Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul  2017-ci il

3

OĞUZ YURDU

142 il bundan əvvəl Azərbaycan söz, fikir

və mədəniyyət tarixinə çox mühüm, maraqlı,

gələcəyə yaşıl işıq tutan bir səhifə yazıldı.

Bu səhifə söz, milli düşüncə və mədəniyyə-

timizdə bir hadisə oldu.

XIX əsrin ikinci yarısında çar  Rusiyasında

cərəyan  edən  ictimai-siyasi,  iqtisadi  və

mədəni proseslərin milli ucqarlara, o cüm-

lədən, Azərbaycana təsiri altında milli mət-

buatımız  təşəkkül  tapmağa  başladı.  Dövr

çox ağır, çətin bir dövr idi. Belə ki, cəmiy-

yətdə feodal münasibətləri kapitalist müna-

sibətləri  ilə  əvəz  olunurdu.  Bu  isə  bir  çox

proseslərə təsir edirdi. Milli intibah, dirçəliş

prosesi  gedirdi.  Milli  burjuaziya

formalaşmağa başlamışdı. Elə

bu  milli  burjuaziyanın  və

görkəmli şəxsiyyətlərin  səyi

ilə  maarif  inkişaf  etməyə

başladı. Bu insanlar cəmiy-

yət həyatında, inkişafında mət-

buatın  rolunu  yüksək  dəyərləndirirdilər  və

yaxşı bilirdilər ki, mətbuat xalqın inkişafında

əvəzolunmazdır.  Belə  şəxsiyyətlərdən  biri

olan maarifçi ziyalı Həsən bəy Zərdabi özü

də  xalqın  maariflənməsində “qəzet çıxar-

maqdan savayı bir qeyri-əlac yoxdur"  yazır-

dı. Çar idarələrindəki süründürməçilik, hərc-

mərclik  çox  çətinliklə  Azərbaycan  dilində

mətbəə və hürufat təşkil edən Həsən bəy

Zərdabinin    qəzet  nəşr  etmək  arzusunu

uzun  müddət  reallaşdırmağa  imkan  ver-

mədi. 1873-cü ilin aprel ayında maliyyə və-

saiti əldə etdikdən sonra H.B. Zərdabi Ba-

kının qubernatoruna ərizə ilə müraciət edə-

rək  qəzet  nəşrinə  icazə  istədi.  Qəzetin

nəşrinə  1875-ci  ildə  icazə  verildi  və  iyul

ayının  22-də  "Əkinçi"nin  ilk  sayı  işıq  üzü

gördü və beləliklə Azərbaycanda milli mət-

buatın əsası qoyuldu. Qəzetin adının “Əkin-

çi” qoyulması ilə Həsən bəy Zərdabi o vaxt-

kı senzuranın diqqətini yayındırmağa, qəze-

tin  əsas  ideya  istiqamətindən  uzaqlaşdır-

mağa nail olmağa çalışmışdır. 

Maarifləndirmə, müasirləşmə, ideya saf-

lığı, ümummilli məqsədlərin təbliği, bəşəri

dəyərlərlə milli ənənələrin üzvi vəhdəti, ədə-

bi dilin danışıq dilinə yaxınlaşdırılması, hadi-

sələrin  obyektiv  işıqlandırılması  "Əkinçi"

qəzeti tərəfindən bəyan edilmiş başlıca prin-

siplər  idi.  Bu  prinsiplər  həm  də   Azərbay-

canda milli demokratik mətbuatın gələcək

inkişafı üçün təməl daşları rolunu oynadı.

Qəzet  ilk  saylarında 4 şöbədən-Daxiliy-

yə, Əkin və ziraət xəbərləri, Elm xəbərləri,

Tazə  xəbərlərdən  ibarət  idi.  6-cı  saydan

etibarən qəzetdə məktublar şöbəsi də fəa-

liyyət göstərirdi. "Əkinçi" Bakıda çap olunsa

da,  tezliklə  ümumrusiya  müsəlmanlarının

qəzetinə  çevrildi.  Onu  Dağıstanda  və

Volqaboyunda, Mərkəzi Asiya,  Sibirdə və

digər yerlərdə oxuyurdular. "Əkinçi"nin so-

rağı Londona da gedib çıxmışdı.

"Əkinçi" xalqın şüuruna təsir etmək, onu

avamlıq  və  xurafat  buxovlarından  azad

etmək, kütlədə milli mənlik şüurunu inkişaf

etdirmək məsələlərinə çox önəm verirdi. 

Bildiyimiz kimi H.B. Zərdabi Rusiyada təh-

sil almışdı və o, həmin dövrdə Rusiyadakı

ab-havanı Azərbaycanda görmək istəyirdi.

O  dövrdə  demokratik  fikirli  ziyalılarla  ün-

siyyət quran və dövrün mütərəqqi ideyalarını

mənimsəyən  Zərdabi  xalqın  tərəqqisini,

insan hüquqlarının təmin olunmasını başlıca

məqsəd  kimi  götürürdü.  Çətin  bir  dövrdə

nəşr olunmasına baxmayaraq "Əkinçi" azad

söz probleminin mövcudluğunu ortaya qo-

yurdu.  Qəzetin  səhifələrində  dərc  olunan

yazıların bir qismi dini fanatizm və mövhu-

mata qarşı idi. “Əkinçi”nin yazarları  islamda

mövhumatı və dini fanatizmi qəbul etmir, dini

ayinləri həyata keçirərkən Quranda nəzərdə

tutulan qaydalardan kənara çıxmaları zərərli

hal hesab edirdilər. Yeniliyi alqışlayan “Əkin-

çi”lər onu təbliğ edirdilər. Qonşu ölkələrdə

və dünyada baş verən mütərəqqi ideyalar

barədə  ətraflı  məlumat  verərək  xalqın

məlumatlanmasına, mədəni intibaha qədəm

qoymasına böyük kömək edirdi. Həsən bəy

Zərdabi    "Əkinçi"nin  səhifələrində  kənd

təsərrüfatına aid xeyli sayda materiallar dərc

edirdi. Demək olar ki, qəzetin bütün nöm-

rələrində əkinçilik və maldarlıqla bağlı ma-

teriallar  "Elm  xəbərləri",  "Əkin  və  ziraət

xəbərləri" rubrikası altında işıq üzü görürdü.

Bu  materialların  əksəriyyətini  Zərdabinin

özü sadə, rəvan xalq dilində qələmə alırdı.

Torpağın məhsuldarlığının artırılması, gübrə

növləri, heyvan saxlanılması, yeni əkinçilik

alətləri əsas mövzular idi. 

“Əkinçi”nin  əsas    mövzularından  biri  də

dilimizin saflığının qorunması məsələləri ilə

bağlı idi. Bütün təzyiqlərə baxmayaraq Zər-

dabi  bu  mövzuya  sevə-sevə  və  cəsarətlə

toxunurdu. Onun bir məqsədi var idi: Mət-

buatdan  istifadə  etməklə  milli  şüuru  oyat-

maq,  xalqın  özünü  dərk  etməsinə  nail  ol-

maq.  Sözsüz  ki,  o  vaxtkı  çar  hakimiyyəti

ucqar bir yerdə belə açıq mübarizə aparıl-

masını qəbul edə bilmirdi, qəzetə və onun

naşirlərinə təzyiq edilirdi. Lakin bütün bun-

lara  baxmayaraq  Zərdabi  və  silahdaşları

qəzeti çıxarırdılar. Heç də təsadüfi deyil ki,

Bakıya gələn bir fransız müxbiri   H.B. Zər-

dabinin təkbaşına qəzet çap etdiyini öyrənib

onun  ziyarətinə  getmiş  və  demişdir:  "Siz

həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb

qəzetdə işləməyə razı olan bir nəfər də tapıl-

mazdı. Sizin enerjinizə heyranam. Görünür,

öz xalqınızı ürəkdən sevirsiniz".

Qəzetin 1875-ci ildə cəmi 12, 1876-cı ildə

24, 1877-ci ildə isə 20 sayı işıq üzü gördü.

Yəni Azərbaycan dilində ilk mətbu orqanımı-

zın cəmi 56 sayı çıxdı. 1877-ci ildə çıxan 20-

ci sayından sonra qəzet bağlanıldı. 

Qəzetin  yazarları-Mirzə  Fətəli  Axundov,

Seyid  Əzim  Şirvani,  Nəcəf  bəy  Vəzirov,

Əsgər ağa Gorani, Ələkbər Heydəri, İsa Sul-

tan Şahtaxtlı  və başqaları “Əkinçi”nin ma-

raqlı və oxunaqlı çıxmasında böyük əmək

sərf etmiş və “Əkinçi”dən sonrakı fikir tari-

xində mühüm rol oynamışlar.

“Əkinçi”nin başladığı yol uğurlu oldu. XX

əsrin  əvvəllərində  “Əkinçi”ənənələrini  da-

vam  etdirən  çoxlu  sayda  qəzet  və  jurnal

nəşr olundu. Bu mətbu orqanlar mütərəqqi

ideyaların carçısına çevrildilər.

Əsrin  əvvəllərində  Azərbaycanda  çıxan

dövri mətbuat orqanları sözsüz ki, milli oya-

nış, milli özünüdərk proseslərinin aparıcı va-

sitələrindən biri idi. Azərbaycanın 1918-ci il

mayın  28-də  öz  müstəqilliyini  qazanma-

sında milli mətbuatın da mühüm rolu olmuş-

dur. Azərbaycan Xalq Cümhuriyyətinin qu-

rucularının  fəaliyyətlərində  mətbuatın misil-

siz xidmətləri vardır.

Sovet hakimiyyəti illərində də Azərbaycan

mətbuatı  müəyyən  inkişaf  yolu  keçmişdir.

Hakim ideologiyanı təbliğ etmək əsas məq-

sədi olan   çoxlu qəzet və jurnallar çıxmış,

güclü maddi-texniki baza yaradılmış, böyük

jurnalistlər ordusu yetişmiş, mətbuatın inki-

şafı sahəsində mühüm işlər görülmüşdür. 

Ötən əsrin 80-ci illərinin sonlarına yaxın

başlayan milli-azadlıq hərəkatının formalaş-

masında mətbuat mühüm rol oynadı. Azər-

baycan  öz  müstəqilliyini  bərpa  etdikdən

sonra  mətbuatın  inkişafında  da  dönüş

yarandı, siyasi plüralizm və söz azadlığını

təmin etmək üçün mühüm tədbirlər həyata

keçirildi. 

"Azərbaycan Respublikasının dövlət müs-

təqilliyi haqqında Konstitusiya Aktı"nda və-

təndaşların  söz,  fikir,  mətbuat  azadlıqları

təsbit edildi. Həmin illərdə demokratik ruhlu

qəzet və jurnalların sayı artdı. 1993-cü ilin

iyunundan sonra  respublikada ictimai-siyasi

sabitliyin  bərqərar  olması,  vətəndaşların

təhlükəsizliyinin və qanunçuluğun tədricən

gücləndirilməsi, sosial-iqtisadi problemlərin

həlli istiqamətində ciddi addımların atılması

KİV-lərin fəaliyyəti, söz və mətbuat azadlı-

ğının müdafiəsi sahəsində də əsaslı irəlilə-

yişlərin əldə olunmasına şərait yaratdı.

1995-ci  ildə  qəbul  olunan  Azərbaycan

Konstitusiyasında ölkə vətəndaşlarının təh-

lükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı

təsbit edildi. Konstitusiyanın 50-ci maddəsi-

nə əsasən hər kəsin informasiya əldə etmək

hüququ təmin edildi.

1996-cı il noyabrın 15-də "Dövlət sirri haq-

qında"  Azərbaycan  Respublikasının  Qa-

nunu qəbul edildi.  Ulu öndər Heydər Əli-

yevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə

təsdiq edilən "İnsan hüquqlarının müdafiəsi-

nə dair Dövlət Proqramı" isə vətəndaşların

Konstitusiyada əksini tapmış söz, mətbuat,

fikir azadlıqlarının təminatına əlverişli imkan-

lar açdı. 1998-ci il  avqustun 6-da  "Azərbay-

can Respublikasında söz, fikir və mətbuat

azadlığının təmin edilməsi sahəsində əlavə

tədbirlər haqqında" fərman imzalandı.  Bu

fərmanla  informasiya  vasitələri  üzərində

senzuranı  həyata keçirən "Qlavlit"

ləğv olundu.  Daha sonra hərbi

senzura,  bütün  informasiya

yayımı üzərində nəzarət ləğv

olundu. Mətbuatın  üzərindən

senzuranın ləğvi Azərbaycan-

da KİV-in  inkişafına ciddi təkan

vermiş oldu. 

2000-ci ildə Mətbuat və İnformasiya Nazir-

liyi  ləğv  edildi  və  beləliklə  dövlət  mətbuat

üzərində nəzarət funksiyasından da imtina

etmiş oldu. Həmçinin  mətbu orqan yarat-

maq istəyənlərin işi asanlaşdırıldı. "Kütləvi

informasiya  vasitələri  haqqında" Azərbay-

can Respublikası Qanununa dəyişikliklər və

əlavələr edildi. Müstəqil Azərbaycan  cəmiy-

yətin inkişafında mətbuatın rolunu yüksək

qiymətləndirirdi. Mətbuatın inkişafına dövlət

öz yardımını və köməyini göstərirdi. Belə ki,

qəzetlərin "Azərbaycan" nəşriyyatına olan

borcları 2005-ci ilədək donduruldu. Qəzetlə-

rin maddi-texniki bazasının yüksəldilməsi is-

tiqamətində tədbirlər müəyyənləşdirildi.

Sonrakı  illərdə  də  ümummilli  liderimizin

qoyduğu ənənə davam etdi. Prezident İlham

Əliyev söz və mətbuat azadlığını daim diq-

qət mərkəzində saxlayır. Dövlət başçısı res-

publikada mətbu nəşrlərin sərbəst fəaliyyəti-

nə, jurnalistlərin öz iradələrini azad şəkildə

ifadə etməsinə hər cür imkan yaradıb. Azər-

baycan milli mətbuatının yubileyləri dövlət

səviyyəsində qeyd edilir. Hər il çoxsaylı jur-

nalistlər fəxri adlara, mükafatlara layiq görü-

lür, ayrı-ayrı mətbuat orqanlarına dövlət tə-

rəfindən maliyyə yardımları edilir.  Azərbay-

can Prezidenti İlham Əliyevin 2008-ci il 31

iyul  tarixli  "Azərbaycan  Respublikasında

kütləvi  informasiya  vasitələrinin  inkişafına

dövlət  dəstəyi  Konsepsiyasının  təsdiq

edilməsi  haqqında"  sərəncamı  ölkəmizdə

mətbuata  göstərilən  dövlət  qayğısını  bir

daha  təsdiqlədi. 

2009-cu il  aprelin 3-də Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev "Azər-

baycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına

Dövlət Dəstəyi Fondunun yaradılması haq-

qında" fərman imzaladı. 

Mətbuat Şurası üçün yeni inzibati bina ti-

kilmiş,  jurnalistlər  üçün  dövlət  hesabına

mənzillər tikilib istifadəyə verilmiş və bu iş

davam etdirilir. 

Mətbuata göstərilən dövlət qayğısı Azər-

baycan  mətbuatının  inkişafında  böyük  rol

oynayır  və  Azərbaycan  mediası  müasir

dövrün tələblərinə uyğun inkişaf edir.

Azərbaycan dövlət müstəqilliyini əldə et-

dikdən sonra 22 iyul ölkəmizdə Milli Mətbuat

Günü kimi qeyd edilir.

Sevindirici haldır ki, doğma “Oğuz yurdu”

da bu mətbu orqanlar ilə bir sırada addım-

layır. 


2 2   İ Y U L   M İ L L İ   M Ə T B U A T   G Ü N Ü D Ü R

2 2   İ Y U L   M İ L L İ   M Ə T B U A T   G Ü N Ü D Ü R



“Əkinçi”dən başlayaraq böyük

“Əkinçi”dən başlayaraq böyük

inkişaf yolu keçən mətbuatımız

inkişaf yolu keçən mətbuatımız

Oğuz Rayon Mərkəzi Kitabxanasında  Azərbaycan milli mətbu-

atının yaranmasının 142 illiyi ilə bağlı tədbir keçirilmişdir.  

“Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli   tədbiri  aça-

raq  Azərbaycan milli mətbuatının yaranmasının 142  illiyi ilə əla-

qədar rayon qəzeti redaksiyasının   kollektivini,  qəzetin oxucula-

rını, rayon ictimaiyyətini təbrik etmişdir. Azərbaycan milli mətbuatı-

nın 142 illiyi ilə əlaqədar məruzə tədbir iştirakçılarına təqdim olun-

muşdur.

Məruzədə 1875-ci il iyulun 22-də Azərbaycanın böyük ziyalısı



və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən ana dilimizdə

nəşr olunmağa başlayan "Əkinçi" qəzetinin  keçdiyi yoldan, ölkə-

mizin, xalqımızın tərəqqisində milli mətbuatın rolundan,  “Oğuz

yurdu “ qəzetinin fəaliyyətindən, eləcə də, ölkəmizdə kütləvi infor-

masiya vasitələrinin inkişafı üçün həyata keçirilən tədbirlərdən ət-

raflı bəhs olunmuşdur. 

Qeyd edilmişdir ki, 1991-ci ildən-qəzetlərin maliyyələşdirilmə-

si büdcədən çıxarıldıqdan sonra ilk dəfədir ki, 2017-ci ilin yanvar

ayından qəzetin səhifələrinin sayı 4-dən 8-ə çatdırılmışdır. Qəzet

Bakı şəhərində daha yaxşı tərtibatla  çap olunmağa başlamışdır.

İlin əvvəllərindən başlayaraq qəzetin hər bir sayının elektron vari-

antı  MKS-nin saytında yerləşdirilir, “oghuz.cls.az” saytına daxil

olaraq “kitablar” bölbəsində “Oğuz yurdu qəzeti” linkinə daxil ol-

maqla qəzetimizin nömrələri ilə tanış ola bilərsiniz. 

Şəki Regional   Mədəniyyət və Turizm İdarəsinin baş məslə-

hətçisi  Ulduz Baxışova, rayon qəzetinin keçmiş əməkdaşları, bio-

logiya üzrə fəlsəfə doktoru Qəzənfər Əliyev, şair-tədqiqatçı Yusif

Rzayev, Oğuz bələdiyyəsi sədrinin müavini   Arif Əliyev, rayon

gənclər və idman idarəsi rəisinin müavini Şaiq Rüstəmov, Oğuz

Rayon Mərkəzi Kitabxanasının kitabxanaçısı-informasiya texnolo-

giyaları üzrə mütəxəssis Almaz Cəfərova, informasiya-resurs şö-

bəsinin müdiri  Mehparə Bəkirova, oxuculara xidmət şöbəsinin

müdiri Nəzakət Manafova çıxış edərək redaksiya kollektivini, qə-

zetin oxucularını mətbuat günü ilə əlaqədar təbrik etmiş, redaksi-

ya kollektivinə uğurlar arzulamışlar. 

Rayon icra hakimiyyətinin nümayəndəsi Sərdar Nəbiyev  rayon

qəzeti redaksiyasınının kollektivini, rayon ictimaiyyətini milli mət-

buatımızın yaranmasının 142  illiyi  münasibəti ilə rayon rəhbərliyi

adından təbrik etmiş, kollektivə uğurlar arzulamışdır. “Oğuz yurdu”

qəzetinin redaktoru N. Hüseynli tədbir iştirakçılarına və çıxış edən-

lərə redaksiya kollektivi adından razılığını bildirmiş, söylənilən tək-

liflərin nəzərə alınacağını bildirmiş, qəzetin fəaliyyətini daha da

canlandırmaq üçün görüləcək işlərdən danışmışdır. 

AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 142 İLLİYİ  İLƏ  ƏLAQƏDAR  TƏDBİR  

AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 142 İLLİYİ  İLƏ  ƏLAQƏDAR  TƏDBİR  



Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə