Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə9/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   5   6   7   8   9   10   11   12   ...   213

FARUQ SÜMƏR 

20 


 

maklar, Qritdəki müsəlmanlar, albanlar və bosniyalılar kimi öz ana dillərin-

də  danışan  görəcəkdik.  Şərqi  və  Cənub-Şərqi  Anadoluya  keçməzdən  əvvəl 

belə  bir  ümumi  qaydanı  xatırlatmaq  yerinə  düşərdi.  O  qayda  budur  ki,  bir 

qövmün  bir  yerdəki  siyasi  hakimiyyəti  nə  qədər  uzun  sürürsə-sürsün  və  o 

yerdəki  yerli xalqın mədəni səviyyəsi nə qədər aşağı olursa-olsun, əgər hə-

min qövm lazımi qədər əhali çoxluğuna malik deyilsə, başda dili olmaq üzrə 

milli  mədəniyyətinin  o  yerdə  hakim  mövqeyə  yüksəlməsi  mümkün  deyil. 

Bu gün doqquz əsrlik çox uzun bir siyasi hakimiyyətə baxmayaraq  Şərqi və 

Cənub-Şərqi Anadolu  ərazisinin  bəzi  yerlərində  xalqın  türkcə  danışmaması 

bununla  əlaqədardır.  Şərqi  Anadolu  ilə  Cənubi  Anadolu

1

 öz  coğrafi  vəziy-



yəti və iqlim xüsusiyyətləri ilə Anadolunun orta və qərb bölgələrinə nəzərən 

türk oymaqlarının yerləşməsinə daha az əlverişli idi. Digər tərəfdən, bu böl-

gələrdə  şəhər  həyatının  xeyli inkişaf  etdiyini  və  vergi qayğısı  ilə  yerli  xalq 

üstündə əsən dövlətin də qısa bir müddətdə möhkəm hakimiyyət qurduğunu 

bilirik. Bu səbəblər üzündən türk əhalisi adı çəkilən bölgələrin ancaq Ərzu-

rum, Axlat və Harput kimi bəzi yerlərində və digər bəzi şəhər və qəsəbələ-

rində  öz  güclü  təsirini  göstərə  bilmişdir.  Bununla  bərabər,  monqol  istilası 

səbəbilə  gələn  türkmənlərin  bir  qismi  də  bu  bölgələrdə  yurd  salmışdı.  Bu 

türkmən elatını başlıca olaraq ağqoyunlular və qaraqoyunlular təmsil edirdi. 

Bundan  başqa,  yenə  həmin  bölgələrə  oyratlar,  sutaylar  və  bu  kimi  monqol 

tayfaları da gəlmişdilər. Bu türk və monqol əhalisi bölgələrin qövmi çöhrə-

sini dəyişdirəcək çoxluqda olub təsirini də göstərməyə başlamışdı. Lakin da-

xili çəkişmələr üzündən monqol ünsürünün çoxu buradan getdi. Çox keçmə-

dən  XV  əsrdəki  fütuhatları  ilə  əlaqədar  qaraqoyunlulardan  böyük  bir  hissə 

İrana köçdü. Ağqoyunlulara  gəlincə, onlar  Şərqi  və Cənub-Şərqi Anadolu-

dakı bütün yerli hakim və əmirlərin siyasi fəaliyyətinə son vermək qayəsini 

şüurlu bir şəkildə daşıyırdılar. Uzun Həsən bəy zamanında yorulmadan tət-

biq edilən bu qayə həyata keçmişdi. Ancaq ağqoyunluların qaraqoyunluları 

ortadan qaldıraraq onların torpaqlarını ələ keçirmələri əhəmiyyətli dərəcədə 

ağqoyunlu  türkünün  də  İrana  getməsinə  səbəb  olmuşdur.  Səfəvilərlə  eyni 

məzhəbdən olan və  ya onların  xidmətinə  girmək  istəyən türk  oymaqlarının 

gedişi də bunun ardınca baş verdi. Bölgələrin bugünkü qövmi vəziyyəti isə 

osmanlı hakimiyyətindən qalmışdır. Əgər bu bölgələr səfəvilərin əlində qal-

saydı, türk dilinin oralarda rəqibsiz bir dil halına gəlməsi ehtimalı çox idi.  

Səlcuqlu hakimiyyəti 1240-cı ildə özünün ən yüksək nöqtəsinə çatmışdı. 

Bu ərəfədə onların qərb hüdudu ümumiyyətlə Muğla vilayətindəki Dalaman 

çayından başlayaraq Dənizli və Kütahya önlərindən keçib Sakaryaya çatırdı. 

Cənubda  Çuxurova  ərazisi  də  səlcuqlu  sərhədinin  xaricində  qalırdı.  Ancaq 

buradakı erməni krallığı səlcuqlulara vergi verir, müharibə zamanı isə əsgər 

göndərirdi.  Səlcuqlu  hüdudu  şərqdə Ərzrum və  Diyarbəkir ətrafını  öz içinə 

                                                           

1

 Cənub-Şərqi Anadolu sözü ilə Urfadan Hakkariyə qədər olan ərazini nəzərdə tuturuq. 




OĞUZLAR (TÜRKMƏNLƏR) 

21 


 

alırdı. Trabzon bölgəsindəkı yunan dövləti də səlcuqluların vassalları arasın-

da idi. Bundan başqa, Hələb və Şam əyyubilərinin də səlcuqlulardan asılı ol-

duqlarını bilirik.  

Yuxarıda göstərilən dövrdə Türkiyə abad və varlı bir ölkə vəziyyətində 

idi.  Səlcuqlu  xanədanı  şüurlu  bir  iqtisadi  siyasət  güdərək  birinci  dərəcəli 

beynəlxalq  ticarət  yollarının  Türkiyədən keçməsinə  müvəffəq olmuşdu.  Bu 

məqsədlə  ölkəsini  içində  təbib,  baytar,  hamam,  hətta  çalğıçı  dəstəsi  olan 

karvansaralar  şəbəkəsi  ilə  örtmüş,  çaylar  üstündən  böyük  daş  körpülər  sal-

mışdı.  Digər  tərəfdən  səhiyyə  işlərinə  də  əhəmiyyət  verərək  əsas  səlcuqlu 

şəhərlərində  xəstəxanalar  inşa  edilmiş  və  çoxsayda  mədrəsələr  açılmışdı. 

Türk  dilinin  ədəbi  üslubunu  məhz  bu  mədrəsələrdə  yetişənlər  yaratmışlar. 

Əlbəttə, bunlardan bəhs edərkən səlcuqlu dövrünün təxminən 230 il sürdü-

yünü, bunun bir əsrinin Bizansla fasiləsiz mübarizədə, 50 ilinin isə monqol 

hakimiyyəti  altında  keçdiyini  unutmamalıyıq.  Beləliklə,  səlcuqlular  Türki-

yənin qurucusu olduqları, ölkəsini abad, xalqını rifahlı qıldıqları və bir çox 

baxımlardan orijinal sayıla biləcək mədəniyyət yaratdıqları üçün türk millə-

tinin  heyranlıq  və  minnətdarlığını  qazanmışlar.  Tədqiqatlar  dərinləşdikcə 

onların  siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  qazandıqları  uğurların  əhəmiy-

yəti, şübhəsiz, daha dolğun bilinəcəkdir.  

Yuxarıda göstərilən dövrdə Anadoludakı xristianların əksəriyyəti şəhər-

lərdə yaşayırdı. Dövlət onları ən təhlükəsiz şəkildə şəhərlərdə qoruya bilirdi. 

Xristianların siyasi həyatda heç bir rolları yox idi, onların əhəmiyyəti yalnız 

dövlətə  müntəzəm  vergi  verən  müstəhsil  adamlar  olmalarında  idi.  İctimai 

həyatdakı mövqelərinə  gəlincə, bu,  İraq və Suriyadakı xristianların mövqe-

yindən fərqlənmirdi. Böyük səlcuqlu şəhərlərində iğdişlər adlanan, başların-

da  iğdişbaşılar  duran  zümrələr  də  vardı.  Bu  zümrələrin  yaşadıqları  şəhəri 

düşmən  hücumlarından  müdafiə  etmək  kimi  xüsusi  hərbi  vəzifə  daşıdıqları 

məlumdur,  ancaq  onların  bu  sahədə  o  qədər  də  əhəmiyyətləri  yoxdu.  Bu 

zümrələr  XIII  əsrin  sonlarında tamamilə  ortadan  qalxmışdı.  İğdişlərin  milli 

mənşəyi yaxşı bilinmir. «İğdiş» türk sözü olub «mələz» deməkdir, yəni vali-

deynlərindən biri türk olmayan adam mənasına gəlir və ərəb dilinə «müvəl-

ləd» (anası ərəb olmayan) kəlməsilə tərcümə edilir. Doğrudan da, XII əsrdə 

yerli  qadınlardan  doğulmuş  türklərə  də  ərəbdilli  əsərlərdə  «ətrak  ül-müvəl-

lədin»  (yəni  mələz  türklər)  deyilirdi.  Əcəba,  Anadoludakı  iğdişlər  də  belə 

idilərmi?  Ancaq  belə  bir  ehtimalı  təsdiq  edən  dəlillər  hələ  tapılmamıdır. 

Gerçək olan xüsus odur  ki, onlar siyasi və hərbi  sahədə olduğu kimi, digər 

baxımdan da əhəmiyyətli bir zümrə olmamışlar. Qaynaqlarda onlardan nadir 

hallarda və mübhəm bir şəkildə bəhs edilmələri də bu cəhətlə bağlıdır.  

Bununla belə, iğdişlərin dönmə olmaları da mümkündür. Səlcuqlu şəhər-

lərində türklərdən başqa, əksərən  İrandan  gəlmiş  sənətkar, tüccar və ziyalı-

lardan ibarət digər müsəlmanların da yaşadıqları məlumdur. Kəndlərə gəlin-




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə