Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə28/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   24   25   26   27   28   29   30   31   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

59 


 

Yurdlarından qovulan peçeneqlər Emba ilə İdil arasına yerləşmişlər. An-

caq burada da 883-893-cü illərdə oğuzlarla xəzərlərin müştərək hücumlarına 

uğramışlar. Məğlub olan peçeneqlərin mühüm bir qismi İdili keçərək Qara 

dənizin 

 

şimalındakı torpaqlara getmişlər



1

. Peçeneqlərin bu yeni yurdlarında 

bəxtləri gətirdi. Onlar qısa müddətdə Don çayından Dunaya qədər yerləri iş-

ğal etdilər. Peçeneqlər Balkanlarda da mühüm bir siyasi qüvvə olaraq XI əs-

rin  sonuna  qədər  qaldılar.  Bizanslılarla  ittifaqa  girən  qıpçaqlar  bu  dövlətin 

ortadan qalxmasında mühüm rol oynadılar

2

. Peçeneqlərin bir qismi ana bo-



yun dalınca getməyərək Yayık çayının qərbində qalmışdı

3

.  



Əbülqazinin  nəql  etdiyi  türkmən  rəvayətlərində  oğuz-peçeneq  mübari-

zəsinə aid bəzi xatirələr yer tutur. Bu xatirələrin birində peçeneq elinin Toy-

madık adlı padşahının Salur Qazanın atası Enkişi məğlub edərək xatununu 

əsir aldığından danışılır. Üç il sonra Enkiş öz naibini hədiyyə ilə Toymadı-

ğın yanına göndərərək arvadını xilas etmişdir

4

. Yenə oradakı bir mənzumə-



də  Salur  Qazanın  30-40  minlik  qoşunla  bəcənə  elinə  yürüş  edib  onları  qır-

dığı,  bir  neçəsinin  çox  yalvararaq  qurtulduğu  bildirilir

5

.  Əbülqazi  bu  rəva-



yətləri türkmənlərin əllərindəki oğuznamələrdən nəql etmişdir. Əks təqdirdə, 

bu rəvayətlərin XVII əsrə qədər hafizələrdə qalması qeyri-mümkün idi. La-

kin türkmənlərdəki bu oğuznamələrin heç biri, ehtimal ki, bizə çatmamışdır, 

nə vaxt yazıldığı da məchul qalmışdır.  

  

2. OĞUZLARIN HƏYAT TƏRZİ  



  

X  əsrin  əvvəllərində  oğuzların  əksəriyyəti  köçəri  həyat  sürürdü.  Oğuz 

elinin XI əsrdə 24 boydan ibarət olduğu məlumdur

6

. Hər boyun başında bəy 



ünvanlı əsilzadələr dururdu. Dastanlara əsaslanaraq söyləmək olar ki, bəylə-

rin  40  nəfərdən  ibarət  silahdaşları  var  idi.  Onlara  «yoldaş»  deyilirdi

7

.  Hər 


qövmün əsilzadələri kimi, oğuz bəyləri də çox varlı idilər. İbn Fədlan

8

 oğuz-



lar arasında yüz min qoyuna və on min ata malik adamları gördüyünü yazır.  

Məsudiyə görə, oğuzlar yüksək (əl-əali), orta (əl-əvasit) və aşağı (əl-əsa-

fil) olmaq üzrə üç sinifə bölünürdülər

9

. Bununla bərabər, Məsudinin bu qey-



di  olduqca  şübhəlidir. Bu  sözlər  oğuz eli  arasındakı  ictimai  səviyyə  fərqini 

                                                           

1

 A.N.Kurat. Peçeneq tarixi, s. 33, 39-43. 



2

 Bu barədə Ə.N.Kuratın əsərinə bax. 

3

 İbn Fədlan. Z.V.Toğan nəşri, s. 17-18; Sami əd-Dehxan nəşri, s. 106; K.Parferogen. İmpe-



riya hakimiyyəti (A.N.Kurat. Peçeneq tarixi, s. 258). 

4

 III hissəyə bax. 



5

 III hissəyə bax. 

6

 II hissəyə bax. 



7

 III hissəyə bax. 

8

 Z.V.Toğan nəşri, s. 17; S. əd-Dehxan nəşri, s. 106. 



9

 Müruc üz-zəhəb, I, s. 212. 




FARUQ SÜMƏR 

60 


 

bildirir,  yəni  əsilzadələri  (bəy),  azad  adamları  (el)  və  kölələri  (kün?)  qəsd 

edir

1

, yoxsa sadəcə siyasi bir qruplaşmanı, yəni onların böyük, orta və kiçik 



olmaq üzrə üç qrup halında olduqlarını ifadə edir? Biz bəzi nəşrlərin əksinə 

olaraq,  cümlənin  əsil  mənasından  çıxış  edib  birinci  fikri  qəbul  edirik,  hər-

çənd ki, oğuzların siyasi baxımdan üç qrupa ayrılması da mümkündür.  

X əsrin əvvəllərində yabğuların qış iqamətgahı olan Yeni Kənt ilə Cənd 

və Xuvarə 

 

şəhərlərində müsəlmanlar da yaşayırdı. Bu üç şəhərdən ən böyü-



yü yabğunun oturduğu Yeni Kənt idi. Son iki 

 

şəhərin də oğuzlara tabe oldu-



ğu məlumdur. Məsudinin yazdığına görə

2

, bu şəhərlərdəki oturaq xalqın ço-



xu oğuzlar idi. Kaşğarinin zikr etdiyi oğuz şəhərləri bunlar deyil, o, bu 

 

şə-



hərlərin adını çəkmir. Kaşğarinin göstərdiyi oğuz şəhərləri bunlardır: Sərpən, 

Karaçuk, Suğnak, Karnak, Sitgün. Bunlardan Sərpən X əsr coğrafiyaşünas-

larının əsərlərində Sabran (Savran) adlanır. Daha əvvəl də dediyimiz kimi, 

Sabran  X  əsrin  ilk  rübündə  oğuz  hüdudunda  yerləşən  bir  müsəlman  şəhəri 

idi. O möhkəmləndirilmiş şəhər olub yeddi qat qala divarı ilə çevrələnmişdi. 

Şəhərin xüsusi rabatı da vardı. Məscid isə qəbiristanda (içəri şəhərdə) yerlə-

şirdi. Oğuzlar sülh bağlamaq və ya ticarət etmək üçün bu şəhərə gedirdilər

3



Karaçuğa gəlincə, Kaşğari onun Fərab şəhəri olduğunu bildirir

4

. Fərab Aris 



çayının Sır-Dəryaya töküldüyü yerdə olan kiçik bir ərazidir. Ərazinin idarə 

mərkəzi Keder qəsəbəsi idi. Ərazinin digər mühüm qəsəbəsi Vəsiç adlanırdı, 

Fərabi bu şəhərdə doğulmuşdur

5

. Müqəddəsiyə görə



6

, Fərab ən böyük şəhə-

rin adını daşıyan bir rüstək, yəni ərazidir. Onun məlumatına görə, Fərab 70 

min əhalisi (!) və bir məscidi olan şəhərdir. Şəhərdəki dükanların çoxu qala-

dan  xaricdə,  çox  az  qismi  isə  qalanın  içində  idi.  Həmən  müəllif  Keder  və 

Vəsiçi ayrıca qeyd edir

7

. Belə bir vəziyyətdə Bartholdun dediyi kimi



8

, Fəra-


bı yeni bir şəhər olaraq qəbul etmək yerinə düşəcək. Belə görünür ki, oğuz-

lar  Fəraba  Karaçuk  adını  vermişlər.  Ancaq  indiyədək  şəhərin  bu  adı  başqa 

heç bir əsərdə rastlanmamışdır.  

Suğnaka  gəlincə, Minorski

9

 haqlı  olaraq  onu  «Hüdud-ül-aləm»dəki  Su-



nah ilə eyniləşdirmişdir. Sunah Fəraba tabe 

 

şəhər olub orada hər tərəfə ixrac 



edilən  yaylar  hazırlanırdı.  Suğnak  oğuzlardan  sonra  qıpçaqların  Sır-Dərya 

                                                           

1

 Türkiyədə hələ də işlənən təbirlər: «elə-günə qarşı», «el-gün nə deyər». 



2

 Müruc üz-zəhər, I, s. 212 

3

 İstəxri, s. 340; ibn Hövkəl, s. 511; Hüdud ül-aləm, s. 118; Minorski, s. 119; Müqəddəsi, s. 



274. 

4

 Bax: Kilisli, I, s. 404. 



5

 İstəxri, s. 346; İbn Hövkəl, s. 510-511. 

6

 S. 273. 



7

 Yenə orada. 

8

 Fərab maddəsi. İslam Ensiklopediyası, IV, s. 451. 



9

 Hüdud ül-aləm, s. 118; Minorski, s. 119, 358. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə