Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə5/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

11 


 

 

 

 

 

 

 

 

 

 

ÖN SÖZ 

 

 



XI əsrdən etibarən həm də türkmən adlandırılan oğuzların Türkiyə türk-

ləri  ilə  Azərbaycan,  İraq  və  Türkmənistan  türklərinin  əcdadları  olduqlarını 

bilirik. Səlcuqlu və Osmanlı xanədanlarının da onlardan çıxdığını xatırlasaq, 

oğuzların  dünya  tarixində  çox  mühüm  rol  oynamış  bir türk  qövmü  olduğu 

ortaya çıxar.  

Oğuzlar Sır-Dərya sahillərində və onun şimalındakı bozqırlarda məskun 

olduqları vaxt onların ancaq bir qismi şəhərlərdə yaşayırdı. Savaşla məşğul 

olmadıqları  və  özlərini  şəhər  həyatının  labüd  qıldığı  işlərə  həsr  etdikləri 

üçün oğuzların köçəri eldaşları onlara istehza ilə «yatuq», yəni «tənbəl» adı 

vermişdilər.  Əslində,  köçəri  oğuzlar  oturaq  eldaşlarına  istehza  etməkdə  öz 

anlayışları  baxımından  haqlı  idilər.  Çünki  səlcuqlu  imperiyasını  oturaq 

oğuzlar deyil, məhz onlar yaratmışdılar. Ancaq köçəri oğuzlar da 1071-ci il 

Malazgird zəfəri ilə Anadolunu fəth edərək bu ölkədə oturaq həyata keçmə-

yə başladılar. XIII əsrdə onların mühüm bir qisminin artıq şəhər və kəndlər-

də yaşadığı müşahidə edilir.  

Bununla  bərabər,  həmin  əsrdə  Anadoluda  çoxunu  yeni  gələnlərin,  yəni 

monqol istilasından qaçanların təşkil etdiyi böyük miqdarda köçəri türk ün-

sürü də vardı. Səlcuqlu dövləti bir daha qurtula bilməyəcəyi şəkildə monqol 

hakimiyyəti altına girdikdə oğuzların deyimi ilə «yatuqlar», yəni oturaq türk 

xalqı özünü taleyin hökmünə buraxdığı halda, köçəri türk ünsürü, yəni türk-

mənlər  monqollara  qarşı  mübarizədən  əl  çəkmədilər.  Nəticədə,  köçəri  türk 

ünsürü olan türkmənlər əvvəlcə Türkiyədə, sonra isə buradan gedərək İran-

da siyasi hakimiyyəti ələ keçirdilər. Beləliklə, onlar Türkiyə tarixinin ikinci 

dövrünün  -  bəyliklər  dövrünün  yaradıcıları  olmaqla  birlikdə  İranda  da  XX 

əsrədək türk hakimiyyətini davam etdirdilər. Türkiyə tarixinin üçüncü döv-

rünü açan  osmanlı xanədanına  gəlincə, onun da  köçəri türk ünsürünə mən-

sub  olduğu  məlumdur.  Digər  tərəfdən,  osmanlı xanədanının  həm  Mərmərə 

ətrafının fəthində, həm də Rumelinin ələ keçirilməsində mənsub olduğu kö-

çəri ünsürdən geniş ölçüdə istifadə etdiyi də faktdır. Ancaq XVI əsrin ikinci 

yarısından etibarən Türkiyədə köçəri ünsür keçmişdəkinə nisbətən öz siyasi 

əhəmiyyətini  xeyli  itirmişdi.  Bu,  başlıca  olaraq,  oturaq  həyata  keçmək  və 



FARUQ SÜMƏR 

12 


 

İrana köçmək nəticəsində köçərilərin sayının azalması, osmanlı hərbi təşki-

latının qüdrəti və «dəlikli dəmirin» kəşfi kimi amillərlə bağlıdır. Buna görə 

də  Anadoludakı  türk  oymaqlarının  osmanlı  dövründəki  rolu  daha  çox  icti-

mai  tariximiz  baxımından  əhəmiyyətlidir.  Doğrudan  da,  onlar  XVI  əsrin 

sonlarından etibarən müxtəlif səbəblər üzündən ara-sıra oturaq türk xalqının 

bağrında yaranan geniş boşluqları dolduraraq ona daima güc və həyatilik qa-

zandırmışlar.  Bununla  birlikdə,  onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  türk 

oymaqları  lap  son  əsrlərdə  belə  öz  siyasi  əhəmiyyətlərini  tamamilə  itirmə-

mişdilər. Məsələn, XVIII əsrdə Anadoluda meydana çıxan ailələrindən baş-

da  ən  böyüyü  çapanoğulları  (çaparoğulları)  olmaq  üzrə  bir  çoxlarının  yenə 

köçəri türk ünsürünə mənsub olduqlarını bilirik.  

Bu qısaca izahat  köçəri  türk ünsürünün milli  tariximizdə nə qədər mü-

hüm  bir  yeri  olduğunu  göstərir.  Bunu  bir  cümlə  ilə  ifadə  etməyə  çalışsaq, 

deyə  bilərik  ki,  köçəri  türk  ünsürü  Yaxın  Şərqdə  oğuzların  səlcuqlulardan 

sonra  da  siyasi  hakimiyyətlərini  davam  etdirmələrində  başlıca  rol  oynadığı 

kimi, osmanlı dövründə də Anadoludakı oturaq türk cəmiyyətinin öz varlığı-

nı qorumasında çox mühüm bir amil olmuşdur.  

Bundan 20 il əvvəl oğuzları və onların köçəriliyi davam etdirən nəsillə-

rini öyrənməyə girişməyimiz etnoqrafik bir maraqdan deyil, onların milli ta-

riximizdəki  bu  mühüm  mövqeyindən  irəli  gəlmişdir.  Bu  mövzunun  Qərb 

şərqşünaslıq  aləmində  olduğu  kimi  bizdə  də  uzun  müddət  heyrət  ediləcək 

dərəcədə  unudulduğu  həqiqətdir.  Bu  səbəblə  ziyalılarımız  milli  tariximizin 

başlıca nöqtələri üzərində belə doğru və aydın məlumata sahib olmamışlar. 

Hətta  bu  gün  türk,  oğuz,  türkmən,  yörük,  səlcuqlu,  osmanlı,  qaraqoyunlu, 

uyğur, özbək adlarının dəlalət etdiyi mənaları yaxşı dərk etməmiş tarix mü-

əllimlərinin olduğunu söyləsək, bu acı gerçəyi daha açıq şəkildə ifadə etmiş 

olarıq.  

Əsər qısa bir giriş və üç hissədən ibarətdir. Birinci hissədə oğuzların qə-

dim  tarixi  və  səlcuqlu  imperiyasını  qurmaları  gözdən  keçirildikdən  sonra 

imperiyanın  yaranması  nəticəsində  müxtəlif  ölkələrə  dağılmış  köçəri  türk 

ünsürünun həyatı son əsrlərə qədər ayrı-ayrılıqda araşdırılmışdır. Yəni bura-

da göytürklər dövründəki doqquzoğuzların tarixi qeyd edildiyi kimi, Dadal-

oğlunun türkmənlərindən də bəhs olunmuşdur.  

İkinci hissədə oğuzların boy təşkilatı və oğuz boyları, üçüncü hissədə isə 

oğuzların milli dastanları (Dədə Qorqud dastanları) tədqiq edilmişdir. Həm 

oğuz boyları, həm də Dədə Qorqud dastanları fəsilləri əsərin planına uyğun 

olaraq yenidən yazılmışdır. Bundan başqa, əsərin sonuna XVI əsrdə Anado-

ludakı oğuz boylarına aid yer adlarını göstərən bir cədvəl də əlavə edilmiş-

dir. Bu cədvəlin bəzi məsələlər üzərindəki çalışmalarımızda bizə çox fayda 

verəcəyi  şübhəsizdir.  Şübhəsiz  ki,  mövzusuna  görə  əsərə  mütəxəssislərdən 

başqa  ziyalılar  və  xalq  da  maraq  göstərəcəkdir.  Bu  cəhət  nəzərə  alınaraq 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə