Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə3/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 



dini inamları, islamı qəbul etmələri, adət-ənənələri barədə söz açır. Bundan 

əlli  il  əvvəl  təqdim  olunan  bir  çox  maraqlı  məlumatlar,  ilk  dəfə  açıqlanan 

faktlar elm aləminə böyük bir alimin qədəm qoyduğunu göstərirdi.  

Oğuzların qurmuş olduqları böyük və möhtəşəm Səlcuqlu imperiyasının 

Yaxın  və  Orta  Şərq  xalqlarının  taleyində  oynadığı  misilsiz  rol,  eşsiz  türk 

qəhrəmanı Alparslanın 1040-cı ildə Dandənəkan meydan müharibəsində İra-

nı, 1071-ci il Malazgirt meydan müharibəsində isə Bizansı məğlub etməsi, 

oğuzların Orta Asiyada və Qafqazda, İranda və Anadoluda, İraqda və Suri-

yada  gerçəkləşdirdikləri  fütuhatlar,  səlib  yürüşlərinə  və  monqol  istilasına 

son qoymaları, Osmanlı, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərini meydana gə-

tirmələri, daha sonra Misiri, Hicazı, Əlcəzairi, Mərakeşi, Balkanları ələ ke-

çirmələri, Vyana qapılarına qədər  getmələri, bir sözlə, üç qitəyə hakim ol-

maları ilkin mənbələrin dili ilə inandırıcı bir şəkildə göstərilmişdir. 

Kitabın “Boy təşkilatı və boylar” adlanan II hissəsində Kaşğari, Yazıçı-

oğlu və Rəşidəddinə görə oğuz boylarının adları, mənaları, hər boyun öz ət 

qismi və onqonu, başqa ifadə ilə, sümüyü və quşu, hiyerarxiya içində dəqiq 

mövqeyi tək-tək təsvir edilmişdir. Kayı, bayat, alka bölük, qara bölük, yazır, 

döyər, dodurğa, yaparlı, əfşar, kızık, bəydili, karkın, bayındır, peçeneq, ça-

vuldur, çəpni, salur, eymür, ala-yundlu, yürəgir, iğdır, büğdüz, yıva və kınık 

olmaq üzrə 24 oğuz boyunun ucsuz-bucaqsız bir coğrafiyada yayılması, kö-

çəri və ya oturaq şəkildə yaşaması, onların adını daşıyan yer adları və sair 

məsələlər sistemli bir şəkildə tədqiq edilmişdir.   

Kitabın dastanlardan bəhs edən son hissəsində onların mövzusu, yazıldı-

ğı zaman və yer, dastan qəhrəmanları və onların müsəlmanlığı, iqtisadi hə-

yatı,  siyasi  fəaliyyəti,  ordaları, ailə  həyatı  maraqlı  faktlar  əsasında göstəril-

miş, oğuzlarda ordu, minicilik, geyim, ovçuluq, əyləncələr ayrı başlıqlar al-

tında araşdırılmışdır. Oğuzların davranışlarına xüsusi bölmə həsr edən Faruq 

Sümər onların psixologiyasını, şərəf, ləyaqət və heysiyyət duyğularını, ülvi 

ruhunu, daim zəiflərin və gücsüzlərin tərəfində olmalarını, oğuzlara xas olan 

dərin humanizmi, sonsuz mərdlik, cəsarət və cəngavərliyi, bir sözlə, saysız-

hesabsız müsbət məziyyətləri dastanların özündən gətirdiyi faktlar əsasında 

çox böyük ustalıqla gözlər önünə sərmişdir.  

F.Sümər bu kitabı yazarkən ərəb və fars dillərindəki qədim mənbələrə, o 

cümlədən Bəlazuri, ibn Dəvadari, ibn Tağrı-Birdi, ibn ül-Əsir, Məkrizi, Tə-

bəri, Mərvəzi, Cüveyni, Beyhaki, Gərdizi, İstəxri, Biruni, Müqəddəsi, Hafiz 

Əbru,  ibn  Bibi,  Həmdulla  Müstövfi,  Rəşidəddin,  Mirxond,  Ravəndi,  türk 

müəlliflərindən Yazıçıoğlu, Ruhi, Şikari, Nəşri, Peçevi, qərb səyyahlarından 

Marko Polo, Rubruk, Nibur, Klavixo kimi şəxsiyyətlərin əsərlərinə, eləcə də 

çağdaş tarixçilərin bu dövr və mövzu ilə bağlı araşdırmalarına, təqribən 400 

adda elmi ədəbiyyata müraciət etmişdir. 

Müəllif kitabın sonuna dolğun və məzmunlu bir xülasə də əlavə etmişdir. 



FARUQ SÜMƏR 

 



Faruq Sümərin kitablarından biri «Qaraqoyunlular: başlanğıcdan Cahan 

şaha  qədər»  adlanır  (1967,  167  səhifə;  1984  və  1992-ci  illərdə  təkrar  nəşr 

edilmişdir). Bu kitab bizə «Oğuzlar» qədər vacibdir, çünki 1387-1468-ci il-

lərdə Şimali və Cənubi Azərbaycan ərazisində mövcud olmuş böyük və mil-

li dövlətimizin tarixi haqqında ən yaxşı monoqrafiyadır.  

Ünlü tarixçinin «Səfəvi dövlətinin quruluşu [qurulması] və gəlişməsində 

[inkişafında] Anadolu türklərinin rolu (Şah İsmayıl ilə xələfləri və Anadolu 

türkləri)» kitabının (1976, 265 səhifə, təkrar nəşri 1992) adı bizə çox şey de-

yir. Dərin ehtiyacı nəzərə alaraq alimin qaraqoyunlular və səfəvilər haqqın-

dakı kitablarını tezliklə ana dilimizə tərcümə etmək lazımdır. 

«Türklərdə  atçılıq  və  minicilik»  kitabı  da  (1983,  132  səhifə)  çox  dərin 

və gərgin axtarışların məhsuludur. Burada tarixi bilgilərlə yanaşı etnoqrafik 

məlumat, sərraclıq və qoşqu ləvazimatı ilə bağlı terminlər nəzərə çarpır.  

Faruq Sümərin «Əski türklərdə şəhərçilik» kitabı (1994, 112 səhifə) qə-

dim türklərdə şəhərsalma mədəniyyətinin tarixinə həsr olunmuş, burada bir 

çox qədim türk şəhəri haqqında maraqlı faktlar və xəritələr verilmişdir.  

Qısa adı «Yabanlu bazarı» olan başqa bir kitabı (1985, 132 səhifə) türk 

iqtisad  tarixinin  unudulmuş  bir  dönəmini  işıqlandırır.  XIII  əsrdə  Zamantı 

qalası  çevrəsində  mövcud  olan  ilk  beynəlxalq  yarmarkadan  bəhs  edən  bu 

əsərin mətni türk və ingilis dillərindədir. 

 «Əshabül-Kəhf»  kitabı  (1989,  92  səhifə)  islam  aləmində  məşhur  olan 

əfsanəvi  bir  mağara  və  onun  əsrlərcə  yuxuda  olmuş  sakinləri  haqqındadır. 

Qədim  tarixi  qaynaqları  araşdıran  müəllif  bu  qənaətə  gəlmişdir  ki,  həmin 

mağara  Maraş  vilayətinin  Afşin  rayonunda  yerləşir.  Kitab  bizim  üçün  də 

maraq kəsb edir, çünkü Naxçıvanda da belə bir mağara vardır. 

«Səlcuqlular dövründə Doğu Anadoluda türk bəylikləri» adlı həcmcə ki-

çik, lakin fakt baxımından çox zəngin kitabı (1990, 100 səhifə, təkrar nəşri 

1998),  adından  da  göründüyü  kimi,  Anadoludakı  bəzi  kiçik  dövlətlərin 

(məngücəklilər, saltuqlular və axlatşahlar) tarixindən bəhs edir.               

Faruq Sümərin ən gözəl kitablarından biri də «Çəpnilər» kitabıdır (1992, 

144 səhifə). Burada oğuzların  24 boyundan biri  olan, Anadolunun  fəthində 

və  türkləşməsində  müstəsna  rol  oynayan  çəpnilərin  tarixi  işlənmişdir.  Ali-

min «Tirəbolu tarixi» bu kitabın davamı kimi yazılmışdır (1992, 255 səhifə). 

Bu  əsərdə  çəpnilərin Qara dəniz bölgəsində  mövcud olmuş  Trabzon  yunan 

dövlətinə qarşı qəhrəmanlıq mübarizəsindən söz açılır. 

«Türk cümhuriyyətlərini meydana gətirən ellər və türk dastanları» kitabı 

alimin ölümündən iki il sonra işıq üzü görmüşdür. Faruq Sümər bu əsərini 

həyatda ikən bitirmiş, lakin nəşrini görmək ona qismət olmamışdır. 

«Türk  dövlətləri  tarixində  şəxs  adları»  kitabı  da  müəllifin  ölümündən 

sonra  çap  olunmuşdur.  Kitabın  birinci  və  ikinci  (1999,  450  və  428  səhifə) 

cildlərinə  ön  sözü  mərhum  Turan  Yazqan  yazmışdır.  Burada  göytürklər 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə