Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə6/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

13 


 

əsər yazılarkən ondan hamının faydalanmasını asanlaşdırmaq xüsusuna im-

kan  daxilində  diqqət  yetirilmişdir.  Hətta  səlcuqlu  tarixi  bəhsində  həmkar-

larımdan  fərqli  olaraq  başqa  cür  düşündüyüm  məsələlər  üzərində  bir  neçə 

istisna ilə mübahisəyə girişməməyim də qismən həmin xüsusla əlaqədardır.  

Sözlərimə  son  verməzdən  əvvəl  kitabın  təshihinə  kömək  edənləri  min-

nətdarlıqla anmaq istəyirəm. Hörmətli  Nihal  Atsız bəy  əsəri başdan-ayağa-

dək oxumuş və bir çox xüsuslarda faydalı tövsiyələrini əsirgəməmişdir. Tə-

ləbələrim  və  kafedramızın  assistentləri Əfşar  İsmayıl  Aka ilə  Kazım Yaşar 

Kopraman  da  kitabın  təshihində  və  indeksin  hazırlanmasında  yorulmadan 

çalışmışlar.  Həm  hörmətli  Nihal  Atsız  bəyə,  həm  də  sevimli  tələbələrimə 

kömək üçün təşəkkür edirəm. 

 

Faruq Sümər. 1965, aprel  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



FARUQ SÜMƏR 

14 


 

 

 

 

 

 

 

 

 

 

GİRİŞ 

  

Türkcə  danışan  kütlənin  Orta  Asiyadakı  əsl  ana  yurdunun  hara  olduğu 



haqqında  keçmişdən  bəri  bəzi  fikirlər  irəli  sürülmüşdür.  Bizim  fikrimizcə, 

bu  kütlənin  vətəni  əsasən  145-150°  en  dairələri  arasındakı  Abakan,  Tuba 

ərazisinin  də  daxil  olduğu  Kəm  irmağı,  yəni  Yenisey  boyu  və  ona  yaxın 

yerlər olmalıdır.  

Türkcə danışan kütlənin qədimlərdən bəri bir-birindən siyasi səciyyələri, 

dilləri və ya ləhcələri, ictimai səviyyələri, hətta sifət və bədən quruluşları ilə 

ayrılan müxtəlif qövmlər kimi, bu qollar da budun, yəni qövm adlanır. An-

caq  bu  qolların  ortaq  bir  ada  sahib  olduqları  barədə  əlimizdə  heç  bir  dəlil 

yoxdur. VI əsrdə türkcə danışan ellərdən (qövmlərdən) ancaq biri türk adla-

nırdı.  Bu  elin  adı  türk  (o  zamanlar  törük-türük)  sözünün  yörük  (yürümək) 

kimi  «törümək»  məsdərindən  olduğu  həqiqətdir.  Bu  türk  qövmü  həmən 

əsərdə  türk  və  monqol  dünyasının  hakimləri  olan  juan-juanları  (aparlar-

avarlar) məğlub edərək Çin səddindən Xəzər dənizinə qədər uzanan çox bö-

yük bir ərazidə imperiya yaratmış və türkcə danışan bütün qövmləri öz ida-

rəsi altına almışdı. Bu hadisə Yaxın Şərqdə türk adına bu dildə danışan bü-

tün qövmləri əhatə edən ümumi bir məna qazandırdı. Lakin türk sözü məhz 

türkcə  danışan  qövmlər  arasında  bu  cür  geniş  bir  məna  kəsb  edə  bilmədi. 

Türklər  yalnız  islamı  qəbul  etdikdən  sonra  Yaxın  Şərqdəki  dindaşlarından 

türk kəlməsinin bu geniş mənasını öyrəndilər. Oğuz türklərinə də türk adını 

verənlər Yaxın Şərq müsəlmanları olmuşlar.  

Göytürk  imperatorluğu  dövründəki  türk  ellərindən  biri  də  doqquz  boy-

dan ibarət olan oğuzlar idi. Onlar VII əsrin ikinci yarısı ilə VIII əsrin birinci 

yarısı  arasında  Tula  çayı  boyunda  yaşayırdılar.  Doqquzoğuzlar  türk  eli  ilə 

birlikdə  göytürk dövlətinin əsasını təşkil edən ikinci ünsürdür. Bunlar  göy-

türklərin siyasi xələfləri olan uyğurlar dövründə də eyni mahiyyətdə bir rol 

oynamışlar.  

Doqquzoğuzların aqibəti məchuldur. X əsrdə Sır-Dərya (Ceyhun) sahil-

lərində yaşayan oğuzların birbaşa bu doqquzoğuzların törəmələri olması eh-

timalı  azdır.  Bunun  əvəzində  Sır-Dərya  oğuzlarının  əvvəlcə  Qərbi  göytürk 



OĞUZLAR (TÜRKMƏNLƏR) 

15 


 

birliyinə mənsub olduqlarını irəli sürmək daha ağlabatan bir ideya (fərziyyə) 

kimi görünür. Sır-Dərya oğuzları dünya tarixində heç bir türk eli ilə müqayi-

sə  edilə  bilməyəcək  dərəcədə  çox  mühüm  rol  oynamışlar.  Ön  sözdə  buna 

işarə  edildiyi  kimi,  Səlcuqlu  və  Osmanlı  imperatorluqlarını  məhz  onların 

qurduğunu  söyləmək  kifayətdir.  Oğuzlar  monqol  istilasından  sonra  qövmi 

varlığını,  tarixi  xatirələrini  və  mədəniyyətini  qorumaq  surətilə  türk  dünya-

sını təmsil edən yeganə qövm olmaq vəsfini də daşımışdır.  

Uyğur, qıpçaq, karluq və onlar kimi digər türk qövmləri monqol istilası-

na uğrayaraq varlıqlarını davam etdirə bilməmişlər, monqol boyları ilə qay-

nayıb-qarışaraq  yeni  qövmlər  meydana  gətirmişlər.  Bu  yeni  qövmlərin  dili 

türk dili olsa da, tarixi xatirələri, əsgəri təşkilat və ənənələri monqol vəsfləri 

daşıyırdı. Bugünkü Şərqi Türküstan türkləri, Özbəkistan, Türkmənistan, qa-

raqalpaq xalqları ilə İdilboyu türkləri, qısacası, Orta Asiyadakı türklərin bö-

yük  əksəriyyəti  bu  türk-monqol  qarışığından  meydana  gəlmiş  yeni  qövm-

lərin törəmələridir.  

Xüsusilə ticarət münasibətləri səbəbi ilə X əsrdən etibarən aralarında ya-

yılmağa başladığı məlum olan islam dininin XI əsrdə oğuzların böyük əksə-

riyyətinin dini olduğu müşahidə edilir. Bunun nəticəsində oğuzlara XI əsrdə 

türkmən adı verilmişdir ki, bu da təqribən iki əsr sonra hər yerdə oğuzun ye-

rini tutmuşdur. Ancaq oğuz sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarının 

adı  kimi  türkmənlər  arasında  uzun  müddət  işlənmişdir.  Oğuzlardan  15-20 

min nəfərlik ordu çıxara biləcək bir elat 1035-ci ildə Xorasana keçmək məc-

buriyyətində  qalmışdı.  Bu  sahə  isə  zənginliyi,  hərbi  və  mülki  təşkilatının 

mükəmməlliyi ilə  yalnız islam aləminin deyil, dünyanın ən qüdrətli dövlət-

lərindən biri olan Qəznəvi imperiyasına aid idi. Bu oğuzlar  səlcuqlu ailəsi-

nin  başçılığı  ilə  5  il  sürən  fasiləsiz  və  ağır  bir  mübarizə  sonunda  Qəznəvi 

imperiyasına qalib gələrək Xorasanda öz dövlətlərini qurdular (1040-cı ildə 

16 min atlı ilə).  

Yalnız «fövqəladə» sözü ilə vəsflənə biləcək bu hadisənin baş qəhrəma-

nı, ilhamçısı və icraçısı Səlcuqun nəvəsi Çağrı bəy idi. Səlcuqlu dövlətinin 

hakimiyyəti çox qısa zamanda Bizans imperiyası hüdudlarına qədər uzandı. 

Bu  müvəffəqiyyətin  qazanılmasında  Sır-Dərya  boyundakı  böyük  ana  oğuz 

küməsindən  bir-birini  izləyən  dalğalar  halındakı  bölüklərin  İrana  gəlməsi 

çox mühüm bir amil olmuşdur. Oğuz türklərinin islam dünyasında görünmə-

ləri, doğrudan da, bu aləm üçün xoşbəxt hadisədir. Çünki həmin əsnada Ya-

xın  Şərqin  islam  dünyası  Bizans  imperiyası  qarşısında  özünü  müdafiə  edə 

bilməyəcək bir vəziyyətdə idi. İslam aləmi mənən o qədər çürümüşdü ki, 3-

4  minlik  bir  oğuz  bölüyü  Fələstinlə  Suriyanın  böyük  bir  qismini  asanlıqla 

ələ keçirmişdi.  Şərqi və Cənubi Anadoludakı müsəlmanları qovaraq Anini 

(Qarsın şərqində), Antakya və Urfanı, Lazistanı geri almış, Hələb ətrafını da 

nüfuz  və  hakimiyyətinə  daxil  etmiş  Bizansın  yeni  bir  həmlə  ilə  Suriyaya, 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə