Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə7/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   2   3   4   5   6   7   8   9   10   ...   213

FARUQ SÜMƏR 

16 


 

hətta Misirə də hakim olaraq islam dünyasının başına daha böyük fəlakətlər 

gətirməsi  hər  an  gözlənilirdi.  Ərəblərin  özünü  toplayıb  Bizansın  yeni  hü-

cumlarına sinə gərməsi ancaq bəlkə ikinci peyğəmbərin zühuru ilə mümkün 

ola bilərdi. Bu səbəblə islam aləmi oğuz türklərinin şəxsində özünü Bizans-

dan  qoruya  biləcək  yeni  və  gücü  tükənməyən  bir  ünsürə  qovuşmuş  oldu. 

Gerçəkdən  də,  islam  dünyasının  bu  yeni  müsəlman  ünsürü  yalnız  Bizans 

təhlükəsini dəf etməklə qalmayaraq ərəblərin heç vəchlə bacara bilmədiyini 

də bacarıb Anadolunu fəth etmiş və Bizansı bir daha islam dünyasına təhlü-

kə təşkil etməyəcək bir vəziyyətə salmışdır.  

Oğuz türkləri ana  yurdlarından gətirdikləri dövlət təşkilatına aid təsisat 

və ənənələrini islam dünyasında da davam etdirdilər. Səlcuqlu sultanları və 

atabəyləri  Orta  Asiya  bozqırlarında  olduğu  kimi  əsgərlərə  və  xalqa  tez-tez 

yağmalı ziyafətlər verir, bəylərini şərəfləndirmək və təltif etmək üçün onlara 

şəxsən içki təqdim edir, yerli müsəlman ziyalılarını heyrət və təəccüb içində 

qoyan ağır yaslar tuturdular.  

Onlar  ələlxüsus  hərbdə  və  idarəçilikdə  özlərini  digər  qövmlərdən  üstün 

hesab edirdilər, milli adət-ənənə, məcaz və səciyyələri ilə siyasi hökmranlıq-

larından  doğan  qövmi  bir  şüura  da  sahib  idilər.  Səlcuqluların  həm  İranda, 

həm də Anadoluda milli təşkilatda yerli iranlılardan istifadə etmələri, rəsmi 

dilin ərəb və ya fars dili olması sadəcə əməli məqsədlərlə əlaqədardır. Çünki 

sultanlar öz qövmlərindən (hər yerdə və hər zaman bütün dövlətlər üçün hə-

yati  bir  əhəmiyyəti  olan  maliyyə  sahəsi  başda  olmaq  üzrə)  dövlətin  mülki 

təşkilatında  işləmək  üçün  kifayət  miqdarda  mütəxəssis  tapa  bilmirdilər. 

Dövlətlərini öz torpaqlarında qurub gəlmiş ərəblər və monqollar da hər yer-

də yerlilərdən geniş şəkildə istifadə etmişdilər. Hətta əməvi təşkilatını ərəb-

ləşdirən  xəlifə  Əbdülməlikin  «İranlılar  min  il  səltənət  sürdülər,  bir  an  bizə 

möhtac olmadılar, biz isə bir əsr dövlət idarə etdik, bir an olsun onlarsız ke-

çinə bilmədik» dediyi söylənir.  

Səlcuqlu xanədanı təbəələrini ədalət və şəfqətlə idarə etmək, ölkələrinin 

abadlığı xüsusunda böyük işlər görmək surətilə hər yerdə unudulmaz xatirə-

lər buraxmışlar. Belə ki, onlar tarix səhnəsindən çəkildikdən sonra XIV əsr-

də tanınmış iranlı bir ziyalı əməvilər və abbasilər də daxil olmaqla bütün is-

lam  sülalələinin  bir  neçə  eybi  olduğunu,  səlcuqluların  bu  eyblərdən  xali, 

imanlı, xeyirxah, xalqa qarşı 

 S

əfqətli hökmdarlar olduqlarını söyləyərək on-



ları nümunəvi bir xanədan kimi qiymətləndirmişdir.  

Həqiqətən,  bu  gün  Anadolunu  gəzən,  tarix  və  sənət  əsərlərinə  maraq 

göstərən adi bir türk və ya xarici də səlcuqlu sultanlarının xoş niyyətlə bəra-

bər ağlın və elmin işığı altında Türkiyəni abad və xalqını rifahlı etmək üçün 

necə çalışmış olduqlarını asanlıqla anlaya bilər. Karvansaralar, xəstəxanalar 

və  körpülər  kimi  dini  səciyyə  daşımayan  çoxlu  əsərlər  tikdirənlər  arasında 

səlcuqlu  xanədanına  mənsub  xatunların  olması  da  maraqlıdır.  Hətta  İranda 



OĞUZLAR (TÜRKMƏNLƏR) 

17 


 

karvansaraların əsasən və ya daha çox səlcuqlu sultanlarının qızları tərəfin-

dən inşa edildiyi sanılırdı.  

Türk fütuhatı ərəfəsində Anadolunun çox böyük bir qismi, xüsusilə Orta

Cənubi  və  Qərbi  Anadolu  əhalisi  seyrək,  hərəkətsiz,  bir  sözlə,  geri  qalmış 

bir ölkə kimi görünürdü. Şərqi və Cənub-Şərqi Anadolu şəhərlərinə nəzərən 

Orta,  Cənubi  və  Qərbi  Anadoludakılar  sönük  qəsəbələr  halında  idi.  Bunun 

başlıca səbəbi birinci dərəcəli beynəlxalq ticarət yollarının o vaxt buralardan 

keçməsidir.  Digər  tərəfdən  sasani-Bizans  və  onun  ardınca  sürəkli  və  ağır 

ərəb-Bizans müharibələri  Anadoludakı  əhalinin  mühüm  bir qisminin məhv 

olmasına və Çuxurova kimi bir çox bölgələrin isə qorxunc bir şəkildə dağı-

dılmasına səbəb olmuşdu. Hətta əhalinin azlığı, yoxsulluğu və təşkilatsızlığı 

ilə  Anadolunun  qeyd  olunan  böyük  qismindəki  yerli  əhali  öz  varlığını  hiss 

etdirə  bilməyəcək  bir  vəziyyətə  düşmüşdü.  Bundan  dolayı,  XI  əsrdə  Şərqi 

Anadoludan gələn ermənilər Orta Anadoluda və Çuxurova bölgəsində asan-

lıqla yerləşə bilmiş və hətta I səlib  yürüşündən istifadə edərək bu sonuncu 

yerdə bir krallıq da qura bilmişdilər. Yenə eyni səbəblə, oğuz türkləri az bir 

qüvvə ilə Orta və Qərbi Anadolunu çox qısa bir zamanda, həm də ciddi bir 

müqavimət görmədən asanlıqla fəth etmişdilər. Yerli xalqın sayca çox az ol-

masını göstərən dəlillərdən biri də budur ki, türk sultanları və bəyləri təşkil 

etdikləri axınlar zamanı ələ keçirdikləri yerli xalqı köçürərək öz ölkələrində 

yerləşdirirdilər.  Çünki  onların  hakim  olduqları  yerlərdə  əhali  seyrəkliyi 

üzündən  əkilməmiş  çoxlu  torpaq  vardı.  Səlcuqlu  hökmdarlarının  Şərqi  və 

Cənub-Şərqi Anadoluya qarşı fasiləsiz bir fütuhat siyasəti güdmələrinə bax-

mayaraq,  ən  əlverişli  zamanlarda  belə  Qərbi  Anadolu  və  Mərmərə  ətrafını 

almaq  xüsusunda  maraqlı  görünməmələri  də  ancaq  oraların  iqtisadi  cəhət-

dən geri qalmış, əhalisi seyrək, abad olmayan yerlər olması ilə izah edilə bi-

lər. Hətta Anadolunun göstərilən vəziyyətindən dolayı türk fəthinədək o qə-

dər də cazib bir ölkə sayılmadığını da söyləmək mümkündür. Malazgirt mü-

haribəsinin qalibi Alparslanın davranışına baxmaqla onun da eyni düşüncə-

də  olduğuna hökm  vermək olar. Ərəblərin  həm  əməvilər, həm  də  abbasilər 

dövründə dəfələrlə şəxsən xəlifələrin komandanlığı altında böyük ordularla 

gələrək heç cür ala bilmədikləri Anadolu 1071-ci il Malazgirt müharibəsin-

dən keçən 8-10 il ərzində başdan-başa fəth edilmişdi. Halbuki fəth vahid ko-

manda altında və müntəzəm bir plan daxilində həyata keçirilməmişdi. Fət-

hin  ardınca  ölkənin  hər  tərəfi  oğuz  elatları  ilə  doldu.  Bunlar  Türküstan  və 

İranda yaşayan silahdaşları tərəfindən daim bəslənir və yeni gələnlər hesabı-

na sayları müntəzəm artırdı. Fəthdən sonra Anadolu ilə Türküstan arasında 

bir köç kanalı meydana gəlmişdi. XIII əsrin birinci yarısının ortalarına doğ-

ru Türküstan, Xorasan və Azərbaycandan Anadoluya bir-birinin ardınca qə-

ləbəlik türkmən elatları gəlməyə başladı. Bunlar 1220-ci ildə başlayan mon-

qol qasırğasından qaçırdılar. Beləliklə, oğuzların böyük əksəriyyəti Anado-




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə