Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə4/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 



dövründən osmanlıya qədər türk dövlətlərində işlənmiş şəxs adları, ünvanlar, 

onların  mənaları,  etimologiyası  göstərilmiş,  son  dərəcə  maraqlı  etnoqrafik 

məlumatlar verilmişdir. Bu kitabı da ana dilimizə qazandırmaq pis olmazdı. 

Tanınmış  alim  «İslam  qaynaqlarına  görə  Malazgird  savaşı»  kitabını 

(1971, 148 səhifə, ikinci nəşri 1989) həmkarı Prof. Dr. Əli Sevimlə birlikdə 

hazırlamışdır. Bu kitabda Malazgird savaşı haqqında ərəb və fars dillərində-

ki bütün mənbələr orijinalları və tərcümələri ilə birlikdə verilmişdir. 

Faruq  Sümər  məşhur  müvərrix  Əbubəkr  Tihraninin  iki  hissədən  ibarət 

«Tarixi-Diyarbəkiriyyə» əsərini (1993, 309 və 369 səhifə) həmkarı Prof. Dr. 

Nəcati Luqal ilə birlikdə çapa hazırlamış və elmi dövriyyəyə daxil etmişdir. 

Vətənpərvər  alim  «Kitabi-Dədə Qorqud»u A.E.Uysal  və  V.S.Valker ilə 

birlikdə  ingilis  dilinə  tərcümə  etmişdir:  «The  Book  of  Dede  Korkut  a  Tur-

kish Epik» (1972, 235 səhifə, Texas Universiteti, təkrar nəşri 1992). Faruk 

Sümər bu vətənsevər təşəbbüslə bağlı bu sətirləri yazmışdır: «Milli dastanı-

mız olan Dədə Qorqud dastanlarının dünya dastanları arasında yer almamış 

olması məni davamlı bir şəkildə üzürdü. Bu qaçınılmaz görəvi yerinə gətir-

mək  üçün  iki  arkadaşımla  birlikdə  dastanları  ingiliscəyə  çevirdikdən  sonra 

ona giriş, notlar və biblioqrafiya əlavə etdik». 

Faruq Sümərin bu günə qədər nəşr olunmamış üç kitabı da var: «İslam 

dövlətləri (tarixçələri, xronologiya və soy kötüyü cədvəlləri», «Koroğlunun 

tarixi  şəxsiyyəti»  və  «Mənəmənçioğulları  tarixi»dir.  Bunlardan  «Koroğlu-

nun tarixi şəxsiyyəti» kitabını ana dilimizə çevirmək çox faydalı olardı. 

Buraya  qədər  göstərdiklərimiz  Faruq  Sümərin  kitablarıdır.  Alimin  zən-

gin  elmi  irsi  bunlarla məhdudlaşmır. Biblioqrafiyalara baxaraq apardığımız 

təxmini hesablamalara görə, Faruq Sümərin qələmindən 164 jurnal məqaləsi, 

28 məruzə, 104 ensiklopediya maddəsi, 4 nekroloq, bir neçə müsahibə çıx-

mışdır.  Bu  məqalələr  arasında  bizim  üçün  çox  önəmli  olanların  bəzilərini 

göstərmək  istərdim: «Azərbaycanın  türkləşməsi  tarixinə  ümumi  bir  baxış», 

«Az tanınmış bir türk hökmdarı Uzun Həsən bəy», «Əfşarlar», «Ağqoyunlu-

lar»,  «Koroğlu,  Giziroğlu  Mustafa  və  Dəmirçioğlu  haqqında  vəsiqələr  [sə-

nədlər]» və s. və i.a. Faruq Sümərin əsərlərinin Azərbaycan elmi dövriyyə-

sinə  daxil  edilməsi  milli  tariximizin  daha  dərindən  öyrənilməsinə  mühüm 

töhfə verər, bilik və məlumatlarımızı xeyli zənginləşdirərdi. 

Faruq  Sümər  bir  çox  yerli  elmi  məclislərə  qatılmış,  xaricdə  keçirilən 

simpozium və konfranslarda Türkiyəni ləyaqətlə təmsil etmişdir. Alim müx-

təlif  illərdə  Vyana,  Münxen,  Hamburq,  Paris,  London,  Madrid,  Budapeşt, 

Kembric,  Oksford,  Miçiqan,  Tehran,  Sarayevo,  İslamabad  və  başqa  şəhər-

lərdə toplanan nüfuzlu beynəlxalq forumlarda maraqlı məruzələr oxumuşdur. 

 Dərin və ciddi əsərləri Faruq Sümərə hər yerdə hörmət qazandırmışdır. 

1971-ci  ildə  Kaliforniyadakı  Berkli  Universiteti  onu  ayda  beş  min  dollar 




FARUQ SÜMƏR 

10 


 

maaşla türkoloji araşdırmalar mərkəzinə müdir vəzifəsinə dəvət etmiş, lakin 

xoca vətəndən uzaqda yaşaya bilməyəcəyi üçün bu təklifi rədd etmişdir.  

1974-1975-ci  illərdə  Frankfurt  Universitetində  müsafir  professor  kimi 

dərs demiş, müxtəlif vaxtlarda İngiltərədə, Fransada, Almaniyada, İranda və 

ABŞ-da elmi ezamiyyətlərdə olmuşdur.   

Prof. Dr. Faruq Sümər öz fakültəsində mühazirələr oxumaqla yanaşı İs-

tanbul  Türk  Musiqisi  Dövlət  Konservatoriyasında,  İstanbul  Ali  Müəllim 

məktəbində, Memar Sinan Universitetində, Ərzurum Atatürk Universitetin-

də də dərs demiş, bir sıra elmi qurumların işində (məsələn, Türk Tarix Qu-

rumu, Səlcuqlu Tarix və Mədəniyyəti İnstitutu, Osmanlı Öncəsi və Osmanlı 

Beynəlxalq  Araşdırmalar  Komitəsi,  Bizans  Araşdırmaları  Cəmiyyəti  və  s.) 

yaxından iştirak etmiş, bəzi elmi jurnalların redaktoru olmuşdur. 

Faruq  Sümər  əsil  türk  və  gerçək  tarixçi  olaraq  öz  prinsiplərindən  əsla 

vaz keçməmişdir. Tarixin ideologiyaya və bəzi məkrli mənafelərə alət edil-

məsinə qarşı çıxmış, tarixçinin neytral və tərəfsiz olması gərəkdiyini söylə-

mişdir. 1980-ci  il çevrilişi  zamanı hərbçilərin kürdlərin türk olması  barədə 

məqalə  yazmaq  xahişini  qətiyyətlə rədd etmiş,  «Kürdlər türk deyildir, mən 

də əmr qulu deyiləm, mən tarixçiyəm» deyə kəskin etirazını dilə gətirmişdir. 

1934-cü ildə soyadı islahatı ilə əlaqədar olaraq ailəsinin aldığı Dəmirtaş 

familiyasını daşıyan Faruq bəy daha sonra Sümər (yəni Şumer) familiyasını 

qəbul  etmişdir.  Ona  görə  də  elmi  əsərlərinin  bir  qismi  Faruq  Dəmirtaş  im-

zası ilə nəşr olunmuşdur. Ancaq oğuzlar haqqında saysız-hesabsız tədqiqat 

və araşdırmalar apardığı üçün mən şüuraltı bir şəkildə Faruq Sümər adını nə 

üçünsə  Faruq  Oğuz  kimi  qavrayıram.  Türkiyədə  və  Azərbaycanda  bir  çox 

adamın eynən mənim kimi düşündüyünü gördüm və duyğulandım. 

Faruq Sümər araşdırmalarını daima şaquli və üfiqi parametrlər üzrə, təs-

diq-təkzib,  induksiya-deduksiya  metodları  üzrə,  dərininə  və  eninə  olmaqla 

yürütmüşdür. Bəzən kiçik bir fakt üçün həftələrlə, aylarla axtarış aparmışdır. 

O, heç bir qarşılıq və təmənna gözləmədən, yorulub-usanmadan, gecə-gün-

düz çalışmış, türklüyün gələcəyi naminə türklüyün keçmişini araşdırmışdır. 

O, maddi sərvət  adına heç nə  qazanmamışdır, onun qazandığı  bütün sərvət 

mənəvidir. O sərvətin həcmi Turan qədər böyük və əngindir.   

Faruq Sümər qəhrəman və nəcib türk millətinin böyüklüyünə və qədim-

liyinə  qeyd-şərtsiz  inanmışdır.  Həyatının  başlıca  məqsədi  türk  millətinin 

şanlı  keçmişini  araşdırmaq  və  millətin  bunu  öyrənməsini  təmin  etmək  idi. 

Buna böyük ölçüdə nail olmuşdur. Türk milləti var olduqca Faruq Sümərin 

adı onunla birlikdə yaşayacaq. 

 

Ramiz ƏSKƏR. 

Bakı, 8 yanvar 2013-cü il. 

 



Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə