Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul  2017-ci il

2

OĞUZ YURDU

Dünyada  elə  şəxsiyyətlər  var

ki, onların adı ilə təkcə mənsub ol-

duqları xalqın, millətin tarixi taleyi

deyil, böyük bir epoxa bağlı olur.

Bunlar  tarix  yaradan  böyük  şəx-

siyyətlərdir. Sovet ideologiyasının,

onun fəlsəfəsi olan marksizm-le-

ninizmin belə bir yanlış ideyası ha-

kim idi ki, tarixi kütlələr yaradır. Elə

həmin  tarix dönə-dönə sübut edir

ki, tarixi böyük şəxsiyyətlər yara-

dır. Böyük şəxsiyyətlər tarixi  hərə-

kətə gətirir, onun simasını forma-

laşdırır.

Azərbaycan  xalqının XX əsrdə

yetişdirdiyi,  tarix  yaradan  böyük

şəxsiyyətlərin öndəri Heydər Əli-

rza oğlu Əliyevdir. Uca boylu, qey-

ri-adi baxışlı, general Heydər Əli-

yev  fenomenal  yaddaşa,  hüdud-

suz ağıla, yüksək bəlağətli nitq qa-

biliyyətinə, böyük siyasi iradəyə,

çevik  məntiqə,  heyrətamiz  tarixi

uzaqgörənliyə, ilahi istedada malik

tarixi şəxsiyyət idi.

Azərbaycanın çoxəsrlik dövlət-

çilik tarixində Heydər Əliyev epo-

xasının müstəsna yeri və rolu var.

Dünya  şöhrətli  siyasi  xadim  öz

müdrik fəaliyyəti ilə müasir tarixi-

mizin  ən  şanlı  və  parlaq  salna-

məsini yaratmışdır. Buna görə də

ümummilli  liderimizin  xalqa  xid-

mətdə  keçmiş  parlaq  və  mənalı

ömrünün  hər  anı  siyasi  təqvimi-

mizdə aktualdır. Ulu öndərin Azər-

baycanda birinci dəfə siyasi haki-

miyyətə gəldiyi 1969-cu ilin 14 iyul

günü də xalqımızın tarixi taleyində

oynadığı misilsiz rolu ilə xatırlanır.

Bu tarix Azərbaycanın xilasının bi-

rinci mərhələsi, xalqın özünə qayı-

dış tarixidir.

1969-cu il iyulun 14-də Heydər

Əliyev  Azərbaycan  Kommunist

Partiyası  Mərkəzi  Komitəsinin  I

katibi  seçilib.  Bu,  Azərbaycanın

yeni tarixində güclü lider və rəhbər

kimi  yer  tutacaq,  Azərbaycanın

inkişafı  naminə  saysız  xidmətlər

göstərəcək  şəxsiyyətin  hakimiy-

yətə və böyük siyasətə gəlişi idi.

1969-cu ildə keçirilən avqust ple-

numu isə Azərbaycanın həyatında

mühüm və şərəfli bir mərhələnin

başlanğıcı olub. 1969-1982-ci illər

respublikamızda  quruculuq  sal-

naməsinin parlaq dövrü kimi tarixə

düşüb.


Heydər Əliyevin Azərbaycanın

rəhbəri seçilməsindən sonra res-

publikanın iqtisadi, ictimai-siyasi,

mədəni tarixində yeni bir dövr baş-

lanmışdır. Dahi şəxsiyyət neçə il-

lərin sükunətini hərəkətə gətirmiş,

milləti,  milli  düşüncəni  oyatmış,

güclü iqtisadi potensial yaratmış-

dır.

Bəlkə də buna görə bir sıra ta-



rixçilər  və  siyasətşünaslar  haqlı

olaraq qeyd edirlər ki,  Azərbay-

can xalqının XX əsrdəki milli qur-

tuluşu, əslində, 1969-cu il iyulun

14-dən başlanır. Çünki həmin ta-

rixdə siyasi hakimiyyətə gələn gör-

kəmli dövlət xadimi Heydər Əliyev,

sözün  həqiqi  mənasında,  xalqın

həyatında  möhtəşəm  dəyişikliyə

və misilsiz inkişafa nail oldu.

Ulu öndər Heydər Əliyev o döv-

rü belə xarakterizə edirdi: “Qətiy-

yətlə bildirmək olar ki, 60-cı illərdə

respublika iqtisadiyyatı bütövlükdə

dərin  və  uzunmüddətli  böhran

mərhələsinə  qədəm  qoymuşdu.

Yaranmış  ağır  vəziyyətdən  çıxış

yolu tapılmalı, iqtisadiyyatın inki-

şafı üçün prinsipial cəhətdən yeni

konseptual yanaşma yolları işlənib

hazırlanmalı,  xalq  təsərrüfatında

köklü struktur dəyişiklikləri aparıl-

malı, təsərrüfatçılıq və iqtisadi hə-

vəsləndirmə işində təzə metodlar

tətbiq edilməli idi”.

1969-cu ilə qədər SSRİ-nin aq-

rar əyaləti kimi tanınan Azərbay-

can həmin tarixdən sonra inkişaf

etmiş sənaye ölkəsinə, elmi-tex-

niki tərəqqinin geniş şəkildə tətbiq

olunduğu  respublikaya,  yüksək

mədəniyyəti  ilə  bütün  dünyada

tanınan diyara çevrilmişdir. Müs-

təqilliyə qovuşmaq məqsədilə re-

allaşdırılan  həmin  tədbirlər  nəti-

cəsində 1969-1985-ci illərdə Azər-

baycanda 213 yeni iri sənaye mü-

əssisəsi  istismara  verilmiş,  dün-

yanın 65 ölkəsinə 350 adda məh-

sul ixrac olunmuşdu. Həmin illər

ərzində  Azərbaycanın  milli  gəli-

rinin  ümumi  həcmi  2,5  dəfə  art-

mışdır. Moskvanın, eləcə də, keç-

miş  SSRİ-nin  digər  şəhərlərinin

170 aparıcı elm və təhsil ocağına

10 mindən çox azərbaycanlı oğlan

və qız təhsil almağa göndərilmiş-

dir. Bu, Heydər Əliyev siyasi müd-

rikliyinin və uzaqgörənliyinin gös-

təricisi idi. 

Sonralar həmin dövrdə həyata

keçirdiyi tədbirlərdən danışan Ulu

öndər  Heydər  Əliyev  demişdir:

“Bəli, mən istəyirdim ki, Azərbay-

can  müstəqil  olsun.  Hər  şeydən

əvvəl, iqtisadi cəhətdən. Çünki is-

tənilən müstəqilliyin əsasında iqti-

sadiyyat durur”.

1970-ci ildə mütəxəssislər qeyd

edirdilər ki, son 100 ildə 1 milyard

ton neft istehsal etmiş, Böyük Və-

tən müharibəsi illərində SSRİ-nin

neftə  olan  ehtiyacının  75  faizini

vermiş Azərbaycanın  neftayırma

zavodları hələ çar dövründə inşa

edildiyinə  görə  müasir  tələblərlə

ayaqlaşmır. Bu məqamdan məha-

rətlə istifadə edən Ulu öndər SSRİ

Nazirlər Soveti qarşısında məsələ

qaldırmış və Bakıdakı bütün neft-

ayırma müəssisələrinin tamamilə

yenidən qurulmasına, bir çoxunun

isə yenidən tikilməsinə nail olmuş-

dur. Bununla yanaşı, 70-ci illərdə

Bakıda,  Naxçıvanda,  Gəncədə,

Mingəçevirdə, Lənkəranda, Xan-

kəndidə  bir-birinin  ardınca  elek-

tronika,  elektrotexnika,  radiotex-

nika, cihazqayırma, dəzgahqayır-

ma  zavod  və  müəssisələri  tikilib

istifadəyə verilmişdir. 1970-1982-

ci illərdə Azərbaycanda tikilib isti-

fadəyə  verilmiş  fabrik,  zavod  və

digər sənaye-istehsal müəssisələ-

rinin  sayı  əvvəlki  50  ildə  tikilən

müəssisələrin  sayından  qat-qat

çox  idi.  Həmin  illərdə  görkəmli

dövlət  xadimi  Heydər  Əliyevin

bilavasitə göstərişi və rəhbərliyi ilə

Azərbaycanda  52  memarlıq  abi-

dəsində  bərpa  işləri  aparılmış,

650-dən çox tarix və mədəniyyət

abidəsinin pasportu hazırlanmış-

dı.


Ulu  öndər  Heydər  Əliyev  ana

dilinin inkişafını da xüsusi diqqət

mərkəzində saxlamış, Azərbayca-

na fikir plüralizmi, demokratik və

azad düşüncə tərzi, güclü sosial

ədalət  haqqı  və  milli  özünüdərk

gətirmişdir.  Dahi  rəhbər  Heydər

Əliyev yüksək səviyyəli yığıncaq-

larda, konfranslarda, dövlət səviy-

yəsində aparılan tədbirlərdə ana

dilində parlaq çıxışlar edərək özü-

nə  böyük  hörmət  və  məhəbbət

qazanmışdı. 1978-ci il aprel ayının

2-də  doqquzuncu  çağırış  Azər-

baycan  SSR  Ali  Sovetinin  Azər-

baycan  Sovet  Sosialist  Respub-

likası Konstitusiyasının layihəsi və

onun ümumxalq müzakirəsinin ye-

kunlarına həsr olunmuş yeddinci

sessiyasında  məruzə  ilə  çıxış

edən Azərbaycan rəhbərinin təklifi

ilə Konstitusiyanın 73-cü maddə-

sini  aşağıdakı  redaksiyada  ver-

mək  təklif  olunmuşdur:  “Azər-

baycan  Sovet  Sosialist  Respub-

likasının dövlət dili  Azərbaycan di-

lidir”. Həmin dövrdə belə bir mad-

dənin  əlavə  edilməsi  çox  böyük

risk idi. Hər an ona millətçi dam-

ğası vurmaq təhlükəsi yaranmışdı.

Ancaq  müdrik  şəxsiyyət  bütün

bunlardan qorxmamış, onun ana

dilinə olan məhəbbəti, milli təəs-

sübkeşliyi hər şeyi üstələmişdi.

Ulu  öndər  ölkəyə  birinci  dəfə

rəhbərlik etdiyi dövrdə respublika

gənclərinin bilavasitə Bakıda hərbi

təhsil  alması  üçün  o  zamanlar

mümkün olan bütün addımları at-

mış,  imperiya  rəhbərlərinin  eti-

razına baxmayaraq, Azərbaycan-

da hərbi məktəbin açılmasına nail

olmuşdu.  Həmin  dövrdə  Cəmşid

Naxçıvanski adına Hərbi Məktəbin

yaradılması  Azərbaycanda  milli

hərbçi  kadrların  yetişdirilməsinə

çox böyük töhfə idi. 1976-1982-ci

illərdə yüzlərlə azərbaycanlı gənc

Sovetlər Birliyinin müxtəlif respub-

likalarında  yerləşən  54  ən  qa-

baqcıl  ali  hərbi  məktəblərə  və

akademiyalara hərbi təhsil almağa

göndərilmiş, milli kadrların hazır-

lanması problemi öz uğurlu həllini

tapmışdır. Xüsusi vurğulamaq la-

zımdır ki, ümummilli liderimizin 70-

ci illərdə başladığı hərbi quruculuq

prosesi  ikinci  dəfə  müstəqillik

qazanan  Azərbaycanın  Silahlı

Qüvvələrinin  zabit  heyətinin  for-

malaşmasında  müstəsna  rol  oy-

namışdır.

1970-80-ci illərdə respublikanın

ali  məktəblərində  100-dən  artıq

yeni kafedra, 40-dan çox yeni fa-

kültə açılmış, 100-ə qədər yeni ix-

tisasın  hazırlığına  başlanmışdı.

Həmin  illərdə  ölkədə  6  yeni  ali

məktəb,  12  orta  ixtisas  məktəbi

yaradılmışdı. Elmlər Akademiya-

sının  maddi-texniki  bazasının

möhkəmləndirilməsi, səhiyyə sis-

teminin müasirləşdirilməsi, ölkənin

yol infrastrukturunun daha da yax-

şılaşdırılması, eləcə də, Ulu öndər

tərəfindən reallaşdırılan bütün təd-

birlər  müstəqil Azərbaycan  Res-

publikası naminə həyata keçirilirdi.

Bütün bunlar ona gətirib çıxardı

ki, Azərbaycan  dağılmaqda  olan

ölkədən  inkişaf  edən,  tərəqqiyə

qoşulan ölkəyə, vətəndaş müha-

ribəsi  astanasında  olan  ölkədən

vətəndaş  həmrəyliyi  olan  ölkəyə

çevrildi. Bu nailiyyətlərin əsası-Ulu

öndər  Heydər  Əliyev  tərəfindən

qoyulmuş müstəqil dövlətçilik prin-

sipləri  zaman  keçdikcə  daha  da

möhkəmlənir. Çünki bu iş, bu si-

yasi xətt müasir şəraitdə Azərbay-

can  Prezidenti  İlham  Əliyev  tə-

rəfindən uğurla həyata keçirilir və

davam etdirilir.

Bu gün istisnasız olaraq, deyə

bilərik ki, hörmətli Prezidentimizin

rəhbərliyi altında həyata keçirilən

tədbirlər,  daxili  və  xarici  siyasət

sahəsində əldə olunmuş nailiyyət-

lər  dövlət  müstəqilliyimizin  daha

da möhkəmlənməsinə və davamlı

xarakter almasına xidmət etmişdir.

Artıq ölkəmizdə aparılan müstəqil

dövlət quruculuğu prosesində iqti-

sadi islahatların və inkişafın Azər-

baycan modeli yaranıb. Bu model

əsasında uğurla həyata keçirilən

və yeni çalarlarla zənginləşdirilən

sosial-iqtisadi siyasətin nəticələri

Azərbaycanın həm də beynəlxalq

imicinin  və  dövlət  müstəqilliyinin

daha  da  möhkəmləndirilməsinə

gətirib çıxarıb. 

Bu gün əsas nailiyyətimiz sayı-

lan ictimai sabitliyin davamlı pro-

sesə çevrilməsi, yeni neft strate-

giyasının,  Cənub  Qaz  Dənlizi,

TANAP  və TAP layihələrinin  hə-

yata keçirilməsi, qeyri-neft sekto-

runun, kənd təsərrüfatının  inkişaf

etdirilməsi, regionların sosial-iqti-

sadi inkişafı dövlət proqramlarının

uğurla həyata keçirilməsi, mühüm

beynəlxalq  idman,  humanitar  və

siyasi tədbirlər ölkəmizin  nüfuzu-

nun  daha  da  möhkəmlənməsinə

gətirib çıxarmışdır. 

Ölkəmizdə bütün istiqamətlər-

də aparılan islahatlar turizm mər-

kəzinə çevrilməkdə olan Oğuz  ra-

yonundan  da  yan  keçməmişdir.

Oğuzda aparılmış geniş qurucu-

luq və abadlıq işləri,  yolların salın-

ması, yeni qaz və su xətlərinin çə-

kilməsi,  yaşayış evlərinin, inzibati

binaların tikilməsi,  yeni otellərin

istifadəyə verilməsi,  parkların sa-

lınması    Oğuzun  simasını  tama-

milə dəyişib, xarici və yerli turist-

lərin bu bölgəyə marağını artırıb.

Ümummilli liderimizin siyasi fə-

aliyyəti Azərbaycana xidmətin ən

kamil  nümunəsidir.  Gələcəkdə

Azərbaycanı Heydər Əliyev quru-

culuq xəttinin daha böyük uğurları,

nailiyyətləri gözləyir.

Mehriban Abbasova,

Oğuz Rayon Heydər Əliyev

Mərkəzinin direktoru

MÜSTƏQİL  AZƏRBAYCAN  RESPUBLİKASI  NAMİNƏ

Oğuz Rayon Heydər Əliyev Mərkəzində

Ulu  öndər  Heydər  Əliyevin  1969-cu  il  14

iyulda Azərbaycan Kommunist Partiyasının

Mərkəzi Komitəsinin I katibi seçilərək Azər-

baycan  rəhbərliyinə  gəlməsi  ilə  əlaqədar

“Müstəqil Azərbaycan Respublikası  nami-

nə”  adlı tədbir  keçirilmişdir. 

Tədbiri giriş sözü ilə Oğuz Rayon Hey-

dər Əliyev Mərkəzinin  direktoru M.Abbaso-

va açmışdır.  Məruzəçi qeyd etmişdir ki, Ulu

öndər Heydər Əliyevin Azərbaycanda birinci

dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14

iyul günü xalqımızın tarixi taleyində oyna-

dığı misilsiz rolu ilə xatırlanır. Bu tarix Azər-

baycanın xilasının birinci mərhələsi, xalqın

özünə qayıdış tarixidir. 1969-cu ilə qədər

SSRİ-nin aqrar əyaləti kimi tanınan Azər-

baycan həmin tarixdən sonra inkişaf etmiş

sənaye ölkəsinə, elmi-texniki tərəqqinin ge-

niş  şəkildə  tətbiq  olunduğu  respublikaya,

yüksək mədəniyyəti ilə bütün dünyada tanı-

nan diyara çevrilmişdir. Müstəqilliyə qovuş-

maq  məqsədilə  reallaşdırılan  həmin  təd-

birlər nəticəsində 1969-1985-ci illərdə Azər-

baycanda 213 yeni iri sənaye müəssisəsi

istismara  verilmiş,  dünyanın  65  ölkəsinə

350 adda məhsul ixrac olunmuşdur. Həmin

illər  ərzində  Azərbaycanın  milli  gəlirinin

ümumi  həcmi  2,5  dəfə  artmış,    sənaye

məhsulu 2,7 dəfə,  kənd təsərrüfatı 2,3 dəfə

artmış, 249 yeni iri sənaye müəssisəsi yara-

dılmışdır. 

Ulu öndər Heydər Əliyev ana dilinin inki-

şafını  da  daim  diqqət  mərkəzində  saxla-

mışdır.  

Həmin illərdə həyata keçirilən tədbirlər,

görülən işlər nəticəsində Azərbaycan dağıl-

maqda olan ölkədən inkişaf edən, tərəqqiyə

qoşulan ölkəyə, vətəndaş müharibəsi asta-

nasında olan ölkədən vətəndaş həmrəyliyi

olan ölkəyə çevrildi. Bu nailiyyətlərin əsası

Ulu öndər Heydər Əliyev tərəfindən qoyul-

muş müstəqil dövlətçilik prinsipləri zaman

keçdikcə daha da möhkəmlənir. Çünki bu

iş, bu siyasi xətt müasir şəraitdə Azərbay-

can Prezidenti İlham Əliyev tərəfindən uğur-

la həyata keçirilir və davam etdirilir.

Tədbirdə  mövzu  ilə  əlaqədar  “Heydər

Əliyev və mədəniyyət”, “Heydər Əliyev və

Azərbaycan dili”, “Heydər Əliyev və Azər-

baycan gənci”, “Heydər Əliyev və ordu qu-

ruculuğu” adlı videoçarxlar nümayiş olun-

muşdur. 


Sonda  YAP Oğuz rayon təşkilatı Gənc-

lər Birliyinin sədri Mehman Ramazanov, Şə-

ki  Regional  Mədəniyyət  və  Turizm  İdarə-

sinin  Oğuz  rayon  bölməsinin  baş  məslə-

hətçisi Ulduz Baxışova,  Oğuz Rayon İcra

Hakimiyyətinin baş məsləhətçisi Tofiq Daş-

dəmirov çıxış etmişlər.

ULU  ÖNDƏRİN  RESPUBLİKA  RƏHBƏRLİYİNƏ  GƏLİŞİNİN

48-Cİ   İLDÖNÜMÜNƏ   HƏSR   OLUNMUŞ   TƏDBİR



Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə