OĞUZLAR (TÜRKMƏNLƏR)
65
4. OĞUZLARIN DİNİ İNAMLARI
X əsrin əvvəllərində uyğurlar müstəsna olmaqla digər türk elləri kimi
oğuzlar da qövmi dini inamlarını davam etdirirdilər. İslam aləminə türklərin
Allahı tanıdıqları və ona tanrı dedikləri məlum idi
2
. Türklərin yaradıcını
Uluğ-Bayat adlandırdıqları da müsəlman alimləri tərəfindən bilinirdi
3
. An-
caq oğuz din xadimlərinin tanrının vəsfləri ilə bağlı təsəvvürləri haqqında
dəqiq məlumat yoxdur. Hər halda sadə oğuzların bu xüsusda təsəvvürləri
çox da zəngin deyildi və onlar tanrıya insani vəsflər verirdilər. Oğuzlardan
biri ibn Fədlandan tanrının arvadı olub-olmamasını soruşmuş, müəllif bu su-
alı eşitcək bir xeyli tövbə və istiğfar etmiş, oğuz da onun kimi hərəkət elə-
mişdi
4
.
Əbu Düləf səyahətnaməsində
5
oğuzların bir məbədi olduğunu söyləyir
və məbədin içində büt olmadığını bildirir. İbn Fədlan isə nə məbəd gördüyü,
nə də ruhani ilə söhbət etdiyi barədə açıq heç nə yazmır. Ancaq oğuzların
hakimləri olduğu məlumdur. Oğuzlar bu mənəvi şəxsiyyətlərə böyük hörmət
bəsləyirdilər
6
. Hətta onların oğuzların davaları və qanları üzərində hökm
sahibi olduqları bildirilir ki, bu ifadədən mənəvi şəxsiyyətlərin el üzərində
nə qədər əhəmiyyətli təsir və nüfuzları olduqları ortaya çıxır
7
. Elə bizim
Qorqud Ata (Dədə Qorqud) da bu hakimlərdən biri idi. Təbiblik edən, gə-
ləcəkdən xəbərlər verən, hər hansı bir təşəbbüsün uğurlu olub-olmayacağını
bildirən, dini mərasimləri idarə edən bu mənəvi şəxsiyyətlərə oğuzların qam,
yoxsa başqa bir ad (məsələn, ata) verdikləri bilinmir. Ata sözü onlar haqda
hörmət ifadə edən söz idi, yoxsa onlar üçün xüsusi bir ad idi? - Bu cəhət tam
aydın deyil.
1
İbn Fədlan (s. 8) soyuq günlərin birində Xarəzmdə bir evin içində qurulmuş türk keçəsin-
dən bir çadırda oturduğunu yazır.
2
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 10; S. əd-Dehxan nəşri, s. 92: Məqdisi. Kitab ül-bəd vət-
tarix. K.Huartın nəşri və tərcüməsi. Paris, 1907, IV, mətn s. 63, tərcümə s. 57.
3
Məqdisi. Göstərilən yer. Fəxrəddin Mübarəkşahın əsərində Bayat tanrının adı kimi göstə-
rilir (Tarixi-Fəxrəddin Mübarək şah. E.D.Ross nəşri. London, 1927, s. 43).
4
Z.V.Toğan nəşri, s. II; S. əd-Dehxan nəşri, s. 93.
5
S. 44. Ancaq bu səyahətnamədəki məlumatların çoxunun inanılmağa dəyər mahiyyətdə
olmadığı məlumdur.
6
Hüdud ül-aləm, s. 87: Minorski, 100. Buradakı «nəmaz borənd» ibarəsi ilə onların başları-
nı və bədənlərini əyərək təzim etdikləri bildirilir.
7
Göstərilən əsər. Göstərilən yerlər. Beyhakinin bildirdiyinə görə (Tarixi-Beyhaki. Qani və
Fəyyaz nəşri. Tehran, 1324 ş., s. 627-628), səlcuqlu bəylərinin yanında ulduzlar elminin
(elmi-nücum) bilən bir mövlanəzadə vardı. Onun söylədiyi bəzi sözlər doğru çıxmışdı. Bu
mövlanəzadə Dəndənakan vuruşması zamanı səlcuqlulara tez-tez «bir az dözün, zəfər sizin
olacaqdır» demiş, günorta qəznəvi ordusu tar-mar olanda Toğrul, Bəyğu, Musa və Cağrı
bəylər atlarından düşərək ona səcdə, yəni təzim etmişlər.
FARUQ SÜMƏR
66
Ölü basdırmaq adətlərinə gəlincə, onlar ölülərini göytürklər kimi, pal-
tarlı, silahlı və yanlarında digər şəxsi əşyaları ilə birlikdə dəfn edirdilər. Ölü
ev şəklində qazılmış məzarda oturdulur, əlinə içki dolu (hər halda qımız)
1
bir çamçax verilir, qabağına da içki dolu bir qab qoyulurdu. Məzar bir otaq
biçimində qazılır, tavanı düzəldilir, sonra onun üstünə palçıqdan qübbəyə-
bənzər bir hissə əlavə edilirdi. Bu oğuz məzarları ilə Türkiyədə ələlxüsus
səlcuqlu dövründə kütləvi şəkildə müşahidə edilən və mütəxəssislər tərə-
findən türk çadırına bənzədilən günbəzlər
2
arasında yaxın bir oxşarlıq vardır.
Xəzərarxası türkmənlərin də qəbrlər üzərinə dümsək kimi şəkillər çəkdik-
lərini və buna yozka dediklərini bilirik
3
.
Dəfndən sonra ölünün atları kəsilərək yeyilirdi ki, bu da bütün türk
qövmlərində görünən yuğ aşı və ya ölü aşı (ehsan) adəti idi
4
. Türkiyədə bu
adət yüzilliklər boyunca davam etmiş, indi də mahiyyəti dəyişmədən kənd,
qəsəbə, hətta şəhərlərdə yaşayır. Ölən adam sağlığında bəzi kimsələri öldür-
müşdüsə, onların rəsmləri taxta üzərində oyulub məzara qoyulurdu. İnama
görə, ölünün öldürdüyü adam və ya adamlar cənnətdə onun xidmətçiləri ola-
caqlar
5
. Bu isə, göründüyü kimi, göytürklərdəki balbal adətindən başqa bir
şey deyildir
6
.
Oğuzlar eyni zamanda əsas türk ellərində olduğu kimi, yuğ aşında yeyi-
lən atların başlarını, ayaqlarını və dərilərini məzarın üstündəki payalardan
asırdılar
7
. Onların inamına görə, ölü cənnətə ətləri yeyilən, dəriləri payalar-
dan asılan bu atlarla gedəcəkdir. Belə olmadığı təqdirdə, ölü cənnət səfərini
piyada başa vurmaq məcburiyyətində qalacaqdır
8
. Oğuzlar dini inamın təsiri
altında suya girmir, əcnəbilərin suda çimməsinə mane olurdular. Çünki suya
girməklə özlərinin tilsimə düşəcəyindən qorxur, bu qaydanı pozanlara pul
cəriməsi kəsirdilər
9
. Bütün türklərin dərin inamına görə, su müqəddəs və arı
idi, çimmək isə müqəddəs və arı olan suyu çirkləndirmək və beləliklə, bö-
yük bir günah işləmək deməkdi. Bu, uğursuzluq və fəlakət gətirirdi. Yenə
dini inamlarla əlaqədar olaraq onlar köhnəlməyənə qədər paltarlarını əyin-
1
İbn Fədlanda bu içkiyə nəbiz (xurma və ya quru üzüm arağı) deyilir. (Z.V.Toğan nəşri, s.
14; S. əd-Dehxan nəşri, s. 90). İbn Fədlan qımızı hər halda bu mahiyyətdə bir içki hesab et-
mişdi.
2
E.Dits. Türk sənəti. İstanbul, 1946, s. 84 (O.Arslanapa tərcüməsi).
3
A.Vamberi. Mərkəzi Asiyaya səyahət, London, 1864, s. 56, 71, 324.
4
Əbdülqadir İnan. Tarixdə və bu gün şamanizm. Ankara, 1954, s. 189 və davamı. Ayrıca
olaraq III hissəyə bax.
5
İbn Fədlan. Z.V.Toğan nəşri, s .14: s. əd-Dehxan nəşri, s. 100.
6
Əbdülqadir İnan. Göstərilən əsər, s. 178, 180.
7
İbn Fədlan. Z.V.Toğan nəşri, s. 14; S. əd-Dehxan nəşri, s. 99.
8
Yenə orada.
9
Göstərilən əsər. Z.V.Toğan nəşri, s. 10, 12; S. əd-Dehxan nəşri, s. 92-94.