir,  çoxsaylı  etnosların  mehriban

qardaşlıq  ailəsidir.  Azərbaycanda  ya-

ranmış və formalaşmış  multikultural də-

yərlər sisteminin və modelinin ən yaxşı

nümunəsini  kiçik  Oğuz  rayonunda  da

görmək olar. Bu gün Oğuz Azərbaycan

Respublikasının nadir rayonlarından bi-

ridir ki, burada üç dünyəvi din-xristian-

lıq, islam və iudaizm yanaşı yaşayır, bu

dinlərə etiqad edən etnosların dini icma-

ları və onların ibadət evləri olan  kilsə,

məscid və sinaqoqlar fəaliyyət göstərir.

Hazırda Oğuz rayonunda azərbaycanlı-

larla yanaşı udinlər, yəhudilər, ləzgilər,

ruslar, avarlar, məhsəti türkləri, kürdlər,

gürcülər, ukraynalılar, talışlar və s. xalq

və etnik qrupların nümayəndələri yaşa-

yırlar. Oğuz bütün bu insanların isti ana

qucağıdır.Onların sevinci  də birdir, kə-

dəri də. Ortaq Azərbaycan dili, Azərbay-

can mədəniyyəti, Azərbaycan adət-ənə-

nəsi  Oğuzda yaşayan azsaylı xalqların

həyatına elə  nüfuz etmişdir ki, bəzən bu

etnosları bir-birindən ayırmaq  çətin olur.

Lakin hərəsinin özünəməxsus gözəlliyi

var.


Respublikamızda olduğu kimi, Oğuzda

da sayca azərbaycanlılardan sonra ikin-

ci yerdə ləzgilər durur. 2009-cu ilin siya-

hıya  alınmasına  görə  rayonda  onların

sayı 4831 nəfərdir. Ləzgilər kompakt şə-

kildə  əsasən  cənub-şərqi  Dağıstanda,

qismən  şimal-şərqi  Azərbaycanda,  az

sayda isə dünyanın bir çox ölkələrində

yaşayırlar. Oğuz (keçmiş Vartaşen) ra-

yonunda ləzgilərin məskunlaşması, bu

əraziyə onların miqrasiyası tarixin müx-

təlif  dövrlərinə  aiddir.  Hazırda  ləzgilər

əsasən rayonun Filfilli, Qarabulaq, As-

traxanovka kəndlərində, qismən  Bayan

kəndində,  Oğuz  şəhərində  və  digər

kəndlərdə yaşayırlar.

Böyük və zəngin  tarixi  olan ləzgi xalqı

əsrlər  boyu  azərbaycanlılarla    və  bu

ərazidə yaşayan digər  etnoslarla  birlik-

də fars, ərəb, monqol, rus, erməni işğal-

çılarına qarşı  vuruşmuş, azadlıq müba-

rizəsinin  şanlı  səhifələrini  yazmışlar.

Azərbaycanın    tarixi  Daqlıq  Qarabağ

ərazilərinin erməni işğalçılarından  mü-

dafiəsində azərbaycanlılarla yanaşı ləz-

gilər də qəhrəmanlıqla vuruşmuşlar. Bu

gün Qarabulaq kənd tam orta məktəbi

Əfqanıstan müharibəsində həlak olmuş

ləzgi balası Mahmudov Əjdər Yaqub oğ-

lunun, Filfilli kənd tam orta məktəbi isə

Qarabağ şəhidi Çiyniyev Altay Ziyəddin

oğlunun adlarını daşıyır.

Oğuz ləzgiləri islam dininin  sünni məz-

həbinə etiqad edirlər. Dilləri Qafqaz  dil

ailəsinin Nax-Dağıstan dil qrupuna aid-

dir.  Əsas  məşğuliyyətləri  əkinçilik  və

maldarlıqdır. Oğuzda yerli azərbaycanlı-

larla ən çox qaynayıb-qarışan etnos ləz-

gilərdir. Rayonun iqtisadi, siyasi və mə-

dəni  həyatında  onlar  yaxından  iştirak

edirlər. Təhsil,  səhiyyə  və  mədəniyyət

müəssisələrində,  dövlət  orqanlarında,

sahibkarlıq  sahələrində  onlarla  ləzgi

rəhbər vəzifələrdə uğurla çalışır. Müəy-

yən  dil  fərqindən  başqa  onların  bütün

inancları,  adət-ənənələri,  toy  və  yas

mərasimləri, folkloru, məişəti,həyat tərz-

ləri azərbaycanlılarla demək olar ki, ey-

nidir.

Oğuzda ləzgilər Azərbaycan dilində



təhsil alırlar. Filfilli və Qarabulaq kənd-

lərində ləzgi dili də tədris olunur. Oğuz-

da ləzgilərlə azərbaycanlıların qarışıq 

nikahlarından yaranmış yüzlərlə ailə var. 

Eyni  dinə,  həyat  ,  ailə-məişət  tərzinə

malik olan ləzgilərlə azərbaycanlıların dil

və folklor nümunələri də oxşardır. Ləz-

gilər anaya-dide, ataya-buba, babaya-

baba,  Aya-vuar,  Günəşə-raağ  və  s.

deyirlər. Ləzgi atalar sözlərinə diqqət ye-

tirək. Ləzgilər deyir: “Əsl kişini xəncər-

dən betər söz ağrıdır, “azərbaycanlılar

deyir: “Qılınc yarası sağalar, söz yarası

sağalmaz”;  Ləzgilər  deyir:  “Qarı  düş-

mənə rəhm etmə, düşmən dönüb dost

olmaz”,  azərbaycanlılar    deyir:  “Qarı

düşmən  dost  olmaz”;  Ləzgilər  deyir:

“Qonşu  yaxşı    olsa,  çolaq  qız  da  ərə

gedər”,  azərbaycanlılar  deyir:  “Qonşu

qonşu  olsa,  kor  qız  da  ərə  gedər”,

Ləzgilər    deyir:  “İlanın  özünü  öldürüb,

balasını  sağ  qoyma”,  azərbaycanlılar

deyir: “İlanın ağına da lənət, qarasına

da” və s. Bunlar eyni düşüncənin oxşar

ifadə variantları deyilmi?

Ləzgi xalq mahnıları Suna çan (Sona

can), Ay  dilber (Ay dilbər), Alaquzli (Ala-

gözlü), Muleyli (Muleyli), Şirin-şirin (Şi-

rin-şirin), Benevşa (Bənövşə), Şuşe xa-

nım (Şüşə-xanım), Perizade (Pərizadə)

və  başqalarının    adları  kimi  musiqisi,

məzmunu, ritmi, ahəngi, şuxluğu, həzin-

liyi də Azərbaycan xalq mahnıları ilə üst-

üstə  düşür.  Amma  hərəsinin  özünə-

məxsus bir başqa tamı, bir başqa dadı

var, onlar öz milli çalarları, öz milli kalo-

riti ilə seçilir. Onları araya-ərsəyə gəti-

rən, bir çadırda əyləşdirən, bir tel ilə bir-

ləşdirən Azərbaycan tolerantlığı, Azər-

baycan bəşəri böyüklüyü adlı ilahi qüv-

vədir. Bu qüvvə  Avropa ölkələrində, Ya-

xın və Orta Şərq ölkələrində yoxdur. Öz-

bəkistandan  məhsəti türklərinin qovul-

ması,  İranda,  İraqda,  Suriyada,  Fran-

sada, Almaniyada,  Rusiyada,Yunanıs-

tanda və s.ölkələrdə  baş verən dini və

milli ayrıseçkilik, ksenofobiya, islamafo-

biya, antisemitizm kimi hallar gözlərimiz

önündədir.

Özbəkistandan  qaçqın  düşən  məh-

səti  türklərinə Azərbaycan  öz qoynun-

da  yer    verdi.  Onların  bir  qismi  (1000

nəfərə yaxın) Oğuz rayonunda məskun-

laşaraq Oğuz şəhərində, Calud, Böyük

Söyüdlü, Tayıflı və s.  kəndlərdə yaşa-

yırlar.  Böyük  Söyüdlü  və  Tayıflı  kən-

dində  ləzgilərlə  bir  ailənin  üzvləri  kimi

yaşayan məhsəti  türklərinin dostluğu,

qardaşlığı, mehriban münasibətləri fə-

rəh doğurur. Türkləri də ləzgilərlə din və

dil  yaxınlığı,  adət-ənənə,  həyat    tərzi,

məişət oxşarlığı, bir də tarixlərdən sü-

zülüb  gələn tolerantlıq ruhu birləşdirir.

Novruz  bayramı, Qurban və Rama-

zan  bayramları  azərbaycanlılarla  ya-

naşı  Oğuz  ləzgilərinin də sevimli bay-

ramlarıdır. Elçilik , toy, nişan, yas, ad gü-

nü və s. mərasimləri  azərbaycanlıların

mərasimləri  ilə demək  olar ki, eynidir.

Dünyanın    ən  iti,  ən  şux,  ən  dinamik

rəqsi olan “Ləzginka” azərbaycanlıların

“Cəngi”si, “Qaytağı”sı  ilə səsləşir.

Göründüyü kimi, Oğuz ləzgilərinin  da-

nışıq dilləri, adət-ənənələri, folklor nü-

munələri və  həyat tərzləri etnik özünə-

məxsusluğu ilə seçildiyi kimi, azərbay-

canlılarla ortaq mənəvi dəyərləri ilə də

diqqəti  cəlb  edir.  Bu  dəyərlər  dostluq,

mehribanlıq, namusluluq, qonaqpərvər-

lik,  comərdlik,  Torpaq,  Vətən  və  Tanrı

sevgisidir. Bu dəyərlər onların həyatın-

da yüz illər, min illər boyu heç bir aşın-

maya  məruz    qalmadan  yaşamış,  bu

gün də yaşamaqdadır, sabah da yaşa-

yacaqdır.

Yusif  Rzayev  



Q a r d a ş l ı ğ ı n   ü n v a n ı :

Oğuz


Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə