Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 18,96 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.07.2018
ölçüsü18,96 Mb.
#53602
1   2   3   4   5   6   7   8

22 iyul 2017-ci il

8

Тясисчи:

Оьуз Район Ижра Щакимиййяти

вя редаксийанын йарадыжы коллективи

Редактор:

Назим 

Щцсейнли

Цнван:Оьуз шящяри, Щейдяр 

Ялийев проспекти  - 62

E-mail:oguzyurdu34@mail.ru

Тел: 21-5-23-35

Бакы шящяри, “Мятбуат

фирма”сында чап олунмушдур.

Тираъ 500

Лисензийа № 022631

Гейдиййат нюмряси 431

Щесаб нюмрямиз “Капиталбанк”

АЗ07АИИБ33050019446800222168

ВЮЕН 6600067771

OĞUZ  YURDU

ƏZİZ OXUCULAR!

“OĞUZ YURDU”

qəzetinə 2017-ci ilin ikin-

ci yarısı üçün abunə ya-

zılışı davam edir.

Abunə qiyməti:

Altı aylıq: 15 manat

Abunə rayon poçtamtın-

da,  mətbuat  yayımında

və redaksiyada aparılır.

“Oğuz  yurdu”  qəzetinə

abunə olmağa tələsin.

Əlaqə telefonu: 

21-5-23-35

“Oğuz yurdu”

Bu ilin ilk altı ayında Azərbaycanda doğulan



körpələrə daha çox hansı adların verildiyi məlum

olub.


Ədliyyə Nazirliyindən oxu.az-a bildirilib ki, bu

ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına

Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə

Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-

na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar ad-

ları verilib.

Bundan başqa, oğlanlara verilən adlar arasın-

da Ümid, Nihad, Raul, Emil, Amin, Ramal, Səid,

Sadiq,  Cahid,  Rəvan,  Nurlan,  Turan,  Adəm,

Onur, Cəsur, Fateh, Toğrul, Ca-

vidan, Amir, Mətin, Renat və s.

adlar üstünlük təşkil edib.

Bu ilin 6 ayında Azərbaycanda doğulan qızlar-

dan 1256-na Zəhra, 1015-nə Nuray, 760-na Zey-

nəb, 721-nə Məryəm, 713-nə Fatimə, 683-nə Ay-

lin, 653-nə Mələk, 638-nə Dəniz, 508-nə Damla,

494-nə isə Ayan adı verilib.

Həmçinin, qız uşaqlarına verilən adlar arasın-

da Xədicə, Mədinə, Leyla, Gülay, Səma, İnci, Fi-

dan, Banu, Ayla, Yağmur, Ayşə, Nilufər, Mehri,

Nuranə,  Nurgül,  Aminə,  Gülsüm,  Safiya  kimi

adlar üstünlük təşkil edib.

Körpələrə ən çox verilən adlar 

Körpələrə ən çox verilən adlar 



“Oğuz yurdu” qəzeti redaksiyasından: Bəs

rayonumuzda  doğulan  körpələrə  daha  çox

hansı adlar verilmişdir? Bu sualın cavabı qə-

zetimizin oxucuları və rayonumuzun sakinləri

üçün çox maraqlı olardı. İstərdik ki, Oğuz Ra-

yon Qeydiyyat Şöbəsiniun müdiri Vasif Mah-

mudov  bu yazını oxusun, rayonumuzda bu

ilin altı ayında doğulan körpələrə hansı ad-

ların daha çox verilməsi haqqında məlumat

hazırlayıb  redaksiyamıza  göndərsin  və  bu

məlumat rayon qəzetində dərc edilərək oxu-

culara  çatdırılsın.  Lakin  bu  məsələnin  real-

laşacağına o qədər də inanmırıq. Çünki rayon

qeydiyyat şöbəsi və onun işçiləri 2017-ci ilin

ikinci yarısı üçün rayon qəzetinə abunə yazıl-

mayıb. Rayon qeydiyyat şöbəsi və onun mü-

diri ilə iyun-iyul aylarında dəfələrlə əlaqə sax-

layıb bu şöbənin işçilərinin əvvəllər həmişə 2

nüsxə, son illərdə, o cümlədən, 2017-ci ilin

birinci  yarısında  bir  nüsxə    rayon  qəzetinə

abunə yazıldığını və ilin ikinci yarısı üçün də

bu işin təşkil edilməsini xahiş etdik və son te-

lefon əlaqəsi zamanı bu məsələnin gecikdiyi-

ni söylədik. Rayon qeydiyyat şöbəsinin müdi-

ri Vasif Mahmudov: 

-“Oğuz yurdu” bizim doğma qəzetimizdir.

Necə ola bilər ki, biz rayon qəzetinə abunə ol-

mayaq? Bu məsələ tezliklə həll ediləcək,-de-

di.

Qəzetimizdə  dərc  olunan  elanda  da  gös-

tərildiyi kimi rayon qəzetinə abunə redaksiya-

mızla bərabər “Mətbuat” yayımının rayon şö-

bəsində və  rayon poçtamtında aparılır. Qəze-

timiz çapa hazırlanarkən həmin təşkilatlarla

telefon əlaqəsi saxlayıb rayon qəzetinə abunə

yazılmayanların və  abunəçilərin sayını azal-

danların  siyahısını bir daha dəqiqləşdirdik.

Aydın oldu ki, rayon qeydiyyat şöbəsinin və

ya onun müdirinin adı hələ də rayon qəzetinə

abunə olunanların siyahısında yoxdur. Təəs-

süflənir  və    bildiririk  ki,  abunə  məsələsinin

həll  edilib-edilməməsindən  asılı  olmayaraq

ilin  birinci  yarısında  rayonda  yeni  doğulan

körpələrə  hansı  adların  daha  çox  verilməsi

haqqında  məlumat  oxucularımız  tərəfindən

çox maraqla qarşılanardı və biz həmin məlu-

matı qəzetimizin növbəti sayında dərc etməyə

hazırıq.

Azərbaycan Texniki Universitetinin

(AzTU)  Maşınqayırma    fakültəsinin

tədris işləri üzrə dekan müavini, həm-

yerlimiz Qabil Haşımov vəfat etmişdir.

Qabil  Bəxtiyar  oğlu  Haşımov  15

iyul 1961-ci ildə Oğuz rayonunun Pa-

dar kəndində müəllim ailəsində ana-

dan  olmuşdur.  1978-ci  ildə  Padar

kənd orta məktəbini bitirmişdir. Həmin

il Azərbaycan Politexnik İnstitutunun

Mexanika fakültəsinə maşınqayırma

texnologiyası, metalkəsən dəzgahlar

və alətlər ixtisası üzrə qəbul olunmuş-

dur. 

1983-cü  ildə  institutu  müvəffəqiy-



yətlə bitirərək təyinatla gənc ixtisaslı

kadr kimi Bak Kondisioner EİB-də işə

qəbul olunmuş, mühəndis vəzifəsində

işləmişdir. Orada işləyərkən çoxsaylı

səmərələşdirici  təkliflərin  müəllifi  ol-

muşdur.


1988-ci ildən isə Azərbaycan Texni-

ki Universitetinin Texnoloji kompleks-

lər və xüsusi texnika kafedrasında bö-

yük  mühəndis  kimi  işləməyə  başla-

mışdır. Həmin kafedranın baş müəlli-

mi, əvvəllər  texnoloji maşınlar, sonra

maşınqayırma fakültəsinin dekan mü-

avini və fakültə elmi şurasının elmi ka-

tibi olmuşdur. Universitetin ictimai hə-

yatında fəal iştirak etmişdir.

Q.B.Haşımov  2004-cü  ildə  nami-

zədlik dissertasiyası müdafiə edərək

texnika elmləri namizədi alimlik dərə-

cəsi almışdır.

Q.B.Haşımov iki dərsliyin, bir neçə

dərs vəsaitinin və metodik göstərişin,

50-dən çox məqalənin müəllifidir. İste-

dadlı alim Moskva, Kursk, Çebobsar,

Xarkov, Vladimir, Kiyev və başqa şə-

hərlərdə  keçirilən  beynəlxalq  kon-

franslarda iştirak etmişdir.

Qabil Haşımov Oğuz rayonu, do-

ğulduğu  Padar  kəndi,  təhsil  aldığı

kənd orta məktəbi ilə sıx əlaqə saxla-

mış, texniki vasitələrə çox ciddi ehti-

yac olduğu vaxtlarda məktəbə kom-

püter bağışlamışdır.

İki oğlu var.

Uzun sürən xəstəlikdən sonra 56

yaşında  vəfat  etmiş  istedadlı  alimin

xatirəsi tələbələrinin, onu tanıyanların

və həmyerlilərinin qəlbində daim ya-

şayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN

ALLAH RƏHMƏT ELƏSİN

TEXNİKA ELMLƏRİ NAMİZƏDİ,

TEXNİKA ELMLƏRİ NAMİZƏDİ,

AzTU-nun MAŞINQAYIRMA

AzTU-nun MAŞINQAYIRMA

FAKÜLTƏSİNİN DEKAN

FAKÜLTƏSİNİN DEKAN

MÜAVİNİ, HƏMYERLİMİZ

MÜAVİNİ, HƏMYERLİMİZ

Q.B.HAŞIMOV VƏFAT ETMİŞDİR

Q.B.HAŞIMOV VƏFAT ETMİŞDİR

30 iyun-2 iyul 2017-ci il tarixlərində Oğuz rayo-

nunun  2002,  2003,  2004,  2005,  2006,  2007,

2008- ci il təvəllüdlü idmançıları arasında cüdo

güləşi üzrə 26 iyun Silahlı Qüvvələr Gününə həsr

olunmuş açıq rayon birinciliyi  keçirilmişdir. Bu

yarışda respublikamızın 15 rayonundan 26 ko-

manda və 270 idmançı iştirak etmişdir. Yarışları

Respublika  Cüdo Federasiyasından dəvət olun-

muş hakimlər idarə edirdilər.

Yarış Azərbaycan Respublikasının dövlət him-

ninin oxunuşu ilə başladı. Sonra idmançılar və

qonaqlar müstəqilliyimiz uğrunda həlak olanların

xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi

R. Mahmudov çıxış edərək Azərbaycan Respub-

likasının ordu quruculuğunda son zamanlar bir

çox kompleks tədbirlərin görüldüyündən söz aç-

dı, idmançılara yarışda uğur arzulayaraq qeyd

etdi ki, gələcəkdə Silahlı Qüvvələrin sıralarında

xidmət etdikdə vətənə, xalqa sədaqətlə xidmət

etsinlər.

Yarış gərgin idman mübarizəsi şəraitində da-

vam etmişdir. Qaliblər diplom və medallarla təltif

olunmuşlar.

15 rayondan 270 idmançının iştirakı ilə

15 rayondan 270 idmançının iştirakı ilə

Oğuz şəhər sakini Fatimə Yusifova

xalçaçılığın sirlərini rayon uşaq yara-

dıcılıq mərkəzində öyrənib. 7 ildir ki,

bu peşə ilə məşğuldur. Kiçik həcmli

xalçalar toxuyur. Rayon mədəniyyət

evində təşkil edilən sərgilərdə iştirak

edib. İndiyədək 10-a yaxın xalça toxu-

yub. Bir kiçik xalçanı bir ay ərzində to-

xuyub başa çatdıra bilir. 

19 yaşlı Fatimə bu peşənin sirlərini

uşaqlara da öyrədir.

X A L Ç A Ç I   Q I Z

X A L Ç A Ç I   Q I Z



Bu ilin sentyabr ayında qeyd ediləcək Qur-

ban bayramı ilə əlaqədar Azərbaycanda neçə

gün qeyri-iş günü olacağı açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəh-

bəri Akif Əli "Report"un sorğusuna cavab olaraq

bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı

kimi  qeyd  olunacaq:  "Ayın  2-si  şənbə  gününə

təsadüf  etdiyindən  sentyabrın  4-ü,  yəni  bazar

ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, Qurban bayramı ilə əlaqədar olaraq

sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın

5-i iş günüdür.

Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq

Bildiyimiz kimi  Şəki , Oğuz, Qax, Zaqatala və Balakən

mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional

Mədəniyyət və Turizm İdarəsi artıq  bir neçə aydır ki, fəaliy-

yət  göstərir.  Regional  mədəniyyət  və  turizm  idarələrinin

əsasnamələri hazırlanmışdır və bütün mədəniyyət müəssi-

sələrinin fəaliyyəti  bu əsasnamə əsasında təşkil edilir.

Regional şöbələrin rayonlarda nümayəndəlikləri   fəaliy-

yət göstərir. Şəki  Regional Mədəniyyət və Turizm İdarəsinin

Oğuz nümayəndəliyinin də fəaliyyəti bu əsasnamə ilə tən-

zimlənir.  Regional şöbə yarandıqdan sonra klub və kitabxa-

na işinin əsasnaməsinə  cavab verməyən bəzi mədəni maa-

rif müəssisələri bağlanmışdır. Şəki Regional Mədəniyyət və

Turizm İdarəsinin Oğuz nümayəndəliyindən,  regional şöbə-

nin  baş məsləhətçisi U. Baxışovadan aldığımız məlumata

görə  rayonumuzda  7  belə  müəssisənin-Kərimli,  Şirvanlı,

Xalxalqışlaq, Filfilli, Qumlaq klubları, Zərrab və Qarabaldır

kənd kitabxanalarının fəaliyyəti dayandırılmışdır. Bu müəs-

sisələr  əsasən maddi-texniki bazaları müasir tələblərə ca-

vab vermədiyinə, binaları olmadığına, qəzalı vəziyyətdə ol-

duğuna və bununla bağlı  fəaliyyətləri də günün tələblərinə

cavab vermədiyinə görə bağlanmışdır. Fəaliyyəti dayandırıl-

mış müəssisələrin işçiləri ilə  Əmək Məcəlləsinin tələblərinə

uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir.

5 klub, 2 kitabxana bağlanmışdır

5 klub,  2 kitabxana bağlanmışdır

19 iyul 2017-ci il tarixdə Sincan

kənd kitabxanasında  yay məktəbi-

nin təşkili, kiçikyaşlı oxucuların ki-

tabxanaya cəlb edilməsi, onlarda kitaba,

mütaliəyə marağın artırılması məqsədilə “Nağıl saatı “keçirilmişdir.  Sincan kənd

tam orta məktəbinin ibtidai sinif müəllimi Nəzakət Ağammədova ilə birgə təşkil edil-

miş nağıl saatını  kitabxananın müdiri R.Əzizova açmış, kitabxanaya ilk qədəm qoy-

muş oxucuları salamlamış, oxucu olmaları münasibətilə təbrik etmiş, onlara kitabla

davranış qaydalarından danışmış, mütaliə etməyin faydalarını başa salmışdır. Kom-

püterdə  nağıl diskləri səsləndirilmişdir. Onlardan həmin nağılları necə qavramalarını

öyrənmək məqsədilə həmin nağılların öz dillərində danışmaları xahiş edilmişdir.

Sonra onlara kiçikhəcmli kitablar təqdim olunmuşdur. Kimin yaxşı nağıl oxuyub

danışmaq qabiliyyətinin müqabilində kitabxana  tərəfindən  hədiyyələr təqdim olu-

nacağı bildirilmişdir. 

NAĞIL SAATI

NAĞIL SAATI

Baş Daşağıl kənd sakini Məmmədova Xa-

lisə Məhəmməd qızına və onun ailə üzvlə-

rinə  Oğuz  Rayon  Aqrar  İslahat  Komis-

siyasının  26 may 1998-ci il tarixli 65 saylı

qərarı ilə verilmiş JN-166B KOD 40500018

olan  Torpağın mülkiyyətə verilməsinə dair

Şəhadətnamə itdiyi üçün etibarsız sayılır. 

Bucaq  kənd sakini Hümmətov İlham Şəm-

məd  oğluna  və onun ailə üzvlərinə Oğuz

Rayon Aqrar İslahat Komissiyasının 18 no-

yabr   1997-ci il tarixli  50 nömrəli qərarı ilə

verilmiş  JN-248 KOD 40503018 olan  Tor-

pağa mülkiyyət hüququna dair Dövlət Aktı

itdiyi üçün etibarsız sayılır. 

Xaçmaz kənd sakini Rəsulova Xumar Mər-

mər  qızına  və  onun  ailə  üzvlərinə  Oğuz

Rayon Aqrar İslahat Komissiyasının 24 iyul

1998-ci il tarixli  67 saylı qərarı ilə verilmiş

JN -390F  KOD 40509018 olan  Torpağın

mülkiyyətə verilməsinə dair Şəhadətnamə

itdiyi üçün etibarsız sayılır. 

Oğuz rayon  Muxas kənd sakini  Məhərrə-

mov Bəylər Zərbalı oğluna və ailə üzvləri-

nə Oğuz Rayon Aqrar İslahat Komissiyası-

nın 12 mart 1998-ci il 52 nömrəli qərarı ilə

verilmiş JN-110 KOD 40503028 olan  tor-

pağa mülkiyyət hüququna dair  dövlət Aktı



itdiyi üçün etibarsız sayılır.

E T İ B A R S I Z   S A Y I L I R

E T İ B A R S I Z   S A Y I L I R

Yüklə 18,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə