Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
  1   2   3   4   5   6   7   8   9   ...   29


OĞUZ  YURDU

İ C T İ M A İ - S İ YA S İ   Q Ə Z E T

• № 43-44 (4572) • 15 dekabr • 2017-ci il • Çümə  • Qəzet 1934-cü ildən çıxır • Qiyməti 40 qəpik

2003-cü ilin 12 dekabrı  Azərbaycan xalqının tarixində hüznlə anılan gün-

lərdən biridir. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir.

Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və  qu-

rucusudur. 1991-ci ildə  dövlət müstəqilliyinə qovuşmuş  Azərbaycan böyük

çətinliklərlə üzləşmişdir. Həm siyasi, həm iqtisadi sahədəki problemlər müs-

təqilliyimiz üçün böyük təhlükə yaradırdı. Ancaq 1993-cü ilin iyununda respub-

likamız üçün ağır bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn  Hey-

dər Əliyevin müdrikliyi,  uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün

əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Odur ki, xalqımız Heydər Əliyevi

Azərbaycanın dövlət müstəqilliyinin qurucusu və memarı kimi dəyərləndirir.

Heydər Əliyev ən ağır məqamlarda xalqının yanında olmağı bacarırdı. 20

yanvar 1990-cı ildə də, 1993-cü ilin iyununda da belə olmuşdur. Hələ birinci

dəfə ölkə rəhbərliyində olanda da Azərbaycanı inkişaf etdirmək, güclü bir res-

publikaya çevirmək üçün əlindən gələni etmişdir. O, Azərbaycan üçün həmişə

öz haqq səsini qaldırırdı. 

İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider,  əsl

öndər idi. Onun  birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız

bütün sahəhələrdə sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl respublikala-

rından birinə çevrilmişdir. Ümummilli liderin həmin illərdə və ikinci dəfə  haki-

miyyətdə olduğu 10 il-1993-2003-cü illərdə yeritdiyi  uzaqgörən siyasət, Azər-

baycanın sürətli inkişafı sahəsində həyata keçirdiyi misilsiz tədbirlər nəticəsin-

də Azərbaycan inkişaf yoluna qədəm qoymuş,  beynəlxalq aləmdə tanınmağa

başlamışdır. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyi-

mizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli ye-

rini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apar-

dığı  və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə

Azərbaycanın daha da  inkişafına, iqtisadi gücünün artmasına gətirib çıxar-

mışdır. 

Heydər Əliyev xalqımızın və dövlətimizin maraqlarını hər şeydən üstün tu-

tardı. Onun zəhməti ilə qazanılan uğurlarda xalqın  ona olan sevgi və inamı

böyük rol oynayırdı.  

2003-cü ilin  dekabrın 12-də Heydər Əliyev  vəfat etmişdir. Lakin  Heydər

Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Azərbaycan sonrakı

illər ərzində  dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi tanınmışdır.

Həyata keçirilən böyük  layihələr ölkəmizin inkişafına təkan vermişdir. İndi

Azərbaycan hərtərəfli inkişaf etməkdə olan ölkələr sırasındadır.  Bu inkişafın

təməli isə Ulu öndər tərəfindən qoyulmuşdur. Onun siyasəti davam etdirilmək-

lə Azərbaycan tam müstəqil, suveren, inkişaf etməkdə olan dövlətə çevrilmiş-

dir. 


Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu

yad edir.

Heydər Əliyev öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə

qazanmışdır Azərbaycan xalqının bu sevgisini. Onun uyuduğu məzarlıq, zi-

yarətgaha çevrilmişdir. Xalqımız  hər il məhz həmin gün bu ziyarətgaha, res-

publikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək  Ulu

öndərin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.


Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə