Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə2/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 



18 iyun 1974-cü ildə Prof. Dr. Əqdəs Nemət Kuratın vəfatı ilə əlaqədar 

Ankara Universiteti  dil və  tarix-coğrafiya  fakültəsində  orta əsrlər tarixi ka-

fedrasının müdiri vəzifəsi boşalmış, Faruq Sümər müdir seçilmişdir. Bu və-

zifədə 8 il çalışdıqdan sonra həmkarlarının və tələbələrinin təkid və israrları-

na baxmayaraq, elmi tədqiqatlara daha çox vaxt ayırmaq məqsədilə 10 iyul 

1982-ci ildə 58 yaşında ikən təqaüdə çıxmış və İstanbula köçmüşdür. Halbu-

ki həmin vaxt onun rəsmi təqaüd yaşına tam 10 il qalırdı.        

  Faruq Sümər zahirən çox sağlam görünsə də, səhhətində bəzi problem-

lər  yaşamışdır.  Əski  mətnləri  zərrəbinlə  oxumaqdan  sağ  gözü  zəifləmiş  və 

1958-ci ildə baş verən iltihab nəticəsində tam tutulmuşdur. 1977-ci ildə isə 

mədəsindən  əməliyyat  olmuşdur.  Üstəlik,  ekiz  uşaqlarından  Əli  Qutlunun 

25 yaşında nəqliyyat qəzasında həlak olması onu hədsiz dərəcədə sarsıtmış-

dır. Bir müddət İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsi xəstəxanasın-

da  müalicə  olunsa  da,  qara  ciyər  xərçəngindən  21  oktyabr  1995-ci  ildə  71 

yaşında  haqqın  rəhmətinə  qovuşmuşdur.  26  oktyabr  günü  Türk  Dünyası 

Araşdırmaları Vəqfində düzənlənən mərasimdən sonra Fateh camisində qı-

lınan namazın ardından Qozludakı ailə məzarlığında dəfn edilmişdir. 

Faruq  Sümər  dörd  oğul  atasıdır,  iki  dəfə  ailə  qurmuşdur.  Özü  kimi  ta-

rixçi  olan  birinci  eşi  Prof.  Dr.  Minə  Ərol  xanımdan  Səlcuq  adlı  bir  oğlu, 

ikinci eşi Cəmilə Nuray xanımdan Əli Qutlu, Cavad Mutlu və Zəki Gültəkin 

adlı üç oğlu olmuşdur.           

Ərəb,  fars,  ingilis  və  fransız  dillərini  mükəmməl  bilən  Prof.  Dr.  Faruq 

Sümər təqribən 400 elmi əsər müəllifidir. Bunlardan bir qismi kitab və dis-

sertasiya, bir qismi elmi məqalə və məruzə, bir qismi isə ensiklopediya mad-

dəsi, rəy və tərcümədir.  Onun qələmindən 22 kitab çıxmışdır ki, bunlardan 

19-u nəşr olunmuş, 3-ü isə işıq üzü görməmişdir. 

Müəllifi  (daha  doğrusu,  həmmüəllifi)  olduğu  ilk  kitab  ingiliscə  çıxan 

«Turkishe  Archtecture»  («Türk  memarlığı»)  kitabıdır (1965,  190  səhifə). 

Özü  ilə  birlikdə  altı  professor  tərəfindən  yazılan  bu  kitab  üç  dəfə  işıq  üzü 

görmüş, xarici ölkələrdə mütəxəssislərin dərin marağına səbəb olmuşdur. 

Ünlü tarixçinin şahəsəri «Oğuzlar (Türkmənlər). Tarixləri-Boy təşkilatı-

Dastanları»  kitabı  cüzi  əlavələrlə  5  dəfə  (1967,  1972,  1980,  1992,  1999) 

nəşr edilmişdir. Bütün dünyada oğuzlar haqqında yazılmış bu ən gözəl kita-

bı 1988-ci ildə Sabir Rüstəmxanlının tövsiyəsi ilə çox qısa müddətə (iki aya) 

tərcümə  edərək  çapa  hazırladım.  1989-cu  ildə  İstanbulda  olarkən  mərhum 

Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfində Fa-

ruq Sümərlə tanış oldum və əsəri tərcümə etmək üçün ondan icazə istədim. 

Hələ  SSRİ  tərkibində  olan  Azərbaycanla  Türkiyənin  ayrı-ayrı  müəllif  hü-

quqları cəmiyyətlərinə üzv olduqları üçün ona honorar verilməyəcəyini bil-

dirdim. O, honorar-filan istəmədiyini, nəşriyyatın onu bir neçə günlüyə Ba-

kıya dəvət etməsinin yetərli olacağını söylədi. Sonra «Bunlar tamam da, siz 



FARUQ SÜMƏR 

 



azəricə  biliyormusunuz?»  deyə  soruşdu.  «Nasıl  bilməm,  hocam,  bən  azəri-

yim» dedim. Tezliklə məsələnin məğzi bilindi. O məni ərzurumlu-filan san-

mış, ədəbi Azərbaycan dilini bilib-bilmədiyimi anlamaq istəmişdi: «Türkçə-

niz o kadar güzəl ki, bəni şaşırttınız» dedi.  

Kitab 1989-cu ildə Sabir Rüstəmxanlı tərəfindən «Yazıçı» nəşriyyatının 

planına salındı, 1992-ci ildə Kamil Vəliyevin ön sözü ilə 8.500 nüsxə tirajla 

nəşr edildi və bir-iki həftə ərzində satılıb qurtardı. Onun bəlkə də 500 nüsxə-

sini müxtəlif mağazalardan mən özüm  alıb qohum-qardaşa, dost-tanışa ba-

ğışladım. O dövrdə şiddətli inflyasiya olduğu üçün mənə çatacaq 4.300 ma-

nat  honorar artıq qəpik-quruşa çevrilmişdi.  Nəşriyyat  indeksasiya tətbiq et-

məkdən boyun qaçırdı, mən də onu almaqdan vaz keçdim (o vaxt Sabir Rüs-

təmxanlı  «Yazıçı»dan  getmişdi).  Təbii  ki,  nəşriyyat  Faruq  Süməri  Bakıya 

dəvət etmədi (onun elə bir səlahiyyəti də  yox idi). Beləliklə, nə müəllif, nə 

də  mütərcim  bu  kitabdan  heç  bir  qazanc  əldə  etmədi.  İrihəcmli  bu  əsərin 

tərcüməsinə  sərf  etdiyim  zəhmət,  korrekturanın  oxunmasına  itirdiyim  vaxt, 

təxminən  min  səhifəlik  mətnin  makinada  yazılmasına  xərclədiyim  pul,  hər 

gün nəşriyyata ayaq döyməyim türklüyə halal  olsun. Sonra Faruq Sümərlə 

görüşmək qismət olmadı. Mən tərcümədən (sanıram) 5 ədəd Turan Yazqana 

verdim ki, müəllifə çatdırsın. Kitablar xocaya çatmış və onu hədsiz dərəcədə 

sevindirmiş, hətta duyğulandırmışdı. Bunu sonra öyrəndim. 

«Oğuzlar» 1999-cu ildə Məhəmməd Aydoğduyev tərəfindən türkmən di-

linə çevrilmişdir. Türkmənistanın o vaxtkı rəhbəri Səfərmurad Türkmənbaşı 

Faruq Sümərə böyük iltifat göstərmiş, onu bir neçə dəfə Aşqabada dəvət et-

miş,  türkmən  pasportu  vermiş,  ordenlə  təltif  etmişdi.  Alim  Türkmənistan 

Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi.  

Kitabın  azərbaycanca  nəşrindən  21  il  ötmüş,  ölkəmiz  latın  əlifbasına 

keçmiş, kiril əlifbasını bilməyən yeni bir nəsil yetişmişdir. Milli dövlət qu-

ruculuğunda, milli şüurun inkişafında «Oğuzlar» kimi bir əsərin oynayacağı 

müsbət  rolu  nəzərə  alaraq  onu  yenidən  nəşr  etməyi  qərara  aldım.  Bu  dəfə 

texniki səbəblər üzündən birinci nəşrdə nəşriyyatın ixtisara saldığı xəritələri 

və  cədvəlləri  də  veririk.  Kitaba  digər  və  yeganə  «düzəlişimiz» haşiyələrdə 

dahi  Mahmud  Kaşğarinin  «Divanü  lüğat-it-türk»  kitabına  dair  iki  istinada 

(Kilisli və Atalay) üçüncü istinadı əlavə etməkdir. Burada «Divan»ın Azər-

baycan dilinə tərcüməsinin (2006-cı il)  müvafiq yerləri göstərilir.      

«Oğuzlar» haqqında geniş məlumata lüzum yoxdur. Oxucular onun necə 

dərin, əhatəli və milli əsər olduğunu görəcək, sevə-sevə oxuyacaqlar. Yalnız 

onun bir neçə özəlliyini qeyd etmək istərdim.  

Kitab üç hissədən ibarətdir. İlk hissə oğuzların tarixindən bəhs edir. Mü-

əllif burada «Oğuz» adının etimologiyası, qədim dövrdə Barlıq çayı sahilin-

də, Tula boyunda, göytürklər və uyğurlar dövründə yaşayan oğuzlar haqqın-

da  bilgilər  verdikdən  sonra  onların  vətəni,  həyat  tərzi,  iqtisadi  həyatı,  əski 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə