Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

5

19 mart  2017-ci il

7

OĞUZ YURDU

Azərbaycan Arıçılar Assosiasiyasının Oğuz Rayon Şöbəsi       

y a r a d ı l m ı ş d ı r

Bu günlərdə Azərbaycan Arıçılar Assosiasiyası rəhbərlərinin

iştirakı ilə rayon kənd təsərrüfatı idarəsində Oğuz rayon arıçı-

larının  ümumi  yığıncağı  keçirilmişdir.  50-yə  yaxın  arıçının

qatıldığı ümumi yığıncağında AAA-nın Oğuz rayon şöbəsinin

yaradılması, arıçılar birliyinin və Nəzarət-Təftiş Komissiyasının

sədrlərinin seçilməsi məsələləri müzakirə edilmişdir.

Oğuz Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azad Əliyev yı-

ğıncağı açaraq Oğuzda arıçılığın inkişafı sahəsində geniş im-

kanların olduğunu qeyd etmiş, rayonda bu sahədə  görülən işlər-

dən, əldə olunan nəticələrdən, sahibkarlara, eləcə də  arıçılara

edilən güzəştlərdən danışmışdır.

AAA-nın idarə heyətinin sədri Bədrəddin Həsrətovun Azər-

baycan Arıçılar Assosiasiyasının yaradılması, qarşıda duran və-

zifələr, təşkilatlanmanın vacibliyi haqqında çıxışı dinlənilmişdir. 

Oğuz arıçıları çıxış edərək əldə etdikləri uğurlardan, qarşı-

laşdıqları problemlərdən danışmışlar.

AAA-nın idarə heyətinin sədr müavini Sabir Mustafayev təşki-

latın seçkili orqanlarının seçilməsi qaydaları, nəzarət-təftiş ko-

missiyasının sədri Şahin Cəfərov bu komissiyaların vəzifələri

haqqında məlumat vermişlər.

Qorxmaz Zəkəriyyəyev AAA Oğuz Rayon Şöbəsinin sədri,

Şaiq  Rüstəmov    rayon  şöbəsi  təftiş  komissiyasının    sədri

seçilmişlər.



Oğuz şəhərinin hörmətli sakinləri!

Ə z i z   s e ç i c i l ə r i m i z !  

Bolluq, bərəkət  bayramı kimi qeyd etdiyimiz

bu Novruz  günlərində sizləri  Oğuz Bələdiyyəsi

adından  təbrik  edir,  hər  birinizə  cansağlığı,

xoşbəxtlik, hər bir ailəyə səadət  diləyirik! Arzu

edirik ki, süfrələriniz həmişə  Novruz süfrələri kimi

ruzi-bərəkətli olsun!  

Bayramınız mübarək!

A. Cavadov,

Oğuz Bələdiyyəsinin sədri

DİİXİHİ  Oğuz  Rayon  Komitəsi

rəyasət heyətinin 9 yanvar 2017-ci il

tarixli 9 nömrəli iclas qərarına əsa -

sən ilk həmkarlar ittifaqı təşkilatla-

rında hesabat-seçki yığıncaqlarının

2017-ci ilin fevral ayında keçirilmə-

si üçün qrafik təsdiq olunmuşdur.

Həmkarlar təşkilatlarında hesa-

bat-seçki yığıncaqlarının işgüzar və

aşkarlıq şəraitində, təlimata uyğun

keçirilməsi üçün rayon komitəsinin

işçiləri və həmkarlar ittifaqı fəalları

işə cəlb edilmişlər.

Qrafikə  əsasən  hesabat-seçki

yığıncaqları  fevral  ayında  4  turda

221 nəfər həmkarlar ittifaqı üzvlərini 

birləşdirən 11 ilk təşkilatda keçiril-

mişdir. 

210 nəfər iştirakçısı olan hesabat-

seçki yığıncaqlarında  55 nəfər çıxış-  

etmişdir. Yığıncaqlarda 8 təşkilatçı,

3  təşkilatda  isə  tərkibə  seçilən  13

nəfərdən  3 nəfəri komitə sədri seçil-

mişdir. 4 təşkilatdan təftiş komissi-

yasının tərkibinə seçilən 12 nəfər -

dən  4  nəfəri  təftiş  komissiyasının

sədri seçilmişdir. 5 ilk təşkilatın sədri

yeni seçilmiş, 6 təşkilatın sədrinə işə 

yenidən etimad göstərilmişdir.

Hesabat-seçki  yığıncaqlarında

həmkarlar  üzvlərinin  istirahət  və

asudə  vaxtlarının  təşkil  edilməsi,

müxtəlif tarixi abidələrə, səfalı yer-

lərə ekskursiyaların və  idman yarış-

larının  keçirilməsi sahəsində işlərə

diqqətin artırılmasının vacibliyi  qeyd

edilmişdir.  Bildirilmişdir  ki,  2016-cı

ilin oktyabr-noyabr aylarında Dövlət

Sosial  Müdafiə  Fondu  və  Əhalinin

Sosial  Müdafiə  Mərkəzi  birləşdiri-

lərək Əmək və Əhalinin Sosial 

Müdafiəsi  Nazirliyi  yanında  Dövlət

Sosial Müdafiə Fondunun Oğuz Ra-

yon  Şöbəsi  yaradılmışdır.  Hazırda

bu ilk təşkilatın 32 nəfər üzvü var. Bu

birləşmə zamanı Oğuz Rayon Məş-

ğulluq Mərkəzinin sərbəst qalmış 6

nəfər,  Sığorta Şirkəti Oğuz filialının

4 nəfər işçisi  birləşdirilərək Məşğul-

luq  Mərkəzi  ilk  həmkarlar  təşkilatı

yaradılmışdır. Təşkilatın hazırda 10

nəfər üzvü var. 

Hesabat-seçki yığıncaqlarında

DİİXİHİ Oğuz Rayon Komitəsinin VI

Konfransına 46 nəfər nümayəndə

seçilmişdir. 

Hesabat-seçki  yığıncaqlarının

yekunları rayon komitəsi rəyasət he-

yətinin 3 mart 2017-ci il tarixli  ple-

num yığıncağında müzakirə edilərək

təsdiq edilmişdir. 

Hazırda rayon komitəsinin VI kon-

fransına hazırlıq işləri aparılır.



C.Məmmədov,

DİİXİHİ Oğuz Rayon

Komitəsinin sədri

DİİXİHİ Oğuz Rayon Komitəsinin ilk həmkarlar ittifaqı   

təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilmişdir

Novruz bayramında yanğın təhlükəsizliyi qaydalarına

ciddi əməl olunmalıdır

Qarşıdan xalqımızın ən

əziz bayramı olan Novruz

bayramı gəlir. Novruz bay-

ramı öz adət-ənənələri ilə

xalqımızın  qədim  mədə-

niyyətini özündə geniş şə-

kildə  əks  etdirən,  yaşa-

dan  bir  bayramdır.  Hər  il

olduğu  kimi  bu  il  də  res-

publikamızın sakinləri, xal-

qımızın qədim el bayramı

olan  Novruz  bayramını

böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır. 

Novruzun gəlişi ərəfəsində hər birimizin

arzusudur ki, bütün bayramlar kimi Novruz

şənlikləri də ən ülvi duyğularla yaddaşlara

həkk olunsun, bayram yalnız və yalnız xoş

hislərlə xatırlansın. Aparılan təhlillər zamanı

aydın olur ki, bayram şənliklərinin və tədbir-

lərinin keçirilməsi zamanı vətəndaşların adi

ehtiyatsızlığı səbəbindən yanğınlar baş ve-

rir. Bir çox hallarda vətəndaşlar tərəfindən

tonqal yandırılarkən onun yerinin düzgün

seçilməməsi və yandırılmış tonqalın nəza-

rətsiz qalması nəticəsində xoşagəlməz ha-

disələrlə  nəticələnən  yanğınlar  baş  verir.

Belə ki, pərakəndə halda tonqallar yandı -

rılarkən  yanğın  təhlükəsizliyi  qaydalarına

ciddi əməl olunmalı, tonqallar ətrafda olan

yanar materiallardan, mühəndis-texniki qur-

ğulardan, qaz xətlərindən, elektrik və rabitə

xətləri çəkilmiş dirəklərdən, binalardan, ev-

lərdən, yardımçı tikililərdən, ot-saman tay-

larından, tezalışan maye və materiallar sax-

lanılan yerlərdən kənarda yandırılmalıdır.

Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə

avtomobil şinlərinin üst-üstə yığılaraq yan -

dırılması yanğın cəhətdən daha təhlükəlidir.

Belə hallarda yanan şinlər diyirlənərək ət -

rafdakı yaşayış sahələrində yanğın ocaq-

larının  yaranmasına  səbəb  olar.  Novruz

şənlikləri və tədbirlərinin keçirildiyi küçə və

meydanlarda kütləvi şəkildə toplaşan insan-

lar  xoşagəlməz  hadisələrin

baş verməməsi üçün mütləq

qaydada bir-birlərinin təhlü -

kəsizliyini qorumalıdırlar. 

Novruz bayramının bir bə -

zəyi də xonça bəzəmək, şam

yandırmaqdır. Bayram şənlik-

ləri  zamanı  şam  yandırılar-

kən yanğın təhlükəsizliyi qay-

dalarına  diqqət  yetirmək  la-

zımdır.  Unutmaq  olmaz  ki,

yanar şamı öz ərintisi ilə stol,

kibrit qutusu üzərinə və digər yanar materi-

allara  yapışdırmaq  yanğın  təhlükəsizliyi

cəhətdən yolverilməzdir.Yanar şamın nəza-

rətsiz  qoyulması  xoşagəlməz  hadisələrin

baş verməsi ilə nəticələnə bilər.     

Bayram tədbirləri zamanı əhali ilə yana-

şı idarə, müəssisə və təşkilat rəhbərləri, xü-

susən, mədəniyyət və təhsil müəssisələri

yanğın təhlükəsizliyi qaydalarına nəzarəti

gücləndirməli,  tədbir  keçiriləcək  yerlərdə

yanğın  təhlükəsizliyinə  cavabdeh  şəxslər

təyin etməli və qabaqlayıcı tədbirlər görmə-

lidirlər.

Novruz şənliklərində xoşagəlməz hadi -

sələrlə üzləşməmək üçün yanğın təhlükə-

sizliyi  qaydalarına  ciddi  əməl  etmək,  baş

verə biləcək yanğın hadisələrinin qarşısının

vaxtında alınması üçün diqqətli olmaq la-

zımdır.   

Bayram tədbirləri və şənlikləri keçirilən

zaman yanğın hadisələri ilə üzləşdikdə dər-

hal  Fövqəladə  Hallar  Nazirliyinin  “112”

qaynar  telefon  xəttinə  məlumat  verməyi

unutmayın. 



Novruz bayramınız mübarək!

FHN DYNX-nin Yanğına qarşı  

təbliğat şöbəsi 

O X U C U L A R I M I Z I N     YA R A D I C I L I Ğ I

G

G

e

e

r

r

ç

ç

ə

ə

y

y

i

i

n

n

 

 

 

 

i

i

z

z

l

l

ə

ə

r

r

i

i

n

n

d

d

ə

ə

n

n

Salsan yer üzünə sən də bir nəzər,    

Baxsan göylərə görərsən ki, sən

Özündə hər şeydən izlər vardır.

Axtaran özünü burda tapmışdır.

Amma, səndə dünya durduqca

Bilinməyən, sirli, gizli aləmlər,

Suallar, sorğular, yalnış cavablar,

Günahlar, savablar, yalanlar vardır,

Sonda Həqiqətə inanış vardır.

Hər kəsdə azacıq yatmış da olsa, 

Oyana biləcək bir vicdan vardır.



Mən   kiməm? 

Hislərin bəzən çox məsumlaşır,

Yenicə doğulan bir körpə kimi. 

Ətrafı maraqla izləyirəm mən,

Nəyin kim, kimin nə olduğunu 

bilməyirəm mən.

Bəzən iki-üç yaşlı uşaq oluram,

Hər şey üçün suallar yağdırıram mən: 

Mən kiməm? Nədir o? Hansıdır dünya? 

Ahıl yaşında kamala yetmiş,

Başı çox hallar görmüş, bəlalar çəkmiş,

Artıq yüklərdən beli bükülmüş,

Yaşlılardan da yaşlı qocayam hərdən. 

Bəzən tutur məni titrək əliylə

Yersiz qəm-qüssəni atır qəlbimdən.

Bilirsən əslində?

Çox zaman mənasız biriyəm mən, 

Ümumi axından kənarda qalan,

Mahiyyət axtaran zəkasızam mən, 

Olur ki, Günəş tək parlayıram mən,

Günlərə gün olub işıq saçıram,

Bütün təbiəti oyadıram mən.

Hərdən də ay olub qaranlıqlara

Duyğusal aydınlıq gətirirəm mən. 

Elə bil həqiqi  günəm, ayam mən, 

Bəzən sonsuz Kainata çəkilirəm mən 

Uzaq bir ulduz tək gizlənirəm mən.

Kimsələr bilməyir yoxam, varam mən,

Bəlkə axtarırlar, bilməyirəm mən.

Bəzən hayqıraraq yer üzünə 

Demək istəyirəm, bir meteroit tək 

Sizin əlinizdən gizlənmişəm mən 

Gəlməyin yaxına, sonunuz çatıb?

Bəzən şimşək kimi guruldayaraq

Qəlblərə təlatüm, qorxu salıram,

Sonra yağış olub mərhəmət kimi

Göylərdən yerə mən həyat qatıram.

Düşünürəm hərdən, tamamlanmamış   

Misraları olan bir şeirəm mən. 

Bəzən coşğun, bəzən də həzin

İncə bir musiqi tək dillənirəm mən. 

Daşdan da gövhər çıxardıram mən, 

Ruhumun qabarmış əlləri ilə.

Hmm. Gör necə mahir heykəltaraşam   

mən.

Arada sakitlik yaradaraq mən,



Qəlbimi, ruhumu cilovlayıram.

Sonra təbiət qoynuna dalıb

Xəyalımda şəkillər çizgiləyirəm,

Elə bir şəkil ki, heç çəkilməyib, 

Elə bir əsər ki, təkrarlanmayıb.

Gah sehirli bir bəstəkar olur,

Gah da tilsimli şair oluram mən. 

İstəyirəm o zalım soyuq qəlblərə

Hərarət gətirim, mərhəmət ilə.

Onların ürəyini ovsunlayım mən 

Olur da... Xəyaldır...

Bir gücüm ola.

Bir iksir olsun əlimdə mənim,

Ya da bir çalğı alətində mən 

Elə bir musiqi ifa edim ki, 

Amansız, zamansız insanlar           

Silahla, ölümlə deyil,

Əllərində gül bir-birilərilə 

Sevinclə, gülüşlə, sevgiylə rəqs edə.

Günay   



Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə