Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul 2017-ci il

5

OĞUZ YURDU

Ermənistanın  Azərbaycan  Respub-

likasının dünya birliyi tərəfindən tanınan

ərazilərinin  20  faizini  işğal  etməsi

nəticəsində dinc insanlara qarşı törədilən

hərbi  cinayətlər  bu  gün  də  davam  edir.

Cəbhəboyu ərazilərdə yaşayan Azərbay-

can vətəndaşları mütəmadi olaraq müx-

təlif  silahlardan  atəşə  tutulur,  artileriya

hücumuna məruz qalır.

Biz  Azərbaycanın  multikulturalizm

sahəsində  əldə  etdiyi  nailiyyətləri  və

uğurlu təcrübəni dünyada yayan Azərbay-

canın gənc dostları olaraq iyulun 4-də Er-

mənistan  silahlı  qüvvələrinin  Azərbay-

canın işğal olunmuş ərazilərindən Füzuli

rayonunun Alxanlı kəndinin dinc əhalisini

və yaşayış yerlərini qəsdən məhv etmək

məqsədilə  mina  və  qumbaraatanlarla

atəşə tutaraq növbəti təxribat törətməsini

qətiyyətlə  pisləyirik.    Dünyanın  müxtəlif

ölkələrində  yaşayan  həmyaşıdlarımızı,

dünyada  sülh  və  əmin-amanlığı  təbliğ

edən dostlarımızı, sülhpərvər insanları, o

cümlədən,  BMT-ni,  Avropa  İttifaqını,

Avropa Şurasını, ATƏT-in Minsk qrupunu,

İslam Əməkdaşlıq Təşkilatını, mülki şəxs-

ləri,  məsum körpələri, qadın və qocaları

hədəf  seçən  bu  cinayətkarların  tezliklə

cəzalandırılması  istiqamətində  səylərini

birləşdirməyə çağırırıq.

4 iyul tarixində baş verən və 2 yaşlı gü-

nahsız Zəhranın ölümünə səbəb olan er-

məni  silahlı  birləşmələrinin  törətdiyi

dəhşətli cinayət faktı uşaq ölümlərinə göz

yummayan hər bir dünya insanını ayağa

qaldırmalıdır. Bu cinayət bir azərbaycanlı

körpə qıza qarşı deyil, bütün bəşəriyyətə,

sabahımız olan uşaqlara qarşı yönəlmiş

cinayətdir.

Biz-Azərbaycanın  gənc  dostları,  öz

həmyaşıdlarımızı, beynəlxalq ictimaiyyəti

dinc insanların amansız qətlinə qarşı öz

qətiyyətli münasibətini bildirməyə, təcavüz

və  təxribat  hallarını  kəskin  qınamağa

çağırır,  bu  kimi  halların  qarşısının  alın-

ması,  ədalətli  sülhün  bərqərar  olması

naminə öz səslərini ucaltmağa səsləyirik.



Azərbaycanın Gənc Dostları

Klubunun üzvləri

“Azərbaycanın Gənc Dostları”

“Azərbaycanın Gənc Dostları”

multikultural birliyinin

multikultural birliyinin

dünyadakı həmyaşıdlarına

dünyadakı həmyaşıdlarına

müraciəti

müraciəti

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldığı

üç ildən artıq müddət ərzində Prezident İlham Əliyevin

qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturaliz-

minin dünyada tanıdılması, beynəlxalq arenada təbliği

və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. 

Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə

çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq mul-

tikulturalizm qış və yay məktəbləridir.

24-30 iyul 2017-ci il tarixində Bakı Beynəlxalq Multi-

kulturalizm Mərkəzi, UNESCO, “Erasmus+”, “ALADDİN

layihəsi”  və  Azərbaycanın  Gənc  Dostları  Klubunun

təşkilatçılığı ilə V Beynəlxalq multikulturalizm yay mək-

təbi fəaliyyətə başlayacaq.  

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layi-

həsi  BBMM-in “Azərbaycan multikulturalizmi fənninin

xaricdə  və  ölkə  universitetlərində  tədrisi”  layihəsinin

məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda

dünyanın  15,  Azərbaycanın  38  nüfuzlu  ali  təhsil

ocağında  Azərbaycan  multikulturalizmini  öyrənən

tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin

məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini

multikultural və tolerant dəyərlərin qorunub yaşandığı

ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait

yaratmaqdır.

V Beynəlxalq multikulturalizm yay məktəbində Azər-

baycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıs-

tan,  Türkiyə,  Əfqanıstan,  Avstraliya,  ABŞ,  Rusiya,

Ukrayna,  Norveç,  Benin,  Tunis,  Misir,  İsrail,  Polşa,

Böyük  Britaniya,  Fransa,  Liviya,  Braziliya,  Çin  kimi

ölkələrin  aparıcı  universitetlərindən  60-dan  artıq

tələbənin iştirak edəcəyi gözlənilir.

V  Beynəlxalq  multikulturalizm  yay  məktəbinin

fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Şəki, İsmayıllı, Qəbələ

və Qax rayonlarını əhatə edəcək. 

Yay  məktəbi  ərzində  iştirakçıların  Azərbaycanda

yaşayan    müxtəlif  dini  və  etnik  icmaların  rəhbərləri,

görkəmli  dövlət  və  din  xadimləri  ilə  görüşləri  plan-

laşdırılıb.

Yay  məktəbinin  iştirakçılarına  azərbaycanlı  alim-

lərlə yanaşı xarici mütəxəssislər Azərbaycandakı mul-

tikultural  durum,  tolerant  əhval-ruhiyyə,  etnik-dini

müxtəliflik, 

ölkəmizdə 

müxtəlif 

xalqların 

nü-

mayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşa-



ması haqqında mühazirələr təqdim ediləcək, tələbələrin

Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana və

Atəşgaha,  İçərişəhərə,  Nic,  Lahıc  qəsəbələrinə,

Şəkidəki Xan Sarayı kompleksinə, Qəbələdə Tufandağ

yay-qış  turizm  istirahət  kompleksinə  səfərləri  də

nəzərdə tutulub.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və

qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın

Gənc  Dostlarının  və  onların  yaxın  çevrəsinin    tim-

salında  ölkəmizin  haqq  işini  dəstəkləyən  intellektual

gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi

formalaşıb.  İntensiv  şəkildə  davam  edən  bu  proses

sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın

dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi

hədəflər uğurla reallaşmaqdadır. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin

mətbuat xidməti

Beynəlxalq multikulturalizm yay

Beynəlxalq multikulturalizm yay

məktəbi başlayacaq 

məktəbi başlayacaq 

Bu gün bəşəriyyəti düşündürən, onu rahatsız edən

problemlər  içərisində  ən  mürəkkəbi  və  faciəvi

nəticələrə gətirib çıxaranı narkomaniyadır. Bəşəriy-

yətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət struk-

turları, hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi

informasiya vasitələri, təhsil və səhiyyə sistemi birgə mübarizə

aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal al-

masının qarşısını almaq üçün əzmkarlıq və səy göstərirlər. 

“Narkomaniya” yunan sözü olub, narko bihuşluq, maniya isə

asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun

ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim za-

manlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən bəzi xəs-

təliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər tir-

yəkdən həvəsləndirici, eləcə də, sakitləşdirici vasitələrin hazırlan-

masında istifadə etmişlər. Avropa və Asiya qitələrində məskun-

laşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və

əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan

şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir.

Tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, ondan

hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları

azaltmaq,  spazm  və  sarsıntıları,  pozulmuş  əsəb-sinir  sistemini

bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq get-

dikcə narkotik maddələrin hazırlanmasında, əkilib-becərilməsində

xeyli təcrübə qazanmış insanlar müasir texnologiyalardan istifadə

etməklə yeni uyuşdurucu maddələr istehsal edirdilər. XIX əsrin or-

talarında narkomaniya tarixinin yeni bir dəhşətli mərhələsi nar-

kotik maddələrin müasir üsulla-venadaxilinə yeridilməsi ilə başlan-

mışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminlə-

ri daxil olmuşdur. Narkotik-mərkəzi sinir sisteminə spesifik təsir

göstərən və tez bir zamanda asılılıq yaradan maddədir. O, toksik

maddə olduğundan insanın bütün orqanizminə, ürək-damar siste-

mindən tutmuş sinir sisteminə qədər mənfi təsir göstərərək, onun

xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Bu da son nəticə-

də aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır.

Uzun illərin araşdırmaları göstərir ki, narkomanlıq insanı fiziki və

ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından

narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur.

Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15 nəfəri

də narkomanlığa cəlb edə bilər. Beynəlxalq Səhiyyə Təşkilatının

məlumatına  görə  hal-hazırda  planetimizdə  220  milyondan  çox

narkoman yaşamaqdadır. Bu da 7 milyardlıq Yer kürəsi əhalisinin

3 faizi deməkdir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik

vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı

mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkoma-

niya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya

mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə nar-

kotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və

narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə

yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırır-

lar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində bu

problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya

üzrə narkomaniyaya düçar olanların sayı ildən-ilə artmaqdadır 

Respublikamızın iqlim şəraiti bölgələrdə narkotik tərkibli bitkilə-

rin həm əkilib becərilməsinə, həm də belə bitkilərin yabanı halda

bitməsinə  şərait  yaratmışdır.  Məsələn,  xaşxaşın  Qafqazda  ya-

yılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən

19-u həm də yabanı halda yetişir. Azərbaycanın geosiyasi möv-

qeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün

də əlverişlidir.  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən

və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra,

kriminal strukturlar üçün narkotik vasitələrin yayılması, çirkli pul-

ların təmizə çıxarılması üçün əlverişli şərait yaranmışdı. Beynəl-

xalq narkosindikatlar Azərbaycan ərazisinin əlverişli vəziyyətindən

istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi öl-

kələrinə  və Avropaya  aparılmasında  tranzit  əraziyə  çevirməyə

cəhd etmişdilər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qara-

bağ münaqişəsi bütün sahələrdə olduğu kimi narkotiklərin ölkə

ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmiş-

dir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respubli-

kasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət

sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfin-

dən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara

dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik mad-

dələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik

tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün

nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal

olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici ol-

ması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb

edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narko-

biznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkün-

dür.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sı-



ra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbir-

lərinin görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, bu prob-

lemlərə münasibətdə yeni mərhələ başlamışdır. 

Cəmiyyətimizi ciddi təhlükə qarşısında qoyan narkomaniya kimi

dəhşətli sosial bəlaya qarşı mübarizə dünyanın bütün mütərəqqi

qüvvələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu

kimi dövlətimizin də əsas prioritet məsələlərindən biridir. Bu məq-

sədlə də dövlətimizin ardıcıl və qətiyyətli siyasəti müəyyənləşdiril-

miş, mükəmməl qanunvericilik bazası yaradılmışdır. 

Azərbaycan  Respublikasında  narkomaniya  və  narkobizneslə

mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər

Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop

maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə

haqqında" 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.

Narkomaniyaya qarşı mübarizə sahəsində ölkə başçısı İlham

Əliyevin 2013-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Nar-

kotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının

qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair

2013-2018-ci illər üçün Dövlət  Proqramı" böyük əhəmiyyət kəsb

edir.


Yeni Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin,

psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriy-

yəsinə, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinar-

kotik təbliğat,  narkomanlığa düçar olmuş şəxslərin müalicə edil-

məklə  sağlam  həyata  qaytarılması,  müalicə-bərpa  sahəsindəki

fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahə-

də qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəlili-

yinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması,

beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər geniş

miqyaslı məsələlərdən ibarətdir.

Oğuz Rayon İcra Hakimiyyəti  hüquq-mühafizə,  səhiyyə, təhsil

orqanları və digər əlaqədar təşkilatlarla əlbir fəaliyyət göstərərək,

Dövlət  Proqramında  qarşıya qoyulan vəzifələrin uğurla həyata

keçirilməsi, habelə sərxoşluq və alkoqolizmə qarşı mübarizə işinin

daha da gücləndirilməsi üçün səylərini əsirgəmir.

2017-ci ilin müvafiq dövrü ərzində rayon polis şöbəsinin əmək-

daşları tərəfindən Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik

vasitələri və psixotrop maddələri saxlama maddəsi  üzrə 1 cinayət

və  1  inzibati  hüquqpozma  faktı  aşkar  edilmiş  və  cinayət  faktı

əsasında  493  qram  qurudulmuş  marixuana  aşkar  edilərək

dövriyyədən çıxarılmışdır. Eyni zamanda, rayonun Calud kəndi

ərazisində 7700 kq yabanı halda bitmiş yaş çətənə

kolu aşkar edilərək məhv edilmiş və faktla bağlı iki

nəfər inzibati məsuliyyətə cəlb edilmişdir.

Oğuz rayonunun coğrafi şəraitinə uyğun olaraq

rayon ərazisində narkotik  tərkibli bitkilərin yabanı halda bitməsi

hallarına tez-tez rast gəlmək olur. Rayon polis şöbəsinin əmək-

daşları tərəfindən aidiyyəti qurum əməkdaşları ilə birgə mütəmadi

olaraq belə ərazilərə, xüsusən də meşə ərazilərinə baxışlar keçiri-

lir.


Narkotik asılılığı olan şəxslərin müəyyən edilərək səhiyyə mü-

əssisələrində qeydiyyata alınıb müalicə olunması baxımından bu

prosessdə səhiyyə şöbəsinin  də rolu kifayət qədər əhəmiyyətli-

dir. Hazırda Oğuz RMX-nın Narkoloji kabinetində 48 nəfər xəstə

qeydiyyatdadır ki, bunlardan 12 xəstə narkomaniya, 1 xəstə taksi-

komaniya, 35 xəstə isə alkoqolizm xəstəliyinə düçar olmuş şəxs-

lərdir. Sevindirici haldır ki, son 3 ildə narkomaniya xətəliyinə düçar

olma faktı aşkarlanmamış və qeydiyyatda olan xəsətələr arasında

yetkinlik yaşına çatmayan şəxslər yoxdur. Narkomaniyaya qarşı

mübarizə işinin təşkili ilə bağlı məsələ ildə bir dəfədən az olmaya-

raq RMX-nın tibbi şurasında müzakirəyə çıxarılır. 

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarix-

li Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop mad-

dələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narko-

manlığa  qarşı  mübarizəyə  dair  2013-2018-ci  illər  üçün  Dövlət

Proqramı" nın icrası ilə əlaqədar olaraq antinarkotik təbliğatı güc-

ləndirmək, habelə narkotiklərin qanunsuz dövriyyəsinin və narko-

manlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması,

narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam

həyata  qaytarılması  və  ümumiyyətlə  bu  sahədə  qanunçuluğun

tələblərinə əməl edilməsi istiqamətində Oğuz RİH başçısı yanında

fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanun-

suz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya rayonun polis,

səhiyyə, təhsil, gənclər və idman, mədəniyyət və turizm şöbələri,

icra nümayəndəlikləri ilə birgə bir sıra işlər görmüş və zəruri təd-

birlər  həyata  keçirmişdir.  Komissiya  tərəfindən  Dövlət    Proq-

ramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, eləcə də,

narkomaniya  və  sərxoşluğa  qarşı  mübarizəni  daha  da  güc-

ləndirmək məqsədi ilə son illər ərzində aidiyyəti qurumlarla birgə

rayonun demək olar bütün ümumtəhsil məktəblərində, idarə və

təşkilatlarında "Narkomaniya-Ağ ölümdür", "Narkomaniya cinayətə

aparır", "Narkomanlıqla mübarizə aparmaq hamının borcudur",

"Gəncləri narkomanlığın bəlalarından qoruyaq" “Narkomaniya əs-

rimizin  bəlasıdır”,  “Sağlam  həyat  tərzi  seç”,  "Narkomanlığa  və

QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”,  "Narko-

maniya cinayətə aparan yoldur" və sair bu kimi mövzularda söh-

bətlər aparılmış, elmi-nəzəri konfranslar və bu səpgidə müxtəlif

tədbirlər  keçirilmişdir.

Məlumdur ki, insan  narkoman, alkoqolik və yaxud cinayətkar ki-

mi dünyaya gəlmir. O, sonradan təlim-tərbiyə prossesində buraxı-

lan nöqsanlar nəticəsində həmin zərərli vərdişlərə meyl edir. Bu

qorxulu vərdişlərə meyl edən, eləcə də, asan qazanc əldə etmək

naminə narkotik vasitələrin alverinə qurşanan, başqalarının bəd-

bəxtliyi hesabına varlanmaq həvəsinə düşən hər bir şəxs bilməli-

dir ki, qeyd edilən qanunsuz və zərərli əməllərin acı nəticəsi gec-

tez onu da uçuruma yuvarlayacaqdır.

Narkomaniyaya qarşı mübarizə tədbirlərindən heç kim kənarda

qalmamalı, hər bir kəs fəal vətəndaş mövqeyində durmalıdır. Aqil-

lərimizin dediyi kimi, əgər insanlıq yaşamaq istəyirsə, narkomaniya

kimi  bir  bəlaya  qalib  gəlməlidir.Odur  ki,  narkomaniyaya  qarşı

hamılıqla mübarizə aparmalıyıq.

Sənan Əliyev,

Oğuz RİH Hüquq şöbəsinin müdiri

Narkomaniya cinayətə aparan yoldur, ona

Narkomaniya cinayətə aparan yoldur, ona

qarşı hamılıqla mübarizə aparmalıyıq 

qarşı hamılıqla mübarizə aparmalıyıq 



Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə