Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul 2017-ci il

6

OĞUZ YURDU

“İşğaldan  azad  edilmiş  Cəbrayıl  rayo-

nunun Cocuq Mərcanlı kəndinin bərpası ilə

bağlı tədbirlər haqqında” Azərbaycan Res-

publikasının  Prezidenti İlham Əliyevin 24

yanvar 2017-ci il tarixli  Sərəncamı bütün

Azərbaycan  xalqının,  qaçqın  və  məcburi

köçkün bacı-qardaşlarımızın, xüsusən düş-

mən tərəfindən  xarabaya döndərilmiş Co-

cuq Mərcanlı kənd sakinlərinin ürəyindən

olmuşdur.  Sərəncamda  göstərildiyi  kimi

ötən ilin aprel ayında Azərbaycan Ordusu-

nun həyata keçirdiyi uğurlu əks-hücum hər-

bi əməliyyatı nəticəsində erməni işğalından

azad edilmiş  Cocuq Mərcanlı kəndində in-

sanların təhlükəsiz yaşaması üçün şərait

yaranmışdır.  Bununla  da  tarixən  burada

yaşamış dinc əhalinin öz doğma yurdlarına

qayıtması üçün Azərbaycan Silahlı Qüvvə-

lərinin tam nəzarətinə keçmiş həmin əra-

zilərdə əsaslı yenidənqurma işlərinin baş-

lanması mümkün olmuşdur.

Cocuq  Mərcanlı  kəndi  Cəbrayıl  rayo-

nunun işğaldan azad edilmiş yeganə ya-

şayış  məntəqəsidir.  1993-cü  ilin  oktya-

brında Ermənistan silahlı birləşmələri tərə-

findən  işğal  olunan  kənd  1994-cü  il  yan-

varın 5-də Ulu öndər Heydər Əliyevin rəh-

bərliyi ilə ordumuzun həyata keçirdiyi uğur-

lu Horadiz əməliyyatı zamanı Füzuli rayo-

nunun 22 yaşayış məntəqəsi ilə birgə düş-

mən tapdağından azad edilib.

Horadiz əməliyyatından 22 il sonra, ötən

ilin aprelində Azərbaycan Ordusu erməni-

lərin təxribatına layiqli cavab verərək hərb

tariximizə daha bir şanlı səhifə yazdı. Prezi-

dent,  Ali  Baş  Komandan  İlham  Əliyevin

rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-

hücum əməliyyatı nəticəsində minlərlə hek-

tar torpağımız, o cümlədən, Lələtəpə yük-

səkliyi işğaldan azad olundu. 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sə-

rəncamına əsasən Cəbrayıl rayonunun Co-

cuq  Mərcanlı  kəndində  tikinti-bərpa  və

abadlıq-quruculuq işlərinin növbəti mərhə-

ləsinə  başlanılıb.  Qeyd  edək  ki,  Cocuq

Mərcanlıda aparılan tikinti-bərpa işlərinin

birinci mərhələsində yeni salınan qəsəbədə

50 fərdi yaşayış evi, 96 şagird yerlik ümum-

təhsil məktəbi, məscid, elektrik yarımstan-

siyası, hidrometeoroloji stansiya inşa edilib,

qaz, elektrik, içməli su xətti,  ümumi uzun-

luğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Birinci mərhələdə kənddə 10 hektar ərazi-

də 50 fərdi evin və müvafiq infrastrukturun

tikintisi aparılıb.  Ümumi sahəsi 3850 kvad-

ratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i

üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlər-

də  50  ailənin  yaşaması  nəzərdə  tutulub.

İyulun 17-də 50 ailənin Cocuq Mərcanlıya

köçürülməsi  yekunlaşmışdır.  Həmin  gün

Cocuq Mərcanlıya yerləşdiriləcək sonuncu

11 ailə ilə köçün ilkin mərhələsi yekunlaş-

mışdır. 

Cocuq Mərcanlı kəndində hazırda 400

ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır.

Kəndin əhalisinin əksəriyyəti yığcam şəkil-

də  Biləsuvar  rayonu  ərazisində  salınmış

məcburi köçkün qəsəbələrində məskunlaş-

sa da digər rayonlarda yaşayanlar da var.

O cümlədən,   Oğuz rayonunun Böyük Sö-

yüdlü kəndində məskunlaşan Cocuq Mər-

canlı sakinləri də var.

“Oğuz  yurdu” qəzetinin 19 mart 2017-ci

il tarixli sayında rayonumuzun Böyük Sö-

yüdlü kəndində məskunlaşmış həmin ailə-

nin başçısı,  Cocuq Mərcanlı sakini Balaki-

şiyev Mahmud Təbriz oğlunun “Cocuq Mər-

canlıya  qayıtmaq  ən  böyük  arzumuzdur”

adlı yazısı verilmişdir. Yazıda göstərilirdi ki,

“Mən 1968-ci ildə Cocuq Mərcanlı kəndin-

də anadan olmuşam.1989-cu ildə ailə hə-

yatı qurmuşam.1993-cü il avqustun 23-də

Cocuq Mərcanlı işğal olundu. Kəndin sa-

kinlərinin hərəsi bir yerə üz tutdu. Mən də

həyat yoldaşımı və uşağımı götürüb  Saat-

lıya getdim. Orada bir müddət qaldım. Son-

ra Oğuz rayonuna, Fil-

filli  kəndinə  gəldim.

Buna səbəb həyat yol-

daşımın Filfilli kəndin-

dən olması idi. Orada

bir ay qalandan sonra

Böyük Söyüdlü kəndi-

nə  gəldim,  burada

məskunlaşdım.  1994-

cü ildə ümummilli lider

Heydər  Əliyevin  rəh-

bərlik  etdiyi    Horadiz

əməliyyatı  zamanı  iş-

ğaldan  azad  olunmuş

yaşayış  məntəqələri-

mizdən biri də Cəbra-

yıl  rayonunun  Cocuq

Mərcanlı kəndi idi. La-

kin aprel döyüşlərində

Lələtəpə yüksəkliyi azad edilənə qədər bu

kənddə  tikinti  aparmaq,  yaşamaq  müm-

kün deyildi...Cocuq Mərcanlıdan çıxanda

bir övladım vardı. Oğuzda da iki övladım

dünyaya gəldi. İndi hər  üç övladım ailə sa-

hibidir,  5  nəvəm  var.  Mən  və  oğlum  İlkin

Təbrizli Cocuq Mərcanlıya qayıtmaq üçün

lazımi təşkilatlara müraciət etmişik...Cocuq

Mərcanlı kəndinin bütün sakinləri kimi biz

də tezliklə vətənimizə, doğma kəndimizə

qayıda biləcəyimizə inanırıq. Bizdə bu ina-

mı yaradan, daşı daş üstündə qalmamış

kəndimizi bərpa etdirən Azərbaycan Res-

publikasının Prezidenti İlham Əiiyevə Co-

cuq  Mərcanlı  kəndinin  sakinləri  adından

minnətdarlığımızı bildirir, uzun ömür, can-

sağlığı, torpaqlarımızın işğaldan azad edil-

məsi,  Azərbaycanın  inkişafı,  Milli  Ordu-

muzun  gücləndirilməsi  yolundakı  misilsiz

fəaliyyətində uğurlar arzulayırıq.”

Bəli, Cocuq Mərcanlıya qayıdan ailələr

arasında Mahmud kişinin böyük oğlu İlkin

Təbrizlinin də ailəsi var. O, 1990-cı il oktya-

brın  23-də  Cocuq  Mərcanlıda  anadan

olub.1993-cü ilin avqustundan sonra Böyük

Söyüdlüdə  məskunlaşıb, burada orta təh-

sil  alıb.  2014-cü  ildə  Azərbaycan  Dövlət

Pedaqoji Universitetinin riyaziyyat  fakültə-

sini riyaziyyat-informatika ixtisası üzrə biti-

rib. Böyük Söyüdlü kəndində müəllim işlə-

məyə  başlayıb.  Burada  ailə  qurub.  Mah-

mud, Çingiz, İsmayıl adlı üç oğlu var.

Cocuq Mərcanlıya qayıtmaq üçün atası,

o və ortancıl qardaşı ərizə verib. İlk mər-

hələdə onu seçiblər. Bəlkə  riyaziyyat-infor-

matika  müəlliminə  ehtiyac  olduğu  üçün,

bəlkə məktəb yaşlı üç uşağı olduğuna gö-

rə,  ya  da  başqa  bir  səbəbdən.  Yəqin  ki,

növbəti  mərhələdə  qardaşına  və  atasına

da o doğma yurda, ocağa qayıtmaq üçün

imkan yaranacaq.

İlkin  Təbrizlinin  Cocuq  Mərcanlıya  ge-

dənlər arasında olduğunu bildikdə onu re-

daksiyamıza dəvət etdik. O dedi:

- Mənim sevincim hədsizdir. Çox həyə-

canlıyam. Arzu edirəm ki, bu sevinclər bü-

tün qaçqınlara və məcburi köçkünlərə qis-

mət olsun. Qarabağa, qələbəyə açılan bir

qapı Cocuq Mərcanlıdan başlayır. O qələ-

bə günü bir gün gələcək. Qisasımız yağı

düşməndə qalmayacaq. Çox sevinirəm ki,

mənim tərk etdiyim, oxuya bilmədiyim kən-

dimdə balalarım məktəbə gedəcək. Onlar

öz yurdumuzda oxuyacaq, sonra isə ölkə-

nin universitetlərinə daxil olacaqlar. Arzum

çoxdur. Bu arzularımı doğma Cocuq Mər-

canlıda  yaşayaraq  həyata  keçirəcəyəm.

Ora mənim gourgahımdır. Mən orada şəhid

olaram, amma oradan çıxmaram. Bəli, mən

doğma  kəndimə  gedirəm,  həmişə  orada

yaşamaq fikrindəyəm.

Ondan redaksiyamızla sıx əlaqə saxla-

masını  xahiş  etdik.  Orada  baş  verən  ən

mühüm hadisələr barədə göndərəcəyi ya-

zıları qəzətimizdə dərc etməyə hazır oldu-

ğumuzu bildirdik. 

Nazim Hüseynli

Cocuq Mərcanlıya qayıdan 50 ailədən biri Oğuzun  Böyük Söyüdlü

Cocuq Mərcanlıya qayıdan 50 ailədən biri Oğuzun  Böyük Söyüdlü

kəndində məskunlaşmış İlkin Təbrizlinin ailəsidir

kəndində məskunlaşmış İlkin Təbrizlinin ailəsidir

Azərbaycanın  bənzərsiz,  gözəl guşələrindən birin-

də yerləşən Oğuz ilk növbədə zəngin meşələri ilə öyünə

bilərdi. Təəssüf ki, bu gün biz  “öyünə bilər” sözlərini ya-

za bilmirik, çünki neçə illərdən bəridir ki, meşələrimiz

talanır, qiymətli, nadir ağac növləri məhv edilir. Bir çox-

larının nəinki dolanışıq,  talama, varlanma mənbəyinə

çevrilmiş  meşələrimiz ağacların məzarlığına çevrilmə-

yə doğru gedir. Neçə illərdir ki, bu meşələrin, bu rayo-

nun bağlarının ağacları qırılaraq  Qəbələyə, Bərdəyə,

Tərtərə, Yevlaxa, Bakıya,.. daha haralara aparılır. Bu

ağacların nəinki özlərinin, hətta köklərinin çıxarılaraq

Türkiyəyə, Yunanıstana aparılmasına dair faktlar da ha-

mıya bəllidir. Oğuz meşələrinin, bağlarının nadir ağac-

ları ölkənin müxtəlif şəhər və rayonlarındakı villaları bə-

zəyir. Meşələrimizə və insanlarımızın sağlamlığına kö-

mür basdırılaraq böyük ziyan vurulur. Ölkədəki kabab-

xanaların, şadlıq evlərinin böyük bir hissəsi Oğuz kö-

mürü ilə bişirilmiş kababla müştərilərə xidmət göstərir...

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin di-

rektoru 3 aydan, 5 aydan bir dəyişir. Təzə qoyulan di-

rektor, yaxud  bu vəzifənin həvalə edildiyi şəxs əməl-

li-başlı direktor kreslosunda oturmamış bir də görürsən

ki, işdən çıxarıldı. Əlbəttə, nöqsansız adamı heç kəs

belə tezliklə işdən çıxarmaz. Qısa müddətdə elə nöq-

sanlara yol verilir ki,..

Meşə işçilərinin, meşəbəyilərin çoxu  meşələri qoru-

maqdansa onu dağıdanlara şərait yaratmaqla məşğul

olur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşə



Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində me-

şəsalma tədbirlərinin və mühafizə işlərinin səmərəlili-

yinin nəzarətdə saxlanılması, qanun pozuntularının qar-

şısının alınması məqsədilə meşə sahələrində yoxlama-

lar aparmağa davam edir.

ETSN-in Meşələrin İnkişafı Departamentinin iş planı-

na uyğun olaraq, apreldə Oğuz Meşə Mühafizəsi və

Bərpası Müəssisəsində  meşələrin qorunub mühafizə

olunması vəziyyəti araşdırılıb. On meşə dolayında hə-

yata keçirilən yoxlama nəticəsində 2061,5 kubmetr həc-

mində 16 min 204,99 manat məbləğində qanunsuz qı-

rıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun po-

zuntularının qarşısının alınması, həmçinin belə halların

bir daha təkrar olunmaması, iş və icra intizamının gü-

nün tələbi səviyyəsində təmin edilməsi məqsədilə de-

partamentin müvafiq əmrinə əsasən dörd mühafizə iş-

çisi işdən çıxarılıb, yeddi nəfər barəsində isə ciddi inti-

zam tədbirləri görülüb. Qanunsuz ağac kəsilməsi faktı

üzrə Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin

259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Aparılmış

həmin yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətin-

də dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədi-

lə iyunun 20-25-də nazirlikdə yaradılmış komissiya tərə-

findən meşələrin qorunub mühafizə olunması vəziyyəti

yenidən yoxlanılıb. Yoxlama zamanı doqquz meşə dola-

yında 292,52 kubmetr həcmində, 1834,3 manat dəyə-

rində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam

tədbirlərindən nəticə çıxarılmadığına, əksinə,  qanun-

suzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Müha-

fizəsi  və  Bərpası  Müəssisəsində  meşələrin  qorunub

mühafizə  olunması  vəziyyətinin  kompleks  araşdırılıb

başa çatdırılması məqsədilə növbəti dəfə geniştərkibli

komissiya yaradılıb. Aparılacaq araşdırmaların obyektiv,

hərtərəfli,  tam  həyata  keçirilməsi  məqsədilə  müəssi-

sənin direktoru  tutduğu vəzifədən azad edilib. Araşdır-

malar tam yekunlaşdıqdan sonra digər cavabdeh meşə

işçiləri barəsində də ciddi intizam tədbirləri görüləcəyi

bildirilmişdir.

Meşələr bu ərazidə yaşayanların, oğuzluların, xalqı-

mızın qiymətli sərvətidir. Onu qorumaq hamının, xü-

susən bu məsələyə cavabdeh olan şəxslərin borcudur.

Nazim Hüseynli

MEŞƏLƏR BU ƏRAZİDƏ YAŞAYANLARIN, XALQIMIZIN QİYMƏTLİ SƏRVƏTİDİR

MEŞƏLƏR BU ƏRAZİDƏ YAŞAYANLARIN, XALQIMIZIN QİYMƏTLİ SƏRVƏTİDİR

ONU QORUMAQ HAMININ, XÜSUSƏN BU MƏSƏLƏYƏ CAVABDEH OLANLARIN

ONU QORUMAQ HAMININ, XÜSUSƏN BU MƏSƏLƏYƏ CAVABDEH OLANLARIN

BORCUDUR

BORCUDUR



Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə