Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə14/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   10   11   12   13   14   15   16   17   ...   213

FARUQ SÜMƏR 

30 


 

xana aid hissəsi milli qayə güdən ziyalı bir türkün təxəyyülünün məhsuludur. 

Digər  tərəfdən,  oğuzların  24  boydan  ibarət  olduqları  haqda  məlumatlar  da 

XI əsrdən qədimə getmir.  

  

2. BARLIQ ÇAYI SAHİLİNDƏ YAŞAYAN OĞUZLAR  

  

115-ci ilə yaxın Orxon bölgəsində Hiun-nuların yerini seinpilər tutdular. 



Onları  isə  juan-juanlar  əvəz  etdikdən  sonra  552-ci  ildə  göytürk  imperiyası 

yaradıldı. Bu imperiya o vaxtadək Orta Asiyada qurulmuş dövlətlərin ən bö-

yüyü  idi.  Bugünkü  məlumatlarımıza  görə,  türk  dilinə  aid  xatirələr  də  göy-

türk imperiyası dövrünə aiddir. Bu xatirələri başlıca olaraq qəbirüstü kitabə-

lər  təşkil  edir.  Bunlar  Orxon  və  Yenisey  kitabələri  olmaq  üzrə  iki  qismə 

ayrılır. Orxon kitabələri VIII əsrin yadigarıdır, Yeniseydəkilərin isə daha əv-

vəl, qüvvətli ehtimala görə, VII əsrdə yazıldığı təxmin edilir. Oğuz adına da 

ilk dəfə elə bu Yenisey kitabələrinin birində rast gəlirik. Ulu Kəm çayına tö-

külən Barlıq çayı sahilindəki bu kitabə eynən bu cürdür:  

1. Ər ərdəmi atım tabdım ərdəmi (üçün?)  

2. Öz Yigən  Alp Turan  altı  oğuz budunda  üç  yegirmi (yaşımka) adırıl-

dım.  


3. Bəg ərikimə sizimə adırıldım.  

Müasir türk dilində:  

1. Ər ərdəmi adımı tapdım ərdəmi (üçün)  

2. Öz Yigən Alp Turan altı oğuz elindən on üç (yaşımda) ayrıldım.  

3. Bəylik nüfuzumdan, sizlərdən ayrıldım

1

.  



Belə çıxır ki, bu kitabə -əgər düz oxunmuşsa- altı boy halında olan oğuz-

ların kitabənin yazıldığı dövrdə Barlıq yörəsində yaşadıqlarını göstərir. Biz 

həmin dövrün VII əsrin (birinci yarısı və ya ortaları) olduğu qənaətindəyik. 

«Altı oğuz budunda» ibarəsi isə altı boydan ibarət oğuz eli (qövmü) demək-

dir. Həmin əsrin ikinci yarısından sonra oğuzlar Tula çayı sahillərində ikən 

doqquz boydan ibarət idilər. Hətta Kül-Təgin və Bilgə kağana aid kitabələr-

də rast gələn «Üç oğuz süsü» (Üç oğuz qoşunu) ifadəsindən oğuzların o za-

manlar  biri  üç  oğuz,  digəri  altı  oğuz  olmaqla  iki  qola  ayrıldıqlarını  təxmin 

etmək mümkündür. Bəlkə oğuzlar Barlıq çayı sahillərində  yaşayarkən doq-

quz  boydan  ibarət  olmuş  və  kitabədə  bunlardan  yalnız  altı  oğuz  qolu  ifadə 

edilmişdir?  Zənnimizcə,  kitabə  yazılarkən  (yəni  VII  əsrin  birinci  yarısında 

və  ya  ortalarında)  oğuzların  altı  boydan  ibarət  olduqlarını  düşünmək  daha 

doğru olar. Kitabədəki «budun» sözü hər halda oğuzların hamısını əhatə edir. 

Oğuzların  VII  əsrdə  altı  boydan  ibarət  olmaları  bizim  üçün  bu  baxımdan 

əhəmiyyətlidir:  «Cami  ət-təvarix»də  oğuzların  mənşəyi  fəslində  yazılır  ki, 

                                                           

1

 Hüseyn Namiq Orkun. Əski türk yazıtları (kitabələri). İstanbul, 1940, III, s. 61. (Bundan 



sonra əsərin adı ƏTY şəklində veriləcək - tərcüməçi). 


OĞUZLAR (TÜRKMƏNLƏR) 

31 


 

24 boy bərabər sayda olmaq üzrə Oğuz xanın altı oğlundan törəmişdir. An-

caq daha diqqətəlayiq  cəhət  budur ki,  damğaları  ayrı-ayrı olduğu halda hər 

dörd boy bir müştərək onqona malikdir. Bu fakt 24 oğuz boyunun da qədim 

zamanlarda altı boy halında yaşadığını göstərir. Bu altı onqonun hamısı me-

şə bölgələrinda yaşayan yırtıcı quşlardır

1

.  


Barlıq kitabəsinin altı  oğuzlara mənsub bir bəyin qəbirüstu kitabəsi  ol-

duğu  məlumdur.  Öz  Yigən  Alp  Turan  adlı  bu  bəy  13  yaşında,  dəliqanlılıq 

çağına çatmadan vəfat etmişdir. Turan adı (bugünkü tələffüzlə Duran) Tür-

kiyədə qədimdə ən çox qoyulan adlardan biridir. O, indi daha çox qadınlara 

verilir və kəndlərdə qoyulur.  

Barlıq bölgəsində bundan başqa daha üç kitabə də aşkar edilmişdir. Bun-

lar Köni Tirig, Bayna Sanqun oğlu Külüg Çur və üçüncüsü adı oxunmayan 

bir bəyə aiddir

2

. Onlarda heç bir qövmün adı göstərilməsə də, birinci kitabə 



kimi hər üçünün oğuz bəylərinə aid olması ehtimal edilir.  

Aşağıda  görəcəyiniz  kimi,  Kutluğ  göytürk  dövlətini  qurmağa  girişdiyi 

vaxt oğuzlar Tula ayı sahillərində yaşayırdılar. Onların bir kağanı vardı. Bu 

səbəblə  oğuzların  Tula boyuna  gəlişinin 630-cu ildə  göytürk dövlətinin  sü-

qutundan sonra baş verdiyi şübhəsizdir. Kəmçik çayına tökülən Çırğak çayı 

boyundakı  ədizlər  də

3

 cənub-qərbə  enərək  eyni  şəkildə  oğuzların  yanında 



yurd salmışlar.  

  

3. TULA BOYUNDA OĞUZLAR  

  

Göytürk  şahzadələrindən  Kutluğun  öz  dövlətini  qurmasından  sonra  ke-



çən 80 illik dövr barədə milli qaynaqlarımız var. Bu qaynaqlar Orxon kita-

bələridir. Bu  kitabələrdə  irqi  mahiyyəti və  siyasi  səciyyəsi  nə olursa-olsun, 

bütün siyasi və qövmi təşəkküllər budun gəlməsi ilə ifadə edilir: türk budu-

nu,  tabqaç  budunu,  kıtay  budunu,  oğuz  budunu,  qırğız  budunu.  Köçəri  bu-

dunlar bir çox boylardan (kitabələrdəki bod?) meydana gəlmişdir. Boylar da 

hər halda obalara ayrılırdı.  

Türkiyə  türkcəsində  «budun»  və  qövm  qarşılığı  olaraq  qədimdən  «el» 

sözü işlənir. Eli meydana gətirən təşəkküllərə boy, boyu meydana gətirənlə-

rə isə oba deyilir.  

İkinci göytürk dövləti qurulduğu əsnada Orta Asiyadakı siyasi və qövmi 

vəziyyəti belə idi:  

                                                           

1

 Ulu  Kəm  ilə  Ana  Kəmin  (Yeniseyin)  yuxarı  yatağının  türklərin  ana  yurdu  olan  bölgəyə 



daxil olduğu həqiqətdir. İssık-kul dolayları və Sır-Dəryanın şimalındakı bozqırlar, şübhəsiz 

ki,  türklərin  əsl  ana  yurdu  olan  bölgənin  xaricində  idi.  Türklərin  bozqır  həyatından  əvvəl 

meşə həyatı yaşayıb-yaşamadıqları bilinmir. Hər halda bu, xüsusi araşdırma tələb edir. 

2

 ƏTY, III, s. 62-64. 



3

 Yenə orada, s. 80. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə