Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul   2017-ci il

4

OĞUZ YURDU

Prezident  İlham  Əliyevin  tap-

şırığına əsasən, mərkəzi icra haki-

miyyəti  orqanlarının  rəhbərləri

bölgələrdə  və-

təndaşların qə-

bulunu  keçirir,

onların  müxtə-

lif 

məsələlərlə



bağlı  müraciət-

lərinin  həllinə

kömək göstərir-

lər.


Növbəti  be-

lə  qəbul  iyulun

7-də Oğuz  Ra-

yon 


Mərkəzi

Xəstəxanasın-

da keçirilib.

Səhiyyə Na-

zirliyinin mətbuat xidmətindən  bil-

dirilib ki, qəbul zamanı nazir Oqtay

Şirəliyev Oğuz rayonu ilə yanaşı

Şəki, Zaqatala, Qax, Balakən sa-

kinlərinin  sağlamlıq  problemləri,

işlə təminat və s. məsələlərlə bağlı

müraciətlərini dinləyib.

Ümumilikdə 20 nəfərin sağlam-

lıq problemləri, işlə təminat, min-

nətdarlıq və s. məsələlərlə bağlı

müraciətləri dinlənilmişdir. 

Vətəndaş müraciətlərində qal-

dırılan  məsələlər  nazirliyin  mü-

vafiq qurumlarının əməkdaşlarının

iştirakı ilə araşdırılıb. Müraciətlərin

bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin  səlahiyyətlərinə  aid

olmayan məsələlər aidiyyəti üzrə

çatdırılması üçün qeydiyyata alı-

naraq nəzarətə götürülüb.



Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Mahir  Naxçıvanski  28  iyun

1947-ci ildə  qulluqçu ailəsində

anadan olub.

1965-ci  ildə  Oğuz  şəhər  1

nömrəli məktəbin XI sinfini bitir-

mişdir. 1965-ci ilin may ayından

Oğuz Rayon Mədəniyyət Şöbə-

sində  işləməyə  başlamışdır.

1966-cı  ilin  sentyabr  ayından

Oğuz şəhər 2 nömrəli orta mək-

təbdə laborant vəzifəsində işlə-

mişdir. 

Uzun müddət  rayon xalq ma-

arif şöbəsində inspektor vəzifə-

sində işləmiş, Əməkdar müəllim

adına layiq görülmüş atası Nax-

çıvanski  Həbib  Əkbər  oğlunun

və    uzun  illər  şəhərimizdəki    2

nömrəli orta məktəbdə müəllim

işləmiş anası Qədimova Səriyyə

Rəşid qızının  yolunu davam et-

dirmək məqsədi ilə o biri qardaşı

və bacıları kimi o da müəllimlik

peşəsini seçmişdir.

1967-ci  ildə  Bakı  Slavyan

Universitetinə  qəbul  olunmuş,

1973-cü  ildə  oranı  bitirmişdir.

Rayonumuzun Qarabulaq kənd

orta məktəbinə təyinat almışdır.

1975-ci ildən 1981-ci ilin fevral

ayına  kimi  Kərimli  kənd  orta

məktəbində rus dili müəllimi işlə-

mişdir. 1981-ci ilin fevral ayından

1982-ci  ilin  fevral  ayına  kimi

Oğuz Rayon Tarix-Diyarşünaslıq

Muzeyində direktor vəzifəsində

çalışmışdır.

1982-ci  ilin  fevral  ayından

Oğuz  Rayon  Təhsil  Şöbəsində

məktəb  inspektoru  vəzifəsində

işləmişdir. 1989-cu ilin 1 sentya-

brından  rayon təhsil şöbəsində

xarici  dillər  üzrə  metodist  vəzi-

fəsində  çalışır.

M.Naxşıvanski  gənc nəslin

təlim-tərbiyəsi sahəsində, gənc

müəllimlərə  pedaqogikanın  sir-

lərinin  öyrədilməsində,  onların

peşəkarlıq səviyyələrinin və sə-

riştəliliyinin yüksəlməsində fəal

iştirak edir. Hər il rayonda keçiri-

lən “Asvalt üzərində rəsm müsa-

biqəsi” nin bacarıqlı təşkilatçısı

olur. Rayon təhsil şöbəsinin ya-

nında  fəaliyyət  göstərən  meto-

diki şuranın işinin səmərəli təş-

kilində,  təhsillə bağlı problemlə-

rin  rayon  təhsil  şöbəsinin  Şura

iclaslarına hazırlanmasında ya-

xından iştirak edir.

Səmərəli pedaqoji fəaliyyəti-

nə görə  2010-cu ildə Azərbay-

can Respublikasının Prezidenti

İlham  Əliyevin  Sərəncamı  ilə

“Tərəqqi”  medalı  ilə  təltif  olun-

muşdur.

Qızı Naxçıvanski Sitarə Ma-



hir qızı şəhər 2 nömrəli məktəb-

də laborant vəzifəsində işləyir.

Oğlu Naxçıvanski Əkbər Ma-

hir oğlu Oğuz Rayon Polis Şöbə-

sində işləyir.  

3 nəvəsi var.



Anadan olmasının 70-ci və

pedaqoji fəaliyyətinin 45-ci il-

dönümü  münasibətilə  Mahir

müəllimi təbrik edir, ona uzun

ömür  və  cansağlığı  arzu  edi-

rik.        

TƏBRİK  EDİRİK!

QABAQCIL TƏHSİL  İŞÇİSİ

M.H.NAXÇIVANSKİNİN 70 YAŞI

TAMAM  OLMUŞDUR

İyulun 13-də Oğuz Rayon Olim-

piya İdman Kompleksində Bayan

kənd  məscidi  dini  icması  tərə-

findən  həyata keçirilən “Dini radi-

kalizm İslam həmrəyliyinə və bir-

gəyaşayış  ənənəsinə  təhdiddir”

layihəsi çərçivəsində  dəyirmi ma-

sa  ətrafında  növbəti  tədbir  keçi-

rilib.

Tədbirdə Dini Qurumlarla İş üz-



rə Dövlət Komitəsinin Dini maarif-

ləndirmə  işinin  təşkili  şöbəsinin

müdir  müavini  Ruslan  Əsgərov,

Şəki bölgəsi üzrə şöbənin əmək-

daşları Elvin Qarayev və Taleh Ab-

dullayev, Oğuz Rayon İcra Haki-

miyyətinin İctimai-siyasi məsələlər

üzrə şöbəsinin müdir müavini-dini

qurumlarla  işin  təşkilatçısı  Ayaz

Ağayev,  Şəki-Oğuz  bölgə  qazisi

Kamran Məmmədov, Bayan kənd

məscidi  dini  icmasının  sədri Arif

Nəzərov, icma üzvləri, din xadim-

ləri və gənclər iştirak ediblər.

Tədbiri  giriş  sözü  ilə  açan

DQİDK-nin Şəki bölgəsi üzrə şö-

bəsinin aparıcı məsləhətçisi Elvin

Qarayev  layihənin  mövzusunu

elan  edərək  ekspertləri  auditori-

yaya təqdim etdi.

Şəki-Oğuz bölgə qazisi Kam-

ran Məmmədov “İslam dinində or-

ta yol” mövzusunda çıxış edərək

dini  radikalizmin  din  və  məzhəb

ayrı-seçkiliyinə təhdid yaratdığını

tədbir iştirakçılarının diqqətinə çat-

dırıb.

DQİDK-nin  Dini  maariflən-



dirmə işinin təşkili şöbəsinin müdir

müavini  Ruslan  Əsgərov  mövzu

ətrafında ətraflı danışaraq bildirib

ki,  dini radikalizmin İslam dininə

vurduğu zərərlər, radikal ideyala-

rın  cəmiyyət  üçün  yaratdığı  təh-

didlər problemli məsələlərimizdən

biridir. O, radikal dini qrupların və

qeyri-ənənəvi  təriqətlərin  zərərli

təbliğatının  qarşısının  alınması,

onlara  qarşı  səmərəli  mübarizə

aparılması və dini maarifçilik işinin

düzgün  metodlarla  təşkili  istiqa-

mətində görülən işlər barədə mə-

lumat verib.

Daha sonra Oğuz Rayon İcra

Hakimiyyətinin məsul işçisi  Ayaz

Ağayev çıxış edərək qeyd edib ki,

müasir dünyanın mübtəla olduğu

radikalizm, islamofobiya və irqçilik

bəlalarına qarşı mübarizə yolunda

hər  birimiz  düzgün  addım  atma-

lıyıq.

Qeyd edək ki, tədbir Azərbay-



can  Respublikasının  Prezidenti

İlham Əliyevin 27 noyabr 2014-cü

ildə  imzaladığı  Sərəncama  əsa-

sən  dini  maarifləndirmə  və  milli-

mənəvi dəyərlərin təbliği işini daha

da gücləndirmək məqsədi ilə dini

icmalara ayrılmış maliyyə yardımı

əsasında keçirilib.

“Dini  radikalizm İslam  həmrəyliyinə və  birgəyaşayış  ənənəsinə

təhdiddir”  layihəsi  çərçivəsində  tədbir

6 iyul 2017-ci il tarixində Oğuz rayonunda Almaniya

Beynəlxalq  Əməkdaşlıq  Cəmiyyətinin  (GİZ)  “Cənubi

Qafqazda  Avropa  standartlarına  hüquqi  yaxınlaşmanın

dəstəklənməsi” regional proqramı çərçivəsində  Azərbay-

can  Respublikası Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə

Dövlət Komitəsinin (AQUPDK) təşkilatı dəstəyi ilə “Məişət

zorakılığı. Qadın hüquqları” mövzusunda seminar keçiril-

mişdir. Seminarı açan GİZ-in hüquq layihəsinin əməkdaşı

Gülər Səfərova komitənin 2013-cü ildən bəri Azərbaycanın

rayonlarında keçirdiyi seminarlardan, nəticələrdən, prob-

lemin aktuallığından danışmışdır. Oğuz  RİH-in əməkdaşla-

rı Hədiyyə Süleymanova və Sərdar Nəbiyev   rayonda bu

sahədə mövcud olan problemlərdən, onların həll olunması

və  qarşısının  alınması  üçün  atılan  addımlardan  danış-

mışlar. Daha sonra  AQUPDK-nın məsul əməkdaşı Rahil

Süleymanzadə “Qadın hüquqları üzrə bələdçi” kitabı üzrə

vərəsəlik hüququ, ailədə uşaqların hüquqları, məişət zo-

rakılığı, qadınların idarəetmə və qərar qəbul etmədə işti-

rakı, cinayət qanunvericiliyi və qadın hüquqları, insan alveri,

nikah müqaviləsi, qadınların siyası hüquqları, sahibkarlıq

fəaliyyəti, qadınların əmək hüquqları  mövzularında təqdi-

mat etmişdir.    Mövzu ətrafında geniş müzakirələr aparıl-

mış və suallar cavablandırılmışdır. Seminarda iştirak edən

qadınlar və kişilər öz hüquqlarını öyrənmək sahəsində, xü-

susilə də məişət zorakılığı ilə mübarizə mövzuları haqqında

yararlı biliklər əldə etmişlər. Onlara GİZ-in maliyyə dəstəyi

ilə çap olunmuş “Qadın hüquqları üzrə bələdçi” kitabı və

digər maarifləndirici vəsaitlər paylanmışdır. Seminar iştirak-

çılarına verilən biliklərin cəmiyyətə çatdırılması, insanların

bu  mövzuda  məlumatlandırılması  baxımından  olduqca

əhəmiyyətli hesab oluna bilər. Xüsusilə məişət zorakılığının

səbəblərindən biri olan streotiplər haqqında geniş müza-

kirələr aparılmış, iştirakçılar bununla bağlı öz mövqelərini

bildirmişlər. Seminar iştirakçıları bu cür tədbirlərin davamlı

olmasını arzu etmişlər.

Sonda layihə eksperti Rahil Süleymanzadə bütün işti-

rakçılara aktiv fəaliyyətlərinə görə təşəkkür etmişdir.

“Məişət zorakılığı. Qadın hüquqları”

“Məişət zorakılığı. Qadın hüquqları”

mövzusunda seminar

mövzusunda seminar



Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə