Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul 2017-cи il

7   

OĞUZ YURDU

K Ə N D   T Ə S Ə R R Ü F A T I     İ Ş L Ə R İ

Rayonumuzda taxıl biçini başa çat-

maq üzrədir. Bu il Oğuz taxılçıları 17157

hektar  sahədə    payızlıq  taxıl  yetişdir-

mişlər. Sahələrin  12797 hektarı  buğda,

4360 hektarı arpa  idi. Biçinə vaxtında

başlayan taxılçılar onu tez və itkisiz top-

lamaq üçün bütün qüvvələrini səfərbər-

liyə almışlar. Oğuz Rayon Statistika İda-

rəsindən aldığımız məlumata görə iyu-

lun 17-nə kimi  payızlıq  taxıl sahələrinin

15795 hektarında biçin keçirilmiş, 37922

ton  məhsul  əldə  edilmişdir.  Sahələrin

məhsuldarlığı  hər hektardan 24 sentne-

rə bərabər olmuşdur. Buğda sahələrinin

məhsuldarlığı 24,3 sentnerə, arpa sahə-

lərinin məhsuldarlığı  23,1 sentnerə bə-

rabər olmuşdur. Rayonun bir sıra  icra

nümayəndəliklərinin ərazisindəki taxıl-

çılar rayon səviyyəsindən yüksək gös-

təriciyə nail olmuşlar. Belə ki, Qumlaq

(30 sentner),  Calut (30 sentner), Muxas

(26,7sentner), Oğuz (26,6 sentner),  Ya-

qublu (26,6 sentner), Xalxal (26,4 sen-

tner), Kərimli (26,2 sentner) icra nüma-

yəndəliklərinin və Q. D. M. (30 sentner)

taxılçıları  hektarların  məhsuldarlığına

görə  rayon səviyyəsindən daha da yük-

sək nəticə göstərmişlər. 

Taxılçılar  biçin  ilə  yanaşı  gələn  ilin

məhsulu üçün toxum tədarükünə də diq-

qətlə yanaşırlar.



TAXIL BİÇİNİ

Biçinin başa çatmasına az qalır

Bu  il  respublikanın  bir

çox bölgələrində olduğu kimi

rayonumuzda da ənənəvi tə-

sərrüfat  sahəsi  olan  bara-

maçılığın  inkişafı  istiqamə-

tində  müəyyən  işlər  görül-

müşdür.  Kümçülərimiz döv-

lətin sahəyə olan diqqət və

qayğısından 

ruhlanaraq

1556 qram ipəkqurdu  toxu-

mu  götürərək  bəsləmişlər.

Bütün aqrozootexniki qayda-

lara riayət edərək ipəkqurdu-

larını bəsləyən kümçülərimiz

yaxın vaxtlarda barama təh-

vilini  də  başa  çatdırmışlar.

Oğuz  baramaçıları  bu  il

2524 kiloqramdan artıq ba-

rama təhvil vermişlər. İpək-

qurdularının 

götürülməsi,

bəslənməsi və barama təh-

vilində ayrı-ayrı kəndlərin iş

adamları,  fərdi sahibkarlar,

ailə kəndli və ev təsər-

rüfatları fərqlənmişlər. 

Barama  təhvili    icra

nümayəndəlikləri üzrə

aşağıdakı kimi olmuş-

dur:


Kərimli - 320,4 kiloq-

ram, 


Xaçmaz-303,05 kiloq-

ram, 


Qumlaq - 243,5 kiloq-

ram, 


Yaqublu-207kiloqram,  

Muxas - 194,3  kiloq-

ram, 

Padar - 183 kiloqram,



Bucaq -170,1 kiloqram, 

Bayan -148 kiloqram,

Tərkeş - 127 kiloqram,

Xalxal-108,7 kiloqram,

Ərmənət-101,1 kiloqram, 

Tayıflı -87,1 kiloqram,

Qarabaldır- 57  kiloqram,

Yemişənli-55,7 kiloqram,

Sincan-55 kiloqram,

Baş Daşağıl-54 kiloqram,

Şirvanlı 45,8 kiloqram,

Calut-32,8 kiloqram,

Oğuz şəhəri- 32,5 kiloqram

UZUN FASİLƏDƏN SONRA BU İL KÜMÇÜLƏRİMİZ

BARAMA  TƏHVİL VERMİŞLƏR

Bildiyimiz  kimi  bu  il  rayonumuzda  iş

adamlarının, torpaq sahiblərinin, fermerlərin

birgə səyi ilə 200 hektar sahədə tütün əkil-

mişdir. Hazırda bütün tütün sahələrində qız-

ğın  iş  gedir.  Sahələr  becərilməklə  yanaşı

həm də qırım-düzüm  və qurutma aparılır. 

Ölkəmizdə tütünçülüyün  inkişafına gös-

tərilən diqqət və qayğı bu sahənin yenidən

dirçələləcəyinə  ümidlər yaratmışdır. Oğuz

vaxtı ilə ölkənin ən yaxşı tütünçülük rayon-

larından  sayılırdı.  Rayonumuzda  tütünçü-

lüyün  əvvəlki  şöhrətini  qaytarmaq,  adam-

ların bu sahədən əldə etdiyi gəlirin artması

istiqamətində bu il xeyli tədbirlər müəyyən-

ləşdirilmiş  və  həyata  keçirilmişdir.  Bu

sahədə görülən işlər 16 sahibkarın rəhbər-

liyi ilə  həyata keçirilir. 

Bol  tütün  yetişdirilməsində  bu  sahədə

fasiləsiz işlə təmin olunan 150-200 nəfərə

yaxın  Oğuz  sakinlərinin  də  böyük  əməyi

vardır.


Tütünçülüyün rayonumuzda yenidən in-

kişaf etdirilməsi insanlar üçün həm də yeni

iş  yeri,  məşğulluq  sahəsidir.  Odur  ki,  cari

ildə və gələcəkdə tütünçülüyün inkişafı üçün

görülən tədbirlər sözsüz öz bəhrəsini verə-

cəkdir.  Görülən  tədbirlər  yəqin  ki  Oğuzda

tütünçülüyün əvvəlki şöhrətini qaytaracaq-

dır.


TÜTÜNLÜKLƏRDƏ

Sahələr becərilir, qırım-düzüm və qurutma

aparılır

Son illərdə rayonumuzda geniş abad-

lıq-quruculuq  işləri  aparılmış,  bir  çox

müxtəlif təyinatlı binalar tikilib istifadəyə

verilmişdir. Rayonun simasını əsaslı şə-

kildə dəyişmiş bu tikinti-quruculuq işləri

müxtəlif  tikinti təşkilatları, cəmiyyətləri tə-

rəfindən  icra  edilmişdir.  Görülmüş  bu

işlərin keyfiyyətindən söhbət düşəndə   ilk

yerlədə adı çəkilən tikinti təşkilatlarından

biri “İş İnşaat” MMC-dir.

“İŞ İnşaat”  MMC  də digər tikinti təşki-

latları kimi  tenderlərdə iştirak edir və qa-

lib  gəlib  qazandığı  layihəni  icra  edir.

Onun respublikanın müxtəlif rayonların-

da, eləcə də, Oğuzda icra etdiyi bir çox

layihələr,  tikib  istifadəyə  verdiyi  neçə-

neçə obyektlər, binalar var. Hamıya məlum-

dur ki, hər hansı bir tikinti şirkəti, cəmiyyəti

haqqında real fikir onun gördüyü işlər, isti-

fadəyə verdiyi obyektlər, həyata keçirdiyi

layihələrə necə əməl etməsi, ilk növbədə

gördüyü  işlərin  keyfiyyəti  əsasında  for-

malaşır. Əgər hər hansı bir tikinti təşkilatı-

nın gördüyü iş,  icra etdiyi layihə na-

razılıq doğurursa, istifadəyə verdiyi

obyekt  təhvil  götürülmürsə  (hətta

tikinti başa çatandan neçə il sonra

da) həmin tikinti təşkilatının aid böl-

gədə  yenidən  başqa  bir  layihəni

icra  etməsini  heç  kim  arzulamaz.

Təəssüf ki,  yarıtmaz inşa edilmiş,

bu səbəbdən də neçə il əvvəl icra

edilsə də hələ  təhvil götürülməyən

belə obyektlər Oğuzda da var: Xaç-

maz kəndinin su sistemi və Sincan

kənd tam orta məktəbinin binası ki-

mi...


”İş İnşaat”  MMC-nin digər bölgə-

lərdə gördüyü işlərin keyfiyyəti haqqında bir

söz deyə bilməsək də Oğuz rayonunda hə-

yata keçirdiyi layihələrin razılıq doğurması

haqqında qəti fikir söyləmək olar. Bu

razılıq  həm  bu  obyektlərin  istifa-

dəçiləri, rəhbərləri, rayon sakinləri ilə

söhbət zamanı, həm də rayonda ke-

çirilən tədbirlərdə eşidilir. 

“İş  İnşaat”  MMC-nin  direktoru

İskəndər Qocayev deyir:

-“İş İnşaat” MMC tərəfindən Oğuz

rayonunun Dəymədərə və  Qarabu-

laq kənd tam orta məktəblərinin bi-

naları  inşa olunmuş,  Astraxanovka

kənd tam orta məktəbinin və Yeni-

kənd uşaq bağçasının binaları əsas-

lı təmir edilmişdir. Oğuz şəhərində

bir sıra abadlıq işləri görülmüş, şə-

hərin  girəcəyindəki  mədəniyyət  və

istirahət parkında təmir işləri aparılmış, şə-

hərin küçələrində yol zolaqlarının rənglən-

məsi həyata keçirilmiş, şəhərin istirahət zo-

nalarının  yerləşdiyi  yuxarı  hissəsində,

Oğuzçayın üzərində piyada keçidi körpüsü

tikilmişdir. Biz işçilərə tələbkarlıqla yanaşır,

işlərin  gedişinə  daim  ciddi  nəzarət  edir,

işimizlə üz ağartmağa çalışırıq. İstifadəyə

verdiyimiz obyektlər haqqında tez-tez xoş

sözlər eşidirik. Oğuzda yeni layihələrin icra-

sında, abadlıq-quruculuq işlərində bundan

sonra  fəal iştirak etmək əzmindəyik.

Rayonumuzda  tikinti-quruculuq  işləri

aparan hər bir təşkilata, şirkətə uğurlar və

ilk növbədə  işlərin keyfiyyətlə görülməsini

arzulayırıq.



Nazim Hüseynli

“İş İnşaat” MMC-nin Oğuzda inşa etdiyi obyektlər 

Oğuzçayın üzərində piyada keçidi körpüsü

Dəymədərə kənd tam orta məktəbinin binası

"Təhsil haqqında” qanu-

na  22.3-1-ci  maddə  əlavə

edilib:"Müvafiq  icra  haki-



miyyəti  orqanının  müəy-

yən etdiyi ali təhsil müəs-

sisələri  və  ixtisaslar  üzrə

bakalavriat  səviyyəsində

birillik  ödənişli  hazırlıq

qrupları təşkil olunur”.

Habelə  qanuna  aşağı-

dakı  məzmunda  26.5-1-ci

maddə  əlavə  olunub:  "Mü-



vafiq  icra  hakimiyyəti  or-

qanının müəyyən etdiyi ali

təhsil müəssisələri və ixti-

saslar üzrə bakalavriat sə-

viyyəsində  hazırlıq qrup-

larında  tədrisin  sonunda

keçirilən  buraxılış  imta-

hanları nəticəsində müvəf-

fəqiyyət qazanan tələbələr

ali  təhsil  müəssisələrinin

birinci kursuna qəbul olu-

nurlar.  Ali  təhsil  müəs-

sisələrinin  hazırlıq  qrup-

larında tədrisin təşkili qay-

daları  müvafiq  icra  haki-

miyyəti  orqanı  tərəfindən

müəyyən edilir”.

Azərbaycan Res-

publikasaının Pre-

zidenti  İlham

Əliyev "Təhsil

haqqında” qanuna

dəyişiklikləri

təsdiqləyib




Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə