Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 48,32 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix25.07.2018
ölçüsü48,32 Mb.
#59061
1   2   3   4   5   6   7   8

19 mart 2017-ci il

8

Тясисчи:



Оьуз Район Ижра Щакимиййяти

вя редаксийанын йарадыжы коллективи

Редактор:

Назим 

Щцсейнли

Цнван:Оьуз шящяри, Щейдяр 

Ялийев проспекти  - 62

E-mail:oguzyurdu34@mail.ru

Тел: 21-5-23-35

Бакы шящяри, “Мятбуат

фирма”сында чап олунмушдур.

Тираъ 600

Лисензийа № 022631

Гейдиййат нюмряси 431

Щесаб нюмрямиз “Капиталбанк”

АЗ07АИИБ33050019446800222168

ВЮЕН 6600067771

OĞUZ  YURDU

Əziz  oğuzlular!

Yurdumuza  bahar  gəlir! Arzu  edirik  ki,  öz

gəlişi  ilə  dünyamıza  bir  yenilik,  xoş  əhval-

ruhiyyə gətirən baharın   yaratdığı bu xoş ovqat

həmişə  sizinlə  olsun.  Qoy    ömrünüz  boyu

bahar sevincləri kimi sevinclər nəsib olsun siz-

lərə.  Bu  bahar  sevincindən  hamınıza  pay

düşsün!


C. Məmmədov, 

Dövlət İdarələri  və İctimai  

Xidmət İşçiləri Həmkarlar  

İttifaqı Oğuz Rayon Komi - 

təsinin sədri

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə

Olimpiya İdman  Kom-

pleksinin akt zalında

tədbir keçirilmişdir

5  Mart  Bədən  Tərbiyəsi  və

İdman Günü münasibətilə Oğuz

Rayon Gənclər və İdman İdarə-

sinin  təşkilatçılığı  ilə  Olimpiya

İdman Kompleksinin akt zalında

tədbir keçirilmişdir. Oğuz Rayon

Gİİ-nin rəisi R.Mahmudov bədən

tərbiyəsi müəllimlərinin, məşqçi-

lərin,  idmançıların,  idmansevər

gənclərin iştirak etdiyi tədbiri giriş

sözü ilə açaraq Bədən Tərbiyəsi

və  İdman  Günü  münasibətilə

tədbirdə  iştirak  edənləri  təbrik

etmiş, rayon  idmançılarının nai-

liyyətlərindən  və bu sahədə qar-

şıda  duran  vəzifələrdən  danış-

mış, onlara uğurlar arzulamışdır. 

Əməkdar  bədən  tərbiyəsi  və

idman işçisi, məşqçi-müəllim Hə-

mid Əzizov çıxış edərək bu sahə-

nin    inkişafına  göstərilən  diqqət

və qayğıya görə rayon idman- çı-

ları adından ölkə başçısına min-

nətdarlıq etmişdir.

Tədbirin sonunda qabaqcıl id-

mançılara   hədiyyələr verilmişdir.

Stolüstü tennis yarışı

5 mart Bədən Tərbiyəsi və İdman Günü münasi-

bətilə  Oğuz  Olimpiya  İdman  Kompleksində  kiçik

yaşlı oğlan və qızlar arasında stolüstü tennis yarışı

keçirilmişdir. Yarışın keçirilməsində məqsəd stol-

üstü tennis idman növünü Oğuz rayonunda inkişaf

etdirmək, istedadlı tennisçiləri aşkara çıxarmaq, zo-

na və respublika birinciliklərində iştirak edəcək ko-

mandanın tərkibini dəqiqləşdirmək olmuşdur. 

Qeyd edək ki, kompleksdə stolüstü tennis məşq-

lərini və yarışlarını keçirmək üçün hər bir şərait ya-

radılıb. Məşqləri təcrübəli məşqçi Niyazi Soltanov

aparır.

İdmanın tennis növünə  həvəsi olan 6 yaşdan kiçik



oğlan və qızlar məşqlərə dəvət olunurlar.

“Şən startlar” yarışı

Bucaq kənd tam orta məktəbində “Şən startlar”

yarışı keçirilmişdir. Yarışda məktəbin ibtidai sinifləri

komandalarının embilemini öz yaradıcılıqlarına uy-

ğun olaraq hazırlayıb təqdim etmişlər. Yarış gərgin

idman mübarizəsi şəraitində keçmiş, münsiflər he-

yətinin qərarı ilə Rəvan Haşımzadənin kapitan ol-

duğu   “Şimşək” komandası qalib hesab edilmiş-

dir. 

Şaiq RÜSTƏMOV,

Oğuz Rayon Gənclər və İdman     

İdarəsi rəisinin müavini

Oğuz Rayon Mərkəzləşmiş Ki-

tabxana Sistemi il ərzində kitab

təbliği ilə bağlı  bir-birindən ma-

raqlı, rəngarəng  tədbirlər keçirir.

“Açıq kitabxana”, “Səyyar kitab-

xana”,  “Yay  məktəbi”  layihələri

belə tədbirlərdəndir. 

Martın 15-də  mərkəzi kitabxa-

nanın həyətində “Açıq kitabxana”

layihəsi təşkil edilmişdir. Layihə-

də  müxtəlif  başlıqlı  sərgilər-Ulu

Öndər Heydər Əliyevə həsr olun-

muş  “Əsrin  lideri”,  “2017-ci  il

Azərbaycanda İslam Həmrəyliyi

İli”dir,  “Demokratiya  və  İslam”,

“Vətənə sipər oğullar”, “Oğuz tu-

rizm məkanıdır”, “Azərbaycanda

turizm”, “Oğuz yazarları”, “Molla

Pənah  Vaqif-300”,  “M.S.Ordu-

badi-145”, “Sirli sehirli nağıllar” və

s. başlıqlarda sərgilər, bukletlər,

jurnallar, elektron kitablar, Azər-

baycan, rus, ingilis dillərində ədə-

biyyatlar nümayiş etdirilmişdir.   

Sərgilənən kitabların arasında

həmçinin kitabxanaya yeni daxil

olmuş ədəbiyyat da yer almışdır.   

“Açıq kitabxana” tədbirində ki-

tabsevərlər  öz  şəxsi  kitablarını

kitabxanaya hədiyyə etmişlər.  

“ A ç ı q   k i t a b x a n a ”   l a y i h ə s i

Azərbaycanda “açıq məlumatlar”

Bölgələrdə  açıq  məlumatlar  barədə

təlim və məsləhət görüşləri davam edir.

Mingəçevir Valideynlər Assosiasiyası

martın 10-dan Çexiya  (“Transitions”) və

Polşadan (“Linking”) olan tərəfdaşları ilə

birgə  Avropa İttifaqının maliyyələşdirdiyi

və BMT-nin İnkişaf Proqramı tərəfindən

həyata keçirilən “Əhalinin həssas qrup-

larının sosial-iqtisadi hüquqlarının təmin

olunmasında vətəndaş cəmiyyətinin rolu-

nun gücləndirilməsi” layihəsi çərçivəsin-

də açıq məlumatlara dair

silsilə  təlimləri  və  görüş-

ləri  davam    etdirir.  MVA-

nın  və  layihənin  rəhbəri

Fərman Nəbiyevin dediyi-

nə görə,  Mingəçevir Me-

dia Mərkəzində martın 10-

dan başlayan növbəti təlim

birinci  qrupda  martın  12-

də başa çatıb. İkinci qrup-

da isə təlimlərin martın 17-

dən  19-dək    keçirilməsi

nəzərdə  tutulub.  Təlimlər

Azərbaycanın kütləvi infor-

masiya vasitələri, QHT və

dövlət müəssisələri nümayəndələri üçün

nəzərdə tutulub. Məqsəd bu üç qrup nü-

mayəndələrinə açıq məlumatların geniş

mahiyyətini başa salmaq, əhali ilə birgə

fəaliyyət zamanı  jurnalistlərə, fəallara və

dövlət qulluqçularına necə kömək edə-

cəklərini öyrətməkdir.

Açıq məlumatlar son bir neçə il ərzində

bütün dünyada inkişaf etməkdə olan bir

istiqamətdir.  O,   medianın və  QHT-lərin

daha çox əlavə auditoriya cəlb etmələ-

rinə, dövlət orqanlarının ictimaiyyətlə iş

zamanı  mürəkkəb  informasiyanı  daha

sadə və əyani şəkildə, asan başa düşü-

lən tərzdə çatdıra bilmələrinə  hesab- la-

nıb. 

Məşğələlər  Şərqi  Avropada  açıq



məlumatlardan yüksək səviyyədə istifadə

edən “Linking Media” təşkilatının mütə-

xəssisləri tərəfindən aparılır. 2012-ci ildə

bu təşkilat açıq məlumatların geniş yayıl-

masında iştirak edib, yerli kütləvi infor-

masiya  vasitələrinə  və  QHT-lərə  əyani

materiallların, vasitələrin sayının artırıl-

masına  və öz səhifələri üçün yeni audi-

toriyanın cəlb olunmasına kömək edib.

Beynəlxalq təlimçi,   media üzrə mütə -

xəssis Lyaksey Lyavonçik

bu təlimlərin mahiyyətindən

danışarkən deyib ki, təlim

zamanı iştirakçılar təklif  et-

dikləri mövzular üzrə xəri -

tələr,    xəritəçəkmə  nümu-

nələri    və  qrafiklər  yarat-

maq, açıq məlumatlara dair

layihələri müzakirə etmək,

zamanı  əyaniləşdirmək,

Tableau proqramı üzərində

işləmək imkanı qazanırlar.  

Təlimlərə  seçim  müsa-

biqə  yolu  ilə  aparılıb.  70-

dək şəxs müraciət etsə də,

onlardan yalnız 30-u iştirak hüququ qa-

zanıb. Bir qrup isə  may ayında  Bosniya-

da, iyulda isə Praqda   MVA/LM/Tranziti-

ons təşkilatlarının təşkil edəcəkləri təlim-

lərə də  qatılacaqdır. 

***

Layihə çərçivəsində  martın 13-dən



16-dək    Bərdə,  Mingəçevir,    Yevlax,

Oğuz, Şəki,  Göyçay və Ağdaşda  icra

hakimiyyəti,  təhsil, səhiyyə, mədəniyyət

və statistika işçiləri üçün  açıq məlumat-

lara dair  təlim və məsləhət görüşləri təş-

kil edib.  Bu tədbirlərə 120-dən artıq şəxs

qatılıb. MVA-nın və layihə qrupunun rəh-

bəri Fərman Nəbiyev, Polşanın “Linking

Media” təşkilatının nümayəndəsi,  media

üzrə mütəxəssis Lyaksey Lyavonçik açıq

məlumatların  mahiyyətindən,  onu  əldə

etmək və vizual formaya çevirmək yol-

larından danışıblar. 

Görüşlər zamanı açıq məlumatlar əsa-

sında  təşkilatlar üçün mümkün layihə-

lərə dair beyin həmləsi   edilib, müxtəlif

ölkələrin təcrübəsindən danışılıb,  xəri-

təçəkmə üzrə  əsas bacarıqlar və qrafik-

lərin yaradılması yolları göstərilib.  Bun-

dan sonra görüş iştirakçılarının bir qrupu

praktik tapşırıqları  yerinə yetiriblər.                  

N o v r u z   a d ə t l ə r i n d ə n

Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmaz -

lar.


Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş

söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.



Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə

deyilir: "Ağırlığım-uğurluğum odda yansın".



Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su

ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə

dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işa-

rədir.


Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin

oyanmasına işarədir.



Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz

payı apararlar.



Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.

ETİBARSIZ  SAYILIR

Oğuz şəhər  sakini  Rzayeva Şəfiqə Əsgər qızına və ailə üzvlərinin adına Oğuz

Rayon Aqrar İslahat Komissiyasının 5 noyabr 1998-ci il tarixli 75 nömrəli qərarı ilə

verilmiş    JN-123A    KOD  40501004  olan    Torpağın    mülkiyyətə  verilməsinə  dair



Şəhadətnamə  itdiyi üçün etibarsız  sayılır.

Yüklə 48,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə