Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə1/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
  1   2   3   4   5   6   7   8   9   ...   213


OĞUZLAR (TÜRKMƏNLƏR) 

 



 

 

 

FARUQ SÜMƏR 

 

 



 

 

 



 

OĞUZLAR 

 

(TÜRKMƏNLƏR) 

 

 

 



TARİXLƏRİ 

BOY TƏŞKİLATI 

DASTANLARI 

 

 



 

 

 



 

 

 



 

Bakı – 2013 

 

 


FARUQ SÜMƏR 

 



 

 

 

 

TÜRKSOY

 

 

ULUSLARARASI TÜRK KÜLTÜRÜ TEŞKİLATI 



İNTERNATİONAL ORGANİZATİON OF TURKİC CULTURE 

 

TÜRKSOY kitabxanası seriyası: 25 

 

AMEA Folklor İnstitutu 



Elmi Şurasının qərarı ilə çap olunur 

 

Türkcədən çevirən, 



ön söz, qeyd və şərhlərin müəllifi: 

Prof. Dr. Ramiz ƏSKƏR 

 

 

Redaktor: 



Akad. İsa HƏBİBBƏYLİ 

  

  



Faruq Sümər. Oğuzlar (Türkmənlər). Tarixləri.  

Boy təşkilatı. Dastanları. Bakı, MBM, 2013, 448 səh.  

  

  



Oğuzlar  türk  xalqlarının  təşəkkülündə,  inkişafında  böyük  rol  oynamış  ən  güclü 

qollardandır. Ötən əsrlər oğuz tayfalarının öz vətəni, xalqı, milli istiqlaliyyəti uğrun-

da mərdanə döyüşlərinin şahididir. Oğuzların ucaltdığı tarixi abidələr bütün dünyanı 

valeh etmişdir.  

Oğuzlar həm də azərbaycanlıların əcdadıdır.  

Məşhur  türk  tarixçisi  Prof.  Dr.  Faruq  Sümərin  kitabı  onun  uzun  axtarışlarının 

əvəzsiz bəhrəsidir. Oğuzların həyatı, məişəti, bir etnos kimi ən qədim zamanlardan 

təşəkkül tapması, dövlət qurma bacarığı monoqrafiyada öz əksini tapmışdır. «Oğuz-

lar»  kitabının  oxucularımız  tərəfindən  maraqla  qarşılanacağı  şübhəsizdir,  bu  əsər 

onları Azərbaycan xalqının təşəkkülü, varlığı ilə bağlı ilkin mənbələrlə tanış edəcək-

dir.  

  

  



    

İSBN 4703000000-26-  

   

 

 ©Ramiz Əskər, 2013  



                 

 

 


OĞUZLAR (TÜRKMƏNLƏR) 

 



  

 

 

 

 

 

 

 

 

PROF. DR. FARUQ SÜMƏR: 

HƏYATI, ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİ 

 

Türklərdə  xronikaçılıq,  salnaməçilik,  vəqayenəvislik,  münşilik,  müvər-



rixlik,  bir  sözlə,  tarixçilik  ənənəsi,  təəssüf  ki,  zəif  inkişaf  etmişdir.  Bu  da 

onunla  bağlıdır  ki,  qəhrəman  türk  milləti  tarix  yazmaqdan  çox  tarix  yarat-

mağa üstünlük vermiş, bu işi tarix yaratma bacarığı və qüdrəti olmayanlara 

həvalə etmişdir. Nəticədə türk tarixini salxım söyüd kölgəsində şərab içən, 

nargilə  çəkən,  bəng  atan,  gözəllərə  qəzəl,  sultanlara  qəsidə  qoşan,  batman 

qılıncları qaldırmağa gücü çatmayan, misqal lələkləri xüsusi şövqlə oynadan 

qeyri-türklər  yazmışlar.  Türkiyədə  (habelə  digər  türk  ölkələrində)  müasir 

mənada tarix elmi və tarixçilik son yüz ildə meydana çıxmışdır.   

Cümhuriyyət dövründə qardaş Türkiyədə tarix üzrə bir-birindən istedad-

lı alimlər  yetişmişdir. Onların arasında  Məhmət  Fuad Köprülü,  Nəcati  Lu-

qal, Əhməd Rəfiq Altınay, İsmayıl Haqqı Uzunçarşılı, İbrahim Haqqı Kon-

yalı, Ömər Lütfi Barkan, Mürkimin Xəlil Yinanç, Əqdəs Nemət Kurat, Zəki 

Vəlidi Toğan, Xəlil İnalcıq, Osman Turan, Məhmət Köymən, Kamal Karpat, 

İlbər  Ortaylı  kimi  dünya  miqyasında  qəbul  edilən  şəxsiyyətləri  göstərmək 

olar. Bu kitabın müəllifi Prof. Dr. Faruq Sümər də həmin cərgədə xüsusi və 

şərəfli yer tutan görkəmli alimlərdən biridir. 

Faruq  Sümər  1924-cü  ildə  Konyanın  120  kilometr  cənubunda  yerləşən 

Bozqır  qəsəbəsində  istiqlal  savaşı  qazisi  Məhmət  Zəki  əfəndinin  ailəsində 

doğulmuşdur. Anası Züleyxa xanım ibtidai məktəbin üçüncü sinifinə qədər 

oxusa da, türk törəsinə çox bağlı bir qadın idi. O, uşaqlarına ud çalmağı öy-

rətmiş,  onları  oxumağa  həvəsləndirmişdir.  1931-ci  ildə  ailənin  İstanbula 

köçməsi ilə uşaqların təhsili üçün daha yaxşı şərait yaranmışdır. 

Faruk  Sümər  İstanbulun  Ələmdar  səmtində  yerləşən  49  saylı  ibtidai 

məktəbi bitirmiş, daha sonra təhsilini İstanbul litseyində davam etdirmişdir. 

9-cu sinifdə ikən o, anasının köməyi  ilə  əski  yazını öyrənmiş,  bir mollanın 

sayəsində  osmanlıca  mətnləri  rahat  və  sürətli  oxumaq  sahəsində  yaxşı  vər-

dişlər qazanmışdır. Elə həmin dövrdə də tarixçi olmağı qərara almışdır. 



FARUQ SÜMƏR 

 



II dünya müharibəsi başlayanda almanların İstanbula hücum ehtimalı bir 

çox ailəni yaylalara və kəndlərə getməyə məcbur etmişdi. Faruq Sümərin ai-

ləsi də Toros dağlarındakı yaylalara qalxmış, gənc Faruq burada neçə əsrdən 

bəri köçəri elat həyatı yaşayan əski oğuzların bir qolu olan müasir yörükləri 

yaxından görmək imkanı qazanmışdır. 

F.Sümər 1942-ci  ildə litseyi  başa vuraraq  İstanbul  Universitetinin tarix 

fakültəsinə  daxil  olmuşdur.  M.F.Köprülü,  M.X.Yinanç,  Z.V.Toğan,  Ə.N. 

Kurat, O.Turan, C.Baysal, O.Ş.Gökyay, İ.Küçükömər, M.Turxan kimi ünlü 

xocalardan dərs almış, səlcuqlu və osmanlı dövrü üzrə ixtisaslaşmağa başla-

mışdır. Bakalavr dərəcəsini «XVI əsrdə Anadoluda türk oymaqları» mövzu-

sunda yazdığı buraxılış işi ilə bitirmişdir. Sonra magistraturada oxuyan gənc 

alim «Anadolu türk boy və oymaqları (XVI və XVII əsrlərdə)» mövzusunda 

dissertasiya  (68 səhifə)  müdafiə  edərək Prof. Dr. Mükrimin Xəlil  Yinançın 

başçılıq  etdiyi  orta  əsrlər tarixi  kafedrasından 1948-ci  ilin fevralında  «əla» 

qiymətlə məzun olmuşdur.  

Faruq  Sümər  daha  sonra  Ankara  Universiteti  dil  və  tarix-coğrafiya  fa-

kültəsinin  doktoranturasına  daxil  olmuş,  əvvəllər  işlədiyi  mövzunu  məkan 

baxımından daha da genişləndirərək Prof. Dr. Osman Turanın rəhbərliyi al-

tında «XVI və XVII əsrlərdə Anadolu, Suriya və əl-Cəzirədə oğuz boylarına 

mənsub təşəkküllər» adlı dissetrasiyasını (262 səhifə) «əla» qiymətlə müda-

fiə etmiş və 24 may 1950-ci ildə doktor ünvanına layiq görülmüşdür. Lakin 

doktoranturada təhsil nazirliyinin təqaüdü ilə oxuduğuna görə iki il yeddi ay 

iyirmi beş günlük məcburi xidmət dövrünü başa vurmaq üçün İstanbuldakı 

Süleymaniyyə kitabxanasında məmur olaraq işə başlamışdır.  

Akademik çalışmalarını davam etdirmək üçün Faruq Sümər məmur və-

zifəsindən istefa edərək 1953-cü ilin yanvarında doktorantı olduğu fakültədə 

assistent  (Prof.  köməkçisi)  vəzifəsinə  keçmişdir.  1955-ci  ilin  dekabrında 

«Qaraqoyunlular: qəbilə quruluşu və başlanğıcdan Cahan şaha qədər siyasi 

tarixləri» mövzusunda  dissertasiyasını  (169  səhifə)  jüri  qarşısında  müdafiə 

edərək dosent adını almışdır. 

Faruq Sümər 1 iyun 1956-ci  ildə türk silahlı qüvvələrində həqiqi hərbi 

xidmətə  çağrılmış,  bir  il  altı  ay  ordu  sıralarında  olmuş,  tərxis  edildikdən 

sonra əvvəlki işinə qayıtmışdır. 

1959-60-cı illərdə London Universitetinin Asiya və Afrika Araşdırmala-

rı Məktəbində müsafir dosent kimi dərs demişdir. 

Dosent adını almasından 5 il keçdiyinə görə «Oğuzlara aid dastani ma-

hiyyətdə əsərlər» adlı araşdırmasını (həcmi 6 çap vərəqi, elmi jurnalda dərc 

olunmuşdur) növbəti akademik dərəcəyə,  yəni professorluğa təqdim etmiş, 

bürokratik prosedurlar uzun sürdüyü üçün, nəhayət, 1963-cü ilin dekabrında 

universitetin professoru adını ala bilmişdir. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə